Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə83/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   79   80   81   82   83   84   85   86   ...   507
İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org

www.milliqahraman.az


63

Siyasət.Hüquq.Hərbi iş

FEVRAL

Əli  bəy  Mоlla  Hüsеyn  oğlu 

Hüseynzadə 1864-cü il fevral ayının 24-

də Salyan şəhərində anadan olmuşdur. 

İlk təhsilini Tiflisdə Qafqaz Şeyxülisla-

mının ruhani məclisi yanında altısinifli 

dini  mədrəsədə  almışdır.  1875-1885-

ci  illərdə  Tiflis  şəhər  gimnaziyasın-

da rus, alman, latın dillərinə yaxından 

bələd olması ona Avropa mədəniyyətini 

öyrənməyə imkan yaratmışdır. 

1885-1890-cı illərdə Sankt-Peterburq 

universitetinin  fizika  və  riyaziyyat 

fakültəsində təhsilini davam etdirmişdir. 

Tələbəlik  illərində  qafqazlı  gənclərlə 

inqilabi  hərəkata  qoşulmuşdur.  Təqib 

olunduğu  üçün  universiteti  yarımçıq 

buraxmış  Türkiyəyə  getmiş,  İstanbul 

Darülfünununun 

“Hərbi-Tibbiyyə” 

fakültəsində  təhsilini  davam  etdirmiş-

dir. Türkiyə həyatı ilk günlərdən onun 

ictimai-ədəbi  fəaliyyətini  müəyyən  bir 

istiqamətə yönəltmişdir. 1895-ci ildə İs-

tanbul Darülfünunu dermotoloq ixtisası 

və təbib yüzbaşı rütbəsi ilə bitirmişdir. 

Əmək  fəaliyyətinə  başladığı  ilk 

illərdə  həkimliklə  yanaşı,  elmi,  ədəbi-

bədii yaradıcılıqla da ciddi məşğul ol-

muşdur. 


1897-ci  ildə  Türkiyə-Yunanıstan 

müharibəsi  dövründə  “hilali-əhmər” 

(“Qırmızı  aypara”)  heyəti  tərkibində 

İtaliyaya  göndərilmişdir.  1900-cü  ildə 

müsabiqə  yolu  ilə  İstanbul  Darülfü-

nunun  “Hərbi-Tibbiyyə”  fakültəsinin 

“Dəri və zöhrəvi xəstəlikləri kafedrasına 

professor köməkçisi seçilmişdir. Həkim 

M.Rəfi ilə yazdığı “Vəba və mikrobu” 

(1900)  tibbi-səhiyyə  kitabının,  prof. 

Dr. Kamal Berksayla tərtib etdiyi “En-

siklopedik tibbi lüğəti (1902), “Sifilis” 

(1903) əsərini nəşr etdirmişdir. İctimai-

siyasi məzmunlu publisistik məqalələri 

“Əli Turan”, “Əli Hüseyn Turan”, “Əli 

bəy  Hüseynzadə”,  “Əli  Hüseynzadə” 

“Səlyani”,  “Ə.H.”  imzaları  ilə  dərc 

olunmuşdur.  Təqib  olunduğuna  görə 

doğma  vətəni  Azərbaycana  qayıtmış-

dır.  1905-ci  ildə  Ə. Ağayevlə  birlikdə 

“Həyat” qəzetinə,1906-cı ildə isə “Fyu-

zat” jurnalına redaktorluq etmişdir. 

O,  “Molla  Nəsrəddin”  jurnalının 

böyük  maarifpərvər  rolunu  yüksək 

qiymətləndirmiş və burada öz rəsmləri 

ilə  çıxış  etmişdir.  Onun  çəkdiyi  “Bibi 

Heybət məscidi”, “Şeyxülislamın port-

reti” əsərləri Bakıda R.Mustafayev adı-

na Azərbaycan Dövlət İncəsənət Muze-

yinin daimi eksponatıdır.

1910-cu  ildə  Türkiyəyə  köçmüş, 

ömrünün sonunadək mühacirətdə yaşa-

mışdır. Orada pedaqoji, elmi və ictimai-

siyasi  fəaliyyətini  davam  etdirmişdir. 

1926-cı ildə Bakıda I Ümumittifaq tür-

koloji qurultayda iştirak etmişdir. Məhz 

bu zaman “Qərbin iki dastanında türk” 

adlı əsəri kitab şəklində buraxılmışdır. 

1940-cı il mart ayının 17-də, 76 yaşın-

da İstanbulda vəfat etmiş, Qaracaəhməd 

qəbiristanlığında dəfn olunmuşdur. 

1994-cü ildə Salyanda heykəli ucal-

dılmışdır. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin