Issn 2223-1617 azərbaycan mġLLĠ elmlər akademġyasi



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə21/339
tarix30.12.2021
ölçüsü4,91 Mb.
#18435
1   ...   17   18   19   20   21   22   23   24   ...   339
Açar sözlər:  meşə ağacları,  unlu şeh göbələkləri, cins, növ, takson 
 
Ascomycota şöbəsinə  daxil olan unlu  şeh  göbələkləri  yalnız angiosperm  bitkilərin obliqat,  biotrof 
parazitləri  olub,  kənd  təsərrüfatına,  dekorativ  bitkiçiliyə,  eləcə  də  meşəçiliyə  böyük  iqtisadi  ziyan 
vurur. Onların törətdiyi xəstəliklər geniş  yayılıb və asanlıqla tanınır. Lakin hər bir unlu şeh göbələk 
növü sahib bitkilərin səciyyəvi və məhdud diapazonunu əhatə edir. 
Sahib  bitki  kimi  ağaclar  üzərində  saprofit  və  parazit  halda  külli  miqdarda  müxtəlif  göbələklər 
məskunlaşır ki, onların bir qrupunu unlu şeh göbələkləri təşkil edir. Son məlumatlara görə respublika 
ərazisində bitən ağac və kol bitkiləri 72 fəsilə və yarım-fəsilə, 185 cinsə aid 715 növdən artıqdır. Meşə 
ağaclarından əsasən fıstıq (Fagus L.), palıd (Quercus L.), vələs (Carpinus L.), göyrüş (Fraxinus L.), 
ağcaqayın (Acer Linn.), qızılağac (Alnus Mill.), şabalıd (Castanea Mill.), çinar (Platanus L.), söyüd 
(Salix L.) və qarağac (Ulmus Mirb.) cinslərinə aid növlərə respublika ərazisində rast gəlinir. 
Respublika ərazisinin mikobiotasının öyrənilməsi tarixinə nəzər saldıqda meşə ağaclarının unlu şeh 
göbələklərinə  dair  məlumatlara  rast  gəlirik.  Quba-Xaçmaz  massivinin  öyrənilməsində  böyük 
xidmətləri olan N. Mehtiyeva bu bölgə üçün 1956-cı ildə nəşr olunan məqaləsində Acer laetum C.A. 
Mey.  –  Oidium  aceris  Rabenh.  və  Quercus  longipes  Stev.  -  O.  alphitoides  Griff.  &  Maubl. 
kombinasiyası  haqqında  məlumat  vermişdir  [11].  Həmin  əraziyə  aid  1959-cu  ildə  dərc  edilən  digər 
məqaləsində  o,  Acer  campestre  Linn.,  Salix  sp.  L.  və  Carpinus  sp.  L.  üzərində  yayılan  üç  unlu  şeh 
göbələk  növünü:  Sawadaeae  bicornis  (Wallr.:  Fr.)  Homma  (Syn:  Uncinula  aceris  Sacc.),  Erysiphe 
adunca (Wallr.) Fr. var. adunca (Syn: U. salicis f. salicis Jacz.), Phyllactinia carpini (Rabenh.) Fuss. 
(Syn: Ph. suffulta f. carpini betuli Jacz.) göstərmişdir [12]. 
S.  Cəfərov  1958-ci  ildə  Microsphaera  Lev.  cinsinə  aid  dərc  etdirdiyi  məqaləsində  Talışda  bitən 
palıdın bütün növləri üzərində  yayılan Erysiphe  alphitoides (Griff. & Maubl.) U.Braun & S.Takam. 
(Syn: Microsphaera alphitoides Griffon et. Mauble.) haqqında ətraflı məlumat vermişdir [7]. O, 1959-
cu  ildə  həmin  ərazidə  Ulmus  foliaceae  Gilib.  üzərində  ilk  dəfə  olaraq  aşkar  etdiyi  Uncinula 
clandestina Schr. f. ulmi-foliaceae Dzhaf. (hazırda E. ulmi Castagne var. ulmi-foliaceae) göbələyinin 
təsvirini vermişdir və sonralar Azərbaycanın digər bölgələrində bu takson qeyd edilmişdir [9]. Talışda 
yayılan  unlu  şeh  göbələklərinə  həsr  olunmuş  digər  məqalədə  meşə  ağaclarından  Salix  caprea  L. 
üzərində E. adunca var. aduncaUlmus foliaceae Gilib. üzərində E. ulmi var. ulmi-foliaceae və Acer 
campestre Linn. üzərində  Sawadaea bicornis taksonları haqqında məlumat vermişdir [8].  
Dağlıq  Qarabağın  mikoflorasının  tədqiqatçısı  B.  Hüseynova  1961-ci  ilin  eyni  adlı  məqaləsində 
meşə ağaclarından palıd üzərində E. alphitoides, Ph. angulata (E.S. Salmon) S.Blumer var. angulata 
(Syn: Ph. suffulta Sacc. var. angulata Salm.) , vələsdə Ph. carpini, göyrüşdə Ph. fraxini (DC.) Fuss. 
(Syn: Ph. suffulta f. fraxini DC.) və qarağacda E. ulmi var. ulmi-foliaceaePh. angulata var. ulmi U. 
Braun (Syn: Ph. suffulta f. ulmi Jacz.) növ və növdaxili taksonlarını qeyd etmişdir [4]. 
T.  Axundov  1965-ci  ildə  dərc  olunan  məqaləsində  Naxçıvan  ərazisində  bitən  meşə  ağaclarından 
qarağac və göyrüş üzərində Phyllactinia Lév. cinsinə aid bir növ və bir növdaxili takson (Ph. angulata 
f. ulmiPh. fraxini), eyni ildə nəşr olunan, ilkin məqalənin davamı olan digər məqaləsində isə söyüd 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin