Kainat və təbiət haqqında fəlsəfi hipotezalar seriyasından


bir elementin öz məkanı var, bu baxımdan eyni məkan ola



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix21.03.2017
ölçüsü2,8 Kb.
#12069
1   2   3   4   5   6   7   8   9   ...   15

bir elementin öz məkanı var, bu baxımdan eyni məkan ola 
bilməz,  yaxın-bitişik  məkan  var.  Eyni  fikir  var,  lakin  hər  bir 
fikirin öz yeri, öz məkanı var. Deməli, varlıq sisteminin tərkibi 
tam  mənada  eyni  deyil,  oxşardır,  yaxındır.  Lakin  tərkibində 
eyniliklər 
var. 
İ
stehsal 
müəssisələrində 
eyni 
ş
eylərin 
buraxılması da eyni məkanda özünə yer almır. İstər horizontal, 
istərsə  də  şaquli  istiqamətlərdə  məhsullar  özlərinə  məkanlar 
ə
ldə edirlər.  
Lakin  məkanın  müxtəlifliyi  və  vahidliyi  elə  ən  kiçik 
zərrəcik tutumundadır. O da tərkibdir.  
Fərq  isə  istər  hadisələrdən,  istərsə  də  tərkibdəki 
müxtəliflikdən meydana gələn təzahürdür. Fərq həm mütləqdir, 
konkretdir,  həm  də  mücərrəddir,  fikirlərdədir.  Fərq  ayrı-ayrı 
istiqamətlərdə  yerləşən,  lakin  tərkib  baxımından  (burada 
müstəvi  nəzərdə  tutulur)  eyni  həcmli  məkanda  mövcud  olan 
elementlərin  say  tərkibinin  müxtəlifliyindən  meydana  gələn 
təzahürdür.  Fərq  əlamətlərin  obrazlanmasının  fərqindən 
meydana  gəlir.  Hərəkətlər  zamanı  eynilik  o  halda  görünür  ki, 
təqribən  “eyni  sürətli”  təkrar  axınlar  baş verir. Məsələn,  çayın 
axını  hər  kəsə  eyni  sürətli  hadisə  kimi  görünür.  Əslində  isə 
axın  tərkibi  fərqlərdən  ibarətdir.  Bu  fərqlər  diqqətlə  nəzər 

47 
 
yetirildikdə  görünür. Vərdiş olunmuş fərqli hərəkətlər elə eyni 
kimi  qəbul  olunur.  Lakin  hər  bir  eyni  hərəkət  tərkib 
baxımından bu və  ya digər dərəcədə fərqlidir. Hərəkət o halda 
eyni olur ki, zamanlar bir-birini, məkanlar bir-birini əvəzləyir.  
Ümumiyyətlə,  eynilik  və  fərqlilik,  istər  hərəkətlərdə, 
istərsə  də  sükunət  halında  olsun,  kainatın  müxtəliflik 
mövcudluğuna əsaslanır. Günəş və ulduzlar fərqli kəmiyyətlərə 
malik  olduğundan  müxtəliflik  də  buradan  meydana  gəlir. 
Məsafələr  də  müxtəlifdir.  Eyni  məsafə  yalnız  bir  istiqamətdə 
olan  xəttin  içindədir.  Əgər  biz  sistemi  eyni  axtarırıqsa,  onda 
hesab  edə  bilərik  ki,  eynilik  elə  axtardığımız  sistemin  özüdür. 
Yanındakı  isə  müxtəlif ola  bilər.  Bu  da  o deməkdir ki, hər bir 
elementin  öz  məkanı  var,  hər  bir  sistemin  öz  yeri  var.  Sistem 
hərəkət  edəndə  dəyişmə  baş  verir.  Belə  təxmin  etmək  olar  ki, 
Günəş  sistemi  öz  məkanı  ilə  hərəkət  vəziyyətindədir.  Burada 
Günəş  və  onun  sistemləri  kosmik  məkanda  hərəkət  edirlər, 
kosmik fəza da öz təxmini sahəsi ilə hərəkət vəziyyətində olur. 
Məsələn,  dünya  okeanında  gəmi  üzərkən  okeanın  suyunu  da 
hərəkətdə  saxlayır.  Bu  baxımdan  da  qəbul  etmək  olar  ki, 
kosmik  məkan  da  bir  “dünya  okeanıdır”,  bu  dünya  okeanında 
səma  cisimləri  hərəkət  vəziyyətindədir.  Hərəkətdə  olarkən 
kosmik  fəzanı  hərəkətdə  saxlayırlar  və  müəyyən  qədər 
elementlərin ətraflara səpələnməsi və yenidən yerinə qayıtması 
baş  verir.  Kosmik  məkan  hərəkətdə  olduğundan  siqnalları  da 
fərqli  olur,  paylanılır.  Burada  eyniliklərdən  fərqliliklər, 
fərqliliklərdən isə eyniliklər meydana gəlir.   
 
 
 
Məkan, zaman, məsafə anlayışlarının sürət kriteriyası 
ilə vəhdətdə dərk olunması  
 
 
Elementin və onun tərkibi olan hər bir zərrəciyin, minimal 
(son)  bölünənin  öz  məkanı  vardır.  Bəlkə  də  ən  kiçik  bölünəni 
biz  axtarırıq.  İnsanlar  yalnız  onlara  verilən  imkanlar 
çərçivəsində  mövcud  olan  materiyanı  bölə  bilirlər.  Elementlər 

48 
 
çevrilərkən  və  tərkiblərindəki  atomların  sayını  itirərkən  də 
məkanlar əmələ gəlir, yeni məkanları qazanırlar.  
Kainat  müstəvisinin  daxili  bütünlükdə  elementlərdən 
ibarətdir. Elementlərin yan-yana üst-üstə birləşməsi elə məkanı 
ə
mələ  gətirir.  Məkanın  ən  nazik  həddə  qədər  müstəviləşməsi 
ola bilir. Müəyyən həddən sonra isə nazilmə dağılır. Nazik olan 
ş
eyin  nazilməsi  sonda  bir  elementə  (zərrəciyə)  aparıb  çıxarır. 
Müstəvinin  də  ən  kiçik  tərkibi  mövcud  olur.  Elementlər  tam 
itmədiyindən  məkanlar  da  yox  olmur.  Məkan  anlayışı  ilə 
element  anlayışı,  tərkib  və  bütöv  anlayışı  burada  vəhdətləşir. 
Elementlər  yerlərini  dəyişdikdə  məkan  da  dəyişir.  Məkanların 
qazanılması  element  çevrilmələri  sayəsində  mövcud  olur. 
Ucsuz-bucaqsız kainat məkanının daxilində qruplaşmalar, eləcə 
də  ayrılmalar  sayəsində  yeni-yeni  məkan  formaları  meydana 
gəlir. 
Zaman  kainat  sonsuzluğunda  sonsuzdur,  müddətsizdir. 
Sürət  artdıqca,  zaman  uzandıqca  məsafə  də  uzanır.  Burada 
məsafə  sonsuz  obyektlər  üzrə  də  nəzərdə  tutulur.  Kainatdakı 
qalaktikalar  və  ulduzlar,  eləcə  də  planetlər  fərqli  olduğundan 
zamanlar  da  fərqlidir  (uzun  və  qısa  baxımından).  Lakin  bu 
fərqlilik kainat sonsuzluğunun tərkibindədir. Zamanın fərqliliyi 
enerji  mənbələrindən  və  mənsəblərindən  asılıdır.  Zamansızlıq 
elementsizlikdir.  O  da  yoxluqdur.  Kainat  tərkibi  müxtəlif 
zamanlardan  ibarət  olan  bir  sonsuzluqdur.  Zamanın  fərqliliyi 
müəyyən  materiyalardan  asılı  olur.  Zamanın  fərqli  olması 
enerji  yaradan  mənbələrin  (ulduzların  və  planetlərin) 
kütləsindən  asılı  olur.  Bu  kütlə  fərqi  də  ulduzları  əhatə 
olunduğu  kosmik  fəzanın  özündən  və  ətraf  obyektlərdən 
meydana  gəlir.  Materiya  kütləsi  və  məsafə  elə  zaman  fərqini 
(müxtəlif  materiyalardan  istinad  olunaraq)  əmələ  gətirir. 
Zaman fərqi həmçinin materiyalararası məsafədən də meydana 
gəlir.  Kütlə,  məsafə  fərqləri  materiyaların  zaman  fərqlərini 
üzərə  çıxarır.  Günəşin  və  digər  ulduzların  kütlələri  fərqlidir. 
Deməli,  onların  sistemləri  də  fərqlidir.  Fərqlidirsə,  daxili 

49 
 
sistemləri üzrə zamanları da fərqlidir. Enerji mənbələri fərqləri 
elə  enerji  axını  fərqlərini  yaradır.  Bu  halda  zaman  fərqi  də 
meydana gəlir. Günəşin daxili sistemi üzrə planetlərin kütlələri 
və Günəşdən olan məsafələri də fərqlidir. Fərqli olduğuna görə 
planetlərin  zamanları  da  fərqlidir.  Kütlə  axının  həcminin 
(miqdarının)  əsasını  təşkil  edir.  Günəşin  kütləsi  onun 
materiyalarının  (planetlərinin)  kütləsi  ilə  qarşılıqlı  nisbətə 
malikdir.  Günəşdən  axan  hər  bir  şüa  kütləsi  (axın  kütləsi)  hər 
bir planetə qarşı eyni ola bilməz. Bu baxımdan da zamanları da 
fərqlidir.  Məsələn,  əgər  Günəş  şüası  xarici  planetlərə  də  Yer 
planeti  kimi  eyni  kütlə  miqdarında  axın  (işıq  axını,  şüa 
səpələnməsi)  göndərmiş  olsaydı,  onda  belə  qərara  gəlmək 
olardı  ki,  həmin  planetlərlə  Günəş  arasında  Günəş  şüasının 
düşmə sürəti Yerə olan düşmə sürəti ilə eyni olardı. Günəşdən 
eyni enerji alardılar.  Zaman da bir o qədər fərqlənməzdi. Eyni 
olsaydı,  elə  planetlərin  tərkibləri  də  eyni  olardı.  Yəni,  xarici 
planetlər də Yer kimi bərk olardılar. Burada zaman fərqinə təsir 
edən  amil  planetlərin  kütləsidir.  Planet  Günəşdən  uzaqda 
olanda  onun  Günəş  ətrafında  fırlanması  da  yaxın  planetlərə 
nisbətən  uzun  məsafəli  olur.  Deməli,  diametrial  qaydada 
genişlənən  məsafədə  olan  obyektlər  Günəşlə  olan  məsafədə 
fərqli mövqedədirlər. Bu baxımdan Günəş şüasının eyni sürətlə 
sistemdə axını qeyri-mümkündür və bu, fərqlilik nəzəriyyəsinə 
də ziddir. 
Kütlə  diametri  və  məkanı,  əhatəni  böyüdür,  radiusu 
genişləndirir. Böyüdəndə ona yaxın olan məsafə qısalır. Zaman 
qısalır. Məsələn, hesab edək ki, Günəşin kütləsi indikindən çox 
artıb. Belə halda, ehtimal edək ki,  yaxın planetlər udulmalıdır, 
nisbətən uzaq planetlər qaz halına keçməli, onlardan da uzaqda 
olan  planetlər  bərk  materiyaya  çevrilməlidirlər.  Yaxın 
planetlərin zamanı sona çatmalı, uzaqlarda yerləşən planetlərin 
zamanları  isə  sona  yaxınlaşmalıdır,  nisbətən  son  həddə 
olmalıdır.  Enerjinin  axın  sürəti  isə  artmalıdır.  Deməli,  enerji 

50 
 
mənbəyinin  kütləsi  artdıqca  ondan  çıxan  enerjinin  də  kütləsi 
artır, zaman, yəni enerji axınının dəyişdiyi zaman isə qısalır.  
Məsafə  isə,  məlumdur  ki,  müəyyən  kainat  obyektlərinin 
fərqli koordinatlar üzrə müxtəlif məkanlarda qərarlaşmasıdır və 
onlar  arasında  olan  uzunluqların  rəqəmlərlə  ifadəsidir. 
Məsafənin  uzunluğunu  məkan  tutumunun  həcmi  meydana 
gətirir.  Məlumdur  ki,  məsafə  obyektlərə  nəzərən  müəyyən 
olunur.  Bir  obyektdən  uzaqlaşdıqca  obyekt  öz  ölçü 
görüntüsünü  kiçildir,  yaxınlaşdıqca  isə  böyüdür.  Bir  obyekt 
başqa 
obyektə 
yaxınlaşdıqca 
yaxınlaşmış 
obyektdən 
görüntüsünü  böyüdür,  zamanı  yaxınlaşdırır.  Deməli,  yaxın 
müşahidə  və  böyük  görmə  zamanı  qısaldan  faktordur. 
Uzaqlaşdıqca  obyekt  görüntüsü  kiçilir,  zaman  isə  uzanır. 
Günəşdən  uzaqlaşan  elementlərin  zamanı  uzanır,  ömrü  uzanır. 
Lakin  bu  uzanma  da  müəyyən  həddə  qədər  baş  verə  bilir. 
Çünki  müəyyən  məsafələrdə  Günəş  enerjisi  azalır  və  planetlər 
də soyuq qaz halında olurlar. (Qeyd: soyuqluq istiliyə nisbətən 
uzun ömürlülük deməkdir. Lap soyuqluq isə qısa ömürlülükdür. 
Lap soyuqluq yenə də qaz halındadır. Çünki kəskin soyuqluqda 
enerji  azlığı  yaranır,  orqanizm  öz  formasını  bərkliyini  itirir, 
sanki dağılır və qaz formasına doğru çevrilir. Bu baxımdan da 
hesab etmək olar ki, mülayim hava uzun ömürlülüyün əsasıdır).  
Hərəkət  dayanarkən  zaman  da  dayanır.  Ancaq  kainatda 
hərəkətin  mütləq  əsaslı  dayanıqlığı  yoxdur.  Zaman  dayanarsa, 
zaman  və  məkan-məsafə  müəyyən  nöqtədə  birləşər.  Bu  isə 
kainatda başlanğıc və sonun eyni olması demək olar. Məsələn, 
planetlər  hərəkət  edirlər,  zaman  sərf  edirlər  və  yenidən 
müəyyən  şərti  koordinat  nöqtələrinə  qayıdırlar.  Günəş 
sistemində  planetlərin  orbitdə  mütləq  başlanğıcları  və  sonları 
ola  bilməz.  Bu  baxımdan  da  dairəvi  hərəkətlərdə  başlanğıc  və 
son mütləq olmaqla bərabər, həm də qeyri-mütləqdirlər.  
Hərəkətin  başlanğıcı  zamanın  başlanğıcıdır.  Hərəkət  bir 
tərəfdən hərəkətdə olana can verir, ona uzun zaman verir, digər 
tərəfdən  də  zamanını  qısaldır.  Hərəkət,  məkan  və  zamanın 

51 
 
başlanğıcı  eynidir.  Nəticə  də  eynidir.  Məsələn,  enerji 
mənbəyinə  doğru  olan  hərəkət  hərəkət  edənin  sonunu 
yaxınlaşdırır.  Bir  şeyin  alovlanıb  yanması  və  qurtarması 
hərəkətin  və  formanın  eyni  zamanda  nəticələndiyini  bildirir. 
Burada  zaman,  hərəkət  və  forma  şərti  “0”-a  yaxınlaşır.  Digər 
tərəfdən  hərəkət  başlayır,  enerji  qəbul  edilir,  forma  yaranır. 
Başlanğıclar  eynidir.  Burada  fərq  də  var.  Biri  var  enerji  ilə 
yaranır,  biri  də  var  ki,  enerji  mövcud  formanı  dəyişir, 
məzmununu  dəyişir.  Məsələn,  bir şeyin  yanması əslində maye 
və  bərk  halında  olan  materiyanın  enerji  ilə  qarşılaşması 
sayəsində  qaz  halına  çevrilməsidir.  Məsələn,  kibrit  yanır  və 
külə  dönür.  Kibrit  yananda  yanan  ağac  materialı  tükənir. 
Yanma  zamanı  alov  bərk  materiyanın  daxilinə  sürətlə  daxil 
olur  və  onun  sürətlə  dağıdır,  qaz  halına  çevirir.  Burada  alovla 
bərk  materiyanın  başlanğıc  və  sonu  eyni  olur.  Materiya 
yananda digər  materiya  olan  alov  da  yox olur.  Zaman da eyni 
anda  başlayır  və  qurtarır.  Artıq  digər  halın  zamanı  başlayır. 
Deməli,  zaman  materiyaların  dəyişməsi  ilə  məxsusiləşir, 
canlılar üçün fərdiləşir. İnsanların öz zamanları, digər canlıların 
öz  zamanları,  hər  kəsin  öz  zamanı  vardır.  Bu  zamanlar  makro 
zamanların tərkibidirlər.  
Hərəkətin  dayanmasının  mütləqliyi  isə  ümumiyyətlə 
yoxdur.  Bu  baxımdan  da  hər  bir  element  zamana  tabedir. 
Günəşdə  (ulduzlarda)  zaman  dəyişmələri  (uzanmaları  və 
qısalmaları)  baş  verir.  Məkan  və  məsafə,  eləcə  də  zaman 
kateqoriyaları  sürət  kriteriyası  ilə  müəyyən  oluna  bilir.  Sürət 
artdıqca  zaman  kiçilir.  Məsafə  yaxınlaşır.  Məsələn,  raket 
sürətlə  hərəkət  edir.  Sürətin  artması  zaman  hesablamasını 
kiçildir. Nə qədər sürət artarsa bir o qədər zaman sərf olunmur. 
Məsələn,  elm  yazır  ki,  Günəş  şüası  saniyədə  təqribən  üç  yüz 
min  kilometr  sürətlə  hərəkət  edir  və  bir  neçə  dəqiqə  ərzində 
Yer  kürəsinə  çatır.  (Beynəlxalq  Astronomiya  İttifaqının 
məlumatına  əsasən,  Günəşlə  Yer  kürəsi  arasındakı  məsafə 

52 
 
149 597 870 700 metrdir. Təqribən 150 milyon km.-dir.
1
). Belə 
olan  halda,  yarım  saniyədə  işıq  sürəti  təqribən  150 
min.km.olur.  Saniyə  kiçildikcə,  tərkiblərə  bölündükcə  qət 
olunmuş  məsafə  də  kiçilir.  Bu  aspektdə  sürət  zamanla  düz 
mütənasibdir.  Lakin  mexanikada  isə  tərs  mütənasiblik  var. 
Məsələn, sürət artıqca zaman qısalır. Müəyyən olunmuş məsafə 
yaxınlaşır.  Məsafənin  uzunluğu  olduğu  kimi  qalır,  lakin  onu 
qət etmək üçün sürətin artması hesabına az zaman sərf olunur. 
Uzun  məsafələri  yaxın  üsullarla,  yollarla  qət  etmək  olanda 
məsafənin  gedişi  qısalır.  Bu  halda  artan  sürətdə zaman qısalır. 
Uzaq məsafəni yaxın məkanlardan getmək lazım gəlir və artan 
sürətlə  zamanı  qısaltmaq  olur.  Bu  baxımdan  hesab  etmək 
olar  ki,  kainatın  iki  uzaq  obyektinə  yaxın  məsafə  bu 
obyektlərin  kəsişməsinin  yaxınlığından  keçir.  Birbaşa 
məsafə uzaqlıq gətirərsə, yaxınlığı tapmaq lazımdır.  
Belə  qəbul  etmək  olar  ki,  düzlük  həmişə  yaxınlıqdır.  Əyri 
yollar məsafəni uzadır; çünki istiqamətləri və cəhətləri dəyişir. 
Bu  baxımdan  da  kainat  obyektləri  arasında  düz  xətləri 
tapmaqla  kainat  obyektlərini  qısa  yollarla  qət  etmək  olar.  Düz 
koordinatlar da müxtəlif bucaqlardan tapıla bilər. 
Həddən  artıq  sürət  əldə  olunarsa  zaman  da  qısalar.  Sürət 
başlayan  yerdə  həm  də  məsafə  bitər.  Bu  halda  xəyali  olaraq 
hesab  edək  ki,  zamanla  məsafənin  eyniləşməsində  sürət 
çoxalması  mühüm  rol  oynayır.  Sürət  zaman  və  məsafəni 
yaxınlaşdırır.  Sürət  artımı  zamanı  qısaldır,  həddən  artıq  sürət 
koordinatların başlanğıclarını və sonlarını eyni edə bilir.  
Qeyd:  insan  həyatının  başlanğıcı  və  sonu  arasında  olan 
zamanın  uzun  və  ya  da  qısa  olması  insanın  qəbul  etdiyi 
enerjidən asılıdır.  
-enerji  çox  qəbul  edilərsə,  sürət  artar,  enerji  bədəni  “ət” 
kimi  edər,  ömür  qısalar-çox  yemək  sağlamlıq  deyil,  halsızlıq 
yaradar, ağırlıq verər; 
                                                 
1
 Yerdən Günəşə məsafə hesablandı. www.qoroskop.com/?p=4279 

53 
 
-enerji  normadan  az  qəbul  edilərsə,  zaman  qısalar,  sürət 
azalar-çox  ac  qalmaq  sağlamlıq  deyil,  orqanizmi  zəiflədər, 
çəkini azaldar, bədəni “ət” kimi edər; halsızlıq yaradar;  
-enerji  şərti  norma  ilə  qəbul  olunarsa,  sürət  normaya 
düşər, zaman uzanar, ömür uzanar
-daima  sürətli  hərəkət  etmək  (fasiləsiz  fiziki  və  zehni 
ə
məklə  məşğul  olmaq)  enerjini  artırar,  tükədər,  zamanı 
yaxınlaşdırar, ömrü qısaldar; 
-çox  yatmaq  hərəkəti  zəiflədər,  enerji  qəbulunu  azaldar, 
zamanı qısaldar, ömrü qısaldar, bədəni “ət kimi” edər; 
-çox işıqda qalmaq enerjini artırar, bədəni “ət kimi” edər, 
zəiflədər, zamanı yaxınlaşdırar, ömrü qısaldar, həmçinin göz 
qabağına  hər  şeyi  gətirər  (adi  vaxtda  görünməyən  şeyləri), 
gözü kor edər, ruhu pozar; 
-çox  qaranlıqda  qalmaq  enerjini  azaldar,  daxili  enerjini 
tükədər,  zamanı  yaxınlaşdırar,  bədəni  “ət  kimi”  edər, 
halsızlaşdırar,  əvvəlcə  bərkidər,  sonra  isə  çürüdər,  eyni 
zamanda gözləri kor edər. 
 
Qaranlıq və işıq, “enerjisizlik” və enerji  
 
Qaranlıq  və  işıq  haqqında  düşüncələr  həm  də  varlıq  və 
yoxluq düşüncələrinə aiddir. Varlıq mütləqdir, həm də nisbidir. 
Onun  nisbi  tərəfi  (dəyişən  əsası)  yoxluqdur,  boşluqdur. 
Yoxluğun və boşluğun nisbi tərəfi isə varlıqdır. Yoxluq qeyri-
müəyyən  və  məkanını  dəyişmiş,  formasını  və  məzmununu 
dəyişmiş  varlıqdır.  (Qeyd:  hərəkətdə  olan  bir  şey  məkanını 
dəyişir,  forma  və  məzmununu  dəyişir.  Dəyişəndə  əvvəlki 
məkanda  yox  olur.  Bu  anda  yoxluq  ifadəsi  mütləqləşir)
Ümumi  kainat  sistemində  təbii  formada  hər  şey  var.  Bizim 
ş
üurlarımızda 
təbii 
olan 
ş
ey 
kainatda 
mövcuddur. 
Ş
üurlarımızın  yaradacağı  şeylərin  materiallarının  əsası  da 
kainatda  var.  Lakin  şüurlarımızın  (həm  də  təxəyyülümüzün) 
yaradacağı  şey  isə  yoxdur.  Burada  yoxluq  formanın  içindədir. 

54 
 
Tərkib  isə  ümumi  halda  mövcuddur.  Tam  yoxluq  artıq  bizim 
kainata paralel ola biləcək kainatdır.  
Varlıq  əlamətdir,  elementdir,  elementlərin  müəyyən 
formada  toplaşmasıdır.  Varlıq  həm  də  rəngdir.  Qaranlıq  (qara 
rəng)  bir  rəngdir,  deməli,  qaranlıq  varlıqdır.  Varlıqdır,  çünki 
duyğu  orqanları,  məsələn,  göz  onu  görür  və  beyində  onun 
siqnalları  əks  olunur.  İnsanlar  və  digər  canlı  hesab  etdiyimiz 
varlıqlar  təbiəti  özlərində  əks  etdirənlərdir.  Deməli,  həm  də 
təbiətin  ünsürüdürlər.  Bununla  yanaşı,  təbiətə  həm  də 
paraleldirlər. 
Onların 
funksiyası 
təbiətdən 
(onun 
üzərindəkilərdən)  istifadə  etməkdən  ibarətdir.  (Qeyd:  çox 
qaranlıqlaşma 
siqnalları 
qəbul 
edən 
reseptorların 
funksiyasını  və  beyin  mərkəzinin  funksiyasını  poza  bilər. 
Eləcə  də  çox  işıqlanma  onu  qəbul  edən  reseptorların 
funksiyasını  dağıda  bilər.  Siqnal  qəbul  edən  beyin  mərkəzi 
pozula  bilər.  Hər  iki  hal  da  öz  növbəsində  insan 
fiziologiyasına,  psixologiyasına,  hətta  anatomik  quruluşuna 
öz  mənfi  təsirlərini  göstərə  bilər  və  strukturu  məhv  edər. 
Məsələn,  belə  təsəvvür  edək  ki,  insan  yalnız  qaranlıqda, 
yaxud  da  tək  işıqlıqda  yaşasa,  həmin  mühitin  reallığı  üçün 
indiki kimi forma və məzmunda ola bilməz).  
Belə qəbul etmək olar ki, işıq-sürətli hərəkət edən və digər 
materiyaya toxunan, ondan keçən zərrəciklərin axınıdır. Enerji 
kütləsi  axınıdır.  Enerji  kütləsi  çox  olanda  işıq  da  çox  olar. 
Sürtünmə çox olar. İşıq ona görə parıltılı olur ki, bir şeyə dəyən 
enerji  və  ya  da  sürtünərək  ondan  keçən  enerji  həmin  şeyin 
strukturunu 
dağıtmağa, 
struktur 
hissəciklərini 
hərəkət 
etdirməyə  çalışır.  Sürətlə  hərəkət  edən  enerji  sürət  axını 
trayektoriyasındakı  məkanda  ondan  zəif  strukturlu  (deaktiv 
olan)  elementləri  parçalayır,  sürətli  parçalamadan  da  işıq 
meydana  gəlir.  Bu  sürtünmədən  də  qığılcım,  parıltı  yaranır. 
Bunun  ən  təbii  forması  məhz  ulduzlardır.  İşıq  sürətli 
sürtünmədən 
meydana 
gələn 
məkan 
çatışmazlığının 
təzahürüdür. Səs də məhz enerji axını sayəsində meydana gələn 

55 
 
məkan  çatışmazlığının  əlamətidir.  Bu  baxımdan  da  Günəşdə 
olan  sürətli  sürtünmə  sayəsində  həm  Günəşin  səsi,  həm  də 
parıltısı  meydana  gəlir.  İşıq  və  səs  məkan  uğrunda  axan 
zərrəciklərin  mübarizəsidir.  Belə  bir  məntiqi  nəticəyə  də  gələ 
bilərik ki, kosmik məkan planetdən ona görə az parıltılı olur ki, 
kosmik  məkanın  əhatəsi  böyükdür.  Günəş  enerjisi  seli  (onun 
səsi  və  parıltısı)  sürtünmək  üçün  böyük  məkandan  və 
elementlərin  əhatəli  səpələnməsi  arealından  keçir.  Kosmik 
məkan dar olsaydı, Günəş onu tamamilə yandırardı. Buna görə 
də  hesab  etmək  olar  ki,  enerji  axını  sayəsində  mənbə  və 
mənsəb, həmçinin bu iki nöqtə arasında olan arealın böyüklüyü 
və  kiçikliyi  amili  xüsusi  əhəmiyyət  kəsb  edir.  Kəmiyyətlə 
qarşılıqlı  tarazlı  nisbətin və  bütöv  sistemin əsaslarını meydana 
gətirir.  Kosmik  məkanın  müəyyən  hissəsini  hərəkətə  gətirib 
onu  işığa,  alova  çevirmək  olar.  Enerji  sürtünmədən, 
toxunmadan 
meydana  gəlir. 
Dünya 
okeanının 
sürətli 
sürtünməsi,  ona  dəyən  çox  güclü  qüvvə  dünya  okeanını  alova 
çevirə bilər.  
Səs  –enerjidir,  buna  görə  də  istilikdir. Səs dağıdıcı şeydir. 
Səs- əlamətdir. Onu da nəzərə almaq olar ki, səs təsir əlamətini 
daşıyandır.  Səs  sürtünmədən  meydana  gələn  dalğadır.  Səs 
eşidilirsə,  deməli,  eşidilən  mənsəbə  qədər  səsin  təsiri  olur. 
Ondan  da  uzaq  ola  bilər.  Çünki  eşitməmək,  eşidə  bilməmək 
heç  də  səsin  təsir  dairəsinin  məhdudluğunu  göstərmir.  Enerji 
səsdir.  Enerji  axını  ardıcıl  olur.  Ardıcıl  olaraq  sürtünmə 
meydana  gəlir.  Sürtünmə  səs  çıxarır.  Buradan  da  belə  qənatə 
gəlmək olur ki, elə səs sürəti ilə işıq sürəti eynidir. İşıq özündə 
həm  də  səsi  daşıyır.  Enerji  axını  səsi  özündə  daşıyır.  Enerji 
kütləsi  azalır,  ona  təsir  edən  qüvvə  azalır,  sürtünmə  azalır, 
sürtünmə  azalanda  əlamət  olan  səs  də  azalır.  Buna  görə  də 
hesab  etmək  olar  ki,  Günəş  şüası  kosmik  məkandan  keçəndə 
özü ilə səsi də əks etdirir. Kosmik məkanda səs bərk materiya 
aləmində olan səsdən azdır. Çünki burada məkan yaylıdır, daha 
çox  əhatəlidir.  Buna  görə  də  Günəşin  çox  partlayış  səsi  onun 

56 
 
enerjisi  kimi  müəyyən  sabit  sürətlə  planetlərə  gəlir.  Bərk 
materiyalarda isə Günəş şüası ilə şüanın səsi eynidir. Çünki səs 
gələn  şüanın  –enerji  axınının,  selin  içərisindədir.  Biz  insanlar 
uzaqda olan şeyin, məsələn, gözlə  görünən alovun səsini onun 
görüntüsündən  az  qəbul  edirik.  Lakin  bu  o  demək  ola  bilməz 
ki, enerji axını səsdən sürətlidir. Belə qəbul etmək düz olar ki, 
insanların  görmə  orqanları  eşitmə  orqanlarından  daha  çox 
inkişaf edibdir ki, səsi az qəbul edirlər, uzaqda olan şeyin səsini 
az  eşidirlər.  Lakin  həm  də  onu  qeyd  etmək  olar  ki,  insanlar 
görə  bilmədikləri  şeylərin  də  səslərini  eşidə  bilirlər.  Məsələn, 
müəyyən  bir  görünməyən  məkanda  banlayan  xoruzun  səsi 
eşidilir.  Eləcə  də  görünə  bilməyən  məkanda  motorun  səsi 
qulağa  gəlir.  Bu,  yayılma  arealından,  zərrəciklər  axınından, 
dalğalardan  meydana  gəlir.  Qulaq  səsi  -  onun  yayılma  arealı 
geniş  olduğuna  görə-  tutur.  Obyekt  isə  görünmür.  Səs  özü  ilə 
birlikdə  təsirini  də  gətirir.  Səs  onu  qəbul  edən  orqan 
mərkəzində qıcıq yaradır. Beyin qıcıqlanır, refleksiya meydana 
gəlir.  Səslə  işığın  enerji  axınına  görə  eyni  olması,  eyni 
mənbədən  gəlməsi  həm  də  onu  deməyə  əsas  verir  ki,  mənbə 
uzaqlaşdıqca  səs  və  işıq  da  azalır.  İşığın  ən  güclü  forması 
partlayışın,  alovun  dərəcələnməsidir.  Səsin  kəmiyyəti  artdıqca 
partlayış  da  artır.  Alovun  səsi  vardır.  Bu,  enerji  axınının  ətraf 
aləmlə  sürtünməsindən  meydana  gəlir.  Sürtünür,  çünki 
müəyyən  axın  baza  mənbəni  dağıdır.  Burada  məkan 
çatışmazlığı  ucbatından  səs  meydana  gəlir.  Səs  də  parıltı  kimi 
məkan  uğrunda  mübarizədir.  Bu  baxımdan  səs  və  işığı  enerji 
axını  özündə  birləşdirir. 
Səs  (burada  Günəşin  səsi) 
mənbəyindən  uzaqlaşanda  enerji  də  azlmağa  doğru  gedir  və 
qaranlıqlaşma  başlayır.  Gündüz  vaxtı  səslər  az  eşidilir.  Kiçik 
səslər (kiçik sürtünmələr) ola bilər ki, eşidilməsin. Ətraf səslər 
bir-birinə  qarışsın.  Gecə  isə  ən  az  kəmiyyətli  səs  çıxarsa,  tez 
eşidilə  bilir.  Bu  o  halda  baş  verir  ki,  səs  çıxardan  mənbələrin 
ə
trafda sayı azalır. Lakin gecə vaxtı fərdi mənbədən çıxan səsə 
görə  səsin  sürəti  bir  o  qədər  sürətli  ola  bilməz.  Məsələn,  bir 

57 
 
mənbədən  olan  səsin  gündüz  vaxtı  sürəti  ilə  gecə  vaxtı  həmin 
mənbənin  səs  sürəti  eyni  ola  bilməz.  Səsin  yayılmasını  təmin 
edən ətraf aləm fərqlidir. Gündüz ola bilər ki, işıq aləmi həmin 
mənbədən  gələn  səsin  sürətini  bir  tərəfdən  artırsın,  digər 
tərəfdən isə başqa səmtə 87.52 -13.8 Td(m)Tj/R20 12 Tf9.36r/R8 is
ed
m()Tj-2(i)-20(8720(ba2 Tf5.4 .84 0-100(va)4(x)-10(t)-2(ı)-6)3(d)500]TTd[(e)4(d)500]TJ/R20 12 Td0(s)-1(ür)333]TJ920 12 Tf19.68 0 Td()Tj/R8 12 Tf5[(mt-6(. )6(.oba2 T)-20e74.52 )Tj/R8 12 Tf5.28 0 T12 5.28 0 Td[(T)-/R20 12 Tf10.08 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(n 0(bi)-2(l)278]T78 12 Tf5)Tj/R8 12 Tf5.28 78 1278]TJ/R20 12 Tf12/R2f24.72 0 Td()Tj/R8 12 Tf5.28 0 12 Tf5.28 0 T77ıTd( Tf5)Tj/R8 12 Tf5.28 0 Td[n--20e74R8 12 e74.52 j2(l)278]T78 1R8 12 Tf5ı)8 0 Td[n Td[n--2078 1f0(s)-1(ür)333]TJ191-13.8 Td(m)Tj/R20 12 Tf9.36 0 Td(0(bi)-2(l)27812(-7(a)4(f)3( )-50(a)4 Td(l).28 0 Td[(T Td()Tj/R8 12 Tf5.28 0 12 TfR8 12 Tf Tf5.28 0(bi5.28 0 Td[(m)-)Tj//R20 12 Tfda74R8 12  Tf5.28/R20 12 Tf3.36 0 Td(984.52 0 Td()Tj/R8 12 Tf4.68 0 Td[ 0 Td()T/R8 12 Ti5.4 .-Y4 0-100.52 )Tj/R-[(mt-6(. )6(.oba2 T)-20e)Tj.52 )Tj/-r)3( )-40(ki)-2(, )-40(i)2)T8.84 0 Td()Tj/R8 12 Tf5.28 0 Td5.28/Rx8 12  Tf.52 va 
ə
d
i  eyna 152 0 Td()Tj/R8 12 Tf4.68 0 Td[ 12 Ti5.4d(r)-40(ki)-2(, )-40(i)15T8.84 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdd(r)Tj-3332(i)-2(di)-2(r)3(. )-2T8.84 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdd(r)-2(l)278]T11 12 Tf5u 12 T(s)-1(ür)333K.oba2 TTd()Tj/kTf--3332(i)-2(di)-2(r)3(. )9/RTf17.28 0 Td()Tj/R8 12 Tf5.28 0()Tj-214j/5.28 0 T95R8 12 Tf5.28Ts20 12 Tf12 0 T4064 -13.8 Td[(e)4(d)500]TJ.68 0 Td[ 12 T 12 Ti5.4()Tj/R8433is

58 
 
təzahürüdürlər.  Ulu  Tanrı  da  bu  sistemi  elə  partlayış  yolu  ilə, 
yoxluqdan yaradıb.  
Bir  istiqamətə  düşən  və  həmin  istiqamətdə  məkanı 
parıldadan  işıq  –müəyyən  kəmiyyət  nisbətində  qaranlığın, 
qaranlıq isə həmin kəmiyyət nisbətində işığın əksidir. Məsələn, 
Günəş  Yer  kürəsinin  müəyyən  fırlanan  hissəsini  nə  qədər 
işıqlandırırsa,  həmin  hissənin  qaranlığı  da  bir  o  qədər  azalmış 
olur.  Müəyyən  anlarda  isə  işıq  və  qaranlıq  nisbətləri 
bərabərləşir.  Bu  bərabərləşmə  yenə  də  işıq  trayektoriyası 
boyunca işığın azalması və artması ilə əlaqəlidir. Məsələn, Yer 
kürəsi  müəyyən  bucaqla  işıqlanır  və  qaranlıqlaşır.  Burada 
fırlanma  zamanı  məkan  çevrilmələri  və  dəyişmələri  müəyyən 
qədər  işıqlanmanı  və  qaranlıqlaşmanı  təmin  edir.  (Qeyd:  belə 
qəbul  etmək  olar  ki,  Yer  kürəsinin  okean  çox  olan  hissəsi 
onunla  bərabər  şəkildə  qaranlıqlaşmağa  doğru  hərəkət  edən 
quru  hissəsindən  az  qaranlıqlaşır.  Okeanda  hərəkət 
olduğundan  enerji  də  quruya  nisbətən  aktiv  olmalıdır.  Bu 
baxımdan da bir qədər enerjili və işıqlı olmalıdır). 
Bərk  materiya  aləmi,  yumşaq  və  maye  materiya  aləmi  (su 
və canlılar), qaz aləmi öz rəngini işıqlardan götürür. Rəng işıqlı 
məkanda  ayırd  edilə,  seçilə  bilir.  İşıq  rəngin  əlamətlərini 
beyində  əks  etdirir.  İşıq  rənglərin  tərkibini  aktiv  edir.  İşıqlar 
materiya  üzərinə  düşdükdə  materiya  öz  rəngini  əks  etdirir. 
Qaranlıqda hər şey ümumən qara görünür. (Qeyd: qaranlıq və 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin