Kompüterin dахiletmə- хаriъetmə sistemləri. Interfeyslər



Yüklə 1,37 Mb.
səhifə10/20
tarix01.06.2022
ölçüsü1,37 Mb.
#60358
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Mühazirə 6

Printer




Printer - Kompüterin xaricetmə qurğusudur. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 19-cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış “Fərqlər Aparatı”(Difference Engine) üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB (Universal Serial Bus) portu vasitəsi ilə
98
qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Printerləri bir-birindən əsasən ayrıdetməsinə (bir düymdə (2.5 sm) çap olunmüş nöqtələrin sayı – dpi – dot per inch), çap sürətinə (bir dəqiqədə çap olunan səhifələrin sayı) və formatına (istifadə olunan kağızın ölçüləri

  • A4, A3 və s.) görə fərqləndirirlər. Printerlər, həm də rəngli və ağ-qara növlərə ayrılır. Rəngli printerlərdə 4 boyadan istifadə olunur – CMYK (Cian – Tünd mavi, Magenta- Zoğalı, Yellov- Sarı, Black-Qara). Printerlərin işləmə prinspilərinə və tətbiq sahələrinə görə bir neçə növləri vardır:




  1. Barabanlı printerlər (Drum Printer) 1953-cü ildə Remington Rand şirkəti tərəfindən UNİVAC kompüterləri üçün yaradılmışdır. Bu printerdə çap baraban vasitəsi ilə həyata keçirilir. Məlumat ötürüldükdən sonra printer sətri “götürür” və sətrdə simvolları ardıcıl olaraq düzür. Yəni üzərində simvolların təsvir olunan kiçik çəkicciklər sıra ilə barabanın ətrafında, sətrimizə uyğun düzülür. Sonra həmin düzülmüş simvollar ardıcıllığı – sətr kiçik çəkicciklər vasitəsi ilə kağızın üzərinə vurulur, çəkicciklərin üzərində olan mürəkkəb kağızın üzərinə keçir. Bu proses sətrlər qurtarana kimi davam edir. Hal hazırda bu tip printerlər az istifadə olunmur.





  1. Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin