Itabın üz qabığında şəkilləri verilmiş gənc qadınların hər ikisi müsəlmandır. Onlar



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix02.01.2022
ölçüsü8,49 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   26
Müəllif  Əbu  Patel  (Eboo  Patel)  İllinoys  ştatının 

Çikaqo  (Illinois,  Chicago)  şəhərində  fəaliyyət 

göstərən  Dinlərarası  Gənclər  Mərkəzinin  icraedici 

direktorudur. O, dinlərarası hərəkatın lideridir. 

3



4

Amerikada həyat qurmaq




5

Y

er  kürəsinin  hər  bir  guşəsindən  Amerikaya 



mühacirlər  gəlmişlər.  İnsanlar  müxtəlif  ol-

salar  da,  onların  buraya  gəlmə  səbəbləri 

oxşardır: Bəziləri köhnə həyat tərzindən qurtulmaq, 

digərləri yeni həyat tərzi tapmaq üçün. Bəziləri zülm-

dən,  bəziləri  isə  adətlərin  qandalından,  kasıbçı-

lıqdan  qurtulmaq  və  ya  sadəcə,  bəxtlərini  sınamaq 

məqsədilə gəliblər. Onların çox böyük hissəsi 19-cu 

əsrdə Avropadan, 20-21-ci əsrlərdə isə Asiya, Afrika, 

Yaxın Şərq, Mərkəzi və Cənubi Amerikadan gəlmişdir. 

Mühacirlər  buraya  ümidlə  üz  tuturdular.  Çox  vaxt 

onların ümidləri cüzi, ilkin təəssüratları isə qarışıq olur-

du. Bu yeni amerikalılar yerləşdikləri yerdə  onların 

işçi  qüvvəsinə  kəskin  ehtiyac  olduğunu  görürdülər. 

Lakin bəziləri – yeni gələnlərin adət və ənənələrinə 

bələd olmayanlar,  onlarla yad adamlar kimi davranır 

və  onların  nə  vaxtsa  əsl  amerikalı  olacağına  inan-

mırdılar.  Onlar  yanılırdılar.  Azadlıqları,  dinləri,  zəh-

mətkeşlikləri  ilə  hər  bir  mühacir  dəstəsi  Amerika 

cəmiyyətinə  fərqli  töhfələr  verir,  cəmiyyətimizi  və 

mədəniyyətimizi  zənginləşdirir,  həmişə  dinamiklik, 

inkişaf mənasını bildirən, bizi bir-birimizə bağlayan 

bir sözü formalaşdırırlar: amerikalı. Bu gün bu həm 

də amerikalı müsəlmanların hekayəsidir.  

Abdül və Məcdə Əlsaadi  (Abdul and Majda Alsaadi) Vol-Mart mağazasında.  Dearborn, Miçiqan.




1

965-ci  ildə  immiqrasiya  haqqında  qəbul 

olunmuş yeni qanun yeni amerikalıların mə-

lum  axınında  böyük  dəyişikliklər  yaratdı. 

Artıq  milli  mənşəyə  görə  müəyyən  olunmuş  bölgü 

kimlərin buraya gələ biləcəyini müəyyənləşdirmirdi. 

Onun yerini ailə münasibətləri və iş bacarıqları üzrə 

kateqoriyalar tutdu. Bu dəyişikliklə də Mühacirlərin 

sayı artdı. Cənubi Asiya və Yaxın Şərqdən ilk nəzərə 

çarpacaq  dərəcədə  böyük  bir  müsəlman  qrupu 

Birləşmiş  Ştatlara  daxil  oldu.  Onlar  19-cu  əsrdə 

gələn  Amerika  immiqrantlarından  fərqlənirdilər. 

Amma bugünkü yeni amerikalılar da Amerikanın so-

sial, iqtisadi və siyasi həyatında öz yerlərini tapmaq-

da köhnə immiqrantların problemləri ilə üzləşdilər. 

İki  bacıya  –  Asiya  və  İman  Bondaiyə  (Assia,  Iman 



Boundaoui)  diqqət  yetirin.  Onların  valideynləri 

Əlcəzairdəndirlər və qızlar İllinoysda, Çikaqo yaxınlı-

ğında  müsəlman  amerikalılar  kimi  boya-başa  çat-

mışlar.  Milli  İctimai  Radionun  (National  Public  Ra-



dio  (NPR))  verdiyi  məlumata  görə,  Asiya  və  İman 

həm uşaqlar üçün olan “Naykloden” (Nickelodeon), 

həm  də  “Əl-Cəzirə”  xəbərlər  kanallarına  baxaraq 

böyümüşlər.  Onlar  yemək  üçün  bəzən  “Kentukki 

Tabakası”  yeməkxanasını,  bəzən  isə  sevimli  falafel

1

  



restoranlarını seçirdilər.

1   Yaxın Şərqə aid lobyadan və ya digər paxlalı bitkilərdən 

hazırlanmış ədviyyatlı yemək. red.

Gündəlik həyat

Foto

Qalereya


6


Üzbəüz səhifədə. Yuxarıda solda: Sədəf Butt (Sadaf 

Butt) hicabını səliqəyə salarkən. Aşağıda solda: Kon-

qresin  müsəlman  üzvləri  Vaşinqtonda  Kapitolidə 

fasilə  vaxtı.  Bu  səhifədə.  Yuxarıda:  Dizayner  Bruk 

Səməd (Brook Samad) fabrik nümunələrini müqayisə 

edərkən.  Sağda:  Təhqiq  Abbasi  (Tahqiq  Abbasi)

özünün  Nyu  Cersidə  –  Yunion  Sitidəki  (Union  City, 

New Jersey) parça dükanında.

7



8

20 yaşlı Asiya Milli İctimai Radioya müsahibəsin-

də  demişdir:  “Amerikada  deyə  bilərik  ki,  biz,  hər 

şeydən əvvəl, müsəlmanıq. Mənə elə gəlir, bizi əsas 

fərqləndirən də budur. Lakin başqa ölkədə, məsələn, 

hər  hansı  bir  müsəlman  ölkəsində  isə  biz  amerikalı 

olduğumuzu deyə bilirik”.

Onların hekayəsi həm diqqətəlayiqdir, həm də o 

qədər yox. Etnik və dini kombinasiyanın vəhdətindən 

yaranmış  bu  yeni  nəsil  özünü  daha  çox  amerikalı 

hesab edir. 

“Ateizmin  qəbul  edilməsi:  Qərbə  yollanan 

müsəlmanların  əhvalatları”  əsərinin  müəllifi,  İran 

mənşəli amerikalı Behzad Yağmaiyan (Behzad Yagh-



maian)  müşahidələrinə  əsasən  demişdi:  “Amerika 

həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün 

həmişə  ümidlər  məkanı  olmuşdur.  Hələ  də  onların 

buraya  gəlməsinin  səbəbi  Amerikanın  onlara  öz 

ölkələrində tapmadıqlarını təklif etməsidir”. 

Müsəlman  amerikalılar  ailə  ənənəsini  davam 

etdirirlər. Lakin onlar fərd olaraq, bir nəslə mənsub 

ölkəyə deyil, hər kəsə azadlıq, imkanlar və bərabər 

hüquqlar  ideyası  üzərində  qurulmuş  bir  ölkəyə 

müqayisəedilməz dərəcədə böyük töhfələr verirlər.

Tarixçi Hasia Dinər (Hasia Diner) yazır: “Birləşmiş 

Ştatların  tarixi  boyunca  hər  bir  əsrdə  dünyanın 

müxtəlif  guşələrindən  qadınlar  və  kişilər  Amerika 

təcrübəsinə  meyil  ediblər.  Onlar  həmin  dövrdə 

Amerikaya  yad  olan  əcnəbilər,  dil,  mədəniyyət  və 

din təmsilçiləri kimi daxil olurdular. Zaman keçdikcə 

Birləşmiş  Ştatların  mədəniyyəti  haqqında  ideyalar 

da  dəyişdi,  mühacirlər  və  onların  törəmələri 

etnik  icmalarını  qurmaqla  yanaşı,  eyni  zamanda 

Amerikanın  ictimai  həyatında  yaxından  iştirak 

edərək, ölkəyə öz töhfələrini verirdilər”.



9

Saat  əqrəbi  istiqamətində  solda:  Abdi  Məhəmməd  

(Abdi Mohamed) Nebraskadakı (Omaha) baqqaliyyə 

dükanında axşam namazını qılarkən; ailə İnternetdə 

axtarış  apararkən  –  Nyu  York  ştatı,  Bruklin  (New 

York,  Brooklyn);  Süsən  Fəzlullah  (Susan  Fadlallah) 

Ramazanda  iftar  yeməyi  hazırlayarkən.  Mərkəzdə: 

Qəssab  Nəhmi  Mənsur  (Nehme  Mansour)  halal  əti 

ət maşınından keçirərkən – Miçiqan.



10


11

Saat  əqrəbi  istiqamətində  solda:  Doktor  Maya  Ham-

mud  (Maya  Hammoud)  ərəbcə  yazdığı  tibbi  qeydlər 

kitabçasını  əlində  tutub;  Nyu  York  şəhərinin  illik  “Ən 

Yaxşı  Küçə  Yeməyi  Satıcısı”  mükafatının  qalibi  Samiul 

Haqq Nurdur (Samiul Haque Noor); Məhəmməd Atvinin 

(Mohamed  Atwi)  kartında  Vol-Mart  dükanının  adı  iki 

dildə qeyd olunub.

M

üsəlman  amerikalılar  Amerika  stan-



dartlarına  görə  hədsiz  dərəcədə 

müxtəlifdirlər. 

Onlar 

Amerikadakı 



digər  mühacir  qruplardan  kəskin  fərqlənirlər.  Belə 

ki,  müsəlman  amerikalıları  irqlərinə  və  millətlərinə 

görə  müəyyən  etmək  olmur.  Bu  baxımdan,  on-

lar  kökləri  İspaniyadan,  daha  çox  Latin  Amerikası 

ölkələrindən  və  Karib  adalarından  olan,  ispan 

mənşəli amerikalılara daha yaxındırlar. 

Əgər  biz  Cənubi  Asiya,  Yaxın  Şərq,  Cənub-Şərqi 

Asiya, Avropanın Balkan regionu, Afrika və az sayda, 

lakin artmaqda olan ispan müsəlmanlarını da əhatə 

etsək,  müsəlman amerikalılar daha da müxtəlif ola 

bilər.

Birləşmiş  Ştatlarda  əhalinin  sayı  insanların 



dinlərinə  görə  müəyyən  edilmədiyindən  müsəlman 

əhalinin  sayı  haqqında  rəsmi  məlumat  yoxdur. 

Təxmini hesablamalara görə, onların sayı 2 milyon-

dan  7  milyona  qədərdir  və  ya  daha  çoxdur.  Bunlar-

dan  34  faizi  Pakistan,  yaxud  Cənubi  Asiya  mənşəli 

müsəlmanlar və 26 faizi isə ərəblərdir.  

Müsəlman  amerikalıların  25  faizi  isə  yerli  mü-

səlmanlar, əsasən də Afrika mənşəli amerikalılardır. 

Bu  da  müxtəlif  mənşəli  müsəlman  amerikalıların 

tərkibcə  daha  da  zənginləşməsinə  gətirir.  Başqa 

sözlə,  müsəlman  amerikalıların  tarixi  haqqında 

hekayə  təkcə  immiqrasiya  və  amerikalılaşmadan 

ibarət deyil. Bu hekayə Amerika tarixində ən mühüm 

mövzunun – irqi bərabərlik uğrunda mübarizənin bir 

hissəsidir.  

Ö

lkənin hər yerində – həm şəhər mərkəzlə-



rində,  həm  də  şəhərdən  kənar  ərazilərdə 

məscidlər,  müsəlmanlara  mənsub  sosial 

və mədəni qurumlar var. Birləşmiş Ştatların ilk İslam 

tarixi  muzeyi  –  Beynəlxalq  Müsəlman  Mədəniyyəti 

Müzeyinə  getmək  istəyirsinizsə,  Nyu  York,  yaxud 

Vaşinqtona  səyahət  barəsində  düşünməyin.  Bu-

nun  əvəzində,  ərəb  mənşəli  amerikalıların  sıx  məs-

kunlaşdığı Missisipiyə (Mississippi) – Ceksona (Jack-



son); Miçiqana – Dearborna gedin. Cənubi Asiya və 

Karyera


Foto

Qalereya



Afrikadan  olan  müsəlmanlar  Nyu  York  –  Nyu  Cersi 

ərazisində seçilən və inkişafda olan bir icma qurublar. 

Böyük  sayda  somalililər  Minneapolis  və  Minnesota 

ştatının  St.Paul  şəhərində  məskunlaşıblar.  Cənubi 

Kaliforniya  ölkədə  olan  İran  mənşəli  amerikalıların 

ən çox məskunlaşdığı  yerdir.

Bununla  belə,  bu  etnik  icmalar  heç  də  mono-

lit  deyil.  Dearbornda  və  digər  yerlərdə  yaşayan 

ərəblərin  çoxu  müsəlman  deyil,  xristiandır.  Los 

Ancelesdə  yaşayan  iran  mənşəli  amerikalıların  bir 

hissəsi isə yəhudidirlər.

Müxtəliflik  haqqında  bu  cür  ümumi  danışılma 

vəziyyəti  aydın  təsəvvür  etmək  əvəzinə,  daha  çox 

çaşqınlıq  yaradır.  Onların  nümayəndələrinin  təc-

rübələrini öyrənmək daha yaxşı olardı.

Afrika  mənşəli  amerikalı  şairə  Maya  Ancelou 

(Maya  Angelou)  deyir:  “Biz  bilməliyik  ki,  Ameri-

kada  müxtəliflik  xalça  üzərindəki  saysız-hesabsız 

naxışlara  bənzəyir.  Biz  başa  düşməliyik  ki,  xalçanın 

bütün  ipləri  rəngindən,  naxışından  asılı  olmayaraq, 

eyni dəyərə malikdir”.

Məsələn,  çikaqolu  İman  Bondai  bilir  ki,  azadlığı 

sayəsində  baş  örtüyünü  rahat  bağlaya  bilər.  O, 

Fransada  – Parisdə ali məktəb səyahətində olarkən 

özəl  müsəlman  məktəbində  təhsil  alan  bir  qrup 

qızla  görüşünü  xatırlayaraq  deyir  ki,  Fransa  qa-

nununa  görə  dövlət  məktəblərinə  baş  örtüyü  ilə 

gəlməyin  qadağan  edildiyini  biləndə  o  və  dostları 

12



Saat  əqrəbi  istiqamətində  solda:  Milli  Səhiyyə 

İnstitutunun  (National  Institute  of  Health)  keçmiş 

direktoru  Dr.İlyas  A.Zərhuni  (Dr.  Elias  A.  Zerhouni) 

təqdimat  edərkən;  komik  aktyor    Meysun  Zayid 

(Maysoon Zayid) uğurlu çıxışı zamanı; “Sakramento 

Kinqs”in hücumçusu Şərif Əbdur-Rəhim (Shareef Ab-

dur-Rahim)  rəqiblərini  qabaqlayaraq  topu  atarkən; 

Serjant Maqda Xəlifə (Magda Khalifa) ABŞ ordusuna 

məxsus hərbi geyimdə.


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin