Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1,7 Mb.
səhifə1/15
tarix29.11.2016
ölçüsü1,7 Mb.
#434
  1   2   3   4   5   6   7   8   9   ...   15
ISSN 2078 - 6042
AZƏRBAYCAN RESPUBLİKASI

КƏND ТƏSƏRRÜFATI NAZİRLİYİ

АQRAR ELM MƏRKƏZİ
АZƏRBAYCAN ELMİ - TƏDQİQAT

KƏND TƏSƏRRÜFATININ İQTİSADİYYATI və

TƏŞKİLİ İNSTİTUTUNUN

ELMİ ƏSƏRLƏRİ


НАУЧНЫЕ ТРУДЫ АЗЕРБАЙДЖАНСКОГО НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКОГО ИНСТИТУТА ЭКОНОМИКИ и

ОРГАНИЗАЦИИ СЕЛЬСКОГО ХОЗЯЙСТВА
SCIENTIFIC WORKS OF THE AZERBAIJAN SCIENCE RESEARCH

INSTITUTE OF ECONOMY AND ORGANIZATION OF AGRICULTURE
4
БАКЫ – 2013 – БАКУ
REDAKSİYA HEYƏTİNİN SƏDRİ:
Салащов С.В. и.е.д., профессор, Az.ETKTİ və Tİ-nun direktoru
REDAKSİYA ŞURASI:

Мусайев А.Ф. АМЕА мцхбир цзвц

Садыгов М.М. и.е.д., профессор

Нуэербеков С.Н. академик (Газахыстан Республикасы)

Кешелашвили О.Э. академик (Эцръцстан Республикасы)

Şpak A.P. i.e.d., professor

(Belarus Respublikası)

Kaliyev Q.A. akademik (Газахыстан Республикасы)

Исэяндяров Р.К. и.е.д., профессор
REDAKSİYA HEYƏTİ:
Балайев Р.Я. и.е.д., профессор Az.ETKTİ və Tİ-nun direktor müavini

Ъябийев Р.М. и.е.д., профессор

Фйодоров М.В. и.е.д., профессор (Русийа Иътимаи Елмляр Академийасы)

Mukailov M.C. k.t.e.d., professor (Dağıstan Respublikası)

Гарайев И.Ш и.е.д., профессор

Əliyev R.B. и.е.д., профессор

Rüstəmov A.A. и.е.д., профессор

İbrahimov İ.H. и.е.д., профессор

Ялибяйов Н.В. и.ц.f.d. (мясул катиб)
TƏRTİBATÇILAR:
Ялийева С.Я., Ямиров Ф.Ш.,

Щятямова С.Ш., Kərimova E.H.


ISSN № 2078 – 6042

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir
TƏSİSÇİ:
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu (Az.ETKTİ və Tİ)
РЕДАКСИЙАНЫН ЦНВАНЫ:
Аз.0130, Бакы шящяри, Бинягяди району,

Дярняэцл гясябяси, 3097-ъи мящялля

Телефон: (+99412) 561-22-50

e-mail: Неsщрiйат@mail.ru
Йыьылмаьа верилмишдир: 04.02.2014

Чапа имзаланмышдыр: 10.02. 2014

Тираж 200; шярти чап вяряги 14.5

«Шярг-Гярб» АСЪ чап олунмушдур.

Тел: 570-18-49; 374-83-43
Elmi Əsərlər” ildə 4 (dörd) nömrədə nəşr olunur
Elmi Əsərlər” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 18 aprel 2011–ci ildə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi №3397
Материаллардакы фактларын доьру-дцрцстлцйцня мцяллифлярин юзляри мясулиййят дашыйырлар.
Jurnalda dərc olunan məqalələrlə tanışlıq: azagroeco@box.az


МЦНДЯРИЪАТ

AQRAR İQTİSADİYYAT

Salahov S.V. Kənd təsərrüfatının inkişaf meyilləri və aqrar siyasətin prioritetləri.................................................................................5

Əsgərov A.Ç. Ekoloji kənd təsərrüfatı və ərzaq məhsullarının

dövriyyəsinin nizamlanması................................................26

Əliyev S.R. Aqrar sahədə resurslardan istifadənin iqtisadi

səmərəliliyinin yüksəldilməsi prioritetlərinin

əsaslandırılması........................................................................32

Məhərrəmova S.E. Aqrar sahədə risklər və onların idarə olunması məsələləri......38

Şirəliyev Q.M. Azərbaycan Respublikasında üzümçülüyün müasir inkişaf meyilləri və sahəyə investisiya qoyuluşlarının

stimullaşdırılması......................................................................44




ÜMUMİ İQTİSADİYYAT
Qasımova E.İ. Kənd yerlərində istehsal infrastrukturunun mövcud

Allahverdiyev Q.S. vəziyyəti və inkişaf istiqamətləri..............................................50

Ağayeva K.A. Mənzil sferasının idarə edilməsinin iqtisadi mexanizminin formalaşması şərtləri.................................................................62

Ahmet Özyigit Savaş Turizm fəaliyyətinin təsnifatı və onun Şimali Kipr Respublikasında seqmentləşməsi məsələləri.............................67



MALİYYƏ VƏ UÇOT

Tükanov M.M. Dövlət büdcəsi və maliyyə-kredit mexanizminin

formalaşmasında onun rolu.......................................................74

Mahmudova V.O. Lizinq aqrobiznesin kreditləşməsinin effektiv üsulu kimi........83

Алиева А.Д. Основные направления развития национального

валютного рынка.....................................................................88

Джавадлы О.Э. Финансовый механизм, его составные звенья,

элементы и место в экономике...............................................94

Əzizov Ş.E. Валйута тянзимлянмяси системиндя валйута нязарятинин

йери вя ролу…………………………………………..……….101

Binnətov Y.C. İnvestisiya – tikinti fəaliyyəti iştirakçıları arasında iqtisadi münasibətlər………………………………………………….107


İDARƏETMƏ VƏ KADR TƏMİNATI

Rzayev R.M. İdarəetmə işçilərinin iş üslubunun təkmilləşdirilməsinin təşkilati-sosial aspektləri..........................................................112




REGİONAL İQTİSADİYYAT

Cəmilzadə Ş.V. Xızı rayonunun sosial-iqtisadi inkişafının mövcud

vəziyyəti və perspektivləri.......................................................119
MARKETİNQ

Balayev O.A. Ekoloji kənd təsərrüfatında marketinq və onun

səmərəliliyinin yüksəldilməsi istiqamətləri.............................128

ÜMUMİ BÖLMƏ
Əliyev A.M. Sələf, səpin norması və qidalanma şəraitinin payızlıq

buğda sortlarının iqtisadi səmərəliliyinə təsiri........................135

Müəlliflərin nəzərinə .................................................................................................141

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.5-25
AQRAR İQTİSADİYYAT
UOT 332.01(479.24)
Kənd təsərrüfatının inkişaf meyilləri və aqrar siyasətin prioritetləri
Salahov Sadıq Vəli oğlu

Az.ETKTİ və Tİ - nin direktoru,

iqtisad elmləri doktoru, professor
Azərbaycan Respublikasının iqtisadiyyatında aqrar sahə mühüm yer tutur. Aqrar sahənin payına Ümumi Daxili Məhsulun 5%-dən artıq hissəsi, ölkə iqtisadiyyatında çalışanların 2/5 hissəsi, iqtisadiyyatın sahələri üzrə əsas fondların 7%-dən çoxu düşür. Aqrar sahə və onun məhsulunu emal edən sahələr ölkənin ixracatının 6.5%-ni, o cümlədən qeyri-neft ixracatının 9/10 hissəsini təmin edir.

Müasir Azərbaycan iqtisadiyyatının aqrar sahəsi ötən əsrin 90-cı illərində həyata keçirilən əsaslı aqrar islahatlar və dövlət müstəqilliyi şəraitində milli iqtisadiyyatın formalaşdırılmasına yönəldilən institusional yeniləşmələr çərçivəsində formalaşmışdır. Həmin proseslərin nəticəsində aqrar sahə çağdaş bazar sistemi və qloballaşma prinsiplərinə uyğun mexanizmlər əsasında fəaliyyət göstərən sistemə çevrilmişdir.

Azərbaycan iqtisadiyyatının aqrar sahəsi sistem transformasiyalarından sonrakı dövrdə islahatların ardıcıl davam etdirilməsi, qlobal əhəmiyyətli iri miqyaslı neft-qaz layihələrinin uğurla həyata keçirilməsi şəraitində inkişaf etmişdir. Bu şəraitdə ölkədə sürətli inkişaf strategiyası reallaşdırılmışdır. Tarixən qısa müddət ərzidə iqtisadiyyatın ümumi həcmi 3 dəfədən çox artmışdır.

Qeyd edilən strategiya çərçivəsində aqrar sferanın davamlı inkişafına təminatlar formalaşdırılmışdır.



Aqrar sahənin inkişafının makrioqtisadi şəraitində irəliləyişlər

Sürətli inkişaf strategiyası çərçivəsində makroiqtisadi səviyyədə aqrar inkişaf üçün əlverişli şəraitin yaradılması təmin edilmişdir. Postislahat dövründə ümumən makroiqtisadi stabillik bərqərar olmuşdur ki, bu da digər sahələrdə olduğu kimi kənd təsərrüfatının da davamlı artım rejimində inkişafının mühüm amillərindən birinə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən uğurlu siyasətin həyata keçirilməsi sayəsində göstərilən dövrdə baş vermiş qlobal maliyyə böhranın, sonra isə dünyanın əksər bölgələrini əhatə edən iqtisadi böhranların zərərli təsirlərindən qorunmaq mümkün olmuşdur.

Digər tərəfdən, sürətli inkişaf strategiyasının reallaşdırılması gedişində gəlirlərin yüksək templə artırılması öz növbəsində aqrar istehsalın məhsullarına tələbin yüksəlməsi, daxili bazarının genişləndirilməsi ilə nəticələnmişdir. 2000-2012-ci illərdə əhalinin gəlirləri 8 dəfə yaxın, xərcləri 7 dəfədən çox, ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 6.8 dəfə artmışdır. Postislahat dövründə əkinçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin mütəmadi olaraq artası ilə istehsal həcmlərinin artırılması stimulları saxlanılmışdır. Aşağıdakı diaqramdan da də göründüyü kimi kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin dinamikası bir qayda olaraq istehsalçılar üçün əlverişli olmuşdur.

-ci diaqram. Satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksləri (əvvəlki ilə nisbətən, faizlə)*

*Azərbaycanın statistik göstəriciləri 2013. B., 2013 s. 416 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
İqtisadiyyatın inkişaf strategiyası çərçivəsində aqrar sahənin prioritetliyinin təmin edilməsi

Ölkəmizdə iqtisadi islahatların davam etdirilməsi əsasında iqtisadiyyatın ümumi inkişafına yönəldilmiş strategiyalarda aqrar sahə üstünlük verilən istiqamətlər sırasında olmuşdur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda(2004-2008-ci illər), “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, habelə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda kənd təsərrüfatının inkişafının sürətləndirilməsinə yönəldilmiş kompleks tədbirlər müəyyən edilmişdir.

Qeyd edilən strateji sənədlərdə aqrar bölmənin infrastruktur təminatının əsaslı şəkildə yaxşılaşdırılması, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının genişləndirilməsi vəzifələri müəyyən edilmişdir.

Həyata geçirilən iqtisadi siyasətə uyğun olaraq sahənin inkişafı üçün əlverişli mühit təmin edilmiş, aqrar sferaya dövlət köməyi və tənzimlənməsı sistemi inkişaf etdilmişdir. Dövlət büdcəsindən aqrar sahənin istehsal infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsinə daha böyük həcmdə vəsait yönəldilmiş, kənd təsərrüfatı istehsalçılarına dövlət köməyinin formaları genişləndirilmiş, onlara subsidiyaların verilməsi və güzəştli qaydada kreditləşdirmənin həyata keçirilməsi üçün ayrılan resurslar əhəmiyyətli dərəcədə çoxaldılmışdır. Dövlət büdcəsindən kənd təsərrüfatının ehtiyacları üçün ayrılan vəsaitlərin nominal həcmi 2000-2012-ci illərdə 10 dəfədən çox artmışdır.

Aqrar iqtisadiyyata çoxşaxəli dövlət köməyi istehsalın artım templərinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsinə yönəldilmişdir.

Nəhayət, iqtisadi islahatların davam etdirilməsi əsasında aqrar sahənin inkişafı üçün əlverişli mühit təmin edilmişdir. Sahənin inkişafına yönəldilən investisiyaların həcmi sürətlə artmışdır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə əsas kapitala yönəldilmiş investisiyaların orta illik həcmi 2010-2012-ci illərdə 2000-2002-ci illərin müvafiq göstəricisi ilə müqayisədə 45 dəfədən çox artmışdır. 2-ci qrafikin məlumatlarından da göründüyü kimi aqrar sahəyə əsaslı vəsait qoyuluşlarının artımı ardıcıl surətdə davam etmişdir. Kənd təsərrüfatına yatırılan investisiyaların qeyri-neft sektoru üzrə əsas vəsaitlərə yönəldilən investisiyalarda payı əhəmiyyətli dərəcədə yüksəlmişdir. (2-ci diaqram)




-ci diaqram Aqrar sahəyə yönəldilən investisiyaların dinamikası*

Azərbaycanın kənd təsərrüfatı 2013 statistik məcmuə. Bakı 2013 səh.51. məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Kənd təsərrüfatı sahəsi üzrə istifadəyə verilən əsas fondların dinamikası üçün də analoji meyillər səciyyəvidir.

Qeyd edilən proseslər son nəticədə iqtisadiyyatın aqrar sahəsində modernləşdirilmə proseslərinin genişləndirilməsi üçün şərait yaratmışdır.



Aqrar istehsalın inkişafında əsas meyillər

Ümumi iqtisadi strategiya çərçivəsində yaradılmış şərait aqrar sahənin inkişafına etibarlı zəminlər yaratmış, başlıca istiqamətlər üzrə irəliləyişlərə yol açmışdır. Bununla bağlı bir neçə əsas meyilləri ayırmaq olar.

İlk növbədə iqtisadiyyat sistemində aqrar istehsalın ardıcıl və dinamik artımı təmin edilmişdir. (3-cü diaqram)
-cü diaqram. Kənd təssərrüfatı məhsullarının fiziki həcminin artması (%-lə)

Azərbaycanın kənd təsərrüfatı 2013. s.57. məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Məlumatlardan aydın olduğu kimi postislahat şəraitində ölkə iqtisadiyyatının aqrar sahəsində istehsal olunan məhsulların fiziki həcmi davamlı olaraq yüksəlmişdir. Məhsul istehsalının artımı həm əkinçilik və həm də heyvandarlıq sahələrini əhatə etmişdir. Hər iki sahə üzrə istehsalın həcminin yüksəlməsində dinamiklik müşahidə edilmişdir. 2000-2012-ci illərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının fiziki həcm indeksi 1.78, o cümlədən bitkiçilik məsulları üzrə 1.77, heyvandarlıq məhsulları üzrə 1.76 təşkil etmişdir.

İstehsal olunan kənd təsərrüfatı məhsullarının artım templəri ölkə əhalisinin aptım templərindən 3.6 dəfə yüksək olmuşdur. Bununla əlaqədar 2000-2012-ci illərdə kənd təsərrüfatı məhsullarının adambaşına düşən həcmi 1.6 dəfə artmışdır.

Nəzərə almaq lazımdır ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət aqrar sahənin inkişafında yüksək göstəricilərə nail olunmasına şərait yaratmışdır. Azərbaycan kənd təsərrüfatı sahəsinin dünya miqyasında ən surətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilmişdir. Bu, kənd təsərrüfatında istehsalın fiziki həcminin orta illik artım templəri göstəricisi üzrə beynəlxalq müqayisələrin aparılması zamanı da özünü aydın şəkildə büruzə verir.

Aşağıdakı diaqramda Dünya Bankının məlumatları əsasında 2000-2010-cu illərdə kənd təsərrüfatı məhsulları istehsalının artımının orta illik göstəricilərinin ayrı-ayrı ölkələr qrupu və Azərbaycan Respublikası üzrə kəmiyyəti əks etdirilmişdir. Göründüyü kimi müvafiq göstəricinin səviyyəsinə görə ölkəmiz istər gəlirlilik səviyyəsinə (Ümumi Daxili Məhsulun adambaşına düşən həcmi əsasında müəyyən edilən göstərici üzrə) görə aid edildiyi ölkələr qrupu (“orta gəlirli ölkələr” qrupu, o cümlədən yuxarı orta səviyyəli ölkələr yarımqrupu), istərsə də daxil olduğu regionu (Şərqi Avropa və Mərkəzi Asiya) əhəmiyyətli dərəcədə qabaqlamışdır.

XXI əsrin birinci onilliyində Azərbaycanda aqrar sahənin inkişaf templəri Dünya üzrə orta göstəricidən 2% bəndi, aşağı gəlirli ölkələr üzrə göstəricidən 1.1% bəndi, orta gəlirli ölkələr üzrə göstəricidən 1.0% bəndi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə göstəricidən 1.1% bəndi yüksək olmuşdur.

-cü diaqram 2000-2010-cu illərdə kənd təsərrüfatı istehsalının orta illik artım templəri*

*World Development Indicators 2013, Table 4.1 məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.
Müasir dövrdə Azərbaycan Respublikası iqtisadiyyatının aqrar sahəsində istehsalın ümumi artımı ilə yanaşı əhəmiyyətli struktur dəyişiklikləri baş verir. Bu dəyişikliklər əsas etbarilə dövlət siyasəti çərçivəsində aqrar sahə üçün müəyyən edilən prioritetlərin reallaşdırılmasına yönəldilmişdir.

Qeyd etmək lazımdır ki, dövlət siyasətinə uyğun olaraq aqrar sahənin inkişafında başlıca vəzifələrdən biri əhalinin etibarlı ərzaq təminatına nail olmaq məqsədilə müvafiq kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi müəyyən edilmişdir. Bu sırada ilk növbədə ölkənin daxili istehsalı hesabına tələbatların ödənilməsi məsələlərinin həlli ön plana keçmişdir.

Ərzaq təminatı baxımından kənd təsərrüfatının sahələri arasında taxılçılığın inkişafı xüsusilə böyük aktuallığa malikdir. Bu sahənin stabil1 inkişaf etdirilməsi həm ərzaq buğdasına olan tələbatın ödənilməsində idxaldan nisbətən güclü asılılığın zəiflədilməsi, həm də yem bazasının möhkəmləndirilməsi əsasında heyvandarlıq məhsullarının istehsalının artırılması miqyaslarını genişləndirməklə həmin məhsullara olan tələbatların daxili istehsal hesabına ödənilməsi probleminin həlli üçün mühüm əhəımiyyət kəsb edir. Bununla əlaqədar taxılçılığın inkişafı postislahat şəraitində də prioritet vəzifə olaraq qalmışdır.

Qeyd edilən prioritetin reallaşdırılması istiqamətində dövlətin aqrar siyasəti çərçivəsində məqsədli tədbirlər həyata keçirilmişdir. Dövlət fermerlər tərəfindən taxıl istehsalının genişləndirilməsinə yönəldilmiş əlavə stimullaşdırma vasitələrı tətbiq etmiş, o cümlədən əkin sahələrinin hər hektarına görə, habelə yüksək məhsuldarlıqlı toxumlarla təminat üçün subsidiyalar tətbiq edilmişdir. Eyni zamanda sahənin maddi-texniki resurslarla təminatının yaxşılaşdırılmasına dövlət köməyi tədbirləri əhəmiyyətli dərəcədə genişləndirilmişdir.

Həyata keçirilmiş tədbirlərə uyğun olaraq, 2000-2012-ci illərdə ölkədə dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 1.6 dəfə artaraq 1031.4 hektara çatmışdır. Bu müddətdə dənli və dənli paxlalıların məhsuldarlığı hər hektardan 23.8 sentnerdən 27.2 sentnerədək yüksəlmiş və ya 14.3% artmışdır. Nəticədə məhsul istehsalının ümumi həcmi 1.8 dəfə artaraq 2.8 milyon tonu keçmişdir. Bununla da taxıl istehsalı sahəsində Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qoyulmuş hədəfə nəzərdə tutulduğundan tez çatmaq mümkün olmuşdur. Adambaşına taxıl istehsalının (təmiz çəkidə) həcmi 190 kq-dan 298 kq-dək yüksəlmiş və ya 1.6 dəfəyə yaxın artmışdır.2

Daxili istehsalın həcmi ilk növbədə ərzaq məhsullarının istehsalı məqsədilə istifadə olunan məhsulun ümumi kəmiyyətinə münasibətdə yaxşılaşmışdır. Yem məqsədləri üçün istifadə edilən taxıl məhsullarına tələbatın ödənilməsində də daxili istehsalın rolu yüksəlmişdir. Digər dənli bitki növlərinin məhsulları üzrə də oxşar meyil müşahidə edilmişdir.

Göründüyü kimi, taxılçılığın inkişafı prioritetinin reallaşdırılması üzrə həyata keçirilmiş tədbirlər bu sahə üzrə məqsəd göstəricisinə nail olunması istiqamətində əhəmiyyətli irəliləyişə nail olmağa imkan yaratmışdır.

Əhalinin ərzaq təminatında yerli istehsalın rolunun artırılması sahəsində digər əsas prioritetlərdən biri heyvandarlıq məhsullarının sürətli artımının təmin edilməsi olmuşdur. Azərbaycan dövləti tərəfindən ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsi ilə əlaqədar gəlirlərin surətlə artması öz növbəsində ərzaq istehlakının strukturunun keyfiyyətcə yaxşılaşdırılmasına imkanlar açır. Bununla əlaqədar, heyvandarlıq məhsullarına olan tədiyə qabiliyyətli tələbin ardıcıl yüksəlməsi baş verir. Bu tələbin səmərəli şəkildə ödənilməsi isə ilk növbədə ət və süd istehsalının dinamik artımına nail olunması ilə bağlıdır.

Əsaslı aqrar islahatları həyata keçirilməsi ölkəmizdə heyvandarlığın böhran vəziyyətindən çıxarılmasına imkan versə də sahənin inkişaf səviyyəsi onun əsas məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilməsi vəzifələrinə uyğun olmamışdır. Bu baxımdan postislahat dövründə heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi aqrar sahənin prioritetləri sırasında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda əsas heyvandarlıq məhsullarının istehsalının geniş miqyaslarda artırılmasını nəzərdə tutan göstəricilər müəyyən edilmişdir.

Qeyd edilən prioritetin reallaşdırılması istiqamətində dövlət siyasəti çərçivəsində bir sıra əsaslı tədbirlər həyata keçirilmişdir. İri və xırda buynuzlu mal-qaranın baş sayının ardıcıl artması şəraitində yemə olan tələbatın ödənilməsinin təmin edilməsi məqsədilə yay və qış otlaqlarının vəziyyətinin yaxşılaşdırılması vəzifələrinin həlli gündəmə gətirilmiş və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bitkiçilik sahələrinə texnika ilə təminat və subsidiyalar mexanizmi vasitəsilə kömək tədbirləri digər sahələrlə yanaşı yem bitkilərinin də istehsalının genişləndirilməsi stimullarını artırmışdır. Bunların nəticəsində yem bitkilərinin əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirilmişdir. 2000-2012-ci illərdə qeyd edilən əkin sahələri 2.8 dəfədən çox artaraq 392.7 min hektara çatmışdır. Həmin dövrdə yem bitkilərinin əkin sahəsinin kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsində xüsusi çəkisi 13.3%-dən 23.8%-ə yüksəlmişdir.

Heyvandarlıq sahəsində modernləşdirmə istiqamətində irəliləyişlərin təmin edilməsi ilə bağlı da dövlət siyasəti çərçivəsində geniş tədbirlər görülməyə başlanmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən süni mayalandırmanın təşkil və genişləndirilməsi təmin edilmişdir. Eyni zamanda dövlət vəsaiti hesabına xaricdən yüksək məhsuldarlıqlı cins mal-qara alınaraq kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlərlə və lizinq yolu ilə satışı həyata keçirilmişdir. Bununla yanaşı, dövlət müasir heyvandarlıq komplekslərinin yaradılmasına güzəştli kreditlərin ayrılması vasitəsilə kömək göstərir. Bu komplekslər qabaqcıl texnologiyaların tətbiqi əsasında ət və sud məhsullarının artırılması sahəsində artıq müəyyən rol oynamağa başlamışlar.

Göstərilənlərin sayəsində heyvandarlıqda məhsuldarlıq yüksəldilmiş, ölkədə əsas heyvandarlıq məhsullarının nisbətən yüksək templərlə artımını təmin etmək mümkün olmuşdur. 2000-2012-ci illər ərzində kəsilmiş çəkidə ət istehsalı 1.9 dəfə, süd istehsalı 1.7 dəfə, yumurta istehsalı 2.3 dəfəyə yaxın artmışdır.

Əsas heyvandarlıq məhsulları ilə təminat əhəmiyyətli dərəcədə yüksəlmişdir. Adambaşına ət istehsalının həcmi 18.7 kq-dan 30.5 kq-a, süd istehsalının həcmi 126 kq-dan 184 kq-dək, yumurta istehsalının həcmi 66 ədəddən 131 ədədək artmışdır.

Beləliklə, heyvandarlığın inkişafı üzrə prioritetin reallaşdırılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.

Postislahat dövründə üstün templərlə inkişaf edən sahələrdən yumurta istehsalı üzrə göstəricilərin kənd təsərrüfatı üzrə göstəriciləri qabaqlaması özünü daha qabarıq büruzə vermişdir. (5-ci diaqram)


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin