Kitab ilk dəfə toplanılıb çap olunur və bütün müəllif hüquqları qorunur



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix06.06.2020
ölçüsü1,9 Mb.
#31812
1   2   3   4   5   6   7   8   9   ...   33
Soz metbexi


54
Söz mətbəxi
Bundan başqa Şamaxıda süddə bişirilən xəşilə “şüllü”, “qındı” və “hay–
hay” deyirlər. Bu da yenə eyni anlama gətirib çıxarır. 
60. Dilimizdə kef çəkmə, ləzzət alma ilə bağlı bir sıra ifadələr var; məsələn 
“eyş işrət” məclisi “məzələnmək” “mazaqlaşmaq” və s. bu kimi ifadələrdəki 
işrət sözü türk dillərində “içki içmək” və “alkoqollu içki” mənalarında 
işlənilir. Məzələnmək sözü isə məzə yemək sözündəndir. Məzə sözü isə türk 
dillərində dörd mənada işlədilir; “xoş ləzzət”, “içki yanında verilən yeməli” 
(meyvə, qəlyanaltı və s.)”, “Şəkərləmə (noğul; qırmabadam və s.)” və qarışıq 
qəlyanaltılar (salatlar)” Yəni söz əslində zarafatlaşmaqla deyil mətbəxlə bağlı-
dır. “Mazaq” “Məzak” sözü isə türkcədə “dad alma” və “damaq” mənalarında 
işlədilir. 
61. Tez-tez “əsilli, nəsilli adamdır”, “Əsil-nəsil” “əsl” kimi ifadələr söz lər 
işlədilir. Türk dillərində “Əsil” əsl – bala, nəsil isə süzülmüş bala deyilir, “nə-
silə” sözü də bal mənasında işlədilir. 
Bal şirinliyin, təmizliyin, saflığın simvolu olduğundan əsil sözü bu məna-
larda da işlədilib. Nəsil də balın təmizlənmişi, süzülmüşü, şirini kimi nəvəyə, 
nəticəyə, sonra isə nəslə şamil edilib. 
62. Dilimizdə belə bir qarğış ifadəsi var. “Tifaqın dağılsın”. Əslində “Ti-
faq” sözünün mənası qədəhdir. Tifaqın, yəni qədəhin dağılması süfrə arxasın-
da xoşagəlməz hadisədir. Sonra digər məcazi mənalara keçib. Hər hansı bir 
müqaviləni, birliyi qeyd etmək üçün tifaq (badə) qaldırılıb sağlıq deyilirdi və 
“İki tifaq (badə)” toqquşdurulub, “İki tifaq” yaranırdı. Bu söz birləşməsindən 
hərflər düşüb “İtifaq”, “ittifaq” yaranırdı, qarğış da əslində ittifaqı dağıt-
maq arzusunu göstərir.  Əhdü-peyman bağladılar ifadəsi də oxşar yüklüdür, 
dilimizdə “peymanə də qədəhin adlarından biridir. Ehtimal ki, rus dilindəki 
pey, yəni iç sözü də buradan əmələ gəlib. Ley-pey (süz iç) ifadəsi də bura-
dandır. “İttifaqın dağıdılması üçün iki tifaqın arasına kimsə girib onları poz-
malı, aralarına “Nifaq” salmalıydı. Məsələ ondadır ki, “nifaq” da “qədəh” və 
içkidir. Bəzən elə iki tifaqdan o qədər içirdilər ki, məclisin əvvəlində tifaqdan 
içənlərin qədəhləri (badələri) artıq “nifaqa” (qədəhə) dönüb onları düşmən 
edirdi. Bütün bunları tifaqlara ərz eləmək (izah etmək) üçün də yenə qədəhdən 
istifadə edilirdi ki, bu qədəhin də bir adı da “ərz”dir. 
63. Dilimizdə “Keçi can hayında, qəssab piy axtarır” zərb məsəli var. Ke-
çiyə əvvəllər “Büz” deyilirdi. Bu söz buzov (əslində ov keçisi mənasındadır, 
sonralar inəyin balasına deyilib) sözündə də eşidilir. “Büziçə” isə oğlaqa de-

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
55
yilirdi. Büziçə  həm də  qəssab çəngəlinin də adıdır. Kəsilmiş qoyunu və ya 
keçini büziçədən asırdılar. Qəssab çəngəlinin adının da oğlaqla, keçi ilə bağlı-
lığı zərb məsəlində “Qoyun can hayında, qəssab piy axtarır” deyil, “Keçi can 
hayında, qəssab piy axtarır” kimi formalaşmasına səbəb olub. 
64. Bəzən “əşşi bezdim daha” deyirik. Məsələ ondadır ki, “bezim” hələ 
XVIII əsrlərdə içki, əyləncə, söhbət, ziyafət məclisinə deyilən, tez-tez işlədilən 
ifadə idi. Bu məclisə və məclis keçirilən yerə “bezmgah” deyilirdi. Yorulanlar, 
təkliyə çəkilmək, ikilikdə oturmaq istəyənlər, içkidən, səs-küydən, çoxluqdan 
bezənlər isə məclisin bir köşəsinə, ayrılmış hissəsinə, “bezmə” deyilən yerə 
keçirdi, buradan da “bezmək” feili əmələ gəlib. 
65. Əlibaba nağılını danışanda “Sim-sim açıl” ifadəsini işlədirik. Yenə də 
Əhməd Cavidə görə “Sim-sim – küncütdür”, dəyişdirilərək susam, şirugan və 
sözün pozulması ilə  şirlugan,  şimşək, genced, gencu adlarla tanınır.  Əslində 
gərək “küncüd açıl” deyilsin, amma görünür Əlibaba nağılı küncüdə Sim-sim 
deyilən bölgədə yaranıb. Hətta rus dilinə tərcümədə də elə Sim-sim kimi qalıb.  
66. Sən demə “ay qız sevin elçin gəlir” muştuluğunun da kökündə mətbəx 
dururmuş. Hələ XVIII əsrdə “sevin” qab-qacaq, səhəng, tac, bardaq və s. 
mənasında işlədilirdi. Bu əşyalar isə qızın o zaman əsas cehizi idi, var-dövlət he-
sab edilirdi. Beləliklə, qızlarımıza verdiyimiz Sevinc adı çoxlu qab-qacaq ver-
diyimiz cehizlə bağlıdır. Sevin, yəni qab-qacaq, cehiz nə qədər çox olsa, qız bir 
o qədər çox fərəhlənər. “Həm də sevin elçin gəlir” muştuluğunu “qab-qacağını 
(cehizini) hazırla elçin gəlir” mənasında işlədilib. Yəni hazırlaş ərə gedirsən. 
67. Xoş xəbər gətirənə “Ay səni şad olasan” deyirik. “Şad” sözü isə köhnə 
dilimizdə içki və şərab mənasındadır. Yəni xəbər gətirənə içki, şərab verilərdi. 
“Şad-hürrəm” ifadəsi də “şərabla – azad” mənasındadır. “Şad günə” döşəyə, yas-
tığa, şadice isə yorğana deyərdilər. Beləliklə, xoş xəbər gətirənə içki, azadlıq, ya-
taq, yəni kef arzulayırdılar. “Şəni” də dilimizdə yemək sinisi, qabı kimi işlənilib, 
sonra sini şəklinə düşüb. Şənlənmək ifadəsi də şəni – “sini” sözündəndir. 
68. Dilimizdə fərəhlənmək, tumarlanmaq, Türkiyə türkcəsində şimarlan-
maq sözü var, yəni tumar olmaq, şimar olmaq. Şimar isə köhnə dildə razyana 
toxumudur. Görünür ədviyya kimi o qədər ləzzətli (ləziz ətli) hesab edilib ki, 
kef, fərəh verən mənasında işlədilib. 
69. Tez-tez “bu qanundur, qanunidir” sözlərini işlədirik. Qanun əslində 
dilimizdə ocağa deyilirdi, ulu, yeməyi qaldıran, dəyişdirən hər  şeyi yoluna 
qoyan mənasından əmələ gəlib və mətbəxlə bağlı anlamdır. Həm də arxaik 

56
Söz mətbəxi
qərarlar ocaq başında verilirdi və ailə üzvləri üçün bu qərarlar qanuni, mütləq, 
yəni ocaqdan gəlmə idi. 
70. Əziyyət verənə biz “kür” deyirik. Bəlkə də çox əziyyətlə yetişdiyindən 
və ilkində yumru (kürə) şəkilli olduğundan babalarımız düyüyə “kür” deyiblər. 
“Kür” sözünün “Xur” sözü ilə bağlılığını da ehtimal etmək olar (bax 56-cı 
bənd)
71. İndi dilimizdə həyasız qadına söyüşə yaxın bir “ləçər” sözü işlədilir. 
Əslində əvvəllər bu söz özünü şirin salan qadınlara deyilib. Çünki “leyçar” 
sözü riçal, yəni bəhməzlə bişirilən mürəbbədir. Xalq arasında “leçel” də de-
yilib. Beləliklə, əslində mürəbbə bişirən yaxud mürəbbə kimi şirin qadınlara 
deyilən söz sonra söyüşə dönüb. 
72. Deyirik ki, filankəsin “malikanəsi” var. Malikanə əsasən böyük tiki li-
ləri ərazisi olan varlı mülklərə deyilir. Varlıların evində həmişə şirniyyat hal-
va olurdu. Əhməd Cavidin yazdığına görə “malikanə” Gilanda halvaya de-
yilir, qatı və quru olur, badam, ceviz, fısdıq, fındıq, qaysı, şaftalı kimi 7 içlə 
bişirildiyindən adına “yeddi iç” də deyirlər. Hər iki bayramda padşah halva-
xanasında bişirilirmiş. Bəlkə də hər iki söz xanın malik olduğu mənasındadır. 
Hər halda əlaqə göz qabağındadır. “Malikanə” halvası yeyilən yer də malikanə 
adlana ola bilərdi. 
73. Bəzən “bunun matahı nədir”, “Bu da bizə matah (matək) olub”, “Matah 
(mahtaq) qalmışıq” kimi ifadələr işlədilir. Əslində bunlar Mətək-ağacqovunu, 
narınc, turunca, yəni sitrus meyvələrinə verilmiş addır. Bahalı və az olduğun-
dan bu ifadələrin əmələ gəlməsinə səbəb olub. 
74. Dilimizdə masa sözünün sinonimi kimi “miz” sözünü də işlədirik. Miz 
üzərinə nə isə qoyulan əşyaya və ziyafətə deyilib. Əsasən üzərinə yemək sini-
si, məzə qoyulan altlığa deyilib. 
75. Əvvəllər qızlar uzun hörüklərlə gəzəndə “Saçların qulac-qulac” deyə 
oxuyardılar. Qulac əslində ərəblərdə günəfə, türklərdə isə kadaif deyilən şir-
niyyatdır. Bizdə isə nani qulac, türkiyə türkcəsində isə bəzən qullac paxlava-
sına da deyərdilər. Düşünürük ki, saç hörükləri formasınada hörülmüş bulkaya 
bənzəyən şirniyyat qənnadı məmulatına da “qulac” deyilə bilərdi və “saçların 
qulac-qulac” ifadəsi də buradan yaranıb. 
76. Tez-tez mahnılarımızda danışığımızda “həmdəm” sözünü işlədirik. 
Bir mahnımızda “Olasan mənə həmdəm” deyə oxuyuruq. Əslində söz həm-
dəm kimi defislə yazılırdı və şərab qədəhinin bir adıydı. “Yəni bir qədəhdən, 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
57
ya birgə şərab içənlərə yenə “həm-dəm” olublar”, qədəhə giriblər mənasında 
deyilib. Bu ifadə “ittifaq”, “nifaq” və “əhd-peyman” ifadələri ilə də səsləşir və 
eyni təfəkkürün məhsuludur (bax 62-ci bənd). 
77. Bəzi rayonlarda yerində rahat oturmamaq, nə isə yerində tərpənmək 
mənasında “hıncıxmaq” feili işlədilir. Əslində “hincimək” otunun yeməyini 
bişirmək (ispanaq kimi) mənasında işlədilib. 
78. Tez partlayan, alışan, artıq partlamağa hazır əsəbi vəziyyətə gəlmiş ada-
ma “bir himə bənddi” deyirik. “Him-cim eləmək” ifadəsini işlədirik. Him odun 
mə na sında işlədilirdi. Ərəblər isə mətbəxə (od yanan yerə) him deyirlər. Di gər 
tərəfdən “him” həmdə şorba adıydı. Yəni “əsəbi adam bir himə”, yəni “quru odu-
na bənddi ki, yansın” ifadəsi zaman-zaman müxtəlif mənalar kəsb edib. “Himayə 
etmək” isə ocağa götürmək, yemək, şorba, yəni him vermək mə na sındadır. 
79. Dilimizdə  nədənsə utandığımız həmişə yerinə “uşaqların anası”, 
“evin xanımı” və s. kimi ifadələr işlətdiyimiz “arvad” sözü var. Bu sözü də 
mətbəximizdən izah etməyə çalışaq. Dilimizdə “urva” sözü var. Bişirəcəyimiz 
şeyləri, məsələn balığı urvalayıb bişiririk. Urva bişmə zamanı ərzağın üst qa-
tına birdən düşən yüksək istiliyi götürüb balıq ətiylə yağ arasında istilik taraz-
laşdırıcısı rolunu oynayır. Süfrə – surfa sözündə də urfa, urva sözünü eşidirik. 
Bu da salınan, sərilən urva, mizi qaynar qab-qacaqdan qoruyan istiliyə tarazlıq 
vermək mənasında gəlir. Digər tərəfdən tərəzinin tarazlığı pozulanda və ya 
çəkdiyimiz şey nəyəsə bükülübsə hansısa qabda çəkilirsə həmin qabın ağır-
lığında tarazlaşdırıcı daşdan istifadə edirik. Bu daşa “arva”, “qabın arvası” 
yəni tarazlaşdırıcı deyirik. Arvad sözünün kökündə də bu söz dayanıb. Arvad 
əslində həyat tərəzisində kişini tarazlayır. Kişini tarazlamaq, həyatı, ailəni ta-
razlamaq üçün yaranıb, ərinin arvasıdır. Dilimizdə qadın, kişi cinsləri yoxdur. 
Bu təfəkkür tərzimizdəki qadın kişi bərabərliyindən irəli gəlir. Arvad sözü-
nün də mənşəyi təfəkkürümüzdəki bu tarazlıq duyğusundan xəbər verir. Ola 
bilsin ki, evin, damın arvası mənasında “Arva” və “dam” sözlərindən bəlkə 
də “Arva adam” sözündən əmələ gəlib. Əgər ilk kişinin adının Adəm, Adam 
olduğunu nəzərə alsaq bu söz “Arva Adam” “Adəmin tarazı” mənasını kəsb 
edir. Bu belə olan halda qadın (xatun), xanım, banu kimi sözlərə nisbətən “ar-
vad” sözünün daha arxaik, daha qədim olduğunu görürük. 
80. Belə bir ifadə işlədirik “xaraba yer”. Dilimizdə bir qarğış var “xara-
ba qalsın”. Öncə xar sözünü araşdırsaq görərik ki, “bal xarlayıb”, “xarlamış 
qarpız” kimi ifadələr işlədirik. Təzəliyini, tərliyini itirmiş mənasında “xar” sö-

58
Söz mətbəxi
zünü işlədirik. “Xarçıldamaq” feili də buradandır. Çünki xarlamış bal da, qar-
pız da ağzımızda xarçıldayır, xırçıldayır. Əslində “qar” da “xar” sözündəndir. 
Xarlamış ab, xarlamış sudur. Bəzi bölgələrimizdə indi də təzə qarın üzərinə 
bəhməz tökülüb yeyilməsi həm dondurmanın arxaik, həm də müasir forması-
dır (məsələn, dondurulmuş şirələr). Bu həm də “qarın” sözü “qarın” mətbəxlə, 
yeməklə bağlılığını göstərir. Əvvəllər qarın içərisində ərzaq saxlanıldığını da 
nəzərə alsaq bu ehtimal daha da güclənir. Digər tərəfdən ağ rəngli olduğunu 
nəzərə alsaq, “qar” sözünün “ahar”, “aqar”la bağlı olduğu diqqətimizi cəlb 
edəcək.  Əvvəllər izah etdiyimiz kimi “ar”, “ir” içki mənasını verir. Qar da 
əslində ağ donmuş içki xarlanmış sudur. 
Zaman keçdikcə qar da, xar da formasını dəyişir, çürüyür, əsasən mayeyə 
və torpaq maddələrinə çevrilir, xar donub daha çox su, ab olur, yəni xar və 
ab – xarab olur. 
“El içində xar olmaq” da bunlarla bağlıdır. Hamının yaxşı qarpız ya bal 
bildiyinin iç üzü açılanda onun xarlamış, dağılmaq üzrə olduğu görünür. Xa-
rab olan şey dağılır. Buna görə də dağılmış yerlərə xaraba deyirik. 
81. Dilimizdə “torba” sözü işlədirik. “Ba” dilimizdə sulu yemək (çorba- 
duzlu maye) yemək mənasında işlədilir. Torba əslində sulu yeməyi, yeməyi 
tutan, saxlayan məişət əşyasıdır. Yeməyi torbaya salır, çox vaxt suyunu çıxa-
rır, süzür, əsas hissəsini saxlayırlar, tuturlar, məsələn süzmədə olduğu kimi. 
Dəryanın suyundan balığı ayıran kimi, qatığın, ayranın suyundan əsas bərk 
hissəni tora salıb tuturlar. 
“Ba”nı, yəni sulu yeməyi sudan ayırmaq üçünsə banın torundan “torba-
dan” istifadə edilib. 
82. Dədə-babadan əksəriyyətimiz əkinçi, heyvana baxan olmuşuq. Daha 
çox bəslədiyimiz, sevdiyimiz heyvan qoyun olub. Qoyuna qoyduğu muz 
heykəllər ölkəmizin hər yerindən tapılır. Qoyunu qurban vermişik. Məlik-
məm mədi ağ və qara qoçların üzərinə mindirmişik. “Altı bulaq içərlər, üstü 
zəmi biçərlər” kimi tapmacalar düzəltmişik. Folklorumuzda tez-tez çobana, 
sürülərə, qoyuna, tütəyə üz tuturuq. Bəs qoyun sözü dilimizdə haradandır? 
Əlbəttə ki, qoyunun mətbəximizlə bağlı olduğuna heç kim şübhə etmir. Amma 
yenə də bu sözün açılışının faydalı olacağını düşünürük. 
Qoyun sözü iki hecadan ibarətdir. “Qo” və “yun”. Yun sözünü başa düşü-
rük qoyunun bir funksiyası yun verməkdir. Bəs “Qo” hecasının mənası nədir, 
necə əmələ gəlib? Folklorumuza müraciət edək. “Simurq quşu Məlikməmmədi 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
59
işıqlı dünyaya çıxarmaq üçün ona iki tuluq verib söyləyir. Bir tuluqda su o 
biri tuluqda ət var. Mən Qa deyəndə mənə su Qo (qu) deyəndə ət verərsən. 
Deməli, folklor nağıl dilimizdə Qa, qo (qu) yemək içməklə bağlıdır. Və Qo 
ətdir. Əslində elə bu təfəkkür tərzində qoyun Qa (süd), qo (ət) və yun, yəni 
süd və ət yun mənbəyidir. Amma daha çox ət və yun mənbəyidir. Dil hər şeyin 
həcmini alıb, sadələşdirib “qoyun” formasına salıb. 
Biz “qo” sözünü “qovur”, “qovurma”, “qovurğa”, “qovud” və s. mətbəx 
terminlərində, sözlərində aydın eşidirik. Mətbəxdən uzaq görünən “qoçaq” 
(igid) sözündə də “qo” yemək, “çaq” isə sağlam mənasındadır (dilimizdə daha 
çox cağ, cağbacağ kimi işlənir). Yəni qoçaq-sağlam qidaya malik və ya qi-
dası və sağlamlığı olan mənasındadır. “Qovun” sözü də Qo, av(ab-su) və un 
sözlərindən ibarətdir, yəni Qodan (ətli, lətli hissədən) sudan və suyu özünə 
çəkən una bənzər hissəni bildirən sözlərdən ibarətdir. Qo, Qa, Qu sözlərini 
mətbəximizlə bağlayan bir çox sözlərimiz, ifadələrimiz var. Qabağ (bağlı, 
örtülü yemək), Qarpız, Abqora (Ab-su, qo-yemək, ra-günəş, qaynar), qora, 
ura (bostan urası), qarın, quyruq, qarğa (qarğa-bişib qaralmış), qara (aşqara), 
balqabaq, qürrə, qurrey, qu quşu (su quşu-yeməli quş). Quzu-süd içən, quduz, 
qüdrət (yad su olan yer, suyunu dəyişən), qoç, Qobustan (yeməyin bol olduğu 
yer mənasında), qonaq və s. 
Köhnə slavyan dilində  işlədilən “qovet”, yəni yemək, aclığı  dəf etmək 
sözü də ehtimal ki, dilimizdən keçmiş əslində qovrulmuş ət (et) “qovət” for-
masından götürülmüşdür. Rus dilindəki “qodivo” (yemək), “qodnıy” (yarar-
lı), “qolod” (aclıq), “qordıy” (məğrur, yeməyi bol olan, məsələn, S. Vurğun 
“Çörək bol olarsa, basılmaz Vətən”) və s. də bu qəbildəndir. 
83. Kiminsə haqqında “od-alovdu” deyirik, “od olsa özünü yandırar” və s. 
Əslində “alov” ovu alan, onu bişirəndir. Ovçu ovu ocağa verir “bu ovu 
al bişir” deyir. Ovu alıb bişirənə “alov deyir”. Alovun digər adı isə “atəş”dir, 
daha doğrusu “ət aşdır”. “Atəş” ət, aş bişirən deməkdir. Od sözü də əslində ud, 
udmaq sözündəndir. Bunu süd (sağ və ud) sözündən də görürük. 
Odun sözü də odun yemi, odun yediyi undur, yəni əslində “udun”dur ki, 
dilimizdə odun kimi formalaşıb. Digər tərəfdən odun sözünü məxsusluğu bil-
dirən “un” şəkilçisinin artırılmasıyla udana, uda, oda məxsus olduğu mənasını 
alması ehtimalı da doğru ola bilər. Beləliklə, kiməsə “odlu alovludur” demək 
əslində bu adama “bişirib düşürəndir”, demək kiməsə “atəşli salamlar” 
deməyimiz isə qonaqlıq təklifidir ki, sonradan məna çalarlarını dəyişiblər. 

60
Söz mətbəxi
84. Belə bir uşaq oyunu var. 
  Əl əl əpənək,
  Əldən uçdu kəpənək. 
  Əpənəyin yarısı,
  Yumurtanın sarısı. 
– Əmi hara gedirsən?
– Ala dağa gedirəm. 
– Ala dağda nəyin var?
– Çaqqır-çuqqur bir oğlum, bir qızım var. 
Uşaqlıqda düşünürdüm ki, görəsən  əpənək nədir? Soruşanda da izahını 
verən olmurdu. İndi bu sözləri anlayıram və bölüşmək fikrindəyəm. 
Çaqqır-çuqqur – at nalının çıxardığı səsləri ifadə edir. Sözlərdən görün-
düyü kimi əmi Ala dağa qızının, oğlunun yanına gedir. Adətimiz üzrə özü ilə 
yola yemək götürür. Bu konteksdə əpənək, əppək (çörək) və nək sözlərinin 
birləşməsindən əmələ gəlib. Dilimizdə “qo” sözü kimi “nək” sözü də yemək, 
azuqəylə bağlı olub, digər sözlərin içərisində gizlənib “nək”, “nak”, “naq”, 
“yeməyi, içməyi tutan qab, saxlayan” mənalarında qalıb.  İndi isə daha çox 
söz  əmələ  gətirən  şəkilçi kimi işlənir. Məsələn, kəpənək, yəni kəpək tutan, 
kəpəkli. Kəpənəyin qanadlarının üzəri zərli kəpəklə örtüldüyü üçün, sənək 
(səhəng)- su tutan, qonaq – yemək içmək yeyən, tutan mənasında naqqa balığı 
– yemək tutan (naq- tutan, qa, qo- yemək), inək – içki (süd) tutan və s. Əpənək 
– yəni yemək-içmək, duz-çörək, əpənəyin yarısı, yəni çörəyin yarısı. Yumurta-
nın sarısı çörəyin yarısının arasına qoyulub yola götürülür. Yəni söhbət klassik 
dürməkdən, onun bürmələnmiş (yuxayla, lavaşla) ya cibli dürmək (xamralı ya 
təndir cörəyini yarı bölüb arasını açıb nəsə qoymaqla yaranan) formalarından 
gedir. 
Əldən uçdu kəpənək isə  təfəkkürdə  səyahətə getməklə bağlıdı. Bu da 
bu oxumanın sözlərilə məna çalarını uyğunlaşdırır. Yeri gəlmişkən kəpənək 
sözündə də kəpək və nək sözlərini  eşidirik kəpənəyin qanadları kəpəklidir. Əl 
vuranda əlimizdə də qalır. Kəpək isə unun daha kobud hissəsidir, ələkdə qalır. 
Dəyirmanda qalana isə ard unu deyilir. Çox ləzzətli sac altı kömbəsi olur. Ana 
babam dəyirmançı Rza kişinin (Tovuz rayonu Dondorquşçu kəndi) ard unun-
dan bişirdiyi kömbələrin dadı, ətri indi də yadımdadır. 

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
61
85. Bir ifadəmiz də var “Yuxudan kal durmaq”. Kal bir tərəfdən yetişməmiş 
meyvəyə deyirik. Yuxudan ala yarımçıq doymamış, yetişməmiş durmaq 
mənasına gəlir. Digər tərəfdən isə “kal” – xoruza deyildiyindən “Yuxudan kal 
durmaq” tezdən xoruz banıyla durmaq mənasını da verirdi. Başqa bir tərəfdən 
kəndçi sübh tezdən kəllərlə qoşqu heyvanları ilə birlikdə yuxudan durub ya 
əkinə, ya örüşə getməli idi. Zənnimizcə hər üç versiyanın yaşamaq hüququ var. 
86. “Narazı” sözü də mətbəxdən gəlmədir. “Razı” əslində ruzidir, “na” isə 
inkar şəkilçisidir. Naruzi – narazı, yəni ruzisiz, yeməksiz, ac qalan adam yəqin 
ki, “Ac qılınca çapar” ifadəsi də elə bu təfəkkür tərzinin məhsuludur. Uzun 
müddət ac qalan adam hər şeydən narazı olacaq. 
87. Jarqon (ara) dilində  gənclər öz aralarında gənc xanımlara “mas-
ka” deyirlər.  Əgər Vladimir Dalın lüğətinə baxsaq görərik ki, “maska” qo-
yun deməkdir.  Əslində xanımların ahu balasına, ceyrana, marala, quzuya, 
dişi dəvəyə (“mənim yarım ağca maya” – mahnımızda və yaxud Vaqif “bir 
maya bud gərək” harada maya-dişi dəvə deməkdir) quzuya, ağca qoyuna 
bənzədilməsi təbiidir. Qoyunçuluqla məşğul olan, qoyuna heykəllər qoyan 
xalqın təfəkküründə bu gözəl simvol olsa da hazırda maska sözündə  mənfi 
çalarları da eşidirik. 
88. Bir qəribə ifadəmiz də var – “Bir qab ayranı (suyu, ayranı və s.) bir 
nə fəsə başına çəkdi”. Əslində indi anladığımız dildə içdi deməliydik. Bu iki 
anlamın dəyişməsi Türkiyə türkcəsində  də  məlumdur. Onlar “siqaret çəkir” 
əvəzinə “siqara içir” deyirlər. 
Çəkmək bir tərəfdən sürtmək mənasında, təəccüblənmək (içini çəkdi), ağ-
rımaq, incimək mənasında (canını çəkdi), digər tərəfdən isə içinə çəkmək (si-
qareti, tüstünü, suyu və s.) udmaq, sümürmək mənasında işlədilir. Biz üzüm-
dən şirə, tutdan araq çəkirik. Gördüyümüz kimi daha çox mayeyə aid olunur. 
Əslində  çəkmə içki, qədəh deməkdir. S.Sadıqova da çəkmənin ayaq qədəh 
olduğunu göstərir. Ayaq isə  qədəh, içki kimi Xətainin  şeirlərində  işlədilib. 
“İçki başına yox, ayağına vurdu” ifadəsi də ayağın – içki, qədəh anlamından 
yaranıb. Digər tərəfdən ay işığı soyuq olduğu, ayağını isti saxla, başını sərin 
deyimini nəzərə alsaq ayağın ay və ağ sözlərindən irəli gəldiyini, məhz so-
yuq içkilər üçün nəzərdə tutulduğunu görürük. Çəkmə isə ayaqqabıdan fərqli 
olaraq dartılıb, çəkilib geyinilən olduğu üçün ona çəkmə deyilib. Arxeolo-
ji qazıntılar zamanı tapılmış gil çəkmələrin məhz qədəh rolunu oynadığı da 
S.Sa dıqova tərəfindən yazılmışdır. Çəkmə paltar elementi kimi çəkilib yuxa-

62
Söz mətbəxi
rısı sapla bağlandığı, boğulduğu üçün sapboq – rus dilində sapoq kimi saxla-
nılıb. 
89. Belə bir ifadə var: “Gedim bazardan ayın-öyün alım”. Bir dəfə Azər-
baycan televiziyalarının birində “ayın-öyün” sözünün ərəbcədən “iki göz” 
anlamını verdiyi, ifadənin də “gedim, gözüm görənləri alım” mənasında 
işləndiyi kimi izah edildi. Lakin babalarımız bazara gözləri görəni almağa 
deyil, evdəki, ailədəki ehtiyaclarını təmin etmək məqsədilə gedirdilər. Həm 
də əhalimizə israfçılıq yad idi. Yalnız kənddə böyüyən adamlar bilir ki, kəndçi 
qazandığı hər qəpiyi səmərəli istifadə edirdi, aldığı hər əşyanı qoruyur, uzun 
müddət ondan yararlanırdı. Çünki qazanılan hər qəpik halal zəhmətin, zama-
nın, alın tərinin ekvivalenti idi. Ona görə “gedim, gözümə görünəni alım” 
düşüncəsi milli təfəkkürümüzə ziddir. 
Bu cəhətdən “ayın-öyün” deyiminin başqa mənası olmalıdır. Bu deyim 
Tovuz-Qazax bölgəsində bu gün də elə “ayın-öyün” kimi də işlədilir. Kənddə 
bazara hər gün getməzdilər. Ayda bir-iki dəfə bazara gedib evin ehtiyacları, 
əsasən taxıl, un, duz, şəkər və bu kimi ehtiyaclar bir aylıq alınardı. Əksər hal-
larda ət, süd məhsulları, göyərti, tərəvəz, meyvə ilə kəndçi öz təsərrüfatından 
özünü təmin edirdi, artığını da şəhər bazarlarına çıxarırdı. Bazardan alınan 
məhsullar ailə üçün bir aylıq, bəzən iki-üç aylıq, nadir hallarda isə yarım ay-
lıq alınırdı. Yəni “ayın” ehtiyacı, məsələn, ailənin bir ayının ehtiyacı alınırdı. 
Beləliklə, “ayın-öyün” əslində evin bir aylıq ehtiyacı, təminatı mənasındandır. 
Digər tərəfdən zaman kəsiyində aldığımız yeməyə, yeməyin miqdarına 
öynə deyirik. “Səhər öynəsi”, “günorta öynəsi”, “axşam öynəsi” dediyimiz kimi 
“həftənin öynəsi”, “ayın öynəsi” anladığımız ifadələrdir. Buradan da “ayın-
öyün” həm də “ayın öynəsini almağa gedirəm” formasından əmələ gələ bilərdi. 
Ehtimal ki, bu ifadə “ayın-öyün” və “ayın-öynə almağa gedirəm” 
deyimlərinin birləşməsindən əmələ gəlib. Bu hal dilimizdə var. Məsələn, “dol-
ma” sözünün dolma (bibər, badımcan və s. dolmalar) və dolama (yarpaq dol-
maları) sözlərinin birləşməsindən əmələ gəldiyi kimi. 
90. Bir maraqlı deyimimiz də var: “Naxırçı  qızının könlü naxır  əppəyi 
istəyir”. 2011-ci ildə Türkiyənin Ərzurum şəhərində keçirilən elmi konfrans-
da çox hörmətli ağsaqqal alimimiz Hacı Qədir Qədirzadə Naxçıvanda çörək 
bişirmə ilə bağlı gözəl bir mühazirə oxudu. Bu mühazirədə çörəklə bağlı 
bir neçə deyim, o cümlədən də bu deyim çox diqqətimizi çəkdi. Hacı Qədir 
Qədirzadə çox gözəl izah edir ki, əvvəllər camaatın mal-qarasını otaran naxır-

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin