Kitabda Vasif Məmmədəliyev və Ziya Bünyadovun Quran tərcüməsi istifadə olunub



Yüklə 426,5 Kb.
səhifə3/4
tarix14.01.2017
ölçüsü426,5 Kb.
#5114
1   2   3   4

Xoruzdan.

Əbu Abdullah dedi: “Ağ xoruz mənim və bütün möminlərin dostudur”147.

Əbu Həsən: “Xoruzda peyğəmbərdən beş xislət var: “Əli açıqlıq, şücaət, qənaət, namaz vaxtlarını biliyi, çoxlu cinsi əlaqədə olma imkanı və qeyrət”148.

Əbu Abdullah: “Az çoxa salamla başlayır (burada heç bir problem yoxdur. Bu düzdür, az olanlar çoxa salam verir, minikli gedənə həmçinin ağla batandır ki) qatir sahibləri eşşək sahiblərinə, at sahibləri qatır sahiblərinə birinci salam verməlidir”149. Bu gündən sonra gərək deyək ki, Mersedes sahibi, BMV sahiblərinə salamı birinci versinlər.


Gülməli ağlamalı xəbərlərdən.

Əbu Abdullahdan: “Hüseyn nə Fatimədən, nə də başqa bir qadından süd əmməyib. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) gələrdi, baş barmağı onun ağzına qoyardı. Oda 2-3 günlük ona bəs edəcək qədər əmərdi. Hüseynin əti, peyğəmbərin (sallAllahu aleyhi və səlləm) əti və qanından əmələ gəlib”150.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Hüseyni (radiAllahu anhu) əmizdirib?!
Bəla.

Əbu Abdullahdan: “Peyğəmbər (sallAllahu aleyhi və səlləm) doğulanda neçə gün südsüz qalmışdır. Əbu Talib ona öz döşünü verdi. Allah ona (döşə) süd verdi. Həlimə Səədiyyəni tapana qədər (Əbu Talib onu) bir neçə gün əmizdirdi”151.

Ay camaat, bu nə sözdür?! Əbu Talib peyğəmbəri əmizdirib. Əli Fatimənın “süd” əmisi olub, onunla necə evlənib? Təhqir! Yəni, budur, dünyada ən yaxşı kitab?! Bunun tayı, bənzəri yoxdur? Allah qorusun!
Şiələrin başqa təriqətlərini təkfir etmələri.

Rzadan rəvayət edirlər ki, o deyib: “Biz və bizim şiələrimizdən başqa müsəlman yoxdur”152.

Əbu Abdullahdan: «Mələklər Allahdan ona (yəni, Hüseynə) kömək etməklərini istədilər. Onlara icazə verildi. Onlar savaş üçün hazırlaşarkən, o öldürüldü. Düşdülər aşağı. Onun müddəti bitmişdir. O öldürülmüşdür. Mələklər dedilər: “Ya Rəbb, bizə enməyə icazə verdin, kömək etməyə də icazə verdin, biz düşdük, ancaq sən onun ruhunu almışdın (yəni, biz çata bilmədik)”. Allah onlara vəhy etdi ki, onu görənədək qəbrində qalsın. Çıxanda ona kömək edərsiniz. Ona kömək edə bilmədiyiniz başqalarına ağlayın. Siz ona kömək etmək və ağlamaq üçün ayrılmısınız (seçilmisiniz). Mələklər kədər və tərziyyə ona kömək edə bilmədikləri üçün ağladılar. O, çıxanda onun köməkçiləri olacaqlar”153.

Problem ondadır ki, mələklər çaşıb qalıb. Bəziləri Misirə, bəziləri Suriyaya, bəziləri İraqa, bəziləri isə Əfqanıstana gediblər. Eşidiblər ki, Hüseynin qəbri oradadır154.

Əbu Abdullah dedi: “Ey Bəşir, bir müsəlman ərafa günü Fəratda yuyunub Hüseynin qəbrinə üz tutsa Allah ona tam bir həcc savabı yazar, və mən bilmirəm, deyəsən, cihad savabı da dedi”155.
Bəla.

Yunis Qəsridən: “Mədinəyə gəldim və Əbu Abdullahı ziyarət etdim. Ona dedim: “Sənə fəda olum, sənin yanına gəldim. Ancaq əmirəlmöminini ziyarət etmədim”. (İmam): “Nə pis iş gördün. Sən bizim şiələrimizdən olmasaydın üzünə belə baxmazdım. Sən mələklərlə Allah, peyğəmbər və möminlər ziyarət edəni ziyarət etmirsən?”156.

Allah qorusun, Rəbb Əlinin qəbrini ziyarət edir!!!
Bu onların ümumən əhli-sünnəyə qarşı mövqeləridir.

Xalid Qalamsidən: “Əbu Abdullaha dedim: “Bir zimmi ilə rastlaşıb əl ilə görüşsəm nə edim?” Dedi: “Torpaq və divara sil”. “Bəs nəsibi ilə?”. Dedi: “Yu”. Həmçinin Əbu Abdullahdan rəvayət edirlər ki, o, vələduzinanın, yəhudinin, nəsraninin, müşrikin, islama müxalif olanların hamısının yemək qalığına nifrət edərdi. Onların arasında ən nifrət etdiyi nəsibinin qalığıdır”157.

Əbu Abdullah dedi: “Hamamın suyu axan quyudan yuyunma. Çünki orada vələduzinanın su qalığı var o 7 nəslə təmizlənir. Orada nəsibinin su qalığı var, o ən pisidir. Allah itdən pis məxluq yaratmayıb. (O) Allaha ondan da pisdir”158.

Biz bu rəvayətlərlə əhli-beyti (radiAllahu anhum) ittiham etmirik. Kuleyni və başqalarından əhli-beyti qorumaq istəyirik.

Əbu Abdullah dedi: “Şam əhli Rum əhlindən, Mədinə əhli Məkkə əhlindən pisdir. Məkkə əhli Allaha açıq-aydın küfr edirlər”159. Sonra qələn səhifədə deyir: “Məkkə əhli Allaha açıq-aşkar küfr edir. Mədinə əhli Məkkə əhlindən daha xəbisdir. Onlardan 70 dəfə çox xəbisdirlər”160.

Onlar peyğəmbərin (sallaLLahu aleyhi və səlləm) Allah Əzzə və Cəlləlin yolunda hicrət edən səhabələri barədə belə deyirlər: səhabələrə gəlincə isə, heç utanmadan rəvayət edirlər.

Əbu Abdullah dedi: “Allahın çoxlu qübbələri var. Sizin qərbinizin arxasında ağ torpağı olan 39 qərb (məğrib) var. Nurundan işıqlanan xalq ilə doludur. Onlar Allaha bir an belə üsyan etmirlər. Heç bilmirlər, Adəm xəlq olunub yoxsa yox. Filankəsdən və filankəsdən isə özlərini uzaq tuturlar”161.

Əlavə olaraq Nematullah Cəzairinin “Ənvaru numaniya” kitabından nəql edək. O, deyir: “Xüsusi xəbərlərdə (yəni, şiələrdən) gəlib ki, şeytan cəhənnəm dəmirindən olan 70 qandal ilə qandallanıb məhşərə aparılırdı. Baxıb qabağında qəzəb mələklərinin apardığı bir nəfəri görür. Onun boynunda 120 cəhənnəm qandalı var idi (ola bilər, Əbu Cəhl, Firon, Nəmrud, Əbu Ləhəb olsun). Şeytan ona yaxınlaşıb deyir: “Bu bədbəxt nə edib ki, məndən də çox əzab alıb. Mən məxluqatı azdırıb həlaka gətirdim”. Ömər şeytana deyir: “Mən Əli ibn Əbu Talibin xilafətini qəsb etmək başqa bir şey etmədim”162.

Sən demə, bu, Ömər (radiAllahu anhu) imiş. Cəzairi, xəbis, deyir: “Ömərin arxasında (anusunda) xəstəlik var idi. O, yalnız kişinin sperması ilə səngiyirdi”163.
Kəfi”-dən başqa mənbələrdən səhabələrin təkfiri.

Əlidən rəvayət edirlər ki: “Küfr başçıları beşdir. Talha, Zubeyr, Muaviya, Amr ibn As, Əbu Musa Aşari”164. Deyirlər, Talha ibn Ubeydullahın anasının Məkkədə məqamı var idi. Əbu Sufyan onun ilə alver edirdi. O, onunla yatdı. Sonra Ubeydullah onunla evləndi və Talha doğuldu. Altı aya doğulmuşdur... Onların arası dəydi, və o, Ubeydullahı seçdi”165.

Guya, Əli ibn Əbu Talib, Saad ibn Əbu Vakkasa dedi: “Sənin başın və saqqalında elə bir tük yoxdur ki, onun kökündə şeytan oturmasın”166.
Son.

Sonda deyirik. Bu kimi təhqirləri və xaissliyi yayan dinə mənsub olan adama müraciət edirik. O şəxs bu dinə mənsub olub, bu dinin Allah Təbərakə və Təaladan olmasına inanır. İnanır ki, bu kitab (Kəfi) ən düzgün kitabdır. O başqa bir kitaba etiqad edə bilmir. Çünki şiə icma edib, bu kitab kimi yaxşı, düzgün kitab olmadığına inanırlar. Bu onlarda mütləq olaraq ən düzgün kitabdır. İxtilaf ediblər ki, bu kitab tam səhihdir, ya da yox. Amma bu kitabın ən yaxşı hədis toplusu olmağına şübhə etmirlər. Bu kitabda yuxarıda qeyd etdiyimiz sözlərə rast qəlirik.



SƏN BELƏ KİTABIN DİNİ MƏSƏLƏLƏRDƏ MÜRACİƏT EDƏ BİLDİYİN ƏN GÖZƏL MƏNBƏ KİMİ QƏBUL EDİRSƏN?

Sözüm onadır ki, Allahdan qorxun! Batildə qalmaqdan haqqa qayıdmaq daha xeyirlidir. And içirəm şəriki olmayan Allaha! Mən şadam ki, insanları bu batil kitabın rəvayətləri ilə tanış edə bildim. Eyni zamanda, mən təmiz könüllərin iyrənəcəyi, bu kimi sözləri sizə eşitdirdiyim üçün və bu boşboğazlığın peyğəmbər (sallaLLahu aleyhi və səlləm) və onun əhli-beytindən olan imamlara (Allah onlardan razı olsun) aid edilməsinə üzgünəm. Allah Təaladan istəyirəm ki, bizə haqqı haqq kimi göstərsin və onun ardıcıllarından etsin. Batili isə batil kimi göstərsin və ondan uzaqlaşdırsın. Sonuncu duamız isə budur. Aləmlərin Rəbbi olan Allaha həmd olsun, peyğəmbərimiz Məhəmmədə (sallaLLahu aleyhi və səlləm) Allahın salamı və xeyir duası olsun.





1 Yəni şeyx Usman Xəmis haradasa danışıb, bu adam isə onun sözlərini toplayıb (mütərcim). Cox güman ki, söhbət “Mustagilla” televiziya kanalı ilə yayımlanan verilişlərdən gedir.

2 Yəni ədəbi ləhcəyə (mütərcim).

3 Yəni qeyri ərəb (mütərcim).

4 Kuleyni haqqında şiə alimləri deyiblər: “Nəcaşı belə deyir: “Dövründə bizim məzhəbin Rey kəndindəki ustadı və ən məşhur şəxsi idi. Hədis sahəsində insanların arasında ən güvənilən və ən sağlam adam idi” (bax “Rical” Nəcaşi, səhifə 266); At Tusi deyib: “Güvəniləndir, rəvayətləri bilir” (bax “Fihrist” Tusi, səhifə 135); ibn Şəhraşub deyib: “Rəvayətlər sahəsində alimdir” (bax “Məalimul ulama”, səhifə 88). (Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 5-ci səhifəsinə baxin).

Həmçinin “İslama xidmət üçün dünya təşkilatı” tərəfindən yayımlanan “Əl Kəfi” kitabul hucat”da, müqəddiməsində yazılıb: “Bu kitabı öyrənənlər ilə birlikdə biz inanırıq ki, “Əl Kəfi” din elmlərini özündə toplayan o dərəcədə yetərli kitabdır ki, onun müəllifi yüksək hörmətə layiq, çox güvənilən bir şəxsdir” (bax ingilis dilində “Əl Kəfi” kitabul hucat, səhıfə 23, birinci hissə, Tehran, 1981-ci il) .



5 Yəqin ki, 400 nəfərdən birincisi.

6 Dörd kitab bunlardır: “Kəfi”, “İstibsar”, “Təhzib”, “Mən lə yahduruhul fəqih”. Oz dinlərini şiələr əsasən bu kitablar üzərində qururlar. Şərəfutdin Əbdulhüseyn Müsavi yazıb: “Kütubi-arbaə” i (yəni, 4 kitab), indiyə kimi 12 imamlı şiələrin üsuludin və füruid-dində mərcə və mənbəyi sayılır”. Bax “Şəhriyar” tərəfindən Azərbaycan dilində 2005 ildə çap olunmuş “Müraciat”, səhifə 299.

7 “Əhəd” lüğətdə “bir” mənasına gələn və bir şeyin sayısına dəlalət “əhəd” və ya “vahid”in çoxluğudur. İstilahda isə, “təvətur” dərəcəsinə çatmayan və ya “mütəvatir” olmayan xəbərlərə (hədislərə) bir ad olaraq deyilir. “Xəbəri-vahid” dedikdə bir nəfərin xəbəri nəzərdə tutulur. “Xəbəri-vahid” həmin mənaya malikdir” (bax “Hədis usulu” prof. Dr. Talat Koçyğit, səhifə 21, Türkiyə diyanət vakfi yayınları).

8 Yəni araşdırmaz.

9 Mustadrak vasail” Təbərsi 3 cild, səhifə 532.

10 Vasail uş-şia” 20 çild, səhifə 104.

11 “Mütəvatir” lüğətdə “tetabu” etmək, yəni arxası kəsilməyərək, bir-birini təqib etmək deməkdir” (bax “Hədis üsulu” prof. Dr. Talat Koçyğit, səhifə 15). Şəriətə isə “adətən yalan deməkdə, bir-biri ilə razılaşmaği, mümkün olmayan bir qrup insanların rəvayət etdiyi və maddi bir şeyə isnad etdikləri rəvayətdir” (bax “Mustalahul hədis” İbn Useymin, səhifə 11, “Guraba” yayınevi 2004 il).

12 Müraciət”, 110 məktub.

13 Kitabu şiə”, səhifə 127.

14 Kəfi”, müqəddimə, səhifə 24.

15 Tədqiqatçı Nəininin “Kitabul intisar fi sihhatil kəfi” kitabı, səhifə 8.

16 Kəfi”, müqəddimə, səhifə 26.

17 Həmin yerdə.

18 Kəfi”, müqəddimə, səhifə 27.

19 Həmin yerdə.

20 Həmin yerdə.

21 Kunyalar və ləqəblər” kitabı, 3-cü çild, səhifə 34.

22 Qeyd etmək lazımdır ki, Məkarim Şirazi və Cəfər Sübhani fətvaları kitabında yazılıb: “Kitab (yəni, “Kəfi” kitabı) Quran və “Nəhcül-bəlağə”-dən sonra ən mühüm şiə kitablarından sayılır” (bax “Dini suallara cavablar”, səhifə 261, “Moce-elm” tərəfindən 2005 ildə nəşr olunub).

23 Söhbət Ticanidən gedir.

24 Zikr əhlindən soruşun”, səhifə 34.

25 Nəbi (sallaLLahu aleyhi və səlləm)-in vəfatından sonra.

26 Əl Kəfi” 1 cild, səhifə 237. Əli Əkbər Gifari təhqiqi ilə, Beyrutda “Darrul ədva” tərəfindən hicri 1405 ildə çap olunub.

Müqayisə üçün Azərbaycan dilində, “Mübahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 390 səhifəsinə baxin.



27 Yəni Əli (radiAllahu anhu)-yə belə bir şey yaraşmaz (mütərcim).

28 Hədis elmində məchul ravi, tanınmayan raviyə deyilir. Həmçinin qeyd etmək lazımdır ki, bu eşşəklər çətin ki 12 imamın şiəsi olsunlar. Amma şiə məzhəbinə görə, hədisi nəql edənin 12 imamın şiəsi olmasi, ravinin şərtlərindən sayılır (bax: Seyyid Səid Rəşadi “Hədis elmi” risalənin onuncu dərsi, səhifə 40, Bakida 2003 ildə çap olunub).

29 Rauzal Kəfi”, səhifə 78.

30 Əl Kəfi” 1 cild, səhifə 228. Müqayisə üçün Azərbaycan dilində, “Mübahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 376 səhifəsinə baxin.

Qeyd etmək lazımdır ki, Azərbaycanda şiə təriqətinin öndə gedənlərindən biri, İlqar İsmayılzadə yazıb: “İllər ötdükcə bir çox ölkələr fəth olunduğu və qeyri-ərəb millətlər islam dinini qəbul etdiyi üçün Quran oxunuşu və hətta yazılışında müəyyən ixtilaflar və ziddiyyətlət yarandı. Bu da müqəddəs Quranın təhrif olması təhlükəsini qarşıya çıxartdı. Xəlifə Osman ibn Affan bu təhlükəni hiss edib, Mədinə şəhərində yaşayan peyğəmbər (s.a.s) səhabələri ilə məsləhətləşdikdən sonra, Quranın vahid üslubda yazılması və toplanması üçün Übəyy ibn Kəbin rəhbərliyi altında 12 nəfərdən ibarət heyyət təşkil etdi. Bu heyyətdə Zeyd ibn Sabit, Malik ibn Əbu-Amir, Ənəs ibn Malik, Səd ibn As, Abdullah ibn Zubeyr və başqaları da var idi. Übəyy ibn Kab Quran surələri və ayələrini oxuyur, o birilər isə eşitdiklərini diqqətlə yazırdılar. Quran yazılışı vahid qayda və şəkildə sona yetdikdən sonra onun nüsxələri Məkkə, Mədinə, Kufə, Bəsrə, və Şam şəhərlərinə göndərildi. Qabaqca yazılmış digər Quran nüsxələri isə xəlifə Osmanın göstərişi ilə yandırıldı. Bu isə bəzi səhabələrin etirazına səbəb oldu.

Həzrət Əli (ə) Osman ibn Əffanın bu işini gözəl qiymətləndirmiş və onu təsdiq etmişdir...Qeyd etmək lazımdır ki, xəlifə Osmanın göstərişi ilə toplanmış Quran digər Quranlarla fərqli idi, onun vahid bir qiraət əsasında olması, həmçinin, surələrin tərtibi baxımından fərqli idi.

Bu gün bizim əlimizdə mövcud olan müqqədəs Quran da həmin üslub və tərtib əsasındadır”. Bax “Beynəlxalq islam elmləri akademiyası” tərəfindən nəşr olunan “Quran elmləri ensiklopediyası” kitabının 346-347 səhifələrinə, “Xəlifə Osman ibn Əffan zamanında Quranın toplanması” başlığı altında.

Başqa, dünya şöhrətinə malik olan, şiə alimi Məhəmməd Hüseyn Təbatəbai yazıb: “Əlinin (ə) qeyd etdiyi nazilolma ardıcıllığına riayət edərək Quranın tərtib edilib müsəlmanlara göstərilməsinə baxmayaraq, onun tərtibi olan bu nüsxə qəbul edilmədi. Habelə, növbəti (1 və 2) nüsxələri tərtib edərkən Əli (ə) işçi qrupunun tərkibinə daxil edilmədi”. Bax “İslamda Quran” Əllama Təbatəbai, səhifə 136, Bakı, 2004, “Qələm”.

Nəticədə biz başa düşürük ki, şiə alimlərindən bir zümrə, əlimizdə olan Quranın toplanmasında Əli (radiAllahu anhu)-nin iştirak etməməsini etiraf edirlər. Və onların ən əzəmətli hədis toplusunda qeyd olunur ki, Quranı tam şəkildə yalnız Əli (radiAllahu anhu) yığıb. Əli (radiAllahu anhu)-nin Quranı hardadır?

Başqa bir şiə rəvayətə əsasən, Quran Qiyamət günü deyəcək: “Pərvərdigara! Məni yandırdılar və parca-parca etdilər”. Bax “Darul huda” tərəfindən 2004 ildə Azərbaycan dilində Abbas Qumminin “Zübdatal ahadis” kitabının 314 səhifəsinə.

Ümumiyyətlə, Kuleyninin Quranın təhrif olunmasına inandığını təkcə sünni alimləri yox, şiə alimlərdən Feyz Kaşani də qeyd edib: “Bizim rəhmətlik şeyxlərimizin bu məsələdə etiqadları isə “siqət əl-islam” (islamın etibarı) təxəllüslü Məhəmməd ibn Yəqub Küleynidən (qəbri nurla dolsun!) zahir olur ki, o da Quranın təhrif olunduğu və onda çatışmazlığın mövcudluğu etiqadında olmuşdur. Çünki o özünün “əl-Kafi” kitabında bu mənalı rəvayətlər vermiş, kitabın əvvəlində orada rəvayət etdiklərinə inandığını qeyd etməklə yanaşı, həmin rəvayətlərə etiraz etməmişdir. Onun ustadı Əli ibn Ibrahim Qumminin də elə təfsiri belə rəvayətlərlə doludur, o, bu işdə xüsusi səy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi (qəbri nurla dolsun!) özünün "əl-İhticac" kitabında onları təqlid etmişdir”. Bax “Təfsir əs-Safi”-nin müqəddiməsi, səhifə 14.

Həmçinin Quranın yığılmasında iştirak edən səhabələr şiə rəvayətlərinə əsasən mürtəddirlər. “Şeyx Kəşşi İmam Məhəmməd Baqirdən (a) rəvayət edir ki, həzrət buyurdu: “Üç nəfərdən başqa hamı mürtəd oldu. O üç nəfər Salman, Əbu Zərr və Miqdad idi”. Sonra ravi soruşdu: “Bəs Əmmar Yasir necə?” Həzrət buyurdu: “Onda bir az tərəddüd və şəkk-şübhə yarandı və sonradan haqqa qayıtdı”. Bax Əbbas Qummi “Peyğəmbər” kitabı səhifə 221, “Əndişeye-Hadi” nəşriyyatı tərəfindən 2004 ildə çap olunub; Məhəmməd Bakir Məclisi “Biharul anvar” 64 сild, səhifə 165.



Maraqlıdır ki, mürtədlər toplusu tərəfindən yığılmış kitaba şiələr necə inanırlar?

31 Kəfi” 2 cild, səhifə 619.

Eyni rəvayət Tafsir “Safi” Feyz Kəşani 1 сild, səhifə 40, altıncı müqqədimə.



32 əl-Kafi fi əl-üsul”, səhifə 633, 2-ci cild.

33 Kəfi” 1 cild, səhifə 239. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabının 393 səhifəsinə baxin.

34 Kəfi” 8 cild, səhifə 49. Sizə desələr ki Fatimənin (radiAllahu anha) müshafi Quran deyil, bu yalandı. Deyir axı, Fatimənin müshəfinda sabitdir.

Qeyd etmək lazımdır ki, belə də tərcümə etmək olar: “Əlinin labüd olan vilayətinə inanmayanlar üçün labüd olan əzab barəsində soruşan soruşdu”. Sadəcə Quran ayələrini sındırmamaq üçün belə tərcümə verdim.

Sözün düzü, mən bu rəvayəti “Kəfi”-nin 8 cildində, amma 57-58 səhifələrində tapdım. Buna oxşar rəvayət, amma Fatimə (radiAllahu anha)-nın kitabına istinadsız, Məclisi “Biharul anvar” 35/57; və “Kəfi”-də 1 cildin, 422 səhifəsində var. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabının 738 səhifəsində hədis №47 (1127) baxa bilərsiz. Düzünü Allah bilər! Amma bu kitabı şeyxin adından toplayan şəxs qeyd edib, “Kəfi”-nin hansı nəşrindən istifadə edir. Əli Əkbər Gifari təhqiqi ilə, Beyrutda “Darrul ədva” tərəfindən hicri 1405 ildə çap olunub. Bu nəşri isə, kitab şəklində əldə edə bilmədim.

Əslində Quranda ayə belədir: “1 - (Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu. 2 - (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! 3 - (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!” Bax əl-Məaric sürəsi.

Başqa şiə alimi Şərəfutdin Əli Hüseyni İstirabadi, nəql edib ki, imam Əbu Abdullah bu ayələri belə oxuyub: “Biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) Əlinin vilayətinə inanmayanlardan (kafirlərdən) dəf edə biləcək bir kimsə yoxdur!”!(O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!” Oxuyub bitirəndən sonra o (yəni imam), dedi: “Fatimənın müshəfində belədir”. Bax İstirabadi “At tavil ayatul zahir” 2 cild, səhifə 284.

Fatimənın kitabı Quran olmasada, ən azı Qurani Kərimdən sonra gələn bir vəhydir. Kuleyni Cəfər Sadiqdən (radiAllahu anhu) rəvayət edir: “Həzrəti Fatimə Rəsululahdan sonra (vəfatı qəsd olunur) 75 gün həyatda qaldı. Ata itkisi təsiri ilə böyük bir kədərə qərq oldu. Cəbrayıl (ə) onun yanına gəlib atasının ölümünə görə ona təsəlli verir, könlünü xoş edirdi. Bu zaman atasından və məkanından bəsh edir, özündən sonra nəslindən gələnlərin başına gələçək hadisələri xəbər verirdi. Əli (ə) bunları yazırdı. Bax, həzrəti Fatimənın müshəfı budur” (“Üsuli kəfi” kitabın 396 səhifəsində, 634 nömrəli rəvayətə baxın). Sonra 397 səhifəsində 637 hədisdə yazılıb: “Yer üzündə hakimlik edəcək elə bir sultan yoxdur ki, onun adı bu kitabda yazılmasın”.

Nəbi (sallaLLahu aleyhi və səlləm) vəfatından sonra Cəbrayıl (ə) tərəfindən gətirilmiş, Quranda olan elmin 3 qatını əhatə edən, gələcəkdən belə dəqiq xəbər verən kitab harada? Bu rəvayətlərə əsasən demək olar ki, Quran şiələr üçün axırıncı səmavi vəhy deyil .

Seyid Şübbar imam Baqirdən rəvayət gətirir: “Qədr gecəsi məsum imama (ə) bir ildə baş verən işlərin bəyanı nazil olur”. Bax “Camiə-Kəbirə” ziyarətinin şərhi” səhifə 22, Azərbaycan dilində tarixsiz.

Eynı kitabın 23 səhifəsində o, rəvayət edir ki, peyğəmbər (sallaLLahu aleyhi və səlləm) əlini Əli (radiAllahu anhu)-nin başına qoyub, dedi: “Məndən sonra bu şəxsə vəhy nazil olacaqdır”.

Azərbaycanda şiələrin elm insanlarından biri İlqar İsmayilzadə öz kitabında yazıb: “Vəhy olunmuş şəxs hökmən ilahi peyğəmbər sayılır” (Bax “Quran elmləri ensiklopediyası”, səhifə 104).

Ayətullah Seyid Abdullah Şubbar imamları Məhəmməd (sallaLLahu aleyhi və səlləm) xaric, hər bir peyğəmbərdən üstün sayıb. O yazıb: “Məsum imamlar (ə) islam peyğəmbərindən başqa bütün ilahi peyğəmbərlərdən üstündürlər”. Bax “Camiə-Kəbirə” ziyarətinin şərhi”, səhifə 39, Azərbaycan dilində tarixsiz.

Şiə alimlərin özləri imamları peyğəmbər saymamağının səbəbini başa düşməyiblər. Məhəmməd Baqir Məclisi yazıb: “Axırda, imamların peyğəmbər olmadığını dərk edəndən sonra, biz məcburuq ki, onları bizim peyğəmbərdən başqa, hər peyğəmbərdən və nəbidən üstün sayaq. Bizim elmimizə görə (Məhəmməd) peyğəmbərin axırıncı peyğəmbər olması, sabit olmaqdan başqa, bizim imamları peyğəmbər saymamağa heç bir maneə yoxdur. Bizim ağlımızda imamət ilə nübüvət arasında fərq görülmür”. Bax “Biharul anvar” 26 cild, səhifə 82.

Ayətullah Seyid Abdullah Şubbar hətta imamları ilahi sifətlərin daşıyıcıları kimi qələmə verib: “İmamlar (ə) Allahın hüccətləri, yəni xalq üzərində ən ali hüccətlərdirlər. Onlar ilahi sifətlər ilə zinətləniblər, tamam vücudları Allahın sifətləridir”. Bax “Camiə-Kəbirə” ziyarətinin şərhi”, səhifə 48, Azərbaycan dilində tarixsiz.


35 Kəfi” cild 2, səhifə 634.

Şiələrin başqa məşhur alimi, Məhəmməd Bakir Məclisi “Miratul ugul” kitabının, 12 cildin 525 səhifəsində qeyd edir ki, bu rəvayət səhihdir. Və hətta belə rəvayətlərin sayı “tavatur” dərəcəsinə çatır. Bu hədisə cavab tapa bilməyən şiələr başlayırlar əhli-sünnə alimlərinin kitablarını qurdalamağa. Və çox vaxtı Cəlaladdin Süyutinin “Əl-İtqan fi ulumil-Quran” kitabından belə bir rəvayətləri gətirirlər: “Təbərani xəlifə Ömər ibn Xəttabdan belə dediyini nəql etmişdir: “Quran bir milyon iyirmi yeddi min hərfdən ibarətdir” (bax: “Quran elmləri ensiklopediyası” İlqar İsmayilzadə, səhifə 293). Bu hədisi nəql etdikdən sonra dərhal deyirlər: “İndi nə deyirsiniz, Süyuti təhrifə inanıb”?

Cavab olaraq onların Azərbaycanda olan elm əhlindən sitat gətiririk: “Qeyd etmək lazımdır ki, Cəlaləddin Süyuti Quran hərflərinin bu rəvayətdə qeyd olunmuş rəqəmə çatmadığını etiraf etsə də, bu rəvayətin Quranın “nəsx” olunmuş hissəsinə aid olması ehtimalını irəli sürmüşdür. Bir halda ki, müqəddəs Quranın bu həcmdə hissəsinin nəsx olunduğunu hələ heç kəs iddia etməmişdir.” (Bax: “Quran elmləri ensiklopediyası” İlqar İsmayilzadə, səhifə 293). Nəticə: 1) Süyuti bu hədisi şubhə altına qoyub. 2) Şiə alimi qeyd edir ki, Süyuti bu hədisi təhrif dəlalət etdiyini yox, “nəsxə” aid olması ehtimalını irəli sürmüşdür.

Yaxşı, onda sual yaranır, Kəfidə 17000 ayə barəsində olan və Məclisinin səhih saydığı rəvayəti “nəsxə” niyə aid etmirik? Cavab: şiələrdən olan elm əhlinin sözlərinə əsaslanırıq. İlqar İsmayilzadə yazıb axı: “Bir halda ki, müqəddəs Quranın bu həcmdə hissəsinin nəsx olunduğunu (Süyutidən başqa) hələ heç kəs iddia etməmişdir”.



36 Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 376 səhifəsinə baxin (redaktor).

37 Yaxud “Bir tərəfin imamları digərlərin imamlarından daha üstün olsun”.

38 Kəfi” cild 1, səhifə 292. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 489 səhifəsinə baxin.

Əslində ayə belə gəlir: “Siz bir ümmət digərindən çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz. Allah bununla yalnız sizi sınayır”. Bax Nəhl surəsi, 92 ayə.



39 Kəfi” 1 cild, səhifə 414. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 724 səhifəsinə baxın.

Əslində ayə belə gəlir: “Hər kəs Allaha və peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. Bax Əhzab, 71 ayə.



40 Kəfi” 1 cild, səhifə 416. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Üsuli kəfi” kitabın 729 səhifəsinə baxin. Çox maraqlıdır ki, bu kəliməni

Azərbaycan dilinə “Kəfi”-ni tərçümə edən Tağizadə Elgiz Arif oğlu belə tərcümə edib: “Bu ayə, bu mənanı vurğulamaq üçün Məhəmməd (s)-ə enmişdir”. Ərəb dilini bilən şəxs, şubhəsiz ki, belə bir tərçümənin nə dərəcədə səhv olduğunu başa düşər.

Qeyd etmək lazımdır ki, əslində Quranda ayə belə gəlir: “Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik”. Bax TaHa surəsi, 115 ayə.


41 Ayə əslində belə gəlir: “Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd aparmaq, Onun göndərdiyini (Quranı) inkar etməklə (yəhudilərin) vicdanlarını satmaları nə qədər də pisdir!”. Bax Bəqərə surəsi, 90 ayə.

42 Kəfi” 1 cild, səhifə 417. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 729 səhifəsinə baxin. Azərbaycan dilinə “Kəfi”-ni tərcümə edən Tağizadə Elgiz Arif oqlu dipnotda belə yazıb: “Bu cür rəvayətlər imamların adlarının Quranda nazil olan ayələrin içərisində zikr edildiyini işarə edir. Bunlardan: “Əl-Kəfi” də Əbül Həsəndən Məhəmməd ibn Fazil sənədi ilə varid olmuş bir hədis. İmam Cəfərə istinad edilmiş “Əl-Kəfi” də keçən digər hədisi qeyd etmək olar” “Usuli kəfi” kitabın 729 səhifəsindəki, 1 nömrəli dipnota baxin.

43 Qeyd etmək lazımdır ki, “Mubahilə” tərəfindən 2005 ildə nəşr olunan “Usuli kəfi”-də bu hədis Cabirdən rəvayət olunur. Çox güman ki, bu müəllifin yaxud bu (yəni, “Səyahət”) kitabını toplayan şəxsin səhvidir. ƏlhəmduliLLah, nöqsansız olan yalnız Allahdır .

44 Həmin yerdə (yəni, “Kəfi” 1 cild, səhifə 417 ). Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 730 səhifəsinə baxin.

45 Kəfi” 1 cild, səhifə 418. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 731 səhifəsinə baxin. Bu hədisdən bir neçə nəticə çıxarmaq olar. Əlimizdə olan Quranda Əlinin adı, şübhəsiz, yoxdur. İmam qəsd etdiyi “hifz olunmuş kitab” hansı kitabdır? Çox güman ki, söhbət Fatimə (radiAllahu anha) -nın müshəfındən gedir. Və o da 12-ci imamdadır.

46Kəfi” 1 cild, səhifə 423. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 741 səhifəsinə baxin.

Qeyd etmək lazımdır ki, Quranda ayə belədir: “(Özlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər (“bizi bağışla” mənasında işlədilən “hittə” sözünə gülərək onu “buğda” mənasında olan “hintə” sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik”. Bax: Bəqərə surəsi, 59 ayə.




47 “Məmunlar”- yəni etibar olunanlar (mütərcim).

48 Kəfi” 1 cild, səhifə 424. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 742-743 səhifələrinə baxin. Bu kəlməni, “

Azərbaycan dilinə “Kəfi”-ni tərcümə edən Tağizadə Elgiz Arif oğlu belə tərcümə edib: “Elə deyil. Burada xəta və səhvlərdən qorunanlar nəzərdə tutulmuşdur və onlar bizik”. Hədisi daha dəqiq başa düşmək üçün hər iki sözün ərəbcə yazılışını qeyd edirəm. Quranda söz belə qəlir “” İmam isə deyir ki söz belə olmalıdır “”. Məmun və mumin, ərəb dilində bu iki söz çox oxşar yazılışa malikdirlər.



49 Qeyd etmək lazımdır ki, Quranda ayə belədir: “De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)” 22 - De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! 23 - (Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz)”. Bax: Cinn surəsi .

50 Qeyd etmək lazımdır ki, Quranda ayə belədir: “10 - (Ya Peyğəmbər!) Onların (Məkkə müşriklərinin) sənə deyəcəklərinə (batil söz və iftiralarına) səbr et. Onlardan gözəl tərzdə ayrıl! 11 - (Ayələrimizi) yalan sayan var-dövlət sahiblərini mənə tapşır və onlara bir az möhlət ver! (Tezliklə cəzalarına yetişərlər)”. Bax əl-Muzzəmmil surəsi.

51 Kəfi” 1 cild, səhifə 434. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 762-763 səhifələrinə baxin.

52 Müəllif kifayət saysa da, mən burada bir neçə misal artıq gətirərəm. Gəlin Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi”-yə baş çəkək.

Allah Quranda Hicr surəsində deyir: “41 - (Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!)”. “Kəfi”-də imam bu ayəni belə oxuyur: “Mənə görə, bu Əlinin, düz yoludur!”. Bax səhifə 743.

Allah Quranda “Nisa” surəsində 66 ayədə buyurur: “Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı”. İmam “Kəfi”-də deyir ki, bu ayə belə nazil olunub: “Əgər onlar Əli haqqında verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı”. Səhifə 742, 60 nömrəli hədisin ərəb mətninə baxın.

Misallar həqiqətən çoxdur.



53 Yəni, müsəlman qardaşi ilə (mütərcim).

54 Kəfi” 7 cild, səhifə 411. Qeyd etmək lazımdır ki, rəvayətdə Nisa surəsi 60 ayə zikr olunur. Eyni tipli rəvayət: təfsir “Safi” Feyz Kaşani 1 cild, səhifə 466, Nisa 60 şərhi; “Vasail uş şia” Hurr Amili 27 cild, səhifə 11-12, hədis nömrə 33080 (redaktor).

55 “Vasailu şia”. Şeyx mənbəni tam demədi.

Ayətullah Seyid Abdullah ibn Mühəmməd Rza Müsavi Şubbar deyib: “İmamlara (ə) müxalif olanların (yəni, əhli-sünnənin) küfrünə dəlalət edən rəvayətlər və xəbərlər mövcüddur, onları cəm etmək üçün müstəqil bir kitaba ehtiyac var. Müxaliflərin küfrünə hökm verən xəbərləri və imamların onlarla rəftarını vəsf edən rəvayətləri cəm etsək (yəni imamların (ə) müxaliflər ilə münasibəti və ünsiyyəti olub), zəruri olaraq deməliyik ki, imamların müxalifləri kafirdilər və axirətdə cəhənnəmdə olacaqlar”. Bax “Camiə-Kəbirə” ziyarətinin şərhi”, səhifə 124-125, Azərbaycan dilində tarixsiz. Deyə bilərlər ki, orada müxalif yazılıb, əhli-sünnə yazılmayıb. Amma eyni kitabın 111 səhifəsində, Hasan Bəsrini və onun ardıcıllarını müəllif şiənin müxalifi adlandırır. Və şəkk yoxdur ki, Hasan Bəsri əhli-sünnə müsəlmanı olub.

Sonra Seyid Şübbar kitabının 26 səhifəsində imam Rzadan rəvayət gətirir: “Bizdən və bizim ardıcıllarımızdan (yəni, şiələrdən) başqa digər şəxslər müsəlman deyillər”.

Hec bir əhli-sünnə tərəfdarı yoxdur ki, Əbu Bəkr ilə Öməri sevməsin. “Əndişey hadi” tərəfindən 2005 ildə Azərbaycan dilində çap olunmuş, Məhəmməd Həsən Müsavi Kaşaninın “Qiyamlar” kitabının 60 səhifəsində imam Sadiqdən rəvayət olunur ki, o deyib, əgər Mikayıl ilə Cəbrayılın ürəklərində Əbu Bəkr ilə Ömərə qarşı sevgi olsaydı, Allah onları cəhənnəm odu ilə cəzalandırardı.



56 Məclisi “Biharul anvar” 2 cild, səhifə 233, hədis nömrə14.

Eyni tipli rəvayət: “Vasail uş şia” Hurr Amili 27 cild, səhifə 115-116, hədis nömrə 33356 (redaktor).



57 Kəfi” 8 cild, səhifə 192.

58 Yəni, bizdən rəvayət edərək, dediyimizə nəsə əlavə etsə. Düzünü Allah bilər!

59 Kəfi” 8 cild, səhifə 212.

60 Riçal Kəşi” səhifə 253.

Ayətullah Seyid Abdullah ibn Mühəmməd Rza Müsavi Şubbar deyib: “İmamlardan rəvayət olunur ki: “Şiə məzhəbi ilə müxalif olan kəs əgər həzrət Mehdinin (əc) zühuru vaxtı tövbə etsə tövbəsi qəbul olunmayacaq”. Bax “Camiə-Kəbirə” ziyarətinin şərhi” səhifə 140, Azərbaycan dilində tarixsiz.



61 Riçal Kəşi” səhifə 179.

“Əndişey hadi” tərəfindən 2005 ildə Azərbaycan dilində çap olunmuş, Məhəmməd Həsən Müsavi Kaşaninın “Qiyamlar” kitabının 144 səhifəsində, imam Baqirdan rəvayət olunur ki, o deyib: “Əgər, bütün yer üzündə olan insanlar bizim şiəmiz olsalar, onların dörddə üç hissəsi şəkkdə, qalan bir hissəsi də axmaq olaçaqlar”. Həqiqətən də, şiələrə nəzər salan belə bir nəticəyə qəlir.



62 Riçal Kəşi” səhifə 154.

63 Kəfi” 8 cild, səhifə 107.

64 Yəni, ağlasiğmayan (mütərcim).

65 Yəqin ki, üzündən bilinir ki, nəsə istəyirsən.

66 Kəfi” 1 cild, 346 səhifə. Həmçinin İbn Babaheyh Qumminin “Kəmalutdin” kitabının 536-537 səhifələrinə baxa bilərsiniz. Sözün düzü, müəliffin bu hədisi gətirməsində məqsədini başa düşmədim. Amma bir dənə maraqlı məqamı nəzərinizə çatdırmağa dəyər. Ravi qeyd edir ki, Əli ibn Hüseyn (radiAllahu anhu) yaşadığı vaxtda onun 113 yaşı var idi. İmam Zeynalabidin hicrinin 95 ilində dünyasını dəyişib (bax: “Sadat Rəzəvi” nəşriyyat tərəfindən 2005 ildə, Azərbaycan dilində çap olunmuş, Məhəmməd Həsən Muininin “14 məsum haqqında sual-cavab” kitabının səhifə 140, sual 24-ə). İmam Rza Musa Kazım (radiAllahu anhu) isə hicrinin 148 ilində dünyaya göz açıb (eyni mənbə, səhifə 156, sual 3). Tutaq ki, ravi Əli ibn Hüseyni elə 95 ildə görüb, və imam Rzanı heç olmazsa, 7 yaşında. Belə çıxır ki, imam Rzanı ravi 173 yaşında görüb. Allah yaxşı bilir.

67 Yaxud elm bunun ilə kifayətlənmir.

68 Hərfən “toplanmış”, “toplayan” (mütərcim).

69 Maraqlıdır ki, bu hədisin Azərbaycan dilinə tərcüməsində “Peyğəmbərimiz yazdırmışdı” kəlməsi də var. Tərcüməçi onu harda görüb, başa düşmədim.

70 Sonra isə kimsə Əbu Hureyra (radiAllahu anhu) hədisləri topladığı torbanı lağ edir.

71 Kəfi” 1 cild, səhifə 239. Müqayisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kəfi” kitabın 392-393 səhifələrə baxin.

72 Müəllif şərh verməsə də, bir balaca açıqlama verək. Bu hədisə əsasən demək olar ki, imamlar dünyada nə baş verib və nə baş verəcək, hamısını biliblər. “Bu günə qədər olanlara və bundan sonra qiyamətə qədər olacaqlara aid elm bizdədir”.

Gəlin baxaq, Nəbi (sallaLLahu aleyhi və səlləm) nə bilib?

Allah Quranda deyir: “50 – (Ey Məhəmməd) De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?” (Bax: əl-Ənam surəsi).

Sonra Allah deyib:” 26 - Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;

27 - Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar” (bax: “Cinn” surəsi).


Yüklə 426,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin