Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə16/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   12   13   14   15   16   17   18   19   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ 
1
17


MDO-nun məsuliyyəti
1. MDO-un məsuliyyəti onun yükü öz sərəncamına götürməsi anından yükün yükalana verilməsi 
anına qədər olan dövrü əhatə edir.
2. Bundan başqa, hazırkı sazişə əsasən:
a) MDO özünün işçi və ya agentlərinin hərəkətlərinə və ya hərəkətsizliyinə görə məsuliyyət 
daşıyır, bir şərtlə ki belə agent və ya işçi öz xidməti vəzifələri çərçivəsində fəaliyyət göstərsin.
b) MDO daşıma haqqında müqavilənin icrası üçün xidmətlərindən istifadə etdiyi istənilən digər 
şəxsin hərəkətlərinə görə, belə hərəkətlər və ya hərəkətsizlik onun özü tərəfindən törədildikdə 
olduğu kimi, məsuliyyət daşıyır.
3. Sazişə əsasən, MDO-un öz üzərinə götürdüyü öhdəliklər yükün çatdırılması və ya onun 
çatdırılmasının təmin edilməsi üzrə hərəkətlər kimi müəyyən oluna bilər.
4. Hazırkı Sazişin müddəalarına əsaslanaraq, yük yükalana aşağıdakı yollarla çatdırıla bilər:
a) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və “təqdim edən 
şəxsə” sənədi kimi tərtib olunubsa, bu zaman yük, multimodal daşıma haqqında sənədin əslini 
təqdim edən şəxsə verilir, və ya;
b) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və qiymətli kağız 
orderi kimi tərtib olunubsa, bu zaman yük, müvafiq təslim yazısı ilə birlikdə multimodal daşıma 
haqqında sənədi təqdim edən şəxsə verilir, və ya;
c) Əgər multimodal daşıma haqqında sənəd dövriyyə sənədi kimi verilmişsə və adlı kağız orderi 
kimi tərtib olunubsa, bu zaman yük, şəxsiyyəti təsdiq edən sənədləri və ya bu cür sənədin əslini 
təqdim edən səlahiyyətli şəxsə verilir; əgər sənədin əsli artıq əmrə əsasən və ya bank indossamentinə 
əsasən verilmişsə, bu maddənin (b) bəndinin müddəaları tətbiq olunur, və ya;
d) Əgər sənəd qeyri-dövriyyə sənədi kimi verilmişsə, bu zaman yük şəxsiyyəti təsdiq edən 
sənədləri təqdim etməklə sənəddə yükalan qismində göstərilən şəxsə verilir, və ya;
e) Əgər multimodal daşıma haqqında sənəd MDO-ya verilməzsə, yük yükgöndərən tərəfindən 
göstərilən şəxsə və ya yükalanın və yaxud yükgöndərənin multimodal daşıma haqqında müqavilə 
üzrə təlimatlar vermək hüquqlarının ötürüldüyü şəxsə verilir.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin