Kamran NƏZİRLİ



Yüklə 1,21 Mb.
səhifə13/23
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#22560
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
(Amerika yazıçısı)
Uilyam Katbert Folkner 1897-ci il sentyabrın 25-də ABŞ-ın Missisipi ştatının Nyu Albani rayonunda anadan olmuşdur. O, Falkner və Butler ailəsinin böyük oğlu idi və sonralar böyük yazıçı öz familyasında bir hərf dəyişərək onu Folkner edəcəkdi.

Uilyamdan başqa ailədə daha üç qardaşı böyüyürdü. Uil­ya­mın altı yaşı olanda Falknerlər yaxınlıqdakı Oksford şəhə­rinə köçür və elə burada da yazıçı ömrünün bütün qalan hissə­sini başa vurur. Onun bir çox əsərlərində Oksford şəhəri “Çef­fer­son” kimi qələmə alınmışdır.

Folknerin böyük babası Şimali Missisipidə tanınmış adam olmuşdur. O, ordu polkovniki idi; regionda dəmiryo­lu­nun əsasını qoymuşdu. Baba Falkner həm də ədəbiyyat xadi­miydi, gözəl nəzm və nəsr əsərləri qoyub getmişdi. Beləliklə, nəvə Falknerə nəslin tarixi böyük təsir etdi və o, sonrakı əsər­lərində də bu barədə yazmışdır.

Folkneri boyuna görə ABŞ ordusuna götürmürlər. Buna görə də o, əvvəlcə Kanada ordusunda, sonra isə Britaniya Kral Hava Qüvvələrində xidmət edir. Uilyamın aktyorluq istedadı da olub, hələ uşaq yaşlarında gözəl şəkillər çəkib, şerlər yazıb. İlk şerlərini ingilis romantik şairləri Robert Berns, Tomson və Hausmənin təsiri altında yazıb. Bununla belə, onun həyatında və formalaşmasında iki nəfərin daha böyük rolu olmuşdur: uşaqlıq sevgilisi Estella Oldham və ədəbiyyat müəllimi Fill Stounun. Estella Oksford şəhərinin sosial həyatında fəal iştirak edir, rəqs və gecələrin təşkil edilməsində xüsusi fəallıq göstə­rirdi. O, Uilyamla romantik görüşləriylə yanaşı, digərləri ilə də gəzir. Onlardan biri Kornell Franklin qıza evlənməyi təklif edir. Estella sadəlövhcəsinə onun təklifini qəbul edir və belə­liklə, onlar 1918-ci il aprelin 18-də Oksfordda evlənirlər. Uilya­mın digər sevimli adamı onun ədəbiyyat müəllimi Stoun idi; məhz bu adam Uilyama poeziyanı sevdirir, ona qorxma­mağı öyrədir. Onun dəyərli məsləhəti ilə Folkner Nyu Hevində özünə iş tapır. Elə burada da Folknerin ilk kitabı çıxır və kita­bın üstündəki familyasında makinada buraxılmış bir hərf səhfi gedir. Winchester Repeating Arms Company şirkəti ilk dəfə olaraq onun familyasını Falkner əvəzinə Folkner kimi yazır. Yazıçıdan bu barədə soruşduqda o, deyir: “Elə bu cür də mənə sərfdir”.

Oksforda qayıtdıqdan sonra onu müharibə veteranı kimi Missisipi Universitetinə qəbul edirlər. Onun ilk şeri də 1919-cu ilin avqustunda The New Republic qəzetində çap olunur.

Sonrakı beş ildə Folkner məqalələr, pyeslər, şerlər yazır və onları The Mississippian jurnalında çap etdirir. Oksfordun tanınmış yazıçılarından biri Stark Yanqın məsləhəti ilə Folkner 1921-ci ildə Nyu York şəhərində işə düzəlir. O, Elizabet Prall adlı bir qadının kitab mağazasında köməkçi vəzifəsində işləyir və sonralar elə həmin qadınla da evlənir. Elizabet bundan əvvəl yazıçı Şervud Andersonun arvadı olmuşdu.

Folknerin tələbəlik həyatı uğursuz olub; belə ki, dərslərə davamiyyəti və intizamsızlığına görə, içki və qumar oynadığına görə onu Universitetdən qovurlar.

Folknerin ən məşhur romanları “Səs və Qəzəb” (The Sound and the Fury, 1929), “Avqustda İşıq” (Light in August, 1932), “Mən Öləndə”(As I Lay Dying, 1930) , “Rahibə üçün Rekviyem” (Requiem for a Nun, 1950) və s. hesab olunur. Onun çoxsaylı kitabları sırasında “Məğlubedilməzlər”(The Unvanquished, 1938), “Vəhşi Palmalar” (The Wild Palms, 1939), “Şəhər” (The Town, 1957), “Ev” (The Mansion, 1959) və s. adlı kitabları mükafatlara layiq görülmüşdür. Folkner ən məhsuldar hekayəçi müəlliflərdəndir. Onun “Atla gediş” (Knight's Gambit, 1949), “Ayı” (The Bear), “Böyük Meşə” (Big Woods, 1957), “Sabah”(Tomorrow", 1940), “Qar” (Snow, 1949), “Villi Dayı” (Uncle Willy,1935), “Qorxulu Adam”(A Dangerous Man, 1950), “Missisipi”(Mississippi,1954) və s. hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. O, 1949-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Folknerin bir çox əsərləri ekranlaşdırılıb, tamaşaya qoyulmuşdur. Folkner 1962-ci il iyulun 6-da Oksfordda infarktdan vəfat etmişdir.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin