Kommunikasiya nədir?



Yüklə 8,72 Kb.
tarix02.03.2022
ölçüsü8,72 Kb.
#53305
növüYazı
M1



Kommunikasiya nədir?


Kommunikasiya latın dilindəki - “communikato” (rabitə, əlaqə) sözündəndir. Lakin, məşhur amerikalı psixoloq Yurgen Ryuş (Jurgen Ruesch) onun qırxdan artıq mənası olduğunu yazır. Ən sadə fomada cavab isə belədir: ”...kommunikasiya informasiya ötürülməsi, fikir bölüşməsi (ünsiyyət) prosesidir.” “Kim informasiyaya malikdirsə, daha qüdrətlidir” fikri həyatda öz təsdiqini tapıb.

Ünsiyyət, danışıqlar və kommunikasiya problemlərinin bir çox elm sahələrinin (psixologiya, sosiologiya, dilçilik və s.) tədqiqat obyektinə çevrilməsinə baxmayaraq cavablanmalı olan suallar hələ də qalmaqdadır.Doğru olan odur ki, danışmaq cəmiyyətin əbədiyaşar fenomenidir. Bugünkü günümüzdə




qarşılıqlı birgə fəaliyyətin qurulmasında şifahi kommunikasiya mühüm rol oynayır. Hesablamalara görə müxtəlif fəaliyyət sferalarında qərarların qəbul olnmasının 70% -i şifahi nitq fəaliyyətinə əsaslanır. Digər hallarda isə bu rəqəm 35 faiz həddində hesablanır.Elə fəaliyyət sferaları vardır ki, bu rəqəm daha aşağı ola bilər. Cəmiyyəti kommunikasiyasız təsəvvür etmək nə dərəcədə çətindirsə, kommunikasiyanı da cəmiyyətsız təsəvvür etmək ağılsızlıqdır. Dildən məqsədyönlü və şüurlu istifadə son dərəcə önəmlidir. Hələ antik dövrdə Demetriy Faleriski yazırdı ki, “Döyüşdə polad nə dərəcədə əhəmiyyətlidirsə, siyasətə sözün qüdrəti ondan da artıqdır.” Odur ki, həyatda, işdə, elmdə, idarəçilikdə, işgüzar münasibətlərdə uğur qazanmağın yeganə yolu dinləmək və danışmaqdan keçir. İnsan şüurlu varlıq




olaraq düzgün kommunikativ strategiya qurmaqla öz maraqlarını və ehtiyaclarını ödəməyə səy göstərir. Vilyam Şeksprin demişdir: “Danışığınıza fikir verin. Sizin gələcəyiniz ondan asılıdır.” Kommunikasiya və informasiya anlayışları ayrılmaz cütlük kimi təsəvvür olunmalıdır. İnformasiya kommunikasiyasız mövcud ola bilər. Ancaq bunun əksi mümkünsüzdür. Bizi əhatə edən varlıq büs-bütün informasiyadır. İnsan yalnız ötürücü olaraq informasiyanın translyasiyası və eyni zamanda interperitasiyası ilə məşğuldur və bu süurlu fəaliyyəti ilə öz maraq və ehtiyaclarına, çalişdığı idarə, müəssisə və təşkilatən effektiv fəaliyyət göstərməsinə, sosial varlıq kimi digər sübyektlərlə əlaqələrinə təkan verir. Fasiləsiz olaraq görmə, eşitmə, dad, hiss,qoxu (sensor) kanalları




bizi informasiya ilə təmin edir. Bu informasiyanın 90% görmə,10% isə digər orqanlarin payına düşür. Bilik və informasiyanı eyniləşdirmək olmaz. Bilik yanlız məqsədə xidmət etdikdə informasiyaya çevrilir. Bu incəliyi nəzərə almamaq mümkün deyildir. İnformasiya ünsiyyətin mayasıdır. İnformasiyalar(faktlar) istifadə olunmadıqda sandıqda saxlanılan zinət əşyalarından bir fərqi olmur."Həqiqət heç kəsə büllur kimi saf gəlib catmır və catmayacaq."- deyən antik dövrün filosofu Ksenofan ona işare edirdi ki, həqiqəti əldə etmək lazimdir. İstənilən elm sahəsində informasiya zaman keçdikcə

tükənməyən,əksinə il-ildən zəginləşən və dinamik inkişafa təkan verən və yeni informasıyaların meydana çıxmasına səbəb olan bir anlayışdır. İnformasiya kommunikativ fəaliyyətin həm predmeti,


həm vasitəsi və həm də məhsuludur. " Ünsiyyət prosesi məqsədli birgə fəaliyyətə qatılmaqla ehtiyacların ödənməsi və bu zaman insanlar arasında əlaqə qurulması,mövcud əlaqələrin inkişaf etdirilməsi, informasiya mübadiləsi aparılması, növbəti qarşılıqlı fəaliyyət strategiyasının müəyyənləşdirilməsi, digər şəxslərin fikrini duymaq və anlamaq prosesidir."Bir çox hallarda tədqiqatçılar kommunikasiyanı ünsiyyət üçbucağının bir üzü sayırlar.Nəticə etibarilə, qeyd olunmalıdır:

a)Ünsiyyət həm praktik, həm də mənəvi bir proses kimi təsəvvür olunursa, kommunikasiya, daha çox informasiya ötürülməsinə xidmət edir.

b)Ünsiyyət subyektlər arasında dialoq səklində qarşılıqlı təmas formasıdır. Kommunikasiya isə əksər hallarda bir subyektin digər subyektə




(subyektlərə)birtəfli münasibətidir, yəni monoloqdur. Bir halda ki, ünsiyyət və kommunikasiya ilə eynilik təşkil edir, deməli kommunikasiyanı da sırf birtərəfli deyildir. Kommunikasıya aktında da əks əlaqə mövcuddur və qaşı tərəfin müzakirə predmetinə istənilən məqamda müdaxilə etmək haqqı var. Kommunikasiyanı “nəzarət olunan ünsiyyət” (İ.Zartman) kimi qələmə verməklə də ünsiyyət və komunikasiyanı fərqləndirmək cəhdi uğurlu deyildır. Biz şərti olaraq kommunikasiyanı və ünsiyyəti eyniləşdirməli olsaq, bunların ortaq funksiyalarına diqqət çəkməliyik. Amerikan tədqiqatçısı Şarlz Kuli yazır ki, “kommunikasiya” deyəndə mən insanlar arasında ünsiyyət qurulması və inkişaf etdirilməsi mexaniznimi, yəni təfəkkürdə qərarlaşan bütün simvolların zaman daxilində qorunmasını, məkan içində ötürülməsini nəzərdə tuturam.”




Yüklə 8,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin