Komenski Fəlsəfəsi



Yüklə 18,23 Kb.
tarix13.01.2022
ölçüsü18,23 Kb.
#51233
Komenski Fəlsəfəsi


Komenski Fəlsəfəsi

XVII əsrin ən böyük simalarından biri Çex xalqının mütəfəkkir oğlu, elmi pedaqogikanın banisi Yan Amos Komenskidir.. Onu ən çox fəlsəfənin 2 məsələsi-idrakın mənbələri və yolları maraqlandırırdı.

O, insanı yeni ictimai münasibət şəraitində əməli faydalı fəaliyyətə yararlı bir adam etmək istəyirdi. Komenski Leşno şəhərində “Dünyanın dolaşıq yolları”, “ Dillərin açıq qapısı”, “Ana məktəbi”, “Böyük didaktika”, “Fizika” və başqa əsərlərini yazmışdır. 1641-ci il sentyabrın 21-də Komenski Londona gəlir, o, burada “İşığın yolu” adlı əsərini yazır 1651-ci ildə “Pansofiya məktəbi”, “Real aləm şəkillərdə” əsərlərini yazır.

Elmi didaktikanın banisi Komenski yalnız pedaqogika və didaktikanın banisi deyil, həm də bütün məktəb işinin islahatçısı olmuşdur. Komenskinin Didaktikası dövrünün məhdud xarakterli didaktikalarından fərqli olaraq, psixoloji, fəlsəfi və ictimai fikirlərə əsaslanmışdır. Komenskinin əsas ideyası ictimai həyatı tərbiyə vasitəsilə yaxınlaşdırmaqdan ibarət idi. “Böyük Didaktika” əsərində tərbiyə nəzəriyyəsi təlim nəzəriyyəsi ilə üzvü şəkildə bağlanmışdır. Komenski tərbiyənin qarşısında aşağıdakı vəzifələri qoyurdu:

1. Bizi əhatə edən göyləri, xarici aləmi, dərk etdirmək.

2. İnsanın nə etməli olduğunu öyrətmək.

3. Dinə sadiq mömin insan yetişdirmək.

Komenski əxlaqlı olmağın və onu inkişaf etdirməyin 16 ümumi qaydasını irəli sürüb və əsaslandırıb. Yüksək məziyyətlərlə müdrikliyə, mötədilliyə, mərdliyə, ədalətə yiyələnməyə çağırıb. O, möminliyi əxlaqdan, əxlaqi elmdən üstün tuturdu.

Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır:

1. Şəxsi nümunə. 2. Nəsihət. 3. Təmrinlər. 4 rəğbətləndirmə. 5. Cəza.

Komenskinin Didaktikasını təbiətə müvafiq pedaqogika adlandırırlar. O, orta əsr pedaqogikasının bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii qanunılarını axtarmışdır. O, bu qənaətə gəlmişdir ki, tərbiyə təbiətə müvafiq olmalıdır. O, fərdi təlimin əleyhinə çıxmış, dərs-sinif sisteminin, birgə təlimin zəruriliyini sübut etməyə çalışmışdır. Komenski yalnız nəyi öyrətmək və nəyi öyrənməyi deyil, həmdə necə öyrətmək və necə öyrənmək yollarını da göstərmişdir. O, deyirdi ki, uşaq biliyi köhnə məktəbdəki kimi sxolastik kitablardan mexaniki əzbərləmə yolu ilə deyil, şüurlu olaraq, ətraf mühitdən götürülməlidir. Əşyalar haqqında özgələrinin müşahidələrini deyil, əşyaların özünü öyrənməlidir. Pedaqoq təlim nəzəriyyəsinin qarşısında hamıya hərşeyi öyrətmək kimi böyük məqsəd qoymuşdur. Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmiŞdir:

1) əyanilik;

2) Şüurluluq;

3) biliklərin möhkəmləndirilməsi;

4) sistemlilik və ardıcıllıq;

5) gücəmüvafiqlik.

Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl qayda” adlandıraraq yazırdı. O, hər bir xalqın gələcəyini və rifahını yeniyetmələrin düzgün tərbiyəsində görürdü. Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhəmiyyət verir və deyirdi: O, billiyin möhkəmlənməsində təmrinlərin roluna üstünlük vermiş, təkrarın əhəmiyyətini qeyd etmişdir. Əyani seyrdən anlayışa, anlayışdan yadda saxlamaya, nitqdən ifadəyə və əməli fəaliyyətə- Komenskinin didaktikasının ardıcıllığı belədir.O, məktəbi insanlıq, humanizm, əməksevərlik tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir

Məktəbin məqsəd və vəzifələri

 Ailə tərbiyəsinə nisbətən məktəb tərbiyəsinin üstünlüyü

 Məktəbin irqindən, cinsindən, milliyyətindən, ictimai vəziyyətindən dini etiqad va digər əlamətlərindən asılı olmayaraq bütün gəncləri əhatə etməsi

 Məktəbin "müdriklik emalatxanası" olması, gənclərin orada elmlərin asasına yiyələnməsi

 Məktəbin "insanlıq emalatxanasi" va həqiqi bəşərilik emalatxanası olması, orada gənclərin mənəvi kamilliyə nail olması

 Məktəbin gəncləri hayata hazırlanmasi va "işgüzarlıq emalatxanası' olması

 Məktəbin gənclərə elmləri əsaslı öyrətməsi, təbiətin əqli cəhətdən geri qalan uşaqlara kömək göstərməsi, uşaqlar üçün ən sevimli yer olması

Y.A.Komenskinin böyük xidmətlərindən biri də dövrünün tərbiyə sistemini, sxolastik məktəbi tənqid edib, onun əvəzinə uşaqların yaş xüsusiyyətlərinə uyğun yeni vahid məktəb sistemi təklif etməsidir. O, məktəblərin quruluşunu təklif edirdi :

būtün gənclər tərbiyə ala bilsin

a. həm də insanı müdrik, xeyirxah və mömin edə biləcək hər şevi öyrətsin

b. bu təhsil, həyata hazırlıq olduğundan həddi-buluğa çatıncaya qədər bitmiş olsun

c. bu təhsil döymək, sərtlik və ya zorakılıq olmadan, sanki öz-özünə mümkün qədər yumşaqlıq və mülayimliklə həyata keçirilsin

d. Gənclərə təxmini deyil, həqiqi təhsil verilsin; səthi deyil, əsaslı təhsil verilsin

e. Təhsil çətinliklə deyil, əksinə, mümkün qədər asanlıqla qazanılsın

Dərs sinif sistemi ilə onlarca şagirdləri eyni vaxta, eyni material üzərində dərs təşkil edilirdi. Komenskinin təklifi üzrə bütün şagirdlər dərs ilini eyni vaxtda başlayıb, eyni vaxtda qurtarmalı, məktəbə qəbul ildə bir dəfə, payızda olmalı, dərs ili 4 rübə bölünməli, dərs ilinin sonunda sinifdən-sinifə keçirmə imtahanı olmalı, dərs günü səhərdən başlamalıdır. Ana dili məktəbində 4 saat, orta məktəbdə 6 saat məşğul olunmalıdır. Y.A.Komenskiyə görə, təlim elmlərin əsaslarına dair biliklərlə əqlin zənginləşməsi yoludur. Əqlin həqiqətin intizam kotanı ilə əkin üçün hazırlanan canlı tarladır. Telimin asasını, onun ilk pilləsi.hisslər, qavrayış təşkil edir. Bundan sonra ikinci pillə - müəllimin şərhi müqayisəsi, ümumiləşdirməsi və mücərrədləşdirməsi gəlir. Təlimin üçüncü pilləsini Y.A.Komenski çalışmalar pilləsi adlandırır va ona dərsin 2/3 hissəsini verməyi zəruri hesab edir.“Yaxşı təşkil edilmiş məktəbin qanunları” əsərində Komenski təlimin təşkili qaydaları haqqında aşağıdakı kimi müəyyənləşdirmişdir:

• Məşğələlər ildə bir dəfə başlayır. Məşğələ başlayandan sonra heç kim məktəbə qəbul edilmir, heç kim məşğələ qurtarmamış məktəbdən buraxılmır.

• Şagirdlər siniflərə bölünür.

Neçə sinif varsa, o qədər də sinif otağı olmalıdır.

• Şagirdlərin məşğələsinə 4-6 saat vaxt verilməlidir.

• Hər bir dərs saatının konkret vəzifəsi olmalıdır və həmin vəzifə yerinə yetirilməlidir

• Müəyyən edilmiş vaxtda hər kəs öz sinif otağına getməli və öz yerində oturmalidır.

• Müəllim danışanda, nəyisə şərh va izah edəndə hami diqqətlə qulaq asmalıdır.

• Hər saatdan bir fasilə olmalı, uşaqlar istirahət eməlidirlər.



Dərsin mərhələlərinə aid də bir sıra fikir irəli sürülmüşdür. Dərsin 1 hissəsini sual-cavaba, 1 hissəsini yeni materialın izahına sərf etməlidir. Müəllim dərsdə şagirdləri tam hazıramalıdır. Sinif tədris vəsaitləri ilə təmin olunmalıdır. Y.A.Komenski öz dövrü üçün çox böyük əhəmiyyət kəsb edən bir neçə dərs kitabı tərtib etmişdir. Komenski 1632-ci ildə “Dillərin açıq qapısı”, 1654-cü ildə “Real aləm şəkillərdə” adlı əsərini yazmışdır. Onun ən böyük əsəri “Böyük Didaktikadır”. Komenskinin kitablarında Pansofiya ideyasına uyğun ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Bu kitab dünyanın quruluşundan, coğrafiyadan, bitkilərin, heyvanların həyatından, insanın bədən quruluşunun fəaliyyətindən, mədəniyyətdən və s. Məlumat verir. Komenski müəllimliyi yüksək qiymətləndirir. O, müəllimi fəal, fədakar, zəhmət adamı olmasını və bu sifətləri şagirdlərə aşılamasını tələb edir. Komenski deyirdi: “ Sən ata kimi hərəkət etmirsənsə, müəllim kimi fəaliyyət göstərə bilməzsən”. Komenski müəllimi gah fəal heykəltəraş ilə, gah ağıl zülmətini dağıtmağa, bütün fikirlər və əməllər üzərində işıq saçmağa can atan saf və sədaqətli maarif xadimi ilə, gah da günəşlə müqayisə edir
Yüklə 18,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin