Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   10   ...   26
town  University)  ərəb  dili  və  ədəbiyyatı  ixtisası 

üzrə  Doktorantı,  Dövlət  Departamentinin  könüllü 

vətəndaş  səfiri  kimi  xidmət  etmiş  Kərimə  Davuda 

mənsubdur:  Davud: “Müxtəliflik gözəllikdir”, – deyə 

fikrini tamamlayır.

11  sentyabr  hücumu,  müsəlman  amerikalıların 

ictimai  və  siyasi  işlərdə  daha  da  fəallaşmasına, 

problemlərin  həllində  daha  yaxından  iştiraklarına, 

qeyri-müsəlman  təşkilatları  ilə  ittifaq  qurmağa, 

dözümsüzlüyə  və  zorakılığa  qarşı  çıxışda  qorxu 

elementlərinin  aradan  qalxmasında  daha  maraqlı 

olmalarına  da təkan verdi. 

Harvard Universitetindən olan redaktor və yazı-

çı  Nafis  Syed  (Nafees  Syed)  www.altmuslim.com 

İnternet səhifəsində gedən müstəqil müzakirədə be-

lə söyləmişdi: “Bu bir faktdır ki, üzərinə məsuliyyət 

götürməsi  və  siyasətə  qoşulması  amerikalı  müsəl-

manların  Amerika  sosial  həyatının  bir  parçası  ol-

masına  eyni  zamanda,  onların  vətənpərvərlik 

duyğularına təsir edir”. 

Prezident  Con  F.Kennedinin  ifadəsini  xatırlada-

raq  Syed  davam  edir:  “Məsələ  təkcə  Amerika  mü-

səlmanlarının  ölkənin  siyasi  həyatında  iştirakının 

onlara  necə  kömək  edəcəyində  deyil,  həm  də 

Amerika  müsəlmanlarının  bu  ölkəyə  necə  kömək 

edəcəyindədir”.

Böyük  bir  toplum  olaraq,  Amerika  müsəlman-

larının  əksəriyyəti  sünnilərdir,  lakin  burada  xeyli 

sayda  şiələr  və  sufi  ənənələrinə  sadiq  qruplar  da 

yaşayırlar. Bu müxtəlifliyə baxmayaraq, 2007-ci ildə 

nəşr olunmuş “Amerika İslamı: Dinin əsası uğrunda 

cihad” (American Islam: The Struggle for the Soul of 



a  Religion)  kitabının  müəllifi  Paul  Baret  (Paul  Bar-

rett) deyir: “Bu müxtəlifliklər başqa bir yerdə daha 

bariz  üzə  çıxardı,  lakin  onlar  Amerika  cəmiyyətini 

xarakterizə  edən  plüralizmin  içərisində  itib-

batmışdır…  Mühacirlərin  çoxu  ambisiyalı  bir  addım 

ataraq,  qitələri  və  okeanları  keçib  köhnə  dünyanın 

ziddiyyətlərindən  qurtulmaq,  mükəmməl  təhsil 

almaq,  iqtisadi  vəziyyətlərini  yaxşılaşdırmaq  və 

uşaqlarının gələcəyini daha gözəl qurmaq məqsədilə 




26

Xüsusİ günlər

Foto

Qalereya


buraya gəlirlər”.

İnamın  təkmil  forması  –  qadınların  rolunun 

daha  da  artması,  yevangelist  xristian  kilsələrinə 

bənzər  möhtəşəm  məscidlərin  sayının  çoxalması 

müntəzəm inkişaf edən, bənzərsiz Amerika İslamının 

xüsusiyyətləri arasındadır.

“Mən  müəyyən  etdim  ki,  Amerikada  müsəlmanlar 

öz  inamlarını,  etnik  mənşələrini  və  milli  ənənələrini 

çox  müxtəlif  formalarda  məskunlaşdıqları  torpağın 

dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda 




27

Saat  əqrəbi  istiqamətində  yuxarıdan:  Qızlar  Təklif 

mərasimində

1

 Nəval Davudun (Nawal Daoud) əlində 



tutduğu Quranın altından keçərkən; Hafiz Əzübeyir 

(Hafiz    Azzubair)  insanları  səsverməyə  çağıran  afi-

şalar asarkən; Rutgers Universitetinin tələbəsi Liliya 

Həlvani (Lelia Halwani) (solda) və Nadia Şeyx (Nadia 

Sheikh) yaşadıqları Nyu Cersi ştatının Nyu Brunsvik 

şəhərində  dindarlara  məxsus  yataqxanada  qəbul 

zamanı (New Brunswick, New Jersey).

Həddi-büluğ yaşına çatmanın qeyd edildiyi gün. red.



yoxdur  və  əvvəlki  mühacir  qruplarında  da  belə  bir 

qayda olmamışdır... Mən inanıram ki, müsəlmanların 

assimilyasıyası  haqqında  yalnız  bir  hekayə  deyil, 

saysız-hesabsız hekayələr olacaqdır”.




28

Bu  səhifədə.  Saat  əqrəbi  istiqamətində  aşağıda  soldan:  Halal  hind  toyuğu  Şükranlıq  Günü  naharında  süfrəyə 

verilərkən – Missuri ştati, St.Luis; qızlar Ramazan oruclarını xurma ilə açarkən – Nyu Cersi ştatı, Paterson; Fəvad 

Yaqub (Fawad Yacoob) Kaliforniyada milli ənənəvi mərasimdə (Waves ceremony) xeyir-dua edərkən; kişilər Rama-

zan bayramında qucaqlaşıb, bir-birini təbrik edərkən – Texas ştatı, Tiler.  Qarşı səhifədə. Malayziyalı Tələbələr 

Assosiasiyası  Tennessi  ştatının  Naşvil  şəhərindəki  (Nashville,  Tennessee)  Vanderbilt  Universitetinin  məzunluq 

mərasimlərini qeyd edərkən. 



29

“Mən müəyyən etdim ki, Amerikada müsəlmanlar öz inamlarını, etnik 

mənşələrini və milli ənənələrini çox müxtəlif formalarda məskunlaşdıqları 

torpağın dəyərləri ilə birləşdirirlər. Burada hər hansı bir qayda yoxdur və 

əvvəlki mühacir qruplarında da belə bir qayda olmamışdır... Mən inanıram 

ki, müsəlmanların assimilyasiyası haqqında yalnız bir hekayə deyil, saysız-

hesabsız hekayələr olacaqdır”. 

 –Paul Baret–




30

A M E R İ K A N

P R O F İ L İ 

 

Gənc müsəlmanlar öz sözlərini deyirlər



Yuxarı  sırada.  Soldan:  İmam  Xalid  Lətif  (Imam  Khalid  Latif);  kinorejissor  Lena  Xan  (Lena  Khan);  rəssam  Həba 

Amin (Heba Amin).  Aşağı sırada. Soldan: Biznesmen Musa Şeyb (Moose Scheib); modelyerlər Nila Haşmi (Nyla 

Hashmi) və Fatimə Monkuş (Fatima Monkush); müğənni Kərim Salama (Kareem Salama); jurnalist Kiran Xalid 

(Kiran Khalid). Üzbəüz səhifədə. Ən sağda: Həba Aminin “Bədəvi qız”əsəri .




31

Rəssam 


Həba 

Amin


28 

yaşlı 


müasir 

rəssam  Həba  Amin  ağlı 

kəsəndən şəkil çəkir. Kol-

lecin  ilk  illərində  təhsil 

aldığı  vaxtlara  qədər, 

o,  incəsənətin  onun  maraq  sahəsi  olacağını 

düşünmürdü.  Həmin  vaxtlarda  riyaziyyat  üzrə 

ixtisaslaşmış  Amin  ilk  dəfə  özünü  memar 

kimi  təsəvvür  etmişdi.  O  indi  Minneapolisdə 

yaşayır.


  Amin  Misirin  Qahirə  şəhərində  anadan 

olmuş  və  orada  boya-başa  çatmışdır.    Onun 

mərhum  atası  interyer  dizayneri,  anası  isə 

Aminin  bağça  yaşlarından  başlayaraq,  12  il 

təhsil aldığı özəl Amerika məktəbində inzibati 

işçi olmuşdur.   

Orta  məktəbi  bitirəndən  sonra  Amin  özəl, 

liberal  incəsənət  məktəbində  –  Minnesotanın 

St.Paul  şəhərindəki  Makalester  Kollecində 

(Macalester  College)  təhsil  almaq  üçün  ABŞ-a 

gəlmişdir.  Təhsilinin  üçüncü  ilində  Amin 

dərk  etdi  ki,  onun  könlü  riyaziyyatda  deyil, 

incəsənətdədir.  2002-ci  ildə  o,  art-studiyada 

yağlı boya ilə iş üzrə bakalavr dərəcəsi aldı. 

Amin  Birləşmiş  Ştatlarda  yaşayarkən 

“Ərəb  mənşəli  amerikalı  sənətkarlar  ensiklo-

pediyası”nın  (Encyclopedia  of  Arab  American 


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin