Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ


-ci ildə dövlət büdcəsində infrastruktur layihələrinə ayrılan vəsait



Yüklə 476,68 Kb.
səhifə59/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
2012-ci ildə dövlət büdcəsində infrastruktur layihələrinə ayrılan vəsait

Min manatla

İstiqamətlər

Ayrılmış vəsait

Xüsusi çəkisi %-lə

İnfrastruktur layihələri:

O cümlədən



3,329,817.1


57.7

Nəqliyyat

1,547,448.8

26.8

Kommunal infrastruktur

1,115,421.8

20.0

Su ehtiyatları və irriqasiya

258,900.0

4.5

Energetika və Sənaye

327,793.4

5.7

Ekologiya

11,483.6

0.2

Kənd təsərrüfatı

27,019.5

0.5

Sahibkarlıq

1,750.0

0.0

Mənbə: 5 səh.15
Cədvəl 2-dən göründüyü kimi, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 1 547,5 mln. manatının nəqliyyat layihələrinə yönəldilməsi bu sahənin prioritetliyinin göstəricisidir. Kənd Təsərrüfatı Nazirliyinin layihələrinə ayrılmış vəsait isə 27,0 mln. manat təşkil etmişdir. Növbəti illərdə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşunda Kənd Təsərrüfatı Nazirliyinin layihələrinə ayrılmış vəsaitin 10 dəfəyə qədər artırılması lazımdır.

Dünya Bankının da hesabatında qeyd edilir ki, qeyri-neft sektorunda güclü artıma baxmayaraq Azərbaycan iqtisadiyyatının özünün istehsal potensialından tam istifadə etmədiyini söyləməyə əsaslar var. Səbəblər sırasında yerli xammalın qıtlığı və ya keyfiyyətinin aşağı olmasını, idxal qiymətlərinin yüksək olmasını və know-hownun çatışmadığını qeyd etmək olar (5) . Bu iradla razılaşmaq olar. Doğrudan da Azərbaycan özünün kənd təsərrüfatı potensialından tam istifadə etmir. Bu potensialdan tam istifadə etmək üçün isə dövlət büdcəsindən aqrar sahəyə daha çox vəsait ayrılmalıdır. Kənd təsərrüfatının inkişafının dövlət maliyyələşdirilməsinin effektiv çoxistiqamətliliyinə nail olunması vacibdir.

Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə son illərdə respublika iqtisadiyyatının qeyri-neft sektoru üzrə ümumi dəyəri 1067 mln. manat olan 248 investisiya layihəsinin maliyyələşdirilməsinə 496.8 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2012-ci ildə də davam etdirilmiş və Fondun vasitəsilə 88 investisiya layihəsinin maliyyələşdirilməsinə 188 mln. manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu layihələr arasında tutumu 21.7 min ton olan kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə 8 soyuducu anbar kompleksi, tutumu 50 min ton olan taxıl məhsullarının tədarükü, saxlanması və satışı üzrə 3 taxıl anbarı kompleksi, illik istehsal gücü 19 min ton quş əti, 18 mln. ədəd əmtəəlik və 22.4 mln. ədəd damazlıq yumurta olan 15 quşçuluq təsərrüfatı, illik istehsal gücü 59.7 min ton süd (8200 başlıq) və 1.7 min ton ət (3000 başlıq) olan 7 cins heyvandarlıq kompleksi, illik istehsal gücü 30.8 min ton meyvə-tərəvəz və 9.6 min ton ət konservləri olan 5 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi, illik istehsal gücü 43.8 min ton ət kəsimi və 13.2 min ton ət emalı olan 4 emal müəssisəsi, 14.9 ha ərazidə illik istehsal gücü 5.5 min ton olan 9 istixana kompleksi, illik istehsal gücü 100 min ton olan 1 bitki mənşəli qida yağları istehsalı müəssisəsi, 3800 ha ərazidə illik istehsal gücü 32 min ton olan 2 iri taxılçılıq təsərrüfatı, 7 üzümçülük təsərrüfatı, 25 ha ərazidə 1 intensiv bağçılıq təsərrüfatı, illik istehsal gücü 370 ton göbələk istehsalı olan 1 müəssisə, illik istehsal gücü 18.2 min ton olan 1 yem istehsalı müəssisəsi də var.

2012-ci ildə müasir texologiyalara əsaslanan layihələrə verilmiş kreditlərin məbləği 2011-ci illə müqayisədə 62% artmışdır. Eyni zamanda 2011-ci illə müqayisədə 2012-ci ildə istifadəyə verilmiş müasir texologiyalara əsaslanan müəssisələrin sayı 2.8 dəfə artmışdır. Dövlətin güzəştli kreditlərinin 68.1%-i aqrar sektorun, 31.9%-i müxtəlif sənaye sahələrinin və turizmin inkişafına verilmişdir. 2011-ci illə müqayisədə 2012-ci ildə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 47.2%, verilmiş güzəştli kredit vəsaitinin həcmi 58%, yeni yaradılacaq iş yerlərinin sayı isə 40.2% artmışdır (2).

Qeyd edək ki, müasir texologiyalara əsaslanan layihələrə verilmiş kreditlərin məbləğinin artması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də müsbət təsir göstərəcəkdir. Bu konsepsiyay əsasən istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçidin təmin olunması hədəflənir. Belə ki, qarşıdakı illərdə innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri reallaşdırılacaq. Müasir texologiyalara əsaslanan layihələrin dəstəklənməsi həm də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Buna misal olaraq bu layihələr çərçivəsində görülən işlər nəticəsində son illər əsas ərzaq məhsullarından biri olan quş əti istehsalında artımı göstərə bilərik. Qeyd edək ki, quş əti istehsalında artıma səbəb Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə ümumi dəyəri 126.9 mln. manat, illik istehsal gücü 42.9 min ton quş əti, 69 mln. ədəd damazlıq yumurta və 154.9 mln. ədəd əmtəə yumurtası olan 35 damazlıq yumurta və broyler təsərrüfatına 67.3 mln. manat dövlətin güzəştli kreditlərinin verilməsi olmuşdur. Bu təsərrüfatlardan illik istehsal gücü 27.3 min ton quş əti, 51.6 mln. ədəd damazlıq və 144.9 mln. ədəd əmtəəlik yumurta olan 23 quşçuluq təsərrüfatı istifadəyə verilmiş, illik istehsal gücü 15.6 min ton quş əti, 17.4 mln. ədəd damazlıq və 10 mln. ədəd əmtəəlik yumurta olan 12 təsərrüfat üzrə isə tikinti işləri davam etdirilir (2).

Məlumat üçün bildirək ki, 2012-ci ildə ölkədə yerli istehsal hesabına əhalinin ərzaq məhsullarına olan tələbatı taxıl üzrə 65%, ət üzrə 95%, quş əti üzrə 88%, yumurta üzrə 96%, kartof üzrə 100%, meyvə və giləmeyvə üzrə 126%, üzüm 94%, tərəvəz 99%, bostan məhsulları üzrə 100%, yumurta üzrə 77%, şəkər istehsalı üzrə 180%, süd və süd məhsulları üzrə 73%, bitki yağı üzrə 70%, kərə yağı üzrə 50% ödənilmişdir(8). Kənd təsərrüfatına qoyulan investisiyaların artması isə respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Etiraf etməliyik ki, müstəqillik illərində kənd təsərrüfatının inkişafına yönəldilmiş investisiya qoyuluşlarının həcmi istənilən səviyyədə artmamışdır və bu sahənin maddi-texniki bazasının köhnəlməsinə səbəb olmuşdur. Doğrudur, son illər "Aqrolizinq" ASC vasitəsilə bu sahədəki problemlərin həllinə nail olunmağa çalışılmışdır. 2005-2012-ci illər üzrə "Aqrolizinq" ASC-yə Dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Ayrılmış və təkrar istifadə vəsait hesabına 2005-2012-ci illər ərzində müxtəlif markalı 1033 ədəd taxıl biçən kombayn, 4252 ədəd traktor, 164 ədəd ekskavator, 8960 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları (kotanlar, kultivatorlar, ot biçən texnika, ot və küləş presləyən, malalar, taxıl səpən, gübrə səpən, çiləyicilər, traktor qoşquları və s.), 9 dəst süd zavodu avadanlıqları, 23 dəst soyuducu kameraları, 8 dəst qarışıq yem istehsal zavodu avadanlıqları, kənd təsərrüfatı texnikalarına lazım olan ehtiyat hissələri, dəzgahlar alınmışdır (9).

Bu texnikalar isə mövcud tələbatı ödəmək gücündə deyil. Onun üçün də aqrar sahənin inkişafı məqsədilə həyata keçirilən investisiya qoyuluşlarının dövlət tərəfindən dəstəklənməsi, kəndli təsərrüfatlara təşkilati-texniki yardımın göstərilməsinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.

Kənd təsərrüfatı sahəsi regionların iqtisadiyyatının əsasını təşkil etdiyindən bu sahənin inkişaf etdirilməsinin məhsuldar qüvvələrin rasional yerləşdirilməsi və məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, ölkənin kənd rayonlarının iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tutur. Bununla əlaqədar kənd təsərrüfatının və onun məhsullarının emalı sahələrinin yaradılması ölkənin iqtisadi inkişafı baxımından xüsusi önəm daşıyır.

Həmçinin aqrar sektorun inkişafının və aqrar modernləşdirilmənin dövlət maliyyələşdirilməsi qaydaları və mexanizmləri inkişaf etdirilməlidir. Qarşıdakı dövrlərdə dövlət büdcəsinin genişlənən imkanları şəraitində müvafiq məqsədlər üçün büdcədən qaytarılmayan ödənişlərlə yanaşı qaytarılmaq prinsipi əsasında maliyyələşdirmənin genişləndirilməsi büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə yol açmış olacaqdır. Bu yönümdə də aqrar modernləşdirmənin prioritetliyinin reallaşdırılmasını təmin etmək üçün kənd təsərrüfatında müasir texniki və texnoloji vasitələrin tətbiqi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin istifadəsi və qaytarılmasının daha əlverişli şərtlərinin müəyyən edilməsi məqsədəuyğundur (7) .

Yekun olaraq qeyd edə bilərik ki, Azərbaycan Respublikasında aqrar sahədə keçirilən islahatların nəticəsi olaraq bu sektorda əsaslı inkişaf baş vermişdir. Eyni zamada, qəbul edilən dövlət proqramlarında səmərəli istehsal, saxlanılma və satış infrastrukturunun yaradılması ərzaq təminatı sisteminin ən vacib elementləri kimi göstərilmiş, bu səbəbdən aqrar sektora dövlət investisiyalarının artırılmasının və özəl təşəbbüslərin hərtərəfli dəstəklənməsinin qeyd edilmişdir. Əlbəttə ölkədə aqrar sektora diqqətin ayrılmasının əsas göstəricilərindən biri bu sahəyə qoyulan investisiyaların həcmi ilə ölçülə bilər. Bu əsasda, kənd təsərrüfatında illər üzrə daxili və xarici investisiyaların qoyuluşunun dinamikasını nəzərə alınmalıdır. Azərbaycanda aqrar sektora investisiya qoyuluşunu təhlil edəndə də son illərdə xeyli inkişafın olduğu nəzərə çarpır. Dövlət büdcəsi vaistəsilə kənd təsərrüfatına ayrılan vəsaitlərin həcminin son illərdə artması ümumən ölkə səviyyəsində aqrar sektora hökumət tərəfindən qayğının artırılması ilə bağlıdır.



Qarşıdakı illərdə də bu siyasət davam etdirilməli və dövlətin güzəştli kreditlərinin yerləşdirilməsi zamanı kənd təsərrüfatının uzunmüddətli investisiya tələb edən çayçılıq, üzümçülük, sitrus meyvəçilik və digər çoxillik əkmələrin reallaşdırılması üzrə də layihələrin maliyyələşdirilməsinə xüsusi diqqət göstərilməsi zəruridir. Həmçinin Azərbaycanda investisiya fəaliyyətinin mövcud vəziyyətinin və həyata keçirilən investisiya siyasətinin səmərəliliyinin yüksəldilməsi üçün iqtisadiyyatda mövcud disproporsiyaların aradan qaldırılmasına, yəni ayrı-ayrı sahələrdə qəbul edilən investisiya qərarlarının miqyas və zaman baxımından əlaqələndirilməsinə nail olmalıdır. Son illərdə ölkədə investisiya qoyuluşlarının strukturunda sənayenin payı kəskin şəkildə artmışdır, aqrar sahənin payı isə azalmışdır. Qarşıdakı illərdə investisiya qoyuluşlarının strukturunda aqrar sahənin payının artımana nail olunması üçün əməli addımlar atmalı və dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait artırılmalıdır.

Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin