Korrupsiyaya qarşı mübarizə haqqında



Yüklə 256,66 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix27.01.2023
ölçüsü256,66 Kb.
#81271
1   2   3   4   5   6   7   8
corruption

məsuliyyəti 
 
11.1.Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş 
fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə 
edilirlər.
11.2. 
 Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər 
qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya 
hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada 
cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.
 
M a d d ə 1 1 - 1 . Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə  
 
11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı 
(o cümlədən elektron) və ya şifahi formada verilə bilər. 
11-1.2. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya 
paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və 
büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, 
müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi 
üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) 
müəyyən edir. 
11-1.3. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar 
hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. 
11-1.4. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı 
qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə 
bildirməlidir. 
11-1.5. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat 
qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini 
məlumat verən şəxsə bildirməlidir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan 


Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı 
müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır. 
11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya 
dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın 
araşdırılması həvalə edilə bilməz. 
11-1.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə 
ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın 
rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə 
məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq 
tədbirlərin həyata keçirilməsini təmin etməlidir. 
11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya 
təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya 
təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində 
ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul 
edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata 
keçirilməsini təmin etməlidirlər. 
M a d d ə 1 1 - 2 .  Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən 

Yüklə 256,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin