Kurikulumlar

Yüklə 28,34 Kb.
tarix03.12.2016
ölçüsü28,34 Kb.
#703
Kurikulumlar
“Kurikulum” latın sözü olub, lügəvi mənası “kurs”, “elm” deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi, hər hansı birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi gözlənilir.
Təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bilavasitə bu anlayişların mənimsənilməsinə istiqamətləndirilir.Belə kurikulumların keyfiyyətində biliklərin həcmi və miqdarı əsas rol oynayır. Bütün praktik bacariqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərməkdən ibarət olur. Praktik əhəmiyyət daşıyan bacarıq, vərdiş və qabiliyyətlər arxa plana keçir, fənnin elmi potensialı artır, məlumatlıq səvviyəsi çoxalır. Şagirdlər özlərinə praktik cəhətdən lazım olmayan fundamental bilikləri öyrənmək məcburiyyətində qalırlar.
Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Bu kurriruluma görə, insanın gələcək həyat fəaliyyətində lazım olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması ön plana çəkilir.
Tələb olunan bacarıq və vərdişlərin formalaşdırılmasına imkan yaradan minimum biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər minimum təlim məqsədlərinə çatmaq üşün vasitə kimi nəzərdə tutur.
Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin formalaşması ücün əhəmiyyət kəsb edən və bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım olan tələblər əsas götürülür.
Kurikulumun nəzəri problemlərindən biri onun növlərinə görə təsnif olumunşdur.bu məsələdən bəhs edən ailmlərin fikrincə, kurikulumların növələri barədə yekdil fikir yoxdur. Bu da ondan irəli gəlirki, kurikulumları təsnif edərkən ona müxtəlif prinsiplərlə yanaşılır: ya xarakterlərinə, ya təyinatına ya da məzmun vəstrukturuna görə münasibət bildirirlər.Bütün məqamlarda elə kurikulumlar vardır ki, onlar ümumi ölkə səviyyəsində qəbul olunmaqla geniş miqyasda tətbiq edilir. Mahiyyət etibarı ilə belə kurikulumlar milli xarakter daşıyır. Ona görə də Milli Kurikulum adlanır. Ayrı ayrı fənlərin bütövlükdə xüsusiyyətlərini əhatə edən kurikulumlar isə fənn kurikulumları kimi tanınır və dəyərləndirilir.

Treninq proqramları
Respublikada təhsil islahatlarının vüsət aldığı bir zamanda təhsil işçiləri davamlı şəkildə öz peşəkarlıqlarını yüksəltmək zərurəti qarşısında qalırlar.
Təhsilə verilən müasir tələblərə cavab vermək üçün müxtəlif kursların iştirakçısı olmaqla bərabər müstəqil şəkildə də öz təhsilinizi təşkil edə, bilik və bacarıqlarınızı artıra bilərsiniz.
Bu işdə sizə dəstək olmaq üçün ehtiyac və maraqlarınıza cavab verən treninq materialları portalın bu səhifəsində yerləşdirilmişdir. Aşağıdakı keçidlərin üzərinə tıqlamaqla Proqramların PDF versiyası ilə tanış ola bilərsiniz.
Təlim proqramı. V-IX sinif fənn kurikulumları
Təlim kursunun proqramı - Qiymətləndirmə
Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə TƏLİM PROQRAMI
Ümumi təhsil müəssisələrinin rəhbərləri üçün “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması” mövzusunda təlim kursunun PROQRAMI
Yeni ibtidai təhsil kurikulumu üzrə müəllimlərin təlimi Proqramı
Qiymətləndirmə vasitələri

Bu səhifədə siz şagird nailiyyətlərinin müxtəlif səviyyələrdə (məktəbdaxili, milli, beynəlxalq) qiymətləndirilməsində istifadə edilən vasitələrlə yaxından tanış olacaqsınız. Qiymətləndirmənin müxtəlif növlərinə dair nümunələrdən səmərəli şəkildə bəhrələnməklə yanaşı, həm də portalın zənginləşdirilməsində fəal iştirak edəcəyinizə ümid edirik. Tərtib edilmiş uğurlu qiymətləndirmə vasitələrini “Əlaqə” menyusundan istifadə edərək portalımıza göndərin. Qoy, bu sizin müasir təhsilimizə dəyərli töhfəniz olsun.

Qiymətləndirmə vasitələri bunlardır:

Beynəlxalq qiymətləndirmə

Milli qiymətləndirmə

Məktəbdaxili qiymətləndirmə

Beynəlxalq qiymətləndirmə
Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir, müqayisəetmə tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti haqqında məlumat əldə etməyə, həlli tələb olunan daha əhəmiyyətli problemləri üzə çıxarmağa, onları araşdırmağa, nəticələri xarici ölkələrlə müqayisə etməyə imkan yaradır.

Əsasən, şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəlmişdir və hər üç ildən bir həyata keçirilir. İştirakçı ölkələrin şagirdlərinin nəticələri arasındakı fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətləri) öyrənməyə, “riyazi savadlılıq”, “oxu savadı”, “təbiət elmləri savadlılığı,” və əlavə olaraq müxtəlif tipli problemləri həlletmə bacarıqlarının qiymətləndirilməyə xidmət edir.

Azərbaycan Respublikası təhsil islahatı layihəsi çərçivəsində PISA-2006 proqramında iştirak edir. Portalda aşağıdakı beynəlxalq qiymətləndirmə nümunələri ilə tanış ola bilərsiniz:

Milli qiymətləndirmə
Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici seçim etməklə 4-cü və 9-cu sinif şagirdləri arasında, obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə, bir qayda olaraq 4-5 ildən bir aparılır və əldə olunan nəticələr kurikulumun, təlim/tədris prosesinin keyfiyyətinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Bu səhifədə siz təhsilin ibtidai və əsas mərhələlərinin sonunda şagirdlərin nailiyyət keyfiyyətinin qiymətləndirilməsi üçün hazırlanmış test və tapşırıqlarla tanış ola bilərsiniz.

Məktəbdaxili qiymətləndirmə

Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə təlimin/tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır.

Məktəbdaxili qiymətləndirmənin üç növü var:

Diaqnostik

Formativ

Summativ

VKurikulum Mərkəzi haqqında
Azərbaycanda həyata keçirilən təhsil islahatına uyğun olaraq bir sıra təşkilatistruktur dəyişiklikləri aparıldı. Təhsil Problemləri İnstitutunun strukturlarında 2005-ci ildə kurikulum mərkəzi yaradıldı. 35 əməkdaşla fəaliyyətə başlayan bu qurum iki şöbədən ibarət idi: ibtidai təhsil kurikulumu şöbəsi; əsas və orta təhsil kurikulumu şöbəsi. Əsas və orta təhsil kurikulum şöbəsi isə ictimai-humanitar fənlər, xarici dillər, təbiət-riyaziyyat fənləri, musiqi, təsviri incəsənət, texnologiya fənləri bölmələrini əhatə edirdi. Bu mərkəzin yaradılmasında başlıca məqsəd Azərbaycan təhsilinin məzmununu yenidən qurmaq, texnologiyalar və idarəolunması sistemin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdan ibarət idi. Bu məqsədin həyata keçirilməsi üçün müasir dünyanın geniş yayılmış təhsil modellərinə müraciət etmək, onların nümunəsində Azərbaycana məxsus təhsil sənədləri hazırlamaq, xüsusi təhsil kurikulumlarının yaradılması işini başa çatdırmaq əsas vəzifə kimi qarşıya qoyulurdu. Vəzifənin yerinə yetirilməsi üçün təhsil standartlarını hazırlamaq, həmin strategiyalarını və qiymətləndirmə mexanizmlərini formalaşdırılmaq zəruri vacib edildi. Bundan başqa, kurikulumların tətbiqi vəziyyətini öyrənmək, onların qiymətləndirilməsi işini həyata keçirtmək, ümumiyyətlə, fənlərin təlimi problemləri ilə bağlı tədqiqatlar aparmaq mühüm vəzifələr kimi nəzərdə tutulurdu.
2005-ci ildən başlayaraq Kurikulum Mərkəzində Milli Kurikulumun eləcə də fənn kurikulumlarının hazırlanması istiqamətində iş aparılmışdır. Hazırda bu işlər davam edir: əsas və orta təhsil pilləsi üçün fənn kurikulumları layihələrinin təkmilləşdirilməsi üzərində işlər yekunlaşdırılır.
2009-cu ilin əvvəllərindən etibarən Təhsil Problemləri İnstitutunun strukturunda bir daha dəyişiklik aparılmış, onun strukturunda məktəbəqədər təhsilin kurikulumu şöbəsi yaradılmışdır. 4 nəfərdən ibarət olan bu şöbə hazırda məktəbəqədər təhsilin kurikulumunun hazırlanması problemi ilə məşğuldur.
Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin