Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Böyük qan dövranının venoz yatağında qan durgunluğu hesabına yaranan sağ mədəcik çatmışmazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?



Yüklə 453,92 Kb.
səhifə34/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

1458) Böyük qan dövranının venoz yatağında qan durgunluğu hesabına yaranan sağ mədəcik çatmışmazlığı zamanı hansı simptomlar üstünlük təşkil edir?

1. boğulma

2. xaya və cinsiyyət orqanların ödemi

3. sianoz

4. boşluqların maye ilə dolması (assit, hidrotoraks, hidroperikard)

5. ortopnoe vəziyyəti
A) 2, 3, 4

B) 1, 2, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система).«Бином - пресс», 2007, стр.77
1459) Xroniki ürək çatmışmazlığı olan xəstələrdə sianozun səbəbi nədir?
A) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması

B) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının azalması

C) periferiyada qan axınının zəifləməsi hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

D) periferiyada normal qan axını və oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması

E) periferiyada qan axınının artması hesabına oksigenin toxumalar tərəfindən ekstraksiyasının artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.77
1460) Sağ mədəcik və ya biventrikulyar ürək çatışmazlığı olan xəstələrdə ödemlər hansı əlamətlərlə təzahür edir? (RAAS-renin-angiotenzin-aldosteron sistemi, POT-plazmanın onkotik təzyiqi).

1. Böyük qan dövranının venoz yataqda hidrostatik təzyiqin qalxması

2. Qaraciyərdə qan durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT-in enməsi

3. RAAS - ın aktivləşməsi hesabına natrium və suyun orqanizmdə saxlanması ilə damar keçiriciliyinin pozulması

4. Böyük qan dövranının venoz yatağında hidrostatik təzyiqin enməsi

5. Qaraciyərdə qan durğunluğunun və zülal sintezinin pozulması nəticəsində POT- in qalxması
A) 1, 3, 5

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 77
1461) Abdominal - yuqulyar (və ya hepato - yuqulyar) reflyuks yüksək mərkəzi venoz təzyiqin etibarlı göstəricisi hesab olunur. Abdominal - yuqulyar sınaq necə aparılır?
A) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

B) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini qısa müddətdə (10 san.ərzində) sıxmaq yolu ilə

C) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının sidik kisəsi nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə

D) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının göbəkətrafı nahiyyəsini davamlı (5 dəq.ərzində) sıxmaq yolu ilə

E) əlin ovuc hissəsilə qarın boşluğunun ön divarının kor bağırsaq nahiyyəsini davamlı (10 dəq.ərzində) sıxmaq yolu ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
1462) Abdominal - yuqulyar sınaqın nəticəsinin qiymətləndirilməsi nəyin səbəbini dəqiqləşdirməyə imkan yaradır?
A) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və ya sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur

B) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venalarının nəzərə çarpacaq genişlənməsi və sol mədəcik çatmamazlığının digər xarici əlamətləri olmur

C) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sol mədəcik çatmamazlığının xarici əlamətləri vardır

D) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq genişlənib və sağ mədəcik çatmamazlığının digər xarici əlamətləri vardır

E) periferik ödemlərin, əsasən o hallarda, nə vaxt ki, boyun venaları nəzərə çarpacaq dərəcədə genişlənib
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1463) Abdominal - yuqulyar sınaqın müsbət nəticəsi nəyə dəlalət edir?
A) sol mədəcik çatışmazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

B) sağ mədəcik çatışmazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına

C) sağ mədəcik çatışmazlığı səbəbindən kiçik qan dövranın venalarında durğunluğun olmasına

D) sağ mədəcik çatışmazlığı səbəbindən böyük və kiçik qan dövranın venalarında durğunluğun olmasına

E) sol mədəcik çatışmazlığı səbəbindən böyuk qan dövranın venalarında durğunluğun olmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1464) Biventrikulyar xroniki ürək çatışmazlığı olan xəstələr necə görünür («Korvizar» sifəti)?

1. ağzı yarımaçıq olur

2. sifət şişkinliyi

3. boyun venalarının şişməsi

4. dodaqların və burunun ucunun nəzərə çarpacaq sianozu olmaqla üzün rəngi sarımtıl - avazımış

5. akrosianoz
A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 3, 5

D) 1, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1465) «Ürək kaxeksiyasının» baş vermə səbəbini nə ilə əlaqələndirirlər? (SAS - simpatiko - adrenal sistem, RAAS - renin - angiotenzin - aldosteron sistem).

1. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının kritik azalması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

2. SAS - ın, RAAS - ın və digər neyrohormonal sistemlərin uzunmüddətli hiperaktivasiyası səbəbindən

3. daxili üzvlərin və skelet əzələlərinin perfuziyasının artması hesabına , nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

4. daxili üzvlərin, skelet əzələlərinin və baş beyin perfuziyasının kritik artması hesabına, nəzərə çarpacaq distrofik dəyişikliklərilərlə

5. SAS - ın uzunmüddətli hiperaktivasiyası
A) 3, 4, 5

B) 1, 2


C) 2, 3

D) 2, 4


E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистаясистема). «Бином - пресс», 2007, стр. 83
1466) Ağciyərlərin həddindən artıq qanla dolması ilə bağlı olan ağciyər toxumasının rigidliyinin artmasına gətirib çıxaran ağır vəziyyətlərdə nə baş verir?
A) inspirator dispnoe xarakterli təngnəfəslik

B) ekspirator xarakterli təngnəfəslik

C) qarışıq xarakterli təngnəfəslik

D) taxipnoe xarakterli təngnəfəslik

E) apnoe epizodları ilə əvəzlənən təngnəfəslik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1467) Xroniki ürək çatmamazlığı olan (XÜÇ) hansı xəstələrdə hidrotoraks rast gəlinir və əsasən, o, harada lokalizə olunur?
A) sol mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

B) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və cox vaxt sol plevral boşluqda lokalizə olunur

C) biventrikulyar XÜÇ - ğı olan xəstələrdə və adətən sağ plevra boşluqda lokalizə olunur

D) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sol plevral boşluqda lokalizə olunur

E) sağ mədəcik XÜÇ - ğı olan xəstələrdə və sağ plevral boşluqda lokalizə olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
1468) Nəzərə çarpan sistolik disfunksiya və sol mədəciyin dilatasiyası olan xroniki ürək çatışmazlıqlı xəstələrdə çox vaxt auskultasiyada nə müəyyən olunur?

1. ürəyin əlavə patoloji III tonu

2. ürəyin əlavə patoloji IV tonu

3. üçhissəli protodiastolik qalop ritmi

4. mezodiastolik qalop ritmi

5. presistolik qalop ritmi
A) 3, 4

B) 2, 4, 5

C) 2, 3, 5

D) 1,2


E) 1, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86; А.Л.Гребнев. Пропедевтика внутренних болезней.2001, стр. 153
1469) Xroniki ürək çatışmazlığı olan, əsasən yığılma sürəti və dilatasiyaya uğramış sol mədəcik boşalmasının zəifləmələsinə dəlalət edən əksər xəstələrdə nə eşidilir?
A) ürəkdə I ton qüclənməsi və ağ ciyər arteriyası üzərındə II tonun aksenti

B) ürəkdə I tonun zəifləməsi və ağ ciyr arteriyası üzərındə II tonun aksenti

C) ürəkdə I və II əsas tonların güclənməsi

D) ürəkdə I tonunun zəifləməsi və aorta üzərındə II tonun aksenti

E) ürəkdə I və II əsas tonların zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
1470) II mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən).
A) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

B) sakit halda hemodinamik dəyişikliklər olmur və ancaq fiziki hərəkət zamanı meydana çıxır

C) nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

D) nəzərə çarpan hemodinamik dəyişikliklər və hər iki qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların əhəmiyyətli perfuziya və metabolizm pozuntuları

E) sakit halda kiçik və/ və ya böyük qan dövranında qan durğunluğu şəklində mövcud olan hemodinamik dəyişikliklər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1471) I funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).
A) Fiziki aktivlik kəskin məhdudlaşıb. Yalnız sakit halda xəstə özünü yaxşı hiss edir, lakin adi fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

B) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorğunluq, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

C) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

D) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji simptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

E) Xəstə veloerqometrdə 150 - 300 kqm/dəq yükün öhdəsindən - 3 dəqiqə, 450 kqm/dəq yükün isə - 1 dəqiqə gələ bilir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1472) IV funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə hansı əlamətlər əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyanın təsnifatına əsaslanaraq).
A) Xəstə veloerqometrdə 300 - 450 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə, 600 kqm/dəq yükün öhdəsindən 1 dəqiqə gələ bilir

B) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkün deyil. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

C) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gətirir

D) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

E) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1473) Xəstəliklərin sonuncu Beynəlxalq Təsnifatına (XBT - 10) əsasən ürək çatışmazlığına aşağıdakılardan hansı aid deyil?
A) I50.0 – Durğunluq ürək çatışmazlığı

B) I50.1 – Sol mədəcik çatışmazlığı

C) I50.9 – Dəqiqləşdirilməmiş ürək çatışmazlığı

D) I50.11 – Sağ mədəcik çatışmazlığı

E) I50 – Ürək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatmamazliğının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 9.sdiq edilmişdir. Вакı, 2010. Səh 9.
1474) Amerika Kardiologiya Kolleci və Amerika Ürək Assosiasiyasının ürək çatışmazlığın (ÜÇ) təsnifatı nəyə əsaslanır?
A) funksional - morfoloji dəyişikliklərə

B) ürək əzələsinin struktur zədələnməsinə və ÜÇ simptomatikasının qiymətləndirilməsinə

C) xəstənin şikayətlərinə və fiziki fəaliyyətinə

D) ÜÇ əlamətlərinə və fiziki fəaliyyətinə

E) xəstənin şikayətlərinə və obyektiv müayinələrə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1475) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı B mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif I

B) Sinif II

C) Sinif V

D) Sinif IV

E) Sinif III
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1476) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan şikayətlər hansılardır?

1. sakit vəziyyətdə və ya fiziki gərginlik zamanı təngnəfəslik

2. ümumi zəiflik, tez yorulma

3. üzün şişkinliyi

4. baş qicəllənmə

5. aşağı ətraflarda ödem
A) 1, 3, 4

B) 1, 2, 5

C) 2, 3, 4

D) 2, 3, 5

E) 1 , 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1477) Xroniki ürək çatışmazlığına (XÜÇ - ə) xas olan əlamətlər hansılardır?

1. taxikardiya, taxipnoe, ağ ciyərlərin aşağı paylarında kiçik qabarcıqlı yaş xırıltılar

2. plevra boşluqlarında transudat (mayenin) yığılması, vidaci venalarda şişkinlik (venoz təzyiqin artması nəticəsində)

3. əllərdə tremor

4. sağ ətrafların zəifləməsi

5. periferik ödemlər, hepatomeqaliya
A) 1, 2, 4

B) 1, 2, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1478) Ürəyin işemik xəstəliyi ürək çatışmazlığı olan xəstələrin neçə faizində başlanğıc səbəb kimi çıxış edir?
A) 0, 01 %

B) 100 %


C) 50 %

D) 70 %


E) 3 %
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
1479) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstəriş deyil?
A) mədə və onikibarmaq bağırsaq xorasında

B) hamiləlik və döş əmizdirmədə

C) arterial hipertoniyanın ağır formalarında

D) podaqrada

E) xroniki qastritdə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1480) Nikotin turşusunun qəbulu hansı xəstəliklər zamanı əks göstərişdir?
A) böyrəklərin funksional vəziyyətinin enməsində

B) böyrəklərin xroniki xəstəliklərində

C) preparata yüksək həssaslıq olmadıqda

D) qara ciyərin funksional vəziyyətinin zəifləməsi və ağır xəstəliklərində

E) sinus düyününün zəifləməsi sindromunda
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 366
1481) Normada kiçik damarlarda qanaxma onların zədələnməsi zamanı neçə dəqiqə ərzində dayanır?
A) 1 - 3

B) 10 - 11

C) 4 - 5

D) 8 - 9


E) 6 - 7
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.377
1482) Kiçik damarlarda qanaxmanın dayanmasında hansı səbəb rol oynamır?
A) zədələnmiş endoteldən azot oksidi və prostasiklin PGl2 - in ifraz olunması

B) subendotelial toxuma strukturasının, xüsusilə, kollagenin çılpaqlaşması

C) qan damar divarının zədələnməsi

D) kiçik damarların spazmı

E) trombositlərin adqeziyası və aqreqasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1483) Hansı xəstəlik və ya sindromun adı ürəyin işemik xəstəliyinin nisbi nadir səbəbi kimi ingilis dilli ədəbiyyatda çəkilmir?
A) Döş aortasının laylanan anevrızması

B) Iltihablaşmış koronaritlər

C) Sifilitik aortit

D) Koronar arteriyalarda anadangəlmə inkişaf anomaliyaları

E) Irsiyyət və emosional stres
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1484) Kiçik damarların zədələnməsi zamanı yaranan qanaxmanın dayanmasında hansı proses təkanverici rol oynamır?
A) Kollagen və Villebrand faktorunun təsirindən trombositlərin aktivləşməsi

B) Zədələnmiş damarların subendotelinə trombositlərin adqeziyası (yapışması)

C) Simpatik-adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması

D) Kollaqen liflərin və trombositlərin Ib reseptorları arasında körpünün əmələ gəlməsi

E) Trombositlərin aqreqasiyası və trombositar trombun əmələ gəlməsi (ağ trombun)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1485) Zədələnmiş hüceyrələrdən ayrılan hansı toxuma elementinin təsirindən trombositlərin aqreqasiya qabiliyyəti yüksəlmir?
A) Serotoninin

B) Adenozin difosfatın

C) Katexolaminlərin

D) Kollagenin

E) Elastinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1486) Kollagenin və subendotelidə olan Villebrand adlanan faktorun təsirindən, trombositar - damar və koaqulyasion sistemin normal fəaliyyətini saxlamag məqsədilə trombositlərdə nə baş vermir?
A) Şişərək, tikan uclu cıxıntılar əmələ gətirməsi

B) Öz formasını dəyişməsi

C) Adgeziyaya uğraması

D) Həcmin artması və partlaması

E) Tez aktivləşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 377
1487) Hansı faktorlar birincili damar - trombositar hemostazına təsir etmir?
A) Zədələnmiş damarın kollagen liflərinə lövhəciklərin adgeziyasını təmin edən trombositlərin membranlarında Ib qlikoproteinin mövcudluğu

B) Qanda trombositlərin sayı, adgeziyası və aqreqasiyasına səbəb olan VIII Villebrand faktoru

C) Trombositlərdə araxidon turşusundan tromboksan А2 və prostasiklinin normal sintezi

D) Trombositlərin membranlarında Ib və IIb qlikoproteinlərin olmaması

E) Fibrinogenlə spesifik reaksiyaya girən aktivləşmiş trombositlərin membranlarında IIb və IIIа qlikoproteinlərın mövcudluğu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 380
1488) Stabil stenokardiyalı xəstələrdə stenozlaşmış koronar ateroskleroz fonunda gərginlik stenokardiyasının əmələ gəlməsi əsasən hansı dəyişikliyin hesabına provokasiya olunur?
A) Rezistiv koronar arteriyaların adekvat genişlənməsiylə müşayiət olunmayan miokardın oksigenə tələbatının artmasıyla

B) Kapilyarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

C) Həcmli damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın qlükozaya tələbatının artmasıyla

D) Periferik damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla

E) Kompensasiya edici damarların adekvat genişlənməsiylə müşayiət olunan miokardın oksigenə tələbatının artmasıyla
Ədəbiyyat: Ədəbiyyat: 1) Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 50, 388. 2) Н. Н. Зайко, Ю. В. Быць и др. Патологическая физиология. Москва, 1996, стр. 425.
1489) Hansı bəzi xəstəlik və sindromları, eyni zamanda ürək əzələsinin zədələnməsi ilə müşayiət olunan, işemik xəstəliklərinin nisbətən nadir səbəbi hesab etmirlər?
A) Iltihablaşmış koronaritlər (düyünlü periarteriitlər, birləşdirici toxumanın sistem xəstəlikləri)

B) Koronar arteriyanın anadangəlmə inkişaf anomaliyaları

C) Sifilitik aortit

D) Döş aortasının laylanan anevrizması

E) Koronar arteriyanın trombozu (eyni zamanda mikrotrombların əmələ gəlməsi)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 368
1490) Hansı hallarda adenozin (ATF) seçim preparatı sayılır?
A) Digər antiaritmik maddələrə refrakter hesab olunan mədəcik taxikardiyasında

B) “piruet” tipli mədəcik taxikardiyaların qarşısını almaq ücün

C) Atrioventrikulyar resiprok taxikardiyaların qarşısını almaq ücün

D) Tez-tez baş verən mədəciküstü ekstrasistoliyalı xəstələrin müalicəsi ücün

E) Qulaqcıqların səyriməsində ürək vurğularının sayına nəzarət məqsədilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
1491) Hansı elektrolit dəyişikliklərində daha tez ritm pozğunluqları əmələ qəlmir?
A) Hiperkaliemiya

B) Hipokaliemiya

C) Hiponatriemiya

D) Hipomaqniemiya

E) Hiperkalsiemiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 172
1492) Trombositar hemostazın aktivləşməsi, ən azı damardaxili trombun əmələ gəlməsinə, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissə ilə distal yerləşmiş tac damarın embollarla tutulmasına səbəb olan vəziyyət hansı xəstəlikdə, əsasən, tez - tez öz əksini tapır?
A) Stabil stenokardiyada

B) Hipertrofik kardiomiopatiyalarda

C) Kəskin miokarditdə

D) Miokardın infarktından sonrakı kardiosklerozda

E) Qeyri stabil stenokardiyada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
1493) Mikrovaskulyar disfunksiyada əsas dəyişikliklər ölçüsü neçə mkm olan hansı damarların səviyyəsində baş verir?
A) 50 - 100-ü keçməyən postarteriolaların

B) 150 - 350-ni keçməyən prearteriolaların

C) 100 - 120 olan venulalar

D) 350 - 400-ü keçməyən arteriolaların

E) 20 - 40 olan kapillyarlar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
1494) Kalsium antaqonistlərinin terapevtik effektinə hansı xüsusiyyət aid deyil?
A) mənfi xronotrop təsir (sinoatrial düyünün avtomatizminin zəifləməsi)

B) sistem vazokonstriksiya (önyüklənmənin artması)

C) koronar arteriyaların dilatasiyası

D) koronarospazmın qarşısının alınması

E) mənfi inotrop təsir
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin