Краткое содержание документа. Если вы готовы добавить свой текст просто щелкните здесь и введите его.]


TSİİL-in komponentləri, alt- komponentləri və onların vəzifələri



Yüklə 128,8 Kb.
səhifə18/23
tarix03.01.2022
ölçüsü128,8 Kb.
#50978
növüКраткое содержание
1   ...   15   16   17   18   19   20   21   22   23
Təhsil islahatları zəruri edən səbəblər

9. TSİİL-in komponentləri, alt- komponentləri və onların vəzifələri

Alt-komponent 1.1: Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək.

Əsas vəzifələri - V-XI sinif kurrikulumlarının təsdiqi və tətbiqi; Ümumtəhsil kurrikulumlarının mənimsənilməsinə dəstək; Məktəbəqədər təhsil kurrikulumunun hazırlanması; Peşə təhsili üzrə yeni peşə ixtisas klassifikatorunun və seçilmiş ixtisaslar üzrə yeni kurrikulumların hazırlanması.

Alt-komponent 1.2: Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi.

Əsas vəzifələr - Məktəb kitabxanası fəaliyyətinin təkmilləşdirilməsi; Mövcud tədris və təlim materiallarının birbaşa müqavilə əsasında satınalınması və məktəb kitabxanalarına çatdırılması; Yeni kurrikulumun tətbiqi ilə bağlı əlavə tədris materiallarının hazırlanması və internet portalına yerləşdirilməsi.

Komponent 2: Müəllimlər üçün əlavə təhsil sisteminin müasirləşdirilməsi.

Əsas vəzifələr - Əlavə təhsil müəssisələrinin təmiri, onların mebel və İKT avadanlıqları ilə komplektləşdirilməsi; Yeni ümumtəhsil kurrikulumlarının tətbiqi ilə bağlı əlavə təhsil tədbirləri; Əlavə təhsil üzrə xidmətlərin təklifində alternativliyin yaradılması; Əlavə təhsil sistemində distant təhsilin tətbiqi; Yeni məktəbəqədər təhsil kurrikulumlarının tətbiqi ilə bağlı əlavə təhsil tədbirləri.

Komponent 3: Təhsilin idarə olunmasında təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi nəticələrindən istifadə.

Əsas vəzifələr - PISA-2009, PISA-2012 və TIMSS-2011 şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramlarında iştirak; Şagird nailiyyətlərinin milli qiymətləndirilməsi; Ümumtəhsil sistemində buraxılış imtahanları nəticəsində təhsil sənədlərinin verilməsi sisteminin təkmilləşdirilməsi; Yeni məktəbdaxili qiymətləndirmə sisteminin hazırlanması və sınaqdan keçirilməsi.

Komponent 4: Məktəbə hazırlığın inkişaf etdirilməsi.

Əsas vəzifələr - Qısa müddətli qruplarda məktəbə hazırlıq proqramının və valideynlərin maarifləndirməsi proqramının Xətai, Xızı, Quba, Şamaxı, Lənkaran və Füzuli pilot rayonlarında sınaqdan keçirilməsi; Qısa müddətli qruplarda məktəbə hazırlıq proqramının və valideynlərin maarifləndirməsi proqramının sınaq nəticələrinin təhlili və dövlətin təhsil siyasətində onların nəzərə alınması.




Yüklə 128,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin