Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ
““““””
Qİda məhsullarının texnologiyası
”
kafedrası
Fənn: İaşə müəssisələrinin avadanlıqları
Tərtib etdi:
b/m, i.e.d. Nəsrullayeva G.M.
MÖVZU 13.
ISTILIK AVADANLILQARI
PLAN
1.İstilik avadanlıqlarının ümumi quruluş
prinsipi və təsnifatı
2.Aparatların istilik balansı
3. Çoxqatlı müstəvi və silindrik divarlardan
istilikötürmə
İstilik avadanlıqlarının ümumi quruluş prinsipi
və təsnifatı
Qida istehsalı texnologiyasının müxtəlif
sahələrində qida məhsullarının emalı
prosesində müxtəlif təyinatlı istilik mübadiləsi
aparatlarından geniş istifadə olunur.
İstilik aparatlrının təyinatından və onların
növündən asılı olmayaraq ümumi əsas aşağıdakı
hissələrdən ibarətdir:
Işçi kameradan, qızdırma qurğusundan,
gövdədən, istilik izolyasiyasından, örtükdən və
nəzrət-ölçü cihazından.
Müxtəlif forma və ölçülərə malik olan işçi kamerad
qida məhsullarının isti emal prosesləri aparılır. Işçi
kameralar tərpənən və tərpənməz ola bilər.
Qızdırma qurğusunda müxtəlif növ enerjinin istiliyə
çevrilməsi nəticəsində yaranmış istilik işçi kameranın
divarına verilir. Qızdırma qurğusu istilik mənbəyindən
asılı olaraq bərk və qaz yanacaqla işləyən aparatlarda –
ocaqlıq, buxar aparatlarında – buxar köynəyi, elektriklə
işləyən aparatlarda-buxar generatoru adlanır. Bir neçə
aparatlarda (məsələn, elektrik qızartma şkaflarında)
qızdırm qurğusu bilavasitə işlək kamerada yerləşir.
Gövdə-aparatın əsas hissəsi olub, bütün qovşaq
və hissələri quraşdırmaq üçündür. Bəzən çatı
gövdə ilə birlikdə bütöv hazırlanır.
Istilik izolyasiyası istiliyin ətraf mühitə itgisinin
azaldılması və aparatda qulluq edən heyətin
yanmadan mühafizəsi üçün xidmət edir.
Örtük hissəsi izolyasiya materialını
zədələnmədən qoruyur və aparatın xarici
görünüşünə gözəllik verir.
Ölçü-nəzarət cihazları aparatın işə
qoşulması, dayandırılması və düzgün
istismarı üçün təyin edilmişdir. Bunlara
klapan-turbin, ikiqat qoruyucu klapan,
manometr, səviyyə kranı, boşaltma
qısaborusu olan kran daxildir.
Emal və kütləvi qidalanma müssisələrində
tətbiq olunan istilik avadanlıqları texnoloji
təyinatından asılı olaraq universal və
xüsusi təyinatlı ixtisaslaşıdırlmış
avadanlıqlara bölünürlər. Universal
apartalarda misal olaraq pilətələri
göstərmək olar və bu tip aparatlarda
demək olar ki, qida məhsullarının mövcud
olan isti emal üsullarını həyata keçirmək
mümükündür.
İxtisaslaşdırılmış avadanlıqlar bişirmə,
qızartma və köməkçi avadanlıqlara
ayrılırlar. Bişirmə avadanlıqlarına qazanlar,
avtoklavdalar, vakkum aparatlar və s.
daxilidir. Qızartma avadanlıqlarına tavaları,
frityur aparatlarını,şkafları misal
göstərmək olar. Köməkçi avadanlıqlara isə
marmitlər, istilik dayaqları və s. daxildir.
Istilik avadanlıqları qızdırlma üsulundan asılı
olaraq kontakt və səthi istilik mübadiləsi
aparatlarına bölünürlər. Səthi istilik mübadiləsi
aparatları öz növbəsində bilvasitə və vasitəli
üsulla qızdırılma aparatlarına ayrılırlar. Bu
aparatlarda istilik “isti” axından, yəni
temperaturu yüksək olan mühitdən “soyuq”
axına, yəni temperaturu aşağı olan mühitə,
onları ayıran metal divarın istilik-mübadilə səthi
vasitəsilə verilir. Istilik mübadiləsi qurğularının
quruluşu və təsnifatı xüsusi ədəbiyyatlarda
verilir.
Enerji mənbəyini növündən asılı
olaraq müəssisələrdə tətbiq
olunan istilik avadanlqıları dörd
qrupa bölünürlər:
1.elektrik; 2. qaz; 3buxar; 4.bərk və
maye yanacaqlarla işləyən
aparatlar.
Elektriklə qızdırlan aparatların əsas
elementlərindən biri elektrik
qızdırıcılarıdır. Bu qrup aparatlardan
müəssisələrdə geniş istifadə edilməsi ilk
növbədə istilik rejiminin tənzimlənməsi
mümkünlüyü, sanitar-gigiyenik şəratitin
yaxşı olması, həmçinin enerji sərfinin
dəqiq hesablanması, aparatların
konstruksiyasının sadə olması və s.ilə
bağlıdır.
Qazla qızdırılan istilik avadanlığının
bərk yanacaqla işləyən aparatlara
nisbətən əhəmiyyətli üstünlükləri
vardır. Həmin aparatlarda istilik emalı
prosesi avtomatlaşdırılmışdır, bu isə
qaz sərfini azaldır və xidmətçi heyətin
işini yüngülləşdirir. Bu apartaların əsas
hissəsi qaz odluqlarıdır.
Buxar ilə qızdırılan aparatlarda nəm
doymuş buxar işlədilir, çünki yaxşı
istilikvermə qabiliyyətinə malikdir və
soyuyarkən ondan çoxlu istilik ayrılır.
Nəm doymuş buxar, buxar köynəyinə
və ya buxarla qızıdırılan aparatların
spiral borusuna daxil olaraq soyuyur,
suya çevrilir və aparatın içərisindəki
məhsulu qızdırır.
Bərk və maye yanacaqla işləyən
avadanlığın yanacaq yandırmaq üçün
ocaqlığı vardır. Ucuz yerli bərk və
maye yanacaqla zəngin olan yerlərdə
belə avadanlığın tətbiqi iqtisadi
cəhətdən əlverişlidir. Lakin bu
avadanlıqlar müasir texnoloji və
texniki tələblərə, habelə sanitariya
tələblərinə cavab vermir
Istilik avadanlıqlarının istismarı təcrübəsi
göstərmişdir ki, bu aparatların iqtisadi
səmərələliyi ilk növbədə onların
istehsalatda yerləşdirilmə prinsipindən
asılıdır. Bununla bağlı hazırda sənayemiz
texnoloji təyinatlı müxtəlif xətlərin
komplektəlşdirilməsi üçün seksiyalı
modullaşdırılmış avadanlıqların istehsalata
tətbiqinə xüsusi fikir verir
.
Qida istehsalının emal
müəssisələrin də tətbiq olunan
aparatların konstruksiyasının
müxtəlif olmasına baxmayaraq
onların istilik balanslarının tətbiqi
məlum olan enerjinin saxlanması
qanuna əsaslanmışdır
Bərk yanacaqla qızıdırlan apartalar üçün
istilik balansı aşağıdakı tənliklə ifadə edilir.
Q=Q
1
+Q
2
+Q
3
+Q
4
+Q
5
+Q
6
Qazla qızıdırlan aparatların istilik balansı
tənliyi aşağıdakı ifadə ilə təyin edilir:
Q=Q
1
+Q
2
+Q
3
+Q
5
+Q
6
Elektrik və buxarla qızıdırlan aparatlar
üçün
Q=Q
1
+Q
5
+Q
6
Məhsulun bişirilmə prosesinə sərf
olunan nəzəri faydalı istilik aşağıdakı
düsturla hesablanır:
Q
1
=G
0
C
M
(t
c
-t
b.o.
)+Wc(t
q
-t
b
)+Wr
G
0
–bişirmə kamerasına tökülmüş
qida məhsullarının ümumi miqdarı,
kq;
G
0
=d
1
+d
2
+d
3
+.....+d
N
Dostları ilə paylaş: |