Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri
71
xətkeşdən istifadə edin.
Ölçünü müəyyən etdikdən sonra, ədviyyat,
bitki çayları və dərman bitkilərin ölçüsünə
görə (kiçik, orta, iri) qruplaşdırın.
Öyrəndiyiniz ədviyyat, bitki çayları və
dərman bitkilərinin çəkisini elektron
tərəzidən istifadə edərək müəyyən edin.
Çəkiyə görə qruplaşmadan istifadə edərək,
öyrəndiyiniz tərəvəzin hansı qrupa aid
olduğunu müəyyən edin.
5.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin sortlarının təyini
Öyrəndiyiniz ədviyyat, bitki çayları və
dərman bitkilərinin növünün müxtəlif sort
nümunələrini götürün.
Botaniki təsvirdən və sort seçmə
meyarlarından istifadə edərək, sizə lazım
olan sortu təyin edin.
İstifadə edilməli resurslar:
Canlı bitkilər, onların təzə və konservləşmiş məhsuldar hissələri - 12-15 ədəd
Herbarilər və mulyajlar - 12-15 ədəd;
Şəkillər və cədvəllər - 12-15 ədəd;
Sorğu materialları - 12-15 ədəd;
Texniki və ya elektron tərəzi seçici lövhə, metal çubuq, bıçaq və ya pinset - hər
birindən - 12-15 ədəd;
Toxumları cücərtmək üçün qab, şüşə lövhə, şüşə çubuq- su, tənzif, süzkəc kağızı,
yuyulmuş qum;
Millimetrlərə bölünmüş xətkeş və ya millimetrlik ölçülü kağız lenti- 15 ədəd;
Qeydiyyat üçün kağız və qələm.
İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
72
Praktik tapşırıq 1.1
-in icrası üçün tələb olunan aşağıdakı cədvəldə verilən bacarıqlardan
hansına sahib olduğunuzu “Bəli”, sahib olmadığınızı “Xeyr” ilə işarə edin.
Qiymətləndirmə ölçüsü
Bəli
Xeyr
1.
Tapşırığı yerinə yetirmək üçün tələb olunan bitkini əldə etdinizmi?
2.
Tədarük edilən bitkilərin növünü müəyyənləşdirdinizmi?
3.
Təsərrüfat nişanələrinə və ya yeyilən hissələrinə görə
qruplaşdırdınızmı?
4.
Götürdüyünüz bitki növünün hansı fəsilənin nümayəndəsi
olduğunu müəyyən edinizmi?
5.
Vegetativ və generativ orqanların ayrı-ayrılıqda formalarını
(mövcud standartlara əsasən) müəyyən edərək təsvir etdinizmi?
|