Kafedra: “Biznesin təşkili və idarə olunması” Fənn: “İstehsalın təşkili və idarə edilməsi” Müəllim: Soltanov N. S


Dövlət sənaye müəssisəsinin fəaliyyətinin əlamətlərinə hansı aid deyil?



Yüklə 0,62 Mb.
səhifə4/10
tarix07.01.2017
ölçüsü0,62 Mb.
#4746
1   2   3   4   5   6   7   8   9   10

47. Dövlət sənaye müəssisəsinin fəaliyyətinin əlamətlərinə hansı aid deyil?

A) Planlaşdırma

B) Iqtisadi sərbəstlik

C) Tənzimləmə

D) Idarəetmə

E) inzibatçılıq



48. Müəssisənin təşkili və istehsalın idarə olunması fənninin funksiyalarına nə aid edilmir?

A) Nəzəri iqtisadi bilikləri sənaye müəssisələrinin fəaliyyət təcrübəsinə yaxınlaşdırır

B) Kənd təsərrüfatının iqtisadiyyatını təhlil edir

C) Yeni səmərəli təsərrüfatçılıq üsullarının tətbiqi yollarını göstərir

D) Sənaye müəssisələrinin işində yerli və xarici təcrübənin istifadəsinin zəruriliyini göstərir

E) Sənaye müəssisələrin işinin iqtisadi səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasının üsullarını əsaslandırır



49. Tikinti materialları sənayesi sənayenin nəyidir?

A) Şirkətidir

B) Sahəsidir

C) Müəssisəsidir

D) Yarımsahəsidir

E) firmasıdır



50. Sənaye – ölkə iqtisadiyyatının:

A) Firmasıdır

B) Müəssisəsidir

C) Şirkətidir

D) Birliyidir

E) Sahəsidir



51. Dövlət istehsal müəssisəsini qeydiyyata alarkən hansı sənədi tələb edir?

A) Müqavilə

B) Lisenziya

C) Tələbnamə

D) Nizamnamə

E) Kontrakt



52. Müddət baxımından krediditin hansı növü yoxdur?

A) Bir illik

B) Qısamüddətli

C) Ortamüddətli

D) Uzunmüddətli

E) Müddətsiz



53. Istehsal prosesinin neçə mərhələsi vardır?

A) 1


B) 2

C) 4


D) 5

E) 3


54. Məhsulun dəyərinin pul ilə ifadəsi necə adlanır?

A) Gəlir


B) Qiymət

C) Maya dəyəri

D) Qazanc

E) Dəyər


55. Idarəçilik xərclərinə hansı aid edilmir?

A) Qulluqçuların əmək haqqı

B) MTİ əmək haqqı

C) Əsas və əlavə fəhlələrin əmək haqqı

D) Baş rəhbər işçilərin əmək haqqı

E) Müdirin əmək haqqı



56. Məhsulun maya dəyərinin maddələrinə hansı aid edilmir?

A) Amorsizasiya

B) Xammal və materiallar

C) Yanacaq və enerji

D) Cavab yoxdur

E) Əsas və əlavə əmək haqqı



57. Əmək məhsuldarlığı hansı üsul ilə hesablanır?

A) Istehsal xərclərinin mənfəətə nisbəti ilə

B) Mənfəətin istehsal xərclərinə nisbəti ilə

C) Məhsulun həcminin işçilərin sayına nisbəti ilə

D) Işçilərin sayının işin həcminə nisbəti ilə

E) Mənfəətin kapitala nisbəti ilə



58. Iqtisadi səmərəlilik göstəricilərinə hansılar aid edilmir?

A) Rentabellik

B) Cavab yoxdur

C) Əmək məhsuldarlığı

D) Maya dəyərinin aşağı salınmasının səviyyəsi

E) Fondverimi və fondtutumu



59. Müəssisədə əmək və əmək haqqı planının göstəricilərinə hansı aid edilmir?

A) Əmək haqqı fondu

B) MTİ sayı

C) Məhsulun maya dəyəri

D) Əmək haqqının orta səviyyəsi

E) Qulluqçuların və xidmətçilərin sayı



60. Təmir sex və sahələrin funksiyalarına hansı aid deyil?

A) Bütün təmir və texniki xidmət işlərinə aid olan kompoleks əməliyyatların keçirilməsi

B) Istehsal planının tərtib edilməsi

C) Digər şirkətlərin avadanlığının texniki xidmətinin aparılması

D) Dəzgahların istehsala hazırlığının təmin edilməsi

E) Texniki xidmət sahələrinin planlarının tərtib edilməsi



61. Sənaye müəssisəsinin gəlirinin artırılmasına hansı amil təsir etmir?

A) Işçilərin sayının azaldılması

B) Istehsal xərclərinin azaldılması

C) Əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempinə nisbətən yüksək olması

D) Yeni iş növlərinin tətbiqi

E) Idarəçilik xərclərinin azaldalması



62. Əsas istehsal fondlardan alınan məhsulun onların orta dəyərinə olan nisbəti necə adlanır?

A) Enerjitutumu

B) Fondtutumu

C) Fondlasilahlanma

D) Rentabellik

E) Fondverimi



63. Kreditin hansı funksiyası yoxdur?

A) Zəmanətlidir

B) Faizlə qaytarılır

C) Müddətlidir

D) Təmənnasızdır

E) Biznesplana əsaslanır



64. Məhsulun maya dəyərinin aşağı salınmasının yollarına hansı aid deyil?

A) Yeni texnikanın tətbiqi və əmək məhsuldarlığlnln yüksəldilməsi

B) Işin yüksək keyfiyyətlə yerinə yetirilməsi

C) Dəzgahların maksimum dərəcədə yüklənməsi

D) Işçilərin sayının artırılması

E) Idarəçilik xərclərinini azaldılması



65. Maddi həvəsləndirmə fondlarının istifadə istiqamətlərinə hansı aid edilmir?

A) Göstərilən xidmətlərə görə başqa müəssisələrə verilən mükafatlar

B) Birtərəfli əmək haqqı

C) On üçüncü əmək haqqı

D) Birdəfəlik maddi yardımlar

E) Cavab yoxdur



66. Material ehtiyatlarının hansı növü yoxdur?

A) Sığortalı ehtiyat

B) Ümumi maksimum ehtiyatı

C) Cari ehtiyat

D) Texniki ehtiyat

E) Orta ehtiyat



67. Dövriyyə vəsaitinin istifadəsini xarakterizə edən göstəricilərə hansı aid edilmir?

A) Vəsaitlərin bir dövranının uzunluğu

B) Dövranlıq əmsalı

C) Fondverimi

D) Dövriyyə vəsautlərin bir manatına düşən məhsulun həcmi

E) Gəlirlərin bir manatına düşən dövriyyə vəsaitlərin həcmi



68. Sənaye müəssisəsinin planlarına hansı aid deyil?

A) Maya dəyəri planı

B) Müəssisənin ümumi planı

C) Əmək və əmək haqqı planı

D) Cavab yoxdur

E) Maliyyə planı



69. Sənaye müəssisəsinin məqsədlərinə hansı aid edilmir?

A) Istehsalın təşkili

B) Cavab yoxdur

C) Məhsul buraxılışı

D) Başqa müəssisələrə xidmətlərin göstərilməsi

E) Elmi – tədqiqat işlərinin aparılması



70. Bazar iqtisadiyyatı şəraitində sənaye müəssisələri fəaliyyətinin sərbəstliyi nədə özünü göstərmir?

A) Müəssisələr sərbəst şəkildə istehsal planlarını tərtib edir

B) Lisenziyaların verilməsi xeyli asanlaşır

C) Digər müəssisələr ilə sərbəst şəkildə müqavilələr bağlanır

D) Cavab yoxdur

E) Burada azad rəqabət mövcuddur



71. Illik planlar əsasında daha qısa (rüb, ay, dekada, həftə, növbə) müddət üçün işlənib hazırlanan plan növü hansıdır?

A) Uzunmüddətli

B) Proqnoz

C) Ortamüddətli

D) Operativ

E) Bir illik



72. Əgər müəssisənin hesablama hesabında pul vəsaitinin sərbəst qalığı varsa, ödənişlər üzrə vaxtı keçmiş borcları yoxdursa, müəssisənin maliyyə vəziyyəti:

A) Dəyişmir

B) Sabit deyil

C) Dəyişir

D) Sabitdir

E) Nisbətən sabitdir



73. Müəssisənin maliyyə vəziyyətinin mühüm amillərinə hansı aid deyil?

A) Tədiyyə qabiliyyəti

B) Cavab yoxdur

C) Dövriyyə vəsaitinin vəziyyəti

D) Mənfəət

E) Rentabellik



74. Rentabellik necə hesablanır?

A) Istismar mənfəətinin balans mənfəətinə nisbəti kimi

B) Istismar xərclərin gəlirə olan nisbəti kimi

C) Istehsal xərclərin cari xərclərə olan nisbəti kimi

D) Mənfəətin istehsal xərclərinə olan nisbəti kimi

E) Kapitalın mənfəətə olan nisbəti kimi



75. Məhsulun (işin, xidmətin) satışından daxil olan pul vəsaiti ilə istehsal xərcləri arasında fərq hansıdır?

A) Qazanc

B) Gəlir

C) Mənfəət

D) Rentabellik

E) Dəyər


76. Maliyyənin hansı funksiyası yoxdur?

A) Uçot


B) Istehsal funksiyası

C) Nəzarət funksiyası

D) Həvəsləndirmə funksiyası

E) Keyfiyyət funksiyası



77. Maliyyə planına aşağıdakılardan hansı daxil deyil?

A) Yuxarı təşkilatlar ilə qarşılıqlı pul münasibətləri

B) Gəlirlər və daxil olan vəsaitlər

C) Xərclər və ayrılan vəsaitlər

D) Vergi bəyənnaməsi

E) Kapital qoyuluşu



78. Müəssisənin maliyyəsi dedikdə aşağıdakı başa düşülür.

A) Tələb və təklif arasında olan asılılıq

B) Müəssisənin gəlirləri

C) Bazar konyukturasının mümkün olan dəyişməsi

D) Müəssisənin pul gəlirlərinin və yığımının formalaşması və istifadəsi ilə bağlı olan münasibətlərin məcmusu

E) Müəssisəyə verilən kredit



79. Avadanlığın iş tərzinə görə hansı avadanlıq növü yoxdur?

A) Mövsümi

B) Fasiləli işləyən

C) Fasiləsiz işləyən

D) Cavab yoxdur

E) Axınlı



80. Müəssisənin istehsal gücünü hesablayarkən hansı göstəricidən istifadə edilmir?

A) Avadanlığın iş vaxtı fondu

B) Avadanlığın miqdarı

C) Avadanlığın tərkibi

D) Cavab yoxdur

E) Avadanlığın növləri



81. Müəssisənin istehsal gücünə hansı göstərici təsir etmir?

A) Istehsal edilən məhsulun əmək tutumu

B) Avadanlığın miqdarı və tərkibi

C) Istehsal edilən məhsulun nomenklaturu

D) Cavab yoxdur

E) Avadanlığın iş vaxtı fondu



82. Istehsal gücünün hansı növü yoxdur?

A) Giriş


B) Cavab yoxdur

C) Çıxış


D) Orta illik

E) Cari


83. Müəssisənin istehsal gücü hansı göstərici ilə müəyyən edilmir?

A) Məhsulun miqdarı

B) Işçilərin sayı

C) Dəzgahların sayı

D) Cavab yoxdur

E) Məhsuldarlıq



84. Materialların istehsala buraxılmasında hansı sənəddən istifadə edilmir?

A) Limit kartaları

B) Cavab yoxdur

C) Material tələbnaməsi

D) Birdəfəlik tələbnamələr

E) Plan – xəritələr



85. Ambarın hansı növü yoxdur?

A) Açıq


B) Cavab yoxdur

C) Universal

D) Bağlı

E) Xüsusi



86. Ambarın hansı funksiyası yoxdur?

A) Maddi resursların qorunması

B) Maddi resursların qəbulu

C) Maddi resursları istehsala buraxmaq üçün hazır vəziyyətə gətirilməsi

D) Maddi resursların istehsala buraxılması

E) Cavab yoxdur



87. Material ehtiyatlarının artıq olması müəssisə üçün hansı mənfi tərəfləri ilə nəticələnir?

A) Ambar təsərrüfatənın işi pozulur

B) Materialların saxlanmasına çəkilən xərclər artır

C) Israfçılıq üçün şərait yaranır

D) Cavab yoxdur

E) Müəssisənin maliyyə vəziyyəti pisləşir



88. Iş vaxtının orta miqdarını hesablayarkən hansı növ vaxt fondu nəzərdə tutulmur?

A) Nominal vaxt fondu

B) Bayram və bazar günləri

C) Təqvim vaxt fondu

D) Cavab yoxdur

E) Faydalı vaxt fondu



89. Material sərfi normalarının hesablanmasının hansı üsulu yoxdur?

A) Texniki – analitik

B) Texnoloji

C) Hesabat – statiktik

D) Təcrübəvi – laboratoriya

E) Cavab yoxdur



90. Mənfəətin istehsal xərclərinə nisbəti hansı göstəricidir?

A) Qazanc

B) Gəlir

C) Rentabellik

D) Mənfəət

E) Qiymət



91. Müəssisənin xərclərindən hansı sabit məsrəflərdir?

A) Fəhlələrin əmək haqqı

B) Yanacağın və xammalın alınmasına çəkilən xərclər

C) Mənfəət vergisi

D) Idarəedici heyətin əmək haqqı

E) Yanacaq xərcləri



92. Xərc maddələri üzrə maya dəyərinin hesablanması necə adlanır?

A) Kalkulyasiya

B) Qruplaşdırma

C) Amorsizasiya

D) Renovasiya

E) Uçot


93. Əməyin ödənilməsində tarif stavkasına uyğun olaraq işlənmiş saatlara görə ödəniş hansıdır?

A) Mükafatlı vaxtamuzd

B) Işəmuzd əmək haqqı

C) Vaxtamuzd əmək haqqı

D) Mükafatlı – vaxtamuzd və işəmuzd sistemlərin birliyi

E) Akkord sistemi



94. Işçinin ona verilən dərəcədən asılı olaraq aylıq əmək haqqının mütləq səviyyəsinin göstəricisi hansıdır?

A) Tarif zolağı

B) Tarif

C) Tarif əmsalı

D) Tarif stavkası

E) Tarif sistemi



95. Dövriyyə fondları istehsal prosesində öz natural formasını:

A) Tam dəyişir

B) Dəyişmir

C) Qismən dəyişir

D) Qismən dəyişmir

E) Saxlayır



96. Əsas istehsal fondların orta dəyərinin işin həcminə nisbəti necə adlanır?

A) Məhsuldarlıq

B) Foindverimi

C) Fondla silahlanma

D) Rentabellik

E) Fondtutumu



97. Əsas istehsal fondların istifadə səviyyəsini xassələndirən göstəricilər hansılardır?

A) Maya dəyəri

B) Əmək məhsuldarlığı

C) Fondverimi və fondtutumu

D) Əmək haqqı

E) Gəlir


98. Istehsal yükünün və təbii amillərin təsiri nəticəsində əsas istehsal fodlarının faydalı istismar – texniki xassəsinin tədricən itirilməsi hansıdır?

A) Texniki aşınma

B) Mənəvi aşınma

C) Mənəvi aşınmanın bir formasıdır

D) Fiziki aşınma

E) Texnoloji aşınma



99. Müəssisənin balansında olan yaşayış binaları, poliklinika, klub, kitabxana, kommunal təsərrüfat və s. hansına aiddir?

A) Dövriyyə fondlarına

B) Əsas istehsal fondlarına

C) Qeyri - əsas istehsal fondlara

D) Qeyri – istehsal əsas fondlara

E) Dövriyyə vəsaitlərinə



100. Hər hansı məhsulun maya dəyərində iqtisadiyyatın hansı sahəsinin xidmətləri bir maddə kimi iştirak edir?

A) Kənd təsərrüfatı

B) Sənaye

C) Rabitə

D) Nəqliyyat

E) Tikinti



101. Məhsulun maya dəyərinin aşağı salınmasına hansı qulluq edir?

A) Əmək haqqının artması

B) Işçilərin sayının artırılması

C) Nəqliyyat xərclərinin artması

D) Material sərfi normalarının artması

E) Əmək məhsuldarlığının yüksəldilməsi



102. Inşaat materialları istehsalı iqtisadiyyatın hansı sahəsində təşkil olunur?

A) Nəqliyyat

B) Kənd təsərrüfatı

C) Tikinti

D) Sənaye

E) Rabitə



103. Hansı istehsalın idarə edilməsinə daxil edilmir?

A) Standartlaşdırma

B) Təşkil

C) Planlaşdırma

D) Normalaşdırma

E) Cavab yoxdur



104. Vaxt norması artdıqca, istehsal norması:

A) Artır


B) Eyni dərəcədə azalır

C) Qismən azalır

D) Qismən artır

E) azalır



105. Texniki vaxt normasının tərkibinə nə aid edilməməlidir?

A) Köməkçi vaxt

B) Hazırlıq – tamamlama vaxtı

C) Əsas vaxt

D) Cavab yoxdur

E) Iş yerinə xidmət vaxtı



106. Fəhlələrin sayını təyin etmək üçün hansı məlumatdan istifadə edilmir?

A) Müəssisənin iş rejimi və növbələrin saat hesabı ilə müddəti

B) Müəyyən plan dövrü üçün verilən istehsal proqramı

C) Işin əməktutumluğunu müəyyən edən vaxt normaları, istehsal normaları

D) Müəssisədə orta əmək haqqının səviyyəsi

E) Istehsal normalarının həqiqətdə nə dərəcədə yerinə yetirildiyi haqqındakı məlumat



107. Tətbiq dövrlərinə görə material sərfi noirmalarına hansı aid edilmir?

A) Aylıq


B) Illik

C) Rüblük

D) Fərdi

E) Operativ cari



108. Tətbiq miqyasından asılı olaraq material sərfi normələrına hansı aid edilir?

A) Aylıq


B) Illik

C) Rüblük

D) Toplu

E) Operativ cari



109. Normalaşdırma obyektindən asılı olaraq material sərfi normalarına hansı aid edilir?

A) Toplu


B) Illik

C) Fərdi


D) Rüblük

E) Məmulat üzrə



110. Hansı materialların qənaət edilməsinə xidmət etmir?

A) avadanlıqlardan istifadənin yaxşılaşdırılması

B) Istehsal tullantılarının azaldılması

C) Istehsalın kimyalaşdırılması

D) əvəzedici materiallardan istifadə

E) Istehsalın həcminin artırılması



111. Əsas istehsal fondlarına hansı cəhət xas deyil?

A) Bir çox istehsal tsikllərində iştirak edir

B) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə tamlıqla keçirir

C) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə hissə - hissə keçirir

D) Istehsal prosesində öz natural formasını saxlayır

E) Fiziki və kimyəvi xassələrini dəyişmir



112. Hansı cəhət dövriyyə fondlarına xas deyil?

A) Fiziki və kimyəvi xassələrinin dəyişir

B) Öz dəyərini hazır məhsulun dəyərinin üzərinə birbaşa keçirir

C) Istehsal prosesində öz natural formasını saxlamır

D) Bir çox istehsal tsikllərində iştirak edir

E) Hər yeni istehsal tsiklində tamamilə istehlak olunur



113. Istehsal gücünün ekstensiv istifadəsinin yollarına aid edilir:

A) Istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi

B) Gün ərzində istehsal növlərinin sayının artırılması

C) Yeni istehsal sahələrin açılması

D) Kadrların ixtisasının artırılması

E) Əməyin iqtisadi cəhətdən həvəsləndirilməsi



114. Hansı istehsal gücünün intensiv istifadəsini təmin edir?

A) Yeni avadanlıqların alınması

B) Yeni iş yerlərinin açılması

C) Işçilərin sayının artırılması

D) Istehsalın texniki səviyyəsinin yüksəldilməsi

E) Yeni iş sahələrinin açılması



115. Əsas fondların mənəvi aşınmasına aid edilmir.

A) Qənaətli dəzgahların istifadəsi

B) Yeni məhsuldar dəzgahların istifadəsi

C) Daha da ucuz dəzgahların istifadəsi

D) Səmərəli dəzgahların istifadəsi

E) Avadanlığın dəmir hissələrinin paslanması



116. Tarif sisteminə aid edilmir.

A) Tarif əmsalları

B) Tarif – ixtisas arayış kitabçaları

C) Tarif cədvəli

D) Cavab yoxdur

E) Tarif dərəcələri



117. Əsas əmək haqqı formasına aid edilir.

A) On üçüncü əmək haqqı

B) Mükafatlar

C) Yardımlar

D) Vaxtamuzd əmək haqqı

E) Dividentlər



118. Qulluqçuların əsas əmək haqqı forması hansıdır?

A) On üçüncü əmək haqqı

B) Işəmuzd əmək haqqı

C) Işəmuzd – mükafatlı əmək haqqı

D) Mütərəqqi – işəmuzd əmək haqqı

E) Vaxtamuzd əmək haqqı



119. Fəhlənin əmək haqqı nəyə əsasən verilir?

A) Dünya görüşünə

B) Sərf edilən vaxta

C) Təhsil səviyyəsinə

D) Elmi – texniki hazırlığa

E) Tarif sisteminə



120. Müəssisədə idarə heyətinə kimlər aid edilir?

A) Əsas fəhlələr

B) Mühəndis texniki işçilər

C) Köməkçi fəhlələr

D) Xidmətçilər

E) Sürücülər



121. Kimlər bilavasitə məhsul istehsalı ilə məşğuldular?

A) Xidmətçilər

B) Mühəndislər

C) Texniklər

D) Qulluqçqlar

E) Fəhlələr



122. Əmək və əmək haqqı planına hansı göstərici aid edilməməlidir?

A) Fəhlələrin əmək haqqı

B) Işçilərin sayı

C) Mühəndislərin əmək haqqı

D) Qulluqçuların əmək haqqı

E) Rentabellik səviyyəsi



123. Əmək haqqı fondunun hesablanmasında hansı göstərici iştirak etmir?

A) Işçilərin sayı

B) Əmək məhsuldarlığının səviyyəsi

C) Istehsalın material tutumu

D) Məhsul istehsalının əməktutumluğu

E) Istehsalın həcmi



124. Tikinti məhsulunun maya dəyərində hansı maddə daha da yüksək xüsusi çəkiyə malikdir?

A) Nəqliyyat xərcləri

B) Əmək haqqı

C) Materiallar

D) Yanacaq

E) Enerji



125. Əmək haqqının artmasının əsas mənbəyi hansıdır?

A) Iş növbələrinin sayının artması

B) Işçilərin sayının artması

C) Yeni iş yerlərinin açılması

D) Əmək məhsuldarlığının yüksəldilməsi

E) Yeni istehsal sahələrinin açılması



126. Müəssisədə əmək haqqı əmək məhsuldarlığını qabaqlayanda nə baş verir?

A) Maya dəyəri aşağı enir

B) Maddi vəziyyət pisləşir

C) Rentabellik yüksəlir

D) Mənfəət artır

E) Səmərəlilik yüksəlir



127. Əməyin həvəsləndirilməsinin mexanizmi nədir?

A) Qiymət

B) Istehsal planı

C) Maya dəyəri

D) Əmək haqqı

E) Dəyər


128. Əlavə əmək haqqına nə aid edilmir?

A) On üçüncü əmək haqqı

B) Mükafat

C) Maddi yardım

D) Oklad

E) Mənfəətdə iştirak



129. Əmək məhsuldarlığının artmasına nə səbəb olmur?

A) Işçilərin peşəkarlığının artması

B) Istehsalın texniki səviyyəsinin yüksəldilməsi

C) Texnoloji proseslərin yaxşılaşdırılması

D) Işçilərin sayının artması

E) Əməyin təşkilinin yaxşılaşdırılması



130. Müəssisənin iqtisadi üsullarla idarə edilməsinə nə aid olunmamalıdır?

A) Əmək haqqı sisteminin təkmilləşdirilməsi

B) Əmək haqqının verilməsi

C) Mükafatların verilməsi

D) Mənfəətdə iştirak

E) Göstəricilərin verilməsi



131. Bazar iqtisadiyyatı şəraitində istehsalçının əsas məqsədi nədir?

A) Məhsul istehsal etmək

B) Mənfəət əldə etmək

C) Dövlətin sifarişlərini yerinə yetirmək

D) Əhalinin rifa halını yüksəltmək

E) Istehlakçıların sifarişlərini yerinə yetirmək



132. Bazarın təkanverici qüvvəsi nədir?

A) Beynəlxalq maliyyə qurumların yardımı

B) Dövlətin maliyyəsi

C) Iqtisadi rəqabət

D) Bank krediti

E) Yüksək mənfəət



133. Firmanın əsas məqsədi nədir?

A) Istehlakçıların tələblərini yerinə yetirmək

B) Məhsul istehsal etmək

C) Məhsulu reallaşdırmaq

D) Dövlət sifarişlərini yerinə yetirmək

E) Mənfəət əldə etmək



134. Idarəetmənin sadalanan prinsiplərindən hansı biri mövcud deyil?

A) Məqsədə çatmaq vasitələrinin hazırlanması

B) Məqsədin seçilməsi

C) Məqsədə çatmaq vasitələrinin seçilməsi

D) Cavab yoxdur

E) Nəticələrə nəzarət edilməsi



135. Sahibkar digər insanlardan nə ilə seçilir?

A) Qərar verməkdən çəkinir

B) Təşəbbüskarlaqla seçilmir

C) Mövqesiz və ideyasız adamdır

D) Yaradıcı, təşkilatçı, ağıllı, risk etməyə qadir olan adam

E) Novator deyil



136. Sahibkarlığın funksiyalarına nə aid deyil?

A) Yeni iş üsullarından və texnologiyalardan istifadə etmək

B) Bütün resurslardan səmərəli istifadə etmək

C) Əsas məsələlər üzrə qərar qəbul etmək

D) Cavab yoxdur

E) Riskə getməyi bacarmaq



137. Müəssisənin ixtisaslaşması nədir?

A) Müəssisədə istehsalın universallığı

B) Onun səyinin konkret məhsul istehsalına yönəldilməsi

C) Müəssisədə istehsal prosesinin çoxsahəliyi

D) Onun başqa müəssisələrlə kooperasiya əlaqlərinin yaradılması

E) Onun iriləşməsi



138. Müəssisənin kooperasiyalaşması nədir?

A) Müəssisədə bir neçə istehsalların təşkili

B) Onun başqa müəssisələrlə istehsal əlaqələrinin yaradılması

C) Onun səyinin konkret məhsul istehsalına yönəldilməsi

D) Müəssisənin iriləşməsi

E) Müəssisədə istehsalın həcminin məhdudlaşdırılması



139. Müəssisənin kombinələşməsi nədir?

A) Onun konkret məhsul istehsalında ixtisaslaşması

B) Müəssisədə bir neçə istehsalların təşkili

C) Digər müəssisələrdə istehsal əlaqələrinə girməsi

D) Müəssisənin təmərküzləşməsi

E) Müəssisədə istehsalın sıxlaşması



140. Müəssisənin təmərküzləşməsi nədir?

A) Onun iriləşməsi

B) Onun sıxlaşması

C) Onun ixtisaslaşması

D) Müəssisənin yeni əlaqələrinin yaradılması

E) Onun texniki səviyyəsinin yüksəldilməsi



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin