İXTİsas- menecment iXTİsaslaşma- strateji İdarəetmə


KSM-in şirkətlərdə təşkilati davranışa təsirləri



Yüklə 115,99 Kb.
səhifə3/3
tarix03.05.2023
ölçüsü115,99 Kb.
#106925
1   2   3
UNEC 1683106069

KSM-in şirkətlərdə təşkilati davranışa təsirləri


Müasir dövrdə şirkətlər arası rəqabət tam fərli bir müstəviyə keçib. Əvvəllər şirkətlər məhsul, qiymət və keyfiyyət üzərindən rəqabət aparırdılar: daha funksional məhsul istehsal etməyə, daha sərfəli qiymət və ya daha üstün keyfiyyə təqdim etməyə çalışırdılar. İndi isə məhsullar arasında demək olar ki fərq qalmayıb. İstehsal standartları o qədər təkmilləşib ki, keyfiyyətsiz məhsul buraxmaq mümkün deyil, qiymət salmaq şirkətin özünə ziyan edir, məhsulu dəyərsizləşdirir. Məhsullar brend dəyəri hesabına fərqlənməyə və loyallıq qazanmağa çalışır. KSM layihələri də məhz brendin müsbət imicini artırır, potensial müştəri gözündə brendə xallar qazandırır.
Elektrik enerjisindən daha az istifadə texnologiyaları, ofislərdə daha az sənədin çap olunması, avtomobil nəqliyyatının məhdudlaşdırılması kimi korporativ sosial məsuliyyət layihələri nəticədə daha çox qənaət etməyə səbəb olur. Elektrikdən daha qənaətli istifadə istəyi ağıllı evlərin inkişafına təkan verdi, ağacların qorunması üçün ofislərdə lazımsız sənədlərin çap olunmaması təşviq olunur, havanın çirklənməsinin qarşısını almaq üçün avtomobillərə tədbiq olunan yüksək vergilər elektrik avtomobillərin inkişafına daha çox stimul verir. Nəticəsə şirkətlərin, ümumilikdə cəmiyyətin iş səmərəliliyi artır, xərcləri azalır, bununla da mənfəət göstəriciləri artır.
Fərz edək ki, alış-veriş mərkəzində bir neçə ayaqqabı mağazası var, hamısında bəyəndiyimiz ayaqqabılar satılır. Amma TOMS mağazısından ayaqqabı alsaq, bir dəst ayaqqabı Afrikada ehtiyacı olan bir uşağa hədiyyə olunacaq. Əlbəttə, bu mağazadan alınan ayaqqabılara üstünlük verərik.
Başqa bir təsir şirkətin işçilərinə olan təsir imkanlarıdır. Şirkətlərin işçiləri də adi insanlardır. Onlar üçün bəlkə də maaşdan çox şirkətə mənsubiyyət daha böyük motivasiyadır. Əgər şirkət xeyirli, faydalı və fəxr olunacaq bir işlə məşğul olursa əmin ola bilərik ki, işçilərdə həmin şirkətdə işləməyi ilə fəxr edəcək. Şirkətin korporativ sosial məsuliyyət siyasətini yaşadan, həyata keçirən işçilərdir, bunu sevərək etmələri nəticəsində şirkətin fəaliyyətinin effektivliyini artacaq, şirkətin uğurunu təşviq edəcəkdir.
Ümumiləşdirsək, KSM-nin şirkətlər üçün potensial faydalarına aşağıdakılar daxildir:

  • daha yaxşı marka tanınması.

  • müsbət işgüzar reputasiya.

  • artan satış və müştəri loyallığı.

  • əməliyyat xərclərinə qənaət.

  • daha yaxşı maliyyə göstəriciləri.

  • istedadı cəlb etmək və işçi heyətini saxlamaq üçün daha böyük imkanlar.



Yüklə 115,99 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin