Kompüter texnologiyalarinin diGƏr sahəLƏRƏ TƏTBİQİ



Yüklə 25,96 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü25,96 Kb.
#1652
1   2   3   4   5
Kompüter ticarətdə. Supermarketlərin çoxunda hər malın üzərində barkod – müxtəlif qalınlıqda qara cizgilərdən ibarət etiket olur. Ödəmə zamanı barkod skanerdən (barkod oxucusundan) keçirilir. Bu skanerə bağlı kompüter

barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına göndərir. Barkod oxucusundan istifadə edən mağazalarda, yaxud anbarlarda hər bir mal haqqında informasiya verilənlər bazasında saxlanılır. Ən geniş yayılmış barkodlar 13mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. İnformasiyalaşdırmanın ən mühüm istiqamətlərindən biri pul – kredit və maliyyə sahələrində elektron pula keçiddir.


Nağdsız ticarət. Getdikcə daha çox ticarət müəssisələrində ödənişlər kredit

kartları vasitəsilə aparılır. Kredit kartı olan alıcının bankdakı hesabından lazım olan məbləğ avtomatik silinərək, mağazanın bank hesabına köçrülür. Nağdsız ticarət sistemi POS (Points of Sale System) aşağıdakı funksiyaları yerinə yetirir:
• kredit kartlarının verifikasiyası, yəni onların həqiqiliyinin təsdiqi;

• alıcının hesabından pulun silinməsi;

• pulun satıcının hesabına köçürülməsi.

Kredit kartlarına məlumatlar maqnit yazısı üsülü ilə vurulur. Kredit kartında informasiyanı saxlamaq üçün maqnit kartından istifadə olunur. Maqnit kartına aşağıdakı informasiyalar yerləşdirilir:


• şəxsi hesabın nömrəsi;

• bankın adı;

• ölkə;

• müştərinin ödəniş qabiliyyətinin kateqoriyası;

• verilmiş kreditin miqdarı və s.
Bankomatlar. Bank avtomatları bankomatlar (ATM – Automated Teller

Machine), yaxud nağd ödəmə maşınlarının şəbəkəsi, ən geniş şəbəkələrdən biridir. Dünyadakı minlərlə bankın kompüterləri bir-birinə bağlanır. Bankomatlar banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün quraşdırılır. Bunun da nəticəsində siz xarici ölkədə olarkən Azərbaycanda yerləşən bank tərəfindən verilmiş kredit kartından istifadə edərək, bankomatdan pul götürə bilərsiniz.

Bankomatda iş prinsipi belədir:

1. Müştəri kartını avtomata yerləşdirir və avtomatın klavişlərindən istifadə edərək, öz şifrəsini yığır.

2. Kartın üzərindəki maqnit zolağında hesab sahibinin adı, hesab nomrəsi və onun bağlı olduğu şəbəkə haqqında məlumatlar avtomat tərəfindən oxunur.

3. Avtomat (daha doğrusu, avtomatdakı kompüter) telefon xətləri vasitəsilə minlərlə bankın məlumatının saxlanıldığı mərkəzi komputerə məlumat gondərir.

4. Mərkəzi kompüter hesabı yoxlayır və pulu vermək, yaxud istəyi rədd etmək haqqında bankomata məlumat göndərir.
Kompüter kənd təsərrufatında. Kompüteri olan fermer asanca və tez bir

zamanda əkin üçün tələb olunan toxum və gübrələrin miqdarını hesablaya bilər.

Kompüter sistemləri növbəli əkini planlaşdıra, suvarma qrafikini hesablaya, malqaraya yemin verilməsini idarə edə və başqa faydalı işlər görə bilər.

Kənd təsərrüfatında texnoloji inqilab gözlərimiz onundə baş verir: kompüterlər



və fərdi mikrosensorlar hər bir heyvanın və bitkinin vəziyyətinə nəzarət etməyə

imkan verir. Bu, maddi və insan resurslarına qənaət edir, insanın həyat səviyyəsini yaxşılaşdırır.
Yüklə 25,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin