1.9. Əsas termodinamiki proseslər İzoxorik proses. Sabit həcmdə ( qazla əmələ gələn prosesə izoxorik proses deyilir. Prosesin başlanğıc və son nöqtələrinin parametrlərinin arasındakı əlaqə aşağıdakı kimidir
yəni izoxorik prosesdə qazın mütləq təzyiqi onun mütləq temperaturu ilə düz mütənasibdir.
Izobarik proses. Sabit təzyiqdə (p=const) qazla əmələ gələn prosesə izobarik proses deyilir. İzobarik prosesin başlanğıc və son nöqtələrinin parametrləri arasındakı əlaqə
yəni izobarik prosesdə qazın həcmi onun mütləq temperaturu ilə düz mütənasibdir.