3.2Regionların inkişafında klaster siyasətinin rolu və əhəmiyyəti
Klaster birbaşa əlaqəli olan təsərrüfat subyektlərindən ibarətdir.Klaster siyasəti
rəqabətə davamlı iqtisadi fəaliyyətin əsasını təşkil edir.Əməkdaşlıq və rəqabətin
birləşməsi ərazilərin ixtisaslaşmasına,ixrac imkanlarının artırılmasında mühüm rol
oynayır. Klasterlər regionların dinamik inkişafına şərait yaradır. Buna görə,
bölgələrin klaster prinsiplərinə əsaslanan inkişafı aktualdır və yüksək praktik
əhəmiyyətə malikdir.
Klaster siyasətinin inkişafı tez-tez diqqətdən kənarda qalmasına baxmayaraq,
son illərdə bu yanaşma regionların strateji inkişafının tərkib hissəsinə çevrilmişdir.
Hazırki dövrdə klaster siyasəti region iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin
artırılması üçün çox mühüm rol oynaya bilər. Bu həm bir sıra sahələrdə idxalı əvəz
edən və eləcə də qlobal məhsullar istehsal etməyə qadir olan daha rəqabətqabiliyətli
sahibkarlıq sektorunun formalaşması baxımından çox mühümdür. Klasterin
formalaşdırılması ilə bağlı üç əsas faktoru qeyd etmək olar:
1. Coğrafi faktorlar. Məhsulun maya dəyərində nəqliyyat xərclərinin həcmi və
regional tələbin vəziyyəti sahibkarları müəyyən bir coğrafi ərazidə cəmləşməyə sövq
edir.
2. Tarixi keçmiş. Regionun cəlbediciliyi adətən onun tarixi keçmişi ilə bağlı olur.
Məsələn, Lənkəran iqtisadi rayonu həmişə öz əsararəngiz təbiəti ilə, eləcə də
subtropik bitkiçilik ənənləri ilə məşhurdur.
3. İnstitutional mühit. Bu insanlar arasındakı münasibətləri tənzimləyən hüquqi,
siyasi və sosial strukturdur. İnstitutional mühit iki formada mövcud olur: rəsmi və
qeyri-rəsmi. Rəsmi strukturlar konstitusiya, qanunlar, məhkəmələr və sosial-iqtisadi
münasibətlər çərçivəsində yarana biləcək mübahisələri tənzimləyən hər hansı bir
qurumları ehtiva edir. Qeyri-rəsmi mühit isə mədəni normalar, davranışlar, eləcə də
sosial-iqtisadi münasibətlərdə ümumi qəbul olunmuş prosedurları ehtiva edir.
İnstituional mühitin mükəmməlliyi zamana, təşəbbüskarlıq meylinə və s. məsələlərə
- 63 -
nüfuz etməklə sahibkarlıq fəaliyyətinə birbaşa təsir edir. Xüsusilə bir çox tədbirlərin
görülməsi və qanuni dəyişikliklərin edilməsinə baxmayaraq institutional strukturda
möcud olan boşluqlar, sahibkarlıq fəaliyyətinə qeyri-qanuni müdaxilələr və haqsız
rəqabət şəraiti sahibkarlıq fəaliyyətinin inkişaf tempinin aşağı salan əsas amildir.
Regional klasterlərin yaradılması iqtisadi idarəetmədə bir sıra üstünlüklərə malikdir
ki,bu üstünlüklər aşağıdakılardan ibarətdir:
Vergi tutma bazasının artırılması;
Bölgənin əhalisinə məşğulluq təmin edən sənaye birliklərinin yaradılması,
infrastrukturun inkişafı və s.;
Bölgədə az mənfəət verən müəssisələrin yenidən qurulması imkanı;
İnvestisiya qoyuluşlarının tənzimlənməsi və investisiyalarının effektivliyini
qiymətləndirmək imkanı;
Sahibkarlıq fəaliyyətinin regionda inkişafı;
Ümumiyyətlə klaster siyasəti dedikdə,bir ölkə (və ya regionunun) iqtisadiyyatının
rəqabət qabiliyyətini artırmaq məqsədi ilə dövlət orqanları tərəfindən həyata keçirilən
dövlət tənzimləyici tədbirlər planı başa düşülür.Bu baxımdan klaster siyasətinin əsas
vəzifələri aşağıdakılardan ibarətdir:
1)
Klasterlərin effektiv təşkilati inkişafı, o cümlədən klaster üzvlərinin müəyyən
edilməsi, əlavə dəyər zənciri daxilində məhsulların rəqabət qabiliyyətinə təsir
edən məhdudiyyətlərin aradan qaldırılması və çoxsaylı inkişaf strategiyalarının
hazırlanması;
2)
yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi; eləcə də klaster siyasətinin həyata keçirilməsi
üçün biznes əlaqələri;
3)
regional və sektoral səviyyədə klaster siyasətinin həyata keçirilməsi üçün
effektiv metodoloji, informasiya, məsləhət və təhsil dəstəyindən istifadə etmək;
4)
inkişaf prioritetlərini, iqtisadi siyasət tədbirlərini aşağıdakı sahələridə nəzərə
almaqla, klaster iştirakçılarının rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş
layihələrin effektiv dəstəklənməsi:
-kiçik və orta biznesin inkişafına dəstək;
- 64 -
-innovativ və texnoloji siyasət;
-təhsil siyasəti;
-investisiya cəlb etmək üçün siyasət;
-ixracın inkişaf etdirilməsi siyasəti;
-Nəqliyyat və enerji infrastrukturunun inkişafı;
-iqtisadi sektorların inkişafı.
Ən ümumi formada, dövlət orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən
həyata keçirilən klasterlərin inkişafına dəstək üçün əsas sahələr aşağıdakılardır:
1) klasterlərin institusional inkişafına dəstək vermək;
2) müəssisələrin rəqabət qabiliyyətinin və onların qarşılıqlı təsirinin artırılmasına
yönəldilmiş layihələrə dəstək mexanizmlərinin inkişaf etdirilməsi;
3) klasterlərin inkişafı üçün əlverişli şəraitin yaradılması.
Bir çox ölkələrdə dövlət dəstəyi klaster üzvlərinin birgə layihələri üçün tenderlərin
təşkili ilə seçici şəkildə həyata keçirilir. Bu səbəbdən klaster siyasətinin həyata
keçirilməsinin nəticələri aşağıdakılardan ibarət olur:
iqtisadi fəaliyyətin müxtəlif növlərini həyata keçirən təsərrüfat subyektlərinin
inteqrasiya və əməkdaşlığın yeni təşkilati formalarını tətbiq etmək prosesini
sürətləndirmək;
müəssisələrin məhsuldarlığının artması və innovativ fəaliyyəti;
kiçik və orta biznesin inkişafının intensivliyini artırmaq;
ixrac potensialının artırılması və birbaşa investisiya cəlbinin artırılması;
klaster siyasəti ilə regionların sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi.
Respublikamızın regionlarında klasterlərin təşkili bu sahədə artıq müəyyən
təcrübəyə malik ölkələrə nisbətən ləng inkişaf edir.Bunun əsas səbəbi kimi Sovetlər
Birliyi dağıldıqdan sonra ölkədə mövcud siyasi sabitlik və bunun nəticəsi olaraq dərin
iqtisadi böhranı qeyd edə bilərik.Lakin müstəqillik qazanıldıqdan sonra ölkə
iqtisadiyyatında mühüm canlanma yarandı.Neft sənayesinin inkişafı və neftin nəqli
- 65 -
üzrə mühüm investisiya layihələrinin həyata keçirilməsi nəticəsində ölkə
iqtisadiyyatının makroiqtisadi göstəriciləri yüksəlməyə başladı.
Ümumiyyətlə,klaster siyasətini ölkə regionlarında təşkili xüsusiyyətlərini təhlil
etməmişdən əvvəl bu prosesin zəruriliyi araşdırılmalıdır.Bundan sonra klaster siyasəti
ölkənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış və sınaqdan
keçirilmiş vahid proqram əsasında həyata keçirilməlidir.
Klasterləşməni Azərbaycan regionlarında tətbiq etməmişdən əvvəl bu sahədə
kifayyət qədər uğurlu təcrübəyə malik ABŞ,Niderland,İspaniya kimi ölkələrin
təcrübəsindən yararlanmaq effektli ola bilər.
Regionlarda klaster siyasətinin tətbiq edilməsində mühüm məsələlərdən biridə
sənaye fəaliyyətinin regionlar arasında bərabər bölüşdürülməsidir.Bu bölgü elə
aparılmalıdır ki,hər bir region əmək,kapital,təbii resuslarla bərabər təmin olunsun.
Eyni zamanda sənayecə inkişaf etmiş regionların həddən artıq yüklənməsi də
məqsədə uyğun hesab edilmir.Regional baxımdan ölkəmizdə Bakı,Gəncə,Sumqayıt
şəhərlərini klasterlərin formalaşması üçün ən əlverişli iqtisadi mərkəzlər hesab etmək
olar.Xüsusilə Bakı şəhərində iri neft yataqlarının,maşınqayırma,yeyinti və yüngül
sənaye müəssisələrinin həmçinin geniş infrastruktur,nəqliyyat imkanlarının olması
klaster siyasətinin yaradılması üçün böyük zəmin yaradır.Paytaxta klasterlərin
formalaşmasına təkan verəcək başqa amil isə burada iri universitelərin,elm və tətdris
mərkəzlərinin olmasıdır.
Michael Enright'ın regional klaster nəzəriyyəsinə görə, rəqabət üstünlükləri milli
səviyyədə deyil (Porter kimi) ,regional səviyyədə yaradılır.
Dostları ilə paylaş: |