Kafedra: “Biznesin təşkili və idarə olunması” Fənn: “İstehsalın təşkili və idarə edilməsi” Müəllim: Soltanov N. S


Müəssisənin işinin tətbiqi hansı yol ilə aparılır?



Yüklə 0,62 Mb.
səhifə8/10
tarix07.01.2017
ölçüsü0,62 Mb.
#4746
1   2   3   4   5   6   7   8   9   10

188. Müəssisənin işinin tətbiqi hansı yol ilə aparılır?

A) Istehsal xərclərin uzaldılması

B) Müasir texnikadan istifadə

C) Müasir texnologiyalardan istifadə

D) Göstərilən xidmətlərin təkmilləşdirilməsi

E) Reklam işinin genişləndirilməsi



189. Istehsalın təşkili və idarə edilməsi fənnin predmeti hansıdır?

A) Tikinti müəssisələrinin iqtisadiyyatının öyrənilməsi

B) Kənd təsərrüfatı müəssisələrinini iqtisadiyyatının öyrənilməsi

C) Həqliyyat müəssisələrin iqtisadiyyatının təhlili

D) Iqtisadi səmərəlilik əldə etmək məqsədilə sənaye istehsalının təşkilinin və idarə edilməsinin forma və metodlarının elmi, nəzəri cəhətdən əsaslandırılması

E) Xidmət sahəsinin iqtisadi problemlərinin həlli yollarının araşdırılması



190. Müəssisənin xərclərindən hansı dəyişən xərclərə aid edilmir?

A) Mənfəət vergisi

B) Yanacağın və xammalın alınmasına çəkilən xərclər

C) Idarəedici heyətin əmək haqqı

D) Yanacağa və enerjiyə çəkilən xərclər

E) Kənardan alınan yarımfabrikatlara çəkilən xərclər



191. Müəssisənin maddi – texniki bazasının əsasını nə təşkil edir?

A) Yanacaq, enerji

B) Xammal, materiallar

C) Müxtəlif növ avadanlıqların, alətlərin, inventarların, binaların, qurğuların və s. məcmusu

D) Işçi heyəti

E) Inzibati aparat



192. Güc maşınlarına hansı aid edilir?

A) Xammalı emal edən

B) Məhsul istehsal edən

C) Məhsulu nəql edən

D) Enerji istehsal edən

E) Tənzimləyici cihazlar



193. İş maşınlarına hansı aid edilir?

A) Hesablayıcı maşınlar

B) Enerji istehsal edən

C) Məhsulu nəql edən

D) Tənzimləyici cihazlar

E) Məhsul istehsal edən



194. Nəqliyyat və nəqliyyat vasitələrinə hansılar aid edilir?

A) Xammalı emal edən

B) Enerji istehsal edən

C) Məhsul istehsal edən

D) Məhsulu nəql edən maşınlar

E) Müxtəlif inventarlar



195. Ötürücü borular nəyə aid edilməlidir?

A) Iş maşınları və avadanlıq

B) Güc maşınları və avadanlıq

C) Nəqliyyat və nəqliyyat vasitələri

D) Binalar

E) Qurğular



196. Müəssisədə elmi – texniki hazırlıq işlərinin mərhələlərinə nə aid edilmir?

A) Texnoloji hazırlıq mərhələ

B) Elmi – tədqiqat mərhələ

C) Məhsulun layihələndirilməsi mərhələsi

D) Cavab yoxdur

E) Maddi və təşkilati hazırlıq mərhələsi



197. Elmi–texniki hazırlıq işlərinin elmi–tədqiqat mərhələsinə nə aid edilir?

A) Yeni məhsulun fiziki və kimyəvi xassələrinin müəyyən edilməsi

B) Yeni məhsulun xarakterinin öyrənilməsi

C) Yeni texnologiyanın mənimsənilməsi üzrə elmi – tədqiqat işlərin aparılması

D) Avadanlığın seçilməsi və yerləşdirilməsi

E) Texniki nəzarət üsullarının işlənib hazırlanması



198. Elmi – texniki hazırlıq işlərinin texnoloji hazırlıq mərhələsinə nə aid edilmir?

A) Avadanlığın seçilməsi və yerləşdirilməsi

B) Istehsalın texnoloji proseslərinin layihələndirilməsi

C) Yeni məhsulun xarakterinin, fiziki və kimyəvi xassələrinin öyrənilməsi

D) Texniki nəzarət üsullarının işlənib hazırlanması

E) Material və əmək məsrəflərinin normalaşdırılması



199. Elmi – texniki hazırlıq işlərinin maddi və təşkilati hazırlıq mərhələsinə nə aid edilir?

A) Texniki – nəzarət üsullarının işlənib hazırlanması

B) Yeni məhsulun xarakterinin öyrənilməsi

C) Yeni məhsulun fiziki və kimyəvi xfssələrinin müəyyən edilməsi

D) Istehsalın lazımi tərkibdə avadanlıqla təmin edilməsi

E) Material və əmək məsrəflərinin normalaşdırılması



200. Elmi – texniki hazırlıq işlərində məhsulun layihələşdirilməsi mərhələsinə nə aid edilir?

A) Avadanlıq seçilir və yerləşdirilir

B) Istehsal lazımi tərkibdə avadanlıqla təmin edilir

C) Yeni məhsulun xarakteri, konstruksiyası öyrənilir

D) Texniki – hazırlıq işləri aparılır

E) Material və əmək məsrəfləri normalaşdırılır



201. Müəssisələrin miqyas baxımdan hansı növləri vardır?

A) Xüsusi

B) Dövlət

C) Kiçik, orta, iri

D) Kollektiv

E) Fərdi


202. Müəssisənin miqyas baxımdan hansı növü yoxdur?

A) Kiçik


B) Xüsusi

C) Orta


D) Iri

E) Təmərküzləşdirilmiş



203. Istehsalın təşkilinin formaları baxımından hansı mövcuddur?

A) Dəstəli

B) Axınlı

C) Təmərküzləşdirilmiş

D) Fərdi

E) Kütləvi



204. Istehsalın təşkili üsullarına hansı aid edilir?

A) Ixtisaslaşdırılmış

B) Fərdi

C) Kooperasiyalaşdırılmış

D) Təmərküzləşdirilmiş

E) Kütləvi



205. Istehsalın təşkilinin tipi baxımından hansı mövcuddur?

A) Axınlı

B) Seriyalı

C) Dəstəli

D) Təmərküzləşdirilmiş

E) Ixtisaslaşdırılmış



206. Müəssisənin istehsal gücünə hansı amil təsir etmir?

A) Avadanlığın texnologiyası

B) Istehsalın texnologiyası

C) Avadanlığın keyfiyyati və texniki səviyyəsi

D) Cavab yoxdur

E) Müəssisənin ixtisaslaşma dərəcəsi



207. Hansı amil istehsal gücünə təsir etmir?

A) Avadanlığın sayı

B) Əməyin və istehsalın təşkili

C) Inzibati aparatın tərkibi

D) Avadanlığın tərkibi

E) Xammalın keyfiyyəti və tərkibi



208. Hansı avadanlığın növləri üzrə istehsal gücü hesablanmır?

A) Mövsümi işləyən avadanlıq üzrə

B) Əsas avadanlıq qrupu üzrə

C) Fasiləli işləyən avadanlıq üzrə

D) Fasiləsiz işləyən avadanlıq üzrə

E) Cavab yoxdur



209. Istehsal gücünü hesablayarkən hansı göstəricidən istifadə edilmir?

A) Avadanlığın miqdarı

B) Məhsulun material tutumu

C) Avadanlığın tərkibi

D) Avadanlığın iş vaxtı fondu

E) Avadanlığın qruplar üzrə sayı



210. Istehsal gücünün hesablanmasının ardıcıllığında hansı tədbir birinci olmalıdır?

A) Istehsal proqramını yerinə yetirmək üçün avadanlığın iş vaxtı müəyyən edilir

B) Bir – birini əvəz edən avadanlıq qrupu üzrə iş növü optimal bölüşdürülür

C) Istehsal sahəsindən istifadə hesablanır

D) Avadanlığın iş vaxtı balansı tərtib edilir

E) Avadanlığın və istehsal sahəsinin işinin dəzgah – saatla tələbatı müəyyən edilir



211. Istehsal gücünün istifadəsini qiymətləndirmək üçün hansı göstərici hesaba alınmır?

A) Fondverimi

B) Istehsal gücündən istifadə əmsalı

C) Məhsulun nomenklaturası

D) Avadanlığın günərzi istifadə əmsalı

E) Istehsal sahəsinin 1 m2 – dən götürülən məhsul



212. Istehsal prosesinin əsas hissəsinə nə aid edilir?

A) Avadanlığın təmiri

B) Alətlər, ştamplar, ləvazimatlar istehsalı

C) Bilavasitə hazır məhsulun yaradılması

D) Avadanlığın modernləşdirilməsi

E) Yüklərin nəqledilməsi



213. Istehsal prosesinin köməkçi hissəsinə nə aid edilir?

A) Məhsulun ambarlaşdırılması

B) Avadanlığın təmiri

C) Məhsulun bilavasitə istehsalı

D) Məhsulun keyfiyyətinə nəzarət

E) Yüklərin nəqledilməsi



214. Istehsal prosesinin xidmətçi hissəsinə nə aid edilir?

A) Avadanlığın modernləşdirilməsi

B) Xırda alətlərin və ləvazimatların istehsalı

C) Avadanlığın təmiri

D) Bilavasitə məhsul istehsalı

E) Məhsulun keyfiyyətinə texniki nəzarət



215. Istehsal prosesinin tərkib hissələrinə nə aid edilmir?

A) Köməkçi istehsaı proses

B) Əmək prosesi

C) Əsas istehsal proses

D) Cavab yoxdur

E) Xidmətçi istehsal proses



216. Istehsalın təşkilinin qiymətləndirilməsi hansı istiqamətlərdə aparılır?

A) Kombinələşmə səviyyəsinin müəyyən edilməsi

B) Təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi

C) Ixtisaslaşma səviyyəsinin müəyyən edilməsi

D) Kooperasiyalaşma səviyyəsinin müəyyən edilməsi

E) Cavab yoxdur



217. Müəssisənin maliyyə planının mədaxil hissəsinə nə aid edilmir?

A) Sıradan çıxmış inventarın satışından əldə edilən gəlir

B) Məhsulun satışından əldə edilən gəlir

C) Icra olunmuş xidmətlərdən gələn gəlir

D) Realizə edilən məhsul üzrə məsrəflər

E) Təsərrüfat üsulu ilə aparılan işlərdən əldə edilən gəlir



218. Müəssisənin maliyyə planının məxaric hissəsinə nə aid edilmir?

A) Məhsulun satışından əldə edilən gəlir

B) Realizə edilən məhsul üzrə məsrəflər

C) Mənzil kommunal təsərrüfatın xərcləri

D) Öz dövriyyə vəsaitinin normativlərinin artımı

E) Həvəsləndirmə fondlarına ayırmalar



219. Müəssisənin maliyyə planının mədaxil hissəsinə nə daxil edilir?

A) Kadr hazırlığı xərcləri

B) Kapital qoyuluşu

C) Əsaslı təmir xərcləri

D) Başqa müəssisələrə elmi – tədqiqat işlərin aparılmasından əldə edilən gəlir

E) Elmi – tədqiqat işləri üzrə xərclər



220. Müəssisənin maliyyə planının məxaric hissəsinə nə aid edilir?

A) Məhsulun satışından əldə edilən gəlir

B) Kapital qoyuluşu

C) Icra edilən xidmətlərdən gələn gəlir

D) Mənzil kommunal təsərrüfatının gəliri

E) Köhnə inventarın satışından əldə edilən gəlir



221. Istehsalın planlaşdırılmasının qarşısında hansı məqsədlər durur?

A) Nomenklatur və ceşidlər üzrə məhsul buraxılışının təmin edilməsi

B) Məhsul istehsalının həcminin yerinə yetirilməsi

C) Cavab qoxdur

D) Keyfiyyət göstəricilərinin yaxşılaşdırılması

E) Əmək məhsuldarlığının artırılması



222. Müəssisədə plan işinin əsas məzmununa nə daxil edilmir?

A) Istehsala zəruri olan istehsal vasitələrin müəyyən edilməsi

B) Yeni məhsul istehsalının planlaşdırılması

C) Istehsalı mənimsənilmiş məhsulların hazırlanması planlarının tərtib edilməsi

D) Cavab yoxdur

E) Müəssisənin istehsal fəaliyyətinin göstəricilərinin əsaslandırılması



223. Müəssisənin ümumi istehsal planının hansı bölmələri yoxdur?

A) Maya dəyəri planı

B) Əmək və əmək haqqı planı

C) Maliyyə planı

D) Texniki inkişaf planı

E) Cavab yoxdur



224. Planın yerinə yetirilməsi məqsədi ilə hansı əməli tədbirlər görülməməlidir?

A) Iş yerləri lazımi materiallarla təmin edilməlidir

B) Plan göstəriciləri icraçılara çatdırılmalıdır

C) Cavab yoxdur

D) Iş yerləri hazır olmalıdır

E) Avadanlıq işlək vəziyyətə gətirilməlidir



225. Müəssisədə texniki tərəqqinin planlaşdırılmasının məqsədlərinə nə aid edilməməlidir?

A) Mütərəqqi texnologiyaların istifadəsi

B) Istehsalın texniki səviyyəsinin yüksəldilməsi

C) Cavab yoxdur

D) Yeni məhsul istehsalının mənimsənilməsi

E) Qabaqcıl iş üsullarının tətbiqi



226. Məhsulun maya dəyərinin quruluşuna nə daxil edilmir?

A) Yanacaq və enerji

B) Xammal və materiallar

C) Mənfəət

D) Nəqliyyat xərcləri

E) Idarəçilik xərcləri



227. Məhsulun maya dəyərində nəqliyyat xərcləri hansı maddənin tərkibində nəzərdə tutulur?

A) Əsas və əlavə əmək haqqı

B) Xammal və materiallar

C) Yanacaq və enerji

D) Amortizasiya xərcləri

E) Istehsaldan kənar xərclər



228. Əsas istehsal fondların istismarı maya dəyərin hansı maddələrində öz əksini tapır?

A) Material məsrəfləri

B) Nəqliyyat xərcləri

C) Idarəçilik xərcləri

D) Istehsaldan kənar xərclər

E) Amortizasiya xərcləri



229. Inzibati aparatın işçilərinin əmək haqqı maya dəyərinin hansı maddəsində öz əksini tapır?

A) Əsas və əlavə əmək haqqı

B) Idarəçilik xərcləri

C) Istehsaldan kənar xərclər

D) Material məsrəfləri

E) Enerji xərcləri



230. Məhsulun qiyməti iki hissədən ibarətdir:

maya dəyəri və:

A) Gəlir


B) Qazanc

C) Mənfəət

D) Dəyər

E) Tarif


231. Qiymətin hansı funksiyası yoxdur?

A) Hüquqi

B) Stimullaşdırıcı

C) Bölüşdürücü

D) Uçot

E) Nəzarət



232. Qiymətqoyma nəyə əsaslanır?

A) Istehsalçının xərclərinə

B) Istehsalçının istəyinə

C) Istehsalçının bacarığına

D) Istehsalçının peşəkarlığına

E) Bazarda tələb və təklifə



233. Qiymətin aşağı enməsinə hansı amil təsir edir?

A) Təklifin çoxalması

B) Istehsal xərclərinin artması

C) Tələbin artması

D) Təklifin azalması

E) Pul kütləsinin artması



234. Qiymətin stimullaşdırıcı funksiyasına nə aid edilir?

A) Milli gəlirin bölüşdürülməsində vasitədir

B) Məhsulun dəyərinin ölçülməsində vasitədir

C) Müəssisənin səmərəliyinin müəyyən edilməsində vasitədir

D) Məhsul istehsalının artırılmasına təkandır

E) Milli gəlirin yenidən bölüşdürülməsində vasitədir



235. Pərakəndə satış qiyməti nədir?

A) Bu qiymətlə müəssisələr arasında hesablaşmalar gedir

B) Bu qiymətlə müəssisə satış təşkilatlarına məhsulunu satır

C) Bu qiymətlə müəssisə maliyyə orqanları qarşısında hesabat verir

D) Bu qiymətlə müəssisə daxili hesablamaları aparır

E) Bu qiymətlə məhsul əhaliyə satılır



236. Sənayenin topdansatış qiyməti nədir?

A) Bu qiymətlə məhsul əhaliyə satılır

B) Bu qiymətlə müəssisə pərakəndə satış müəssisələrinə məhsulunu satır

C) Bu qiymətə müəssisə maliyyə hesabatlarını aparır

D) Bu qiymətlə müəssisə daxili hesablamalarını aparır

E) Bu qiymətlə müəssisələr arasında hesablaşmalar gedir



237. Müəssisənin topdansatış qiyməti nədir?

A) Bu qiymətlə məhsul dövlətə satılır

B) Bu qiymətlə məhsul əhaliyə satılır

C) Bu qiymətlə məhsul pərakəndə satış təşkilatlarına satılır

D) Bu qiymətlə müəssisə məhsulunu topdansatış müəssisələrinə satır

E) Bu qiymətlə məhsul fərdlərə satılır



238. Müəssisənin inzibati – təşkilati quruluşu nədən asılıdır?

A) Əmək məhsuldarlığından

B) Məhsulun maya dəyərindən

C) Məhsulun qiymətindən

D) Məhsulun keyfiyyətindən

E) Müəssisənin miqyasından və xüsusiyyətlərindən



239. Müəssisədə texniki və texnoloji sahələrə kim rəhbərlik edir?

A) Baş energetik

B) Baş metallurq

C) Baş mühəndis

D) Baş iqtisadçı

E) Baş texnoloq



240. Müəssisədə iqtisadi məsələlərə kim rəhbərlik edir?

A) Iqtisad şöbəsinin müdiri

B) Baş mühəndis

C) Kadrlar və rejim üzrə müdir müavini

D) Maliyyə şöbəsinin müdiri

E) Iqtisadi məsələlər üzrə müdir müavini



241. Ümumi rəhbərliyi müəssisədə kim həyata keçirir?

A) Müdir


B) Baş mühəndis

C) Baş iqtisadçı

D) Kommersiya direktoru

E) Kadrlar və rejim üzrə müavin



242. Müdirin müavinlərinin sayı müəssisədə nədən asılıdır?

A) Işin həcmindən və fəaliyyətin təyinatlarından

B) Məhsulun qiymətindən

C) Məhsulun keyfiyyətindən

D) Müəssisənin yerləşdiyi yerdən

E) Məhsulun xarici görkəmindən



243. Müəssisədə maliyyə–iqtisad işlərinə hansı şöbə rəhbərlik edə bilər?

A) Baş texnoloq şöbəsi

B) Istehsalat şöbəsi

C) Konstruktor şöbəsi

D) Maliyyə – iqtisad şöbəsi

E) Baş mexanik şöbəsi



244. Müəssisədə təchizat – satış işlərinə hansı şöbələr rəhbərlik edir?

A) Təchizat və satış şöbələri

B) Plan – iqtisad şöbəsi

C) Maliyyə şöbəsi

D) Mühasibat şöbəsi

E) Kadrlar şöbəsi



245. Rejim və kadrlar işlərinə müəssisədə hansı şöbələr rəhbərlik edir?

A) Baş mühasibat şöbəsi

B) Təchizat və satış şöbələri

C) Plan – iqtisad şöbəsi

D) Maliyyə şöbəsi

E) Baş dispetçer və kadrlar şöbəsi



246. Rəhbərlik nizam – intizamını hansı prinsip təmin edir?

A) Inzibatçılıq

B) Təkbaşçılıq

C) Demokratiya

D) Subordinasiya

E) Mərkəziyyət



247. Müdirin birinci müavini adətən kim olur?

A) Baş mexanik

B) Baş texnoloq

C) Baş iqtisadçı

D) Baş metallurq

E) Baş mühəndis



248. Hansı qaydada müəssisə müdiri istehsala rəhbərlik edir?

A) Bilavasitə

B) Şöbələr vasitəsi ilə

C) Müavinlər vasitəsi ilə

D) Müavinlər və şöbələr vasitəsi ilə

E) Birinci müavinin vasitəsi ilə



249. Müəssisədə baş mühəndisin tabeçiliyində hansı şöbə bilavasitə deyil?

A) Mühasibat şöbəsi

B) Baş mexanik şöbəsi

C) Baş metallurq şöbəsi

D) Baş texnoloq şöbəsi

E) Istehsalat şöbəsi



250. Hansı şöbə baş iqtisadçının bilavasitə tabeçiliyində deyil?

A) Satış şöbəsi

B) Plan şöbəsi

C) Iqtisad şöbəsi

D) Maliyyə şöbəsi

E) Baş texnoloq şöbəsi



251. Hansı prinsip istehsalın idarə edilməsinin iqtisadi üsulunu ifadə edir?

A) Istehsalın və əməyin maddi həvəsləndirilməsi

B) Təkbaşçılıq

C) Əmrlərin verilməsi

D) Cəzalandırma

E) Göstərişlərin verilməsi



252. Hansı prinsip istehsalın idarə edilməsinin inzibati üsulunu ifadə edir?

A) Mənfəətdə iştirak prinsipi

B) Istehsalın maddi həvəsləndirilməsi

C) Əməyin maddi həvəsləndirilməsi

D) Geniş mükafat sisteminin tətbiqi

E) Əmrlərin və göstərişlərin verilməsi



253. Bilavasitə iqtisadi resursa nə aid edilmir?

A) Torpaq

B) Kapital

C) Işçi qüvvəsi

D) Intellektual qabiliyyət

E) Istehsal vasitələri



254. Təbii resurslara nə aid edilmir?

A) Torpaq

B) Işçi qüvvəsi

C) Yeraltı sərvətlər

D) Yerüstü sərvətlər

E) Meşələr



255. Işçi qüvvəsi istehsalın nəyidir?

A) Məzmunudur

B) Mənbəyidir

C) Təyinatıdır

D) Məqsədidir

E) Amilidir



256. Istehsalın şəxsi amilinə hansı aid edilməlidir?

A) Məlumat

B) Əmək cisimləri

C) Əmək alətləri

D) Texnologiya

E) Işçi qüvvəsi



257. Istehsalın maddi amilinə hansı aid edilməməlidir?

A) Məlumat

B) Əmək cisimləri

C) Əmək alətləri

D) Texnologiya

E) Işçi qüvvəsi



258. Istehsalın xidmətçi proseslərinə nə aid edilməməlidir?

A) Əsaslı təmir

B) Xammalın ambarlaşdırılması

C) Hazır məhsulun ambarlaşdırılması

D) Nəqletmə işləri

E) Təmizlik işləri



259. Istehsalın köməkçi proseslərinə nə aid edilməməlidir?

A) Cari təmir

B) Əsaslı təmir

C) Orta təmir

D) Ambarlaşdırma

E) Xırda alətlərin istehsalı



260. Əmək prosesinin ən vacib tərkib hissəsi hansıdır?

A) Əməliyyat

B) Dəzgahın işlək vəziyyətə gətirilməsi

C) Dəzgahın sazlanması

D) Dəzgahın işə salınması

E) Dəzgahın işinin dayandırılması



261. Istehsalın daxili məzmununa görə onun hansı növü yoxdur?

A) Sintetik və birbaşa

B) Analitik

C) Sintetik

D) Birbaşa

E) Texnolojı



262. Resursların qənaətlə istifadəsinin səbəbi nədir?

A) Onların bolluğu

B) Onların vacibliyi

C) Onların zəruriliyi

D) Onların məhdudluğu

E) Onların müxtəlifliyi



263. Material resurslarla təchiz edilməsinin əsas vəzifələrinə nə aid edilmir?

A) Resursları qoruyub saxlamaq

B) Resursların həcmini müəyyən etmək

C) Resursların alınmasını təmin etmək

D) Resursları ambarlaşdırmaq

E) Çəkilən xərcləri azaltmaq



264. Resursların müəssisə daxilində istifadəsinin vəzifələrinə nə aid edilmir?

A) Resursların alınmasını təmin etmək

B) Resursları qoruyub saxlamaq

C) Onların həcmini optimallaşdırmaq

D) Iş yerlərinə lazımi miqdarda çatdırmaq

E) Resursları düzgün istifadə etmək



265. Resurs təchizatının ambar formasının fərqləndirici cəhəti nədədir?

A) Müəssisədə böyük ambarlar yaradılmır

B) Resurs istehsalından istehlakçıya birbaşa ötürülür

C) Istehsalçı ilə istehlakçı arasında əlaqə yaradılmalıdır

D) Müəssisə böyük nəqletmə imkanlarına malik olmalıdır

E) Böyük ambarlar yaradılır



266. Resurs təchizatının tranzit formasının səciyyəvi cəhəti nədədir?

A) Istehsalın ahəngdarlığı pozulur

B) Resurs aralıq məntəqələrdən alınır

C) Böyük ambarların yaradılmasına ehtiyac yoxdur

D) Təchizat xərcləri artırılır

E) Resurslar istehsalçıdan istehlakçıya birbaşa çatdırılır



267. Material resurslarının səviyyəsini hansı amil təmin etmir?

A) Resursların nomenklaturu və çeşidi

B) Istehsalın təşkilinin üsulları

C) Istehsalın tipi, xarakteri və miqyası

D) Təchizatın forması

E) İşçilərin sayı



268. Resursların düzgün istifadəsi üçün müəssisədə hansı tədbirlər görülür?

A) Hüquqi

B) Texniki

C) Texnoloji

D) Təşkilatı

E) Iqtisadi



269. Resursları normalaşdırarkən hansı amillərdən istifadə olunur?

A) Konstruktiv

B) Hüquqi

C) Texnoloji

D) Təşkilatı

E) Iqtisadi



270. Müəssisənin sosial vəzifələrinə nə aid edilmir?

A) Işçilərin yaşayış imkanlarının yaxşılaşdırılması

B) Əmək haqqının artırılması

C) Mükafatlar sistemindən istifadə

D) Işçilərin normal istirahətinin təmin edilməsi

E) Onun materiallarla təchizatı



271. Müəssisənin sosial vəzifəsinə nə aid edilir?

A) Işçilərin rifahalının yaxşılaşdırılması

B) Onun texniki səviyyəsinin yüksəldilməsi

C) Onun texnoloji səviyyəsinin yüksəldilməsi

D) Onun material təchizatının təmin edilməsi

E) Onun texniki – iqtisadi göstəricilərinin yaxşılaşdırılması



272. Müəssisənin əsas personalına kimlər aid edilir?

A) Sürücülər

B) Köməkçi fəhlələr

C) Ambardarlar

D) Əsas fəhlələr

E) Xadimələr



273. Müəssisənin idarə heyətinə kimlər aid edilmir?

A) Şöbə müdirləri

B) Mühəndislər

C) Iqtisadçılar

D) Fəhlələr

E) müdir


274. Müəssisənin idarə heyətinə kimlər aid edilir?

A) Sürücülər

B) Əsas fəhlələr

C) Köməkçi fəhlələr

D) Şöbə müdirləri

E) Xidmətçilər



275. Normalaşdırıcı kimdir?

A) Əmək və material sərfi normalarını müəyyən edən

B) Istehsal planlarını tərtib edən

C) Məhsulu ambarlarda yerləşdirən

D) Əmək haqqını hesablayan

E) Istehsal xərclərini hesablayan



276. Müəssisədə maddi məsuliyyət kimin boynundadır?

A) Baş iqtisadi

B) Plan şöbəsinin müdiri

C) Maliyyə şöbəsinin müdiri

D) Satış şöbəsinin müdiri

E) Müdir və baş mühasib



277. Kimin imzası ilə rəsmi maliyyə sənədləri müəssisədən kənara çıxır?

A) Müdir


B) Baş iqtisadçı

C) Müdir və baş mühasib

D) Baş mühasib

E) Baş mühəndis



278. Müəssisənin idarə edilməsində sıravi işçilər iştirak edə bilərmi?

A) Qismən edə bilməz

B) Edə bilməz

C) Qismən edə bilər

D) Edə bilər

E) Onun iştirakı demokratik prinsiplərə ziddir



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin