Lentali konveyerləRİn hesablanmasi


Mazutların sisternlərdən infazi təzyiq altında boşaldılması



Yüklə 400,41 Kb.
səhifə9/30
tarix09.05.2023
ölçüsü400,41 Kb.
#110326
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
Lentali konveyerl R n hesablanmasi

Mazutların sisternlərdən infazi təzyiq altında boşaldılması.
Bu metodla mazutların boşaldılmasında sisterndəki mazut üzərində izafi təzyiq buxar və ya sıxılmış havanın hesabına yaradılır.Əksər sisternlərdə qapaq və boşaldıcı qurğu olduğundan bu metod geniş tətbiq edilir.Bunun üçün sisterndə təzyiq yaratmaq üçün (0,5 MPa-a qədər) sisternin başlıq hissəsinəəlavəçıxarılıb taxıla bilən qapaq bərkidilir.Sisterndəəlavə təzyiqin yaradılması boşaldılma müddətini 50%-ə qədər azaldır.Mazutların sisternlərdən boşaldılmasını intensivləşdirməkdən ötrü buxar vasitəsilə mazut axıdılan borunu qızdırırlar.Ən yaxşı nəticə mazutların izafi təzyiq altında boşaldılması ilə “buxar köynəyi”vasitəsilə boşaldılmasının birlikdə tədbiqindən alınır.Mazutların sisternlərdən izafi təzyiq altında boşaldılması sıxılmış hava hesabına aparılarsa, onda estakada hava xətti ilə, buxarla aparılarsa, buxar xətti ilə təchiz edilir.Sıxılmış havanın sərfi boşaldılan sisterni həcminin 1,5-nə bərabərdir.
Mazutun nəmlənməsi açıq buxar metoduna nisbətən az olur.
Mazutların sisternlərdən daşına bilən qızdırıcılar vasitəsilə qızdırılması ilə boşaldılması.
Sisternlərin başlıq hissələrinin diametrinin kiçik olması bu metodda istifadə olunan qızdırıcılara məhdudiyyət qoyur.Bu məqsədlə istifadə olunan qızdırıcılar spiralvari və radiatorlu olurlar.
Mazuta batırılan qızdırıcı sisternin başlıq hissəsindən sisternin içərisinə salınır.Bu qızdırıcı 3 hissədən ibarətdir: mərkəzi və 2yanı.Həmin hissələr biri-birilə ardıcıl və mütəhər­rik qollar vasitəsilə birləşmişdir. Bu qollar vasitəsilə qızdırıcıya buxar daxil olur və həmin buxarın kondensatı xaric edilir.Qızdırıcının buxar xəttındən ayrılmaq üçün hər seksiya qapaqla (klapan) təchiz edilir.
Daçşna bilən,mayeyə batırılan, ilanvari qızdırıcının prinsipial sxemi şəkilk 10.15-də verilmisdir.



Şəkil.10.15.Daşına bilən,mayeyə batırılan,ilanvari qızdırıcının
prinsipial sxemi.
a)mərkəzi seksiya;b)yan seksiya;1-qoruyucu zolaqlar;2-boru;3-mufta(halqa);4-kondensatı buraxmaq üçün tıxaclar;5-möhkəmlik tilləri:6-buxarın giriş;7-kondensatın çıxışı.
Ətraf mühitin aşağı temperaturlarında,mazutun temperaturu donma tempe­ratu­rundan çox aşağı olduqda,sisternəəvvəlcə yan qızdırıcılar salınır.Mazutun yüksək temperaturlarda isə sisternə ardıcıl olaraq olaraq,sol,orta və sağ seksiyalar salınır.Şəkil 10.16-da qızdırıcının sisterndə yerləşdirilməsi göstərilmişdir.Qızdırıcıya daxil olan istilik daşıyıcının (buxarın) temperaturu 200 0C-yə qədər,təzyiqli isə 0,6-0,8MPa götürülür.
Məlumdur ki, sisternin başlıq hissəsinin ölçülərindən asılı ilaraq,bu tip qızdırıcıların qızma səthləri böyük olmur.Bu da mazutları sisterndə tam qızdırmağa imkan vermir.Belə ki, sisterndə (0,5-1,5 t) soyuq mazut mazut ki, bu da əl əməyi hesabına boşaldılır.
Mazutların boşaldılma müddətinə görə və sisterndən mazutların tam təmizlən­mədi­yinə görə bu metod az effektlidir.Ona görə də bu metod geniş tədbiq edilmir.

Şəkil 10.16. Daşına bilən ,mayeyə batırılan,ilanvari qızdırıcısının sisterndə
yerləşdirilməsi sxemi.
1-sistern (50 t);2-sistern (25 t); 3-kran;4-kondensatı buraxan şılanqlar;5-dayaq;6-birləşdirici qayka;7-buxar xətti;8-əl bucurğadı;9-buxar verən şlanqlar;10-qızdırııcının seksiyaları;11-seksiyaların sisterndə yerləşmə vəziyyəti.

Yüklə 400,41 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin