Jqut normal hava temperaturunda 1 saat, soyuq havalarda 30 dəqiqə qoyulmalıdır



Yüklə 21,92 Kb.
səhifə2/6
tarix14.05.2022
ölçüsü21,92 Kb.
#57964
1   2   3   4   5   6
life

Plevral boşluqdakı qanaxma – döş qəfəsinin zərbə nəticəsində zədələnməsi zamanı baş verir. Qan plevral boşluqda yığılaraq ağciyərlərin normal işləməsinə mane olur. Plevral boşluqda qanaxma zamanı zərəçəkən ağır nəfəs alır, güclü qanaxmada isə hətta boğulur.Qarın boşluğundakı qanaxma – qarın nahiyəsinə zərbələr zamanı baş verir. Bir çox hallarda qaraciyər və dalağın ciddi zədələnməsi zamanı müşahidə olunur. Qarınboşluğundakı qanaxmalar zamanı, uyğun olaraq qarın nahiyəsi güclü ağrılar ilə müşahidə olunur. Bu zaman zərərçəkən şoka girir, hətta huşun da itirə bilir.Daxili qanaxmanın əsas əlamətlərin aiddir: gözlənilmədən halsızlıq, hansı ki, vaxt keçdikcə daha da güclənir. Baş gicələnmə, gözlərin qaralması, soyuq tər, qulaqda küy, susuzluq, nəfəs alma səthi və sürətlidir. Nəbzin vurma sürəti artmışdır, insan xaricən solğun görünürDaxili qanaxmalar zamanı ilkin tibbi yardım: Zərəçəkmişi aşağı ətrafları yığılmış, yarım oturaq vəziyətdə gətirərək (plevral boşluqdakı qanaxmalar zamanı) və ya uzadaraq (qarın boşluğundakı qanaxmalar zamanı) daxili qanaxma lokalizə olan yerə soyuq kompress qoyulmalıdır. Daxili qanaxmalar zamanı, xəstəxanada zərərçəkmiş cərrahi müdaxiləyə məruz qalacağı səbəbindən qida, su və ağrı kəsici dərman preparatı vermək qəti qadağandır! Zərəçəkmişin dərhal xəstəxanaya çatdırılması zəruridir. Daxili qanaxması olan insanı nəqliyyatla daşımaq çox təhlükəlidir. Buna görə də zərərçəkmişi xəstəxanaya yalnız həkimin müşayiəti ilə aparmaq olar. Bunun üçün dərhal “təcili yardım” çağırılmalıdır.

Zərərçəkmiş arxası üstə sərt əşya üzərinə (döşəməyə, yerə, taxtın üstünə) uzadılır; (zərərçəkmişi yumşaq yerlərə - divan, kreslo, çarpayı üstünə uzatmaq olmaz!)Yardım göstərən şəxs zərərçəkmişin yanına keçərək, (sol tərəf daha uyğundur) döş qəfəsinin hər iki tərəfindən aşağı qabırğaların döş sümüyünə birləşən yerini, yəni xəncərvari çıxıntını tapır və sol əlinin ovuc hissəsini həmin yerdən 2-3 sm (1-2 barmaq) yuxarı olmaqla, döş sümüyünün orta-aşağı hissəsinin üzərinə qoyur. Sonra əllərini çəpəki bir-birinin üzərinə qoyaraq, bir qədər önə əyilib, bütün ağırlığını qollarına salır. Bu vəziyyətdə döş qəfəsini 5-6 sm az olmayaraq dərinliyə təkanvari sıxıb buraxırıq. İlk təkanı yüngül edərək, döş qəfəsinin cavab reaksiyasına baxmaq lazımdır. Bu cür təkanvari hərəkətlər 1 dəqiqədə 100-110 dəfə təkrarlanır. Fasilə zamanı əllər döş sümüyü üzərindən götürülməməli, yalnız mil-bilək oynağında düzləndirilməli və əlin ovuc səthi döş qəfəsindən bir qədər aralanmalıdır.Ürək masajı ilə süni tənəffüs birgə aparılmalıdır. Əgər, bu tədbirlər bir nəfər tərəfindən həyata keçirilirsə, onda hər 30 ürək masajından sonra 2 dəfə "ağızdan-ağıza" üsulu ilə süni tənəffüs verilir. Ürək-ağciyər reanimasiyası iki şəxs tərəfindən icra edildiyi hallarda, hər 10 ürək masajından sonra "ağızdan-ağıza" üsulu ilə  1 süni tənəffüs verilir.2 dəqiqə reanimasiya edici müdaxilə edildikdən sonra, zərərçəkmişin vəziyyəti yoxlanılmalıdır. Zərərçəkmiş özünə gəldiyi təqdirdə, onu yanakı şəkildə uzanmasını təmin edərək, tibbi yardım maşınının gəlməsini gözləmək lazımdır!




Yüklə 21,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin