L naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ Əlyazması hüququnda


Regionun sosial-iqtisadi inkişafının əsası kimi aqrar sektorun müasir



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix28.08.2023
ölçüsü0,99 Mb.
#140830
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Regionun sosial-iqtisadi inkişafında yeni prioritetlərin formalaşması xüsusiyyətləri

2.3.Regionun sosial-iqtisadi inkişafının əsası kimi aqrar sektorun müasir 
vəziyyəti 
 
Müasir dövrdə aqrar sektor dünya iqtisadiyyatı üçün strateji əhəmiyyətə 
malikdir.Çünki ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sektorun rolu 
böyükdür. Son illər ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 
aqrar sektorun inkişafı üçün əlverişli şərait yaradılmışdır. 
Ölkəmizdə aparılan islahatlar nəticəsində aqrar sektorda bir sıra strateji 
məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə,ərzaq təhlükəsizliyində 
xarici bazardan asılılığın azalmasına nail olunmuşdur.Həmçinin dövlət tərəfindən 
fermerlərin subsidiyalarla təmin edilməsi nəticəsində kənd təsərrüfatı ilə məşğul olan 
əhalinin rifah halı yüksəldilmişdir. 
Bir çox ölkələrdə dövlətin kənd təsərrüfatı sektoruna dəstəyi müxtəlif vaistələrlə 
həyata keçirilir.Buna baxmayaraq hər bir ölkədə əsas məqsəd kənd təsərrüfatının 
bütün sahələrində sabitliyi və rəqabətliliyini təmin etməkdən ibarətdir. Ümumilikdə 
iqtisadiyyatın aqrar sektoruna dövlət dəstəyinin təşkili aşağıdakı prinsiplərə 
əsaslanmalıdır: 

Kənd təsərrüfatının inkişafı üçün büdcədən ayrılan vəsaitlərin yetərli olması. 

Aqrar sənaye kompleksində mövcud problemlərin vaxtında həll olunması. 

Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan dövlət proqramlarında 
regional xüsusiyyətlərin nəzərə alınması. 

Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı üçün dövlət yardımı. 
Kənd təsərrüfatında dövlət siyasətinin xarici təcrübəsini nəzərdən keçirsək görərik 
ki,bir çox ölkələrdə dövlət kənd təsərrüfatının inkişafında sabit, iqtisadi, hüquqi və 
sosial şəraitin yaradılması məqsədilə fermerlərin gəlirlərinə, kənd təsərrüfatı 
istehsalının strukturuna, kənd təsərrüfatı bazarına, kəndin sosial strukturuna, əhalinin 
keyfiyyətli qida məhsulları ilə təminatına və ətraf mühitin mühafizəsinə müdaxilə 
edir. 


- 47 - 
Aqrar sektorun inkişafında inkişaf etmiş ölkələrin təcrübəsi mühüm əhəmiyyət 
kəsb edir. Tarixən Qərbin aqrar siyasəti iki əsas istiqamətə malik olub:Şimali 
Amerika və Qərbi Avropa.Birinci istiqamətdə qida və kənd təsərrüfatı xammalının 
əsas ixracatçıları (Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya),ikinci Qərbi Avropa 
ölkələri, habelə Yaponiyanı və bəzi qida məhsulları idxal edən ölkələr aid edilir. 
Hal-hazırda iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrin aqrar siyasətinin əsas 
məzmununa müxtəlif subsidiyalar və müavinətlər vasitəsilə kənd təsərrüfatı 
sektoruna dövlət dəstəyindən ibarətdir. Bəzi ölkələrdə dövlətin kənd təsərrüfatında 
maliyyə investisiyaları məhsulların bazar dəyərindən 1,5-2 dəfə yüksəkdir. Hal-
hazırda ən böyük ixracatçı ölkələrdəki ərzaq istehsalının yüksək artımında kənd 
təsərrüfatı və ərzaq sənayesinə dövlət dəstəyi böyük rol oynyır.Məsələn,ABŞ, 
Kanada, AB ölkələri. 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının(İƏİT) qəbul edilmiş təsnifatına 
əsasən, kənd təsərrüfatı istehsalçılarının gəlirlərinin dəstəklənməsi birbaşa dövlət 
subsidiyaları ilə qalan hissələr isə dolayı subsidiyalaşdırma vaistəsilə həyata keçirilir. 
Birbaşa dövlət subsidiyaları kənd təsərrüfatı istehsalçılarının gəlirlərinə dəstək 
olmaqla aşağıdakı tədbirlərdən ibarətdir: 

dövlətin birbaşa təzminat ödənişləri; 

təbii fəlakətlərdən yaranan zərərlər üçün ödənişlər; 

istehsalın yenidən təşkil edilməsi ilə əlaqədar zərərin ödənilməsi. 
Aqrar sektorun dolayı dövlət tənzimlənməsi tədbirləri aşağıdakılardır: 

Bazarda qiymətə müdaxilə; 

kənd təsərrüfatı resursların əldə edilməsi üçün kompensasiya xərcləri; 

sənaye infrastrukturunun inkişafına yardım. 


- 48 - 
Kənd təsərrüfatı məhsullarının ən böyük ixracatçısı hazırda Amerika Birləşmiş 
Ştatları hesab olunur. ABŞ-ın aqrar siyasətinin ilk və əsas vəzifəsi-təsərrüfat 
gəlirlərinin insanların gəlir səviyyəsində saxlanması, kənd təsərrüfatı məhsullarının 
qiymətlərinin sabitləşdirilməsi və zay məhsulların azaldılmasıdır. 
İkincisi, kənd təsərrüfatında elmin və təhsilin inkişafı, kənd təsərrüfatının 
infrastrukturunun yaradılması, torpaq və su ehtiyatlarının qorunması və s. kimi 
vaistələrlə kənd təsərrüfatı məhsullarının səmərəliliyinin artırılması. 
Üçüncü vəzifə, büdcə xərclərinin azaldılması, yəni vergi ödəyiciləri üçün vergi 
yükünün azaldılması. 
Dördüncü vəzifə, qida məhsullarının yüksək rəqabətliliyini təmin etmək və dünya 
bazarına çıxarmaq. Bu vəzifələr ABŞ hökumətinin əkinçilik və qida sənayesi 
sahəsində aşağıdakı istiqamətlərini müəyyənləşdirir 
- ölkədə məhsulların istehsalı və satışının tənzimlənməsi; 
- kənd təsərrüfatı istehsal infrastrukturunun yaradılması; 
- torpaq və su ehtiyatlarının qorunması; 
- ehtiyac sahiblərinə ərzaq yardımı göstərilməsi; 
- kənd təsərrüfatı ixrac proqramlarının subsidiyalaşdırılması. 
ABŞ-da həyata keçirilən aqrar siyasət məhsulun keyfiyyətinin, kənd təsərrüfatı 
sektorunda bazar mexanizminin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. 
Bu siyasətdə qiymət siyasəti, fermer təsərrüfatlarının lazımi istehsalının 
planlaşdırılması və təkmilləşdirilməsi, elmi tədqiqatın inkişafı və informasiya 
dəstəyinin həyata keçirilməsi, ABŞ-ın kənd təsərrüfatı sektorunda dövlət 
tənzimlənməsinin və nəzarətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. 


- 49 - 
Respublika prezidentinin müxtəlif dövrlərdə qəbul etdiyi dövlət proqramlarında 
hər zaman ərzaq təhlükəsizliyi aktual məsələ olub. Cənab Prezidentin “Regionların 
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin 
yekunlarına dair konfransda ərzaq təhlükəsizliyinə geniş yer verməsi, tövsiyə və 
tapşırıqlar verməsi buna əyani nümunədir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl strateji məhsullar arasında birinci 
gəlir.Buna görə iri taxılçılıq təsərrüfatlarının yaradılması prioritet məsələlərdən hesab 
olunur.Belə təsərrüfatların yaradılması bol məhsuldarlıqla yanaşı,idxaldan asılılığı 
azaltmağa xidmət edəcəkdir.2017-ci ildə taxıl istehsalında əvvəlki ilə nisbətən azalma 
qeydə alınıb.Əgər 2016-cı ildə Azərbaycanda 3065,1 min ton taxıl istehsal 
olunmuşdursa,2017-cı ildə bu rəqəm 2928,8 min ton təşkil edib. 
Bunun əsas səbəbləri kimi regionlarda taxıl istehsalında ektensiv üsuldan istifadə 
və mövcud olan resurs potensialından düzgün istifadə olunmaması göstərilə bilər. 
Halbuki regionlarda torpaq-iqlim şəraiti, torpaqların münbitlik səviyyəsi və taxılın 
yetişməsi üçün lazım olan günəş enerjisi lazımı qədərdir.Digər bir səbəb kimi 
aqrotexniki qaydalara lazımı qaydada əməl olunmaması, taxıl istehsalında mütərəqqi 
texnologiyalardan istifadə olunmaması, elmi-texniki tərəqqinin nailiyyətlərindən zəif 
istifadə olunması göstərilə bilər. 
Son illərdə dövlət taxıl istehsalının inkişafı ilə əlaqədar fermerlərə xüsusi 
güzəştlər həyata keçirib.Belə ki,hər bir fermer alaq otları və zərərvericilərlə 
mübarizədə lazım olan dərmana və hər hektar əkin sahəsinə görə lazım olan gübrəyə 
görə 70 % güzəşt əldə edir. Həmçinin taxıl istehsalı ilə məşğul olan fermerlər
yanacaq və motor yağlarına görə 90 manat subsidiya alırlar. 
Son 5 illik göstəricilərə baxsaq görərik ki,ölkəmizdə heyvandarlıq məhsullarının 
istehsalında davamlı artım olmuşdur.Ümumiyyətlə heyvandarlıq məhsullarının 
istehsalında artım həm ümumi,həm də adambaşına düşən göstəricilərə əsasən qeydə 
alınır.Keçən il heyvandarlı sektorunda 2016-ci ilə nisbətən 2,7% artım yəni, 3,561 
milyard manatlıq məhsul istehsal edilib. Həmçinin 2017-ci ildə ümumi məhsul 


- 50 - 
dəyərinin 3 milyon 561 min manatı heyvandarlıq, 3019,0 milyon manatı isə bitkiçilik 
məhsullarının payına düşüb(cədvəl2.4)
Cədvəl 2.4 : Ümumi məhsul dəyərində bitkiçilik və heyvandarlıq(2017) 
2017-ci ildə əvvəlki ilə nisbətən 3,2 % çox(540,5 min ton) diri çəkidə ət istehsal 
olunmuşdur ki,onunda 316,824 min tonu kəsilmiş çəkidə ət olmuşdur.Eyni ilə keçən 
ilə nisbətən 0,7 faiz çox(2,0241 milyon ton) süd,6,5 faiz çox(1,714 milyard ədəd) 
yumurta, 3,7 faiz az(16 min ton) yun,3,5 dəfə çox(245,2 ton) barama istehsal 
edilmişdir.(cədvəl 2.5). 
Cədvəl 2.5:Əsas heyvandarlıq məhsullarının istehsalı(2013-2017) 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin