Kurs: L Qrup: 202807B


Sosial-ərazi strukturu nədir?



Yüklə 90,71 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü90,71 Kb.
#41863
1   2   3   4   5
kamil

Sosial-ərazi strukturu nədir?

Sosial-ərazi strukturu insanların sabit birliklərinin və bu birliklər arasındakı münasibətlərin məcmusudur; belə birliklər müxtəlif ərazi-inzibati təşəkküllərində həyat fəaliyyəti şəraitində mövcud olan sosial qeyri-yekcinslik əsasında formalaşırlar. Sosial-ərazi strukturu cəmiyyətin sosial strukturunun təzahürlərindən biridir. Bu struktur insanların müxtəlif məskənlərə və ərazi-inzibati təşəkküllərinə mənsubiyyətinin sosial nəticələrini qeydə alır, cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir.

Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, müəyyən tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və kənd), bir regionun digərindən (mərkəz və əyalət) üstün inkişafının labüdlüyünü şərtləndirir. İstehsalın yerləşdirilməsində və əhalinin məskunlaşmasında iqtisadi meyarların hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğurur. Bu və ya digər ölkə hüdudlarında regionların və ərazilərin iqtisadi inkişafının qeyri-bərabərliyi bunun təzahürlərindən biridir. Bu əsasda regional kəsimdə həyat fəaliyyəti şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi fərqləri formalaşır. İnsanların iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl onların məskənlərə özünəməxsus bağlılığı (daimi yaşayış yeri) sosial-ərazi birliklərinin formalaşması ilə nəticələnir; bu birliklər spesifik sosial təşəkküllərdir.

Cəmiyyətin sosial-ərazi strukturu öz ünsürlərinin

- sosial-ərazi birliklərinin sosial inkişaf səviyyəsində irəliləyişin müxtəlif dərəcədə olması ilə səciyyələnir. Həmin birliklərə mənsubiyyət isə sosial diferensiasiya amillərindən biri kimi çıxış edir. Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətləri aşağıdakılardır:

- aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi;

- şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi;

- kəndin sosial baxımdan yenidən qurulması;

- müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafına dair diferensiallaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, onların profılinin dəyişdirilməsi, kiçik və orta şəhərlərin inkişafının stimullaşdırılması;

- məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdırılması;

- bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdırılması;

- ölkənin inzibati-ərazi quruluşuna dair islahatların həyata keçirilməsi;

- inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və mədəni inkişafının respublika ilə tarazlı olmasının əməli surətdə reallaşdırılması və s.

Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və fəaliyyətinin optimallaşdırılması ciddi məsələ olaraq qalır. Bu birliklərin inkişafının ən ümumi istiqaməti sosial baxımdan ədalətli cəmiyyət quruculuğunun əsas komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu 36 prosesin idarə olunması sosial-ərazi birliklərinin hər bir növünün inkişaf mexanizmlərini, onların qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarını dərindən bilməyi tələb edir1 .

Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin sosial təkraristehsalının səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial norma və dəyərlər sisteminin təkamülü prosesidir. Bu proses ictimai inkişafın konkret mərhələsinə xas olan sosial sistemin dəyişilməsi meyllərini təcəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm funksiyası kimi səciyyələndirmək olar. Belə təkraristehsal əhalinin ictimai həyatda normal iştirakı üçün zəruri olan müəyyən sosial keyfıyyətlərin məcmu halında təkraristehsalını nəzərdə tutur. Başqa sözlə, sosial təkraristehsalda kəmiyyət aspekti (bu, fərdlərin fıziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial keyfiyyətlərin qazanılmasını nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni nəsillər mütərəqqi sosial keyfıyyətlərin daha yüksək səviyyəsinə yüksəlməyə səy göstərirlər. Lakin bu proses müəyyən çətinliklərlə, ziddiyyətlərlə müşayiət olunur.


Yüklə 90,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin