İstehlakçılara təqdim olunan smart kart pulsuzdur!!!



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
tarix03.03.2020
ölçüsü0,86 Mb.
#30593
yeni qaz saygaclarindan istifade qaydalari


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

-  İstehlakçılara təqdim olunan smart kart pulsuzdur!!! 

 

- İtirilmiş və yaxud zədələnmiş smart kartın bərpası yeni kartın dəyəri ödənilmək 

şərti ilə “ASAN xidmət” və “ASAN kommunal” Mərkəzlərində həyata keçirilir. 

- Yeni qeydiyyatdan keçmiş smart kart mütləq olaraq “Gallus Pay”Smart-İtron 

tipli qaz sayğacına tanıtdırdıqdan sonra ödəniş məntəqələrində və terminallarda 

pul yüklənilməsi prosesini həyata keçirilə bilinər. 

 

 

 

D İ Q Q Ə T !!! 

 

Hörmətli abonent bunları bilmək və etməniz vacibdir. 

 

1.Sayğacın  

XA 

 bölməsi həmişə  

OFF 

 rejimində olmalıdır. 

2.  Yeni  qeydiyyatdan  keçmiş  NFC  tipli  smart  kart  mütləq  olaraq  “Gallus  Pay” 

Smart-İtron tipli qaz sayğacında  

X8 

 menyusunu  aktiv etməklə tanıtdırılmalıdır. 

Bu proseslərdən sonra karta pul yükləmək olar. 

 

 

Qeyd olunan prosedurlara əməl edilməzsə təbii qazdan 

istifadə edə bilməyəcəksiniz. 

 

 

                         

 

 

 

 

1. “İtron” tipli qaz sayğacı haqqında. 

- Sizin mənzilinizdə quraşdırılmış “İtron” tipli qaz sayğacı yalnız “Azəriqaz” İB-nin müvafiq qurumları 

tərəfindən verilmiş smart kart vasitəsilə işləyir. 

- Əvvəlki sayğaclardan fərqli olaraq yeni-nəsil “Gallus Pay” Smart-İtron sayğacın  LSD ekranı xüsusi 

diodlar  vasitəsi  ilə  işıqlandırılmış  və  əməliyyatlar  aparılmadığı  təqdirdə  ekran    30  saniyədən  sonra 

avtomatik  olaraq  sönür.Əvvəlki  sayğaclardan  fərqli  olaraq  yeni  nəsil  İtron-Smart  sayğacın  gövdəsi 

çürüməyən yüngül metaldan hazırlanmış və korroziyaya davamlılığı ilə seçilir.  

 

 

Yeni Nəsil “Gallus Pay” Smart- İtron tipli qaz sayğacın kartı əldə etdikdən sonra 

aşağıda qeyd olunan prosedurları ardıcıl şəkildə həyata keçirmək lazımdır

 

1.Sayğacın 

XA

 bolməsi  həmişə 

OFF 

rejimində  olmalıdır.  Əgər 

XA

    menyusu  

ON

   rejimində 

olarsa və sayğacın  NFC  funksiyası aktiv edilərsə sayğac bloklanacaq və nəticədə mənzilə təbii qazın 

verilişi avtomatik olaraq dayanacaqdır. 

XA 

  menyusu 

ON

  rejimindən  göy  düyməni  sıxıb  saxlamaqla 

OFF

 rejiminə keçirilir. 

Qeyd.Əgər Sizin sayğacınız bloklanıbsa sayğacın şəkillərini mobil telefon və s vasitələr ilə çəkilməklə 

və  eləcədə  smart  kart  ilə  birlikdə  “ASAN  kommunal”  Mərkəzlərinə  müraciət  etmək 

lazımdır.(Sayğacda çəkilməli olan menyular..XA, XB, X0, X1, X2 və X3)  

 

Nümunə.Şəkilin çəkilmə qaydası  

 

 

2.Narıncı düymənin köməkliyi ilə sayğacda  

X8

  funksiyası tapılır və bundan sonra göy düyməni  

basıb sıxmaqla  “NFC”  funksiya  aktiv edilir. Bu zaman LCD ekranın sağ hissəsində yanıb sönən işarə 

(dalğa) meydana çıxır. Bundan sonra smart kart sayğacın sol ön hissəsinə yaxınlaşdırılır və kartı qeyd 

olunan hissədə 

5-6 saniyə 

saxlanılır.(Sayğacın sol ön hissəsində 

kartı buraya yaxınlaşdırın 

qeydi var). 

 

                    



 

 

Bu əməliyyatdan sonra yeni kart həm tanınır və yaxud karta yüklənmiş məbləğ avtomatik olaraq LCD 

ekranda öz əksini tapır. 

 

3.Ehtiyat kredit götürmək üçün sayğacın LCD ekranında  

X4

  funksiyası tapılır və göy düymə 

sıxıb saxlanılır bu zaman ekranda 

+10.00 

rəqəmi meydana gəlir və bu zaman  avtomatik olaraq 

10 m



luq kredit qaz verilir. 

 

4.Yuxarıda  qeyd  olunan  əməliyyatlardan  sonra  sayğacın  bağlı  klapanını  aktivləşdirmək 

lazımdır.Bunun  üçün   

X9

    funksiyası  tapılır  və    göy  düymə  basıb  sıxılır.Bu  zaman  sayğacın  LCD 

ekranında 

190

  rəqəmi  meydana  gəlir  və  geriyə  doğru  saymağa  başlayır.Geriyə  sayma  qurtarandan 

sonra klapan aktiv olacaqdır.

 

(Əgər saniyələr 180 rəqəmində dayanarsa, yenidən  

X9 

 bölməsinə gəlib, göy düyməni sıxmaqla 190 

saniyədən geri sayımı başlatmaq lazımdır) 

 

2. Element yuvası haqqında 

   Element qutusunun qoruyucu qapağı sayğacın üst hissəsində görünən yerdə yerləşir.      



  Qapağın açılması və ya qapağa müdaxilə edilməsi qaz təminatının dayanmasına səbəb 

olacaqdır. 

   

Element qutusunun qoruyucu qapağına toxunmaq qadağandır və bu barədə qapağın 

üzərinə xüsusi xəbərdarlıq lövhəsi vurulmuşdur. 

 

 

 



 

                  3. “Element qalığının 

(batareyanın) 

göstəricisi haqqında” 

 

   Sayğacın üzərində olan göstərici sayğacın elementinin sona çatmağa doğru olduğunu 



göstərir.      

  

 



 

   Belə  halda  Siz    104  və  185  telefon  nömrəsi  vasitəsi  ilə    “Azəriqaz”  İB-nin  Qaynar 



xəttinə müraciət etməlisiniz

 


                

                    4. Sayğacın üzərində olan mövcud istifadə düymələri haqqında. 

 

1.  Narıncı rəngli düymə



 

   Bu  düymə  vasitəsi  ilə  abonent  istehlak  olunan  təbii  qazın  həcmi,  qalıq  qaz  və  digər 

parametrlər haqqında məlumatlar ala bilər.  

 

 



 

2. Göy rəngli düymə 

 

   Bu düymə vasitəsi ilə abonent bəzi menyulara girişi təsdiqləyir və həmçinin əldə etdiyi 

SMS şifrə vasitəsi ilə balansı artırır. 

 

 

 

 

5. Sayğacın üzərində aparılan funksiyalar haqqında. 

 

 

 

3.  “Gallus  Pay”  Smart-İtron  tipli  qaz  sayğacın  ekranında  vacib  olan  aşağıdakı 

məlumatları əldə etmək mümkündür. 

 

1.  XA. Credit back əməliyyatı. 

2.  XB. Sayğacda qeydə alınmış alarmların tipləri. 

3.  X0. Qalıq kredit. 

4.  X1. Toplam kredit. 

5.  X2. Elektron göstərici. 

6.  X3. Elementin qalma  %- i. 

7.  X4. Ehtiyyat kreditin verilməsi. 

8.  X5. Saat. 

9.  X6. Tarix. 

10.  X7. Şifrə ilə balansın artırılması. 

11.  X8. NFC fuksiyasının işə salınması. 

12.  X9. Klapanın açılması.                                           

Qeyd:  Əldə  olunan  məlumat  30  saniyə  ərzində  sayğacın  LCD  ekranında  göründükdən 

sonra avtomatik olaraq sönür. 

 

 

6. “Gallus Pay” Smart-İtron tipli qaz sayğacında qaz balansının artırılması 

qaydası. 

 

 Siz  ödənişləri  E-manat,    Milli  Ön,    Beynəlxalq  Bank  və  Azərpoçtun  filiallarında,  



həmçinin xüsusi SMS vasitəsi ilə həyata keçirə bilərsiniz

 

 



   1.  NFS  funksiyalı  smart  karta  ödənişi  terminal  və  ödəniş  məntəqələrində  məbləğin 

yüklənilməsi  vasitəsi  ilə  həyata  keçirilir.Sonra  sayğacda  NFC  funksiya  aktiv  edilir  və 

smart kart sayğacın xüsusi yerinə yaxınlaşdırmaq yolu ilə yüklənilir. 

 

 



   2. Xüsusi xəbərdarlıq SMS vasitəsi ilə hər hansı bir şifrənin (kodun) əldə edilməsi yolu 

ilə. 

 

 


 

 

   3.Xüsusi  proqram  vasitəsi  ilə  mobil  telefonda 



(əgər  telefonda  NFC  funksiyasi  varsa)

 

yükləniləcək şifrənin (məbləğin) əldə edilməsi vasitəsi ilə.  

   Bu  zaman  sayğacda  və  mobil  telefonda  NFC  funksiya  aktiv  edilir  və  mobil  telefon 

sayğacın xüsusi yerinə yaxınlaşdırılır və bu zaman  məbləğ sayğaca  yüklənilir.                    

                   

Mobil telefonda NFC funksiya aktiv edildikdən sonra.               

                                                                                                                                                                                     



 

                                                 

7. İstifadəsi dayanmış və yaxud klapanı bağlanmış “Gallus Pay” Smart-İtron tipli 

qaz sayğacın yenidən iş rejiminin bərpası. 

 

 



Narıncı düyməni  basıb saxlamaqla  

X8

  funksiyası tapılır və bundan sonra göy 

düymə  basıb  sıxılmaqla    “NFC”    funksiyası    aktiv  edilir.  Bundan  sonra  smart  kart 

sayğacın ön hissəsinə yaxınlaşdırılır. 

 

Bu əməliyyatdan sonra məbləğ avtomatik olaraq  LCD ekranda öz əksini tapır.                                                  

Yuxarıda  qeyd  olunan  əməliyyatlardan  sonra  sayğacın  bağlı  klapanını  aktivləşdirmək 

lazımdır.Bunun  üçün   

X9

    funksiyası  tapılır  və    göy  düymə  basıb  sıxılır.  Bu  zaman 

sayğacın LCD ekranında 190 rəqəmi meydana gəlir və geriyə doğru saymağa başlayır. 

Geriyə sayma qurtarandan sonra klapan aktiv olacaqdır. 

 

 

 

 

 

 

 

8. Kreditin əldə edilməsi. 

 

   Kredit məbləğ götürmək üçün sayğacın LCD ekranında  

X4

  funksiyası tapılır və 

göy  düymə  sıxılıb  saxlanılır  bu  zaman  ekranda 

+10.00 

rəqəmi  meydana  gəlir  və 

avtomatik olaraq 

10 m

3 

luq kredit qaz verilir. 

 

 

                    

 

                      Kredit götürmək üçün ardıcıl etməli olan hərəkətlər. 

 

1. Sayğacın LCD ekranında  

X4

  funksiyası tapılır. 

 2. Göy düyməni sıxıb saxlamaqla 

“+10.00 “ 

kredit götürülür. 

 3. 

X9 

 menyusuna gəlinir və göy düyməni sıxıb saxlanılır. Ekrana 190 saniyə gələrkən 

barmaq düymədən çəkilir.  

4.  Ekranda  əmələ  gələn  190  saniyə  geri  sayıb  bitdikdən  sonra  qaz  təchizatı  təmin 

olunur. 

Əgər saniyələr 180 rəqəmində dayanarsa, yenidən X9 bölməsinə gəlib, göy düyməni 

sıxmaq lazımdır. 

 

 

 

 

 

 

 

                                                  9. Klapan işarələrinin mənası 

                        Açıq klapan -şəkil 1                                             Qapalı klapan -şəkil 2 



 

 

                                                  

1.  Açıq klapan. 

 

   Klapan açıq olanda bu təsvir (Şəkil 1) sayğacın LCD ekranında öz əksini tapır. Açıq 

klapan təsviri göstərir ki, sayğacda hələ də qaz həcmi var və sayğac vasitəsi ilə təbii qaz 

ötürülür. Bu standart vəziyyətdir. Sayğac yüklənmiş qaz həcmindən istifadə edir. 

       Qeyd:  Hər  dəfə  klapan  bağlandıqda  sızma  testinin  yerinə  yetirilməsi  vacib 

sayılır.Əgər  sızma  testinin  nəticəsi  uğursuz  olarsa,  klapan  bağlanacaqdır.  Bu  zaman 

sayğacın giriş və cıxış nöqtələri və həmçinin qaz xəttində olan bütün yivli  birləşmələr 

yoxlanılmalıdır.                                                

2.  Qapalı klapan. 

 

    Sayğaca yüklənmiş qaz həcmi istehlak olunduqdan sonra, klapan bağlanır və qapalı 

klapan (Şəkil 2) işarəsi ekranda öz əksini tapır. Bu halda istehlakçı ödəniş məntəqəsinə 

getməli  və  lazım  olan  qaz  həcmini  kartına  yükləməlidir.  Sonra  istifadəçi  smart-kartda 

olan  məbləği  sayğaca  daxil  etməli,  sızma  testini  yerinə  yetirməlidir.  Qeyd  olunan 

əməliyyatlar  uğurla  başa  çatdıqdan  sonra  sayğacdan  normal  şəkildə  istifadə  edilə 

bilinər. 

 

 

 

 

 

10. Digər məlumatlar. 

 

 

Qaz istehlakı zaman sızma testi. 

 

   Sayğac işə qoşulan zaman bütün qaz cihazlarının sönülü vəziyyətdə olması vacibdir. 



Əgər 190 saniyə ərzində sızma testi aparılan zamanı sayğac qaz sızması aşkar edirsə, bu 

o deməkdir ki, mənzil daxili xətlərdə ya qaz sızması aşkar edilib və yaxud qaz cihazları 

hələ  də  işləyir.  Bu  halda  bütün  cihazları  yenidən  yoxlayın  və  əmin  olun  ki,  onlar 

bağlıdırlar. 

   Əgər problem yenidən baş verərsə, onda 104 və 185 nömrəli “Azəriqaz” İB-nin Qaynar 

xəttinə müraciət etməlisiniz. 

 

 



 

11. Digər menyulara keçmiş məlumatların əsas menyuya 

keçirilməsi. 

 

   Əgər LCD ekranda   



H, İ, SO   

və sair rejimlər 

(alt menyu rejimləri)

 olarsa bu 

zaman göy düymə  sıxılıb buraxılmaqla  

A1

 menyusu tapılır.Bundan sonra göy 

düymə basılıb saxlanılır və sayğac  

X0 

(əsas menyu)  rejiminə keçir. 

                                          

 

 

 

 

 

 

 

 

                               11. Artıq təzyiq  

 

                             (qapalı klapan işarəsi yanıb-sönür) 

   Maksimal qaz axını yaranan zaman sayğacın klapanı bağlanır.Belə hallarda 



“Azəriqaz” İB-nin 104 və 185 nömrəli Qaynar xəttinə müraciət etməmişdən 

əvvəl, bütün cihazların müvafiq qaydada bağlı olduğunu yenidən yoxlayaraq 

sızma testini təkrar etməlisiniz.

              

                   

 

  

 

 

 

 



Cihazları 

bağlayın 



 

  Cihazları 



bağlayın 

 

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin