Kamran NƏZİRLİ



Yüklə 1,21 Mb.
səhifə15/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
(Amerika yazıçısı)
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, görkəmli Ame­rika yazıçısı və jurnalisti Ernest Miller Heminqvey yaradı­cılı­ğının xarakterik xüsusiy­yət­lərindən biri onun sadəliyi və də­rin mənalı olmasındadır. Təsa­düfi deyil ki, iyirminci yüzil­də dünyanın bir çox tanınmış qələm sahiblərinin yaradıçılığına Ernest Heminqveyin əhəmiyyətli dərəcədə təsiri olmuşdur.

E. Heminqvey 21 iyul 1899-cu ildə ABŞ-ın İlinoys ştatın­da Ouk Park rayonunda anadan olmuşdur. Ailənin ilk oğlu Er­nes­­tin anası qatı protestant olsa da, oğlunu özü kimi musiqiçi gör­­mək istəyirdi. Lakin atasının çöl-məişət hobbiləri – ov­çu­luq, balıqçılıq, meşədə və göl qırağında düşərgə salmaq kimi məş­ğulliyyətləri uşaqlıqdan Ernesti özünə cəlb edir və təbiətlə erkən yaxınlıq etməsi gələcəyin böyük yazıçısında ən gözəl duy­ğular oyadır.

Ernest Meşəçilik və Su Təsərrüfatı Məktəbində oxuyur, boksla, futbolla məşğul olur, ingilis dilinin bütün incəliklərini mənimsəyir. O, ilk yazılarını orta məktəb illərində yazır, mək­tə­bin divar qəzetinin redaktoru olur. Ernest orta məktəbi bitir­dikdən sonra kollecə getmədi və on yeddi yaşından The Kansas City Star qəzetində köşə yazarı kimi işlədi. Lakin 18 yaşı ta­mam olanda Birləşmiş Ştatlar Birinci dünya müharibəsinə qo­şuldu və Ernest Heminquey könüllü olaraq İtaliya ordusunda Hər­bi Tibb Dəstəsində qulluq etməyə yollandı və cəbhədə ya­ra­landı. O, İtaliya hökuməti tərəfindən təltif edilir, uzun müd­dət hospitallarda müalicə olunur. ABŞ-a qayıtdıqdan sonra Ka­nada və Amerika qəzetlərinin reportyoru işləyir və tezliklə onu yenidən Avropaya köşə yazarı kimi ezam edirlər.

İyirminci illərdə Heminqvey Parisdə mühacir ame­ri­kalılar qrupunun üzvü olur. Ən məşhur əsərlərini də burada y­a­zır. “Günəş də çıxır”(The Sun Also Rises (1926), “Əlvida, Silah” (A Farewell to Arms (1929) və “Qoca və Dəniz” (The Old Man and the Sea (1952) əsərləri ona şöhrət gətirir.

Heminqvey həm də gözəl şəkillər çəkirdi. Əsgərlərin, ov­çu­ların, kobud və primitiv adamların təsvirlərində o, insanın cə­sarət və ləyaqətini müasir cəmiyyətin amansızlıqlarına qarşı qo­yurdu. Cəmiyyətdə baş verən haqsızlıqlar və qatı mü­na­qişələr onun incə yazıçı qəlbini ağrıdır, ümid və inamını qırırdı. Onun sərt nəsri, obrazların dialoqları, sətiraltı mənalı mü­ka­li­mə­ləri təsirli idi.

E.Heminqveyin “Qadınlarsız kişilər” (Men Without Women (1927) və “Beşinci sütun və ilk 49 hekayə” (The Fifth Column and the First Forty-Nine Stories (1938) adlı hekayələr topluları dəfələrlə nəşr edilmiş, dünyanın bir çox dillərinə tər­cümə olunmuşdur.

E.Heminqveyin şəxsi həyatı heç də ürəkaçan olmayıb. Ya­zıçı birinci dəfə 1921-ci il sentyabrın 3-də Elizabet Hadley Ri­çardsonla evlənib və ondan 1927-ci ildə ayrılıb. İkinci dəfə Pa­ulina adlı bir qadınla evlənib, ondan iki uşağı olub. 1940-cı ildə Marta Gelhornla ailə həyatı qurub və ondan da 1945-ci ildə ayrılıb. Dördüncü dəfə Meri Velşlə evlənib.

E.Heminqvey 1953-cü ildə Afrikaya səyahət edərkən təy­yarə qəzasına düşür, xoşbəxtlikdən sağ qalır. 1960-cı ilə qədər Ku­bada olur və Kuba inqilabından sonra Amerikaya dönür. O, bir neçə xəstəlikdən əziyyət çəkib. Heminqveydə hipertoniya və şəkər xəstəliyi vardı. Heminqueyi müalicə etmək üçün psi­xatriya klinikasına qoyurlar. Lakin həkimləri onun psixatrik xəs­tə olmadığını inadla təsdiqləyir, lakin əsəblərinin gərildiyini qeyd edirlər. Onun müalicəsində elektroşok terapiyasından isti­fadə edirlər. Bu barədə Heminqvey özü yazırdı:” Mənə elektro­şok terapiyası edən həkimlər yazıçıları başa düşmürlər... Kaş bü­tün psixiatrlar bədii əsər yazmağı öyrənəydilər, onda bilər­dilər ki, yazıçı olmaq nə deməkdir... Axı mənim beynimin məhv edilməsinə və yaddaşımın korlanmasına nə ehtiyac var­dı? Bunlar mənim yeganə kapitalım idi; həkimlər bu kapitalı mən­dən alıb məni həyatın küncünə tulladılar...”

Nəhayət, xəstəxanadan çıxandan bir neçə gün sonra, 1962-ci il iyulun 2-də Heminqvey Ketçumdakı evində, öz se­vim­li silahı ilə özünü vurur. Ölümqabağı heç bir vəsiyyət və mək­tub yazmır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin