Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi


AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə324/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   320   321   322   323   324   325   326   327   ...   339
AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
 
 
 
182 
T.araraticum  növündə  quraqlıq  zamanı  Xl  (a+b)-nin  miqdarı  azalmış,  nəzarətə  görə  78,8%, 
duzluluqda  isə  140,5%  təşkil  etmişdir.  Beləliklə,  T.araraticum  növünü  quraqlığa  orta  davamlı, 
duzluluğa isə davamlı növ kimi qeyd etmək olar. 
T.dicoccodies  (1)-də  nümunələr  həm  quraqlığa,  həm  duzluluğa  qarşı  son  dərəcə  həssaslıq 
nümayış etdirmişlər. Belə ki, quraqlığın təsirindən Xl (a+b)-nin miqdarı nəzarətə görə 28%, duzluluq 
şəraitində  isə  bu  göstərici  30%  olmuşdur.  Forma  həssas  hesab  olunur.  T.dicoccodies  (2)-də  isə 
nümunələr stres amillərə qarşı tolerantlıq göstərmişlər. Belə ki, quraqlıqda Xl (a+b)-nin nəzarətə görə 
miqdarı 104,7%, duzluluqda isə 117,5% təşkil etmişdir.  
T.monococcum növündə Xl (a+b)-nin miqdarı quraqlıq zamanı nəzarətə görə 102,6%, duzluluq 
şəraitində isə 98,1% olmuşdur. Növ davamlı hesab edilə bilər. T.monococcum (İran)-da isə göstəricilər 
uyğun  olaraq,  87,8%  və  84,6%  olmuşdur.  Nümunələr  stres  amillərə  qarşı  orta  davamlı  kimi 
dəyərləndirilir. 
T.urartu növünün ekotipləri quraqlıq və duzluluğa qarşı müxtəlif dərəcədə tolerantlıq nümayiş 
etdirmişlər.  Göründüyü  kimi,  T.urartu  növündə  quraqlıq  zamanı  Xl  (a+b)-nin  miqdarı  87,6-99,9%, 
duzluluqda isə 80,5- 162% arasında dəyişir. Xlorofilin miqdarına görə növü orta davamlı və davamlı 
hesab etmək olar.  
T.monococcum  növündə  quraqlığın  təsirindən  Xl  (a+b)-nin  miqdarı  87,8-102,6%  dəyişmiş, 
duzluluğun  təsirindən  isə  84,6-98,1%  intervalında  dəyişmişdir.  Növü  stres  amillərə  davamlı  hesab 
etmək olar. 
T.araraticum  növündə  Xl a/b  nəzarətə  görə  quraqlıq  zamanı  196,5%,  duzluluqda  isə  63,8% 
nəticə vermişdir. 
T.dicoccodies  (1)-də  Xl a/b  nisbəti  nəzarətlə  müqayisədə  quraqlıqda  115,8%,  duzluluqda 
186,9%,  T.dicoccodies (2)-də  uyğun olaraq, bu  göstəricilər 86,4% və 100% təşkil etmişlər.  Lakin  T. 
dicoccodies (1)-də quraqlıq və duzluluq zamanı Xl b-nin miqdarının kəskin azalmasını nəzərə alaraq, 
(nəzarət 9,34, quraqlıqda 0,23, duzluluqda 0,15), bu növün stres amillərə olduqca həssas olması aşkar 
olunur. 
T.monococcum-da Xl a/b nisbəti nəzarətə nəzərən 103% (quraqlıqda) və 104,8% (duzluluqda) 
təşkil etmişdir. Tmonococcum (İran)-da nəticələr uyğun olaraq 113,6% və 107,4 % olmuşdur. 
T.urartu  ekotiplərində  Xl a/b  göstəricisi  nəzarətə  nəzərən  quraqlıqda  79,3-110%,  duzluluqda 
isə 20,4-142,5% arasında dəyişmişdir. Həm  Xl (a+b), həm  də  X
 nisbətinin nəzarətə  görə  alınan 
nəticələrini  araşdırarkən  T.urartu  (Gürcüstan),  T.urartu  (Livan-2),  T.urartu  (İran)  ekotiplərinin  stres 
amillərə qarşı tolerant olduğunu qeyd etmək lazımdır. 
Beləliklə, yabanı buğda növləri üzrə aparılan tədqiqatlardan alınan nəticələrə əsasən, ekotiplər 
arasında  quraqlıq  və  duzluluq  kimi  stres  amillərə  qarşı  davamlılıq  dərəcələrinin    müxtəlif  olması 
müəyyən edilmişdir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   320   321   322   323   324   325   326   327   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin