Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə43/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   39   40   41   42   43   44   45   46   ...   93
Açar sözlər: biznes, mahiyyət, aqrar sahə, təşəkkül və inkişaf, xüsusiyyətlər
Cəmiyyətin məhsul və xidmətlərə artan tələbatının ödənilməsi, fərdlərin və kollektivlərin, sosiumların və dövlətlərin birgə fəaliyyətə marağının dəstəklənməsini tələb edir. Nəzəri baxımdan mübahisə doğurmayan bu yanaşmanın təcrübədə gerçəkləşməsi, demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərdə ciddi problemlərlə qarşılaşır. Bununla belə, inkişaf etmiş ölkələrdə inteqrativ inkişafın antiinhisar aspektləri aktual olduğu halda, üçüncü dünya ölkələrində məhdud resurslardan birgə istifadə etməklə minimum tələbatın ödənilməsi məsələləri gündəlikdə durur. İnsan həyatının əsas şərti kimi qidalanma aqrar sahənin inkişafına diqqəti artırır. Qlobal iqlim dəyişmələri, regional münaqişələr, iqtisadi qütbləşmə hər bir dövlətin öz kənd təsərrüfatına diqqətin artırılmasını obyektiv zərurətə çevirmişdir. Digər tərəfdən, ənənəvi təsərrüfatçılığın mühafizəkarlığı sözü gedən diqqətin səmərəliliyini, helledici dərəcədə aşağı salır. Odur ki, milli aqroiqlim potensialından səmərəli istifadənin mühüm vasitəsi kimi sahədə biznes proseslərinin inkişafının innovasiya yönümü, xüsusilə elmi təminatı gücləndirilməlidir.

“Özünün xüsusi və cəlb edilmiş vəsaitləri hesabına, öz təşəbbüsü, öz riski və məsuliyyəti əsasında, mənfəət əldə etmək və öz xüsusi işini inkişaf etdirmək məqsədilə həyata keçirilən iqtisadi fəaliyyət” (1, s.131) kimi qəbul edilən biznesin, aqrar sahənin tələblərinə uyğunluğu onun səmərəliliyinin mühüm şərtidir. Aqrar sahədə biznesin digər özünəməxsusluğu onun islahatlara, inflyasiyaya və iqtisadi proseslərdəki müxtəlif xarakterli tərəddüdlərə yüksək həssaslığı, risklərin yüksəkliyidir. Bu siyahını, əlbəttə uzatmaq olar və araşdırmaların gedişində aqrar sahədə biznesin digər sahələrdəki biznes fəaliyyətdən fərqlərinə münasibət bildiriləcəkdir. Aqrobiznes, aqrar-sənaye sistemi elementlərinin bazar özünütənzimləməsi prinsiplərinə yönəlik fəaliyyətinin koordinasiyasının özünəməxsus forması olub, kənd təsərrüfatı məhsulları istehsalı, saxlanması, emalı və reallaşdırılması prosesləri ilə əlaqədardır. Aqrobiznes kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, daşınması, marketinq, resurs təminatı proseslərinin koordinasiyası prioritetlərini şərtləndirir. Məhz bu mühitdə əlverişli maliyyə-kredit münasibətlərinin, daha səmərəli elmi tədqiqatların, iqtisadi fəallığın mənəvi-psixoloji stimullarının start şərtləri formalaşır.

Aqrobiznes proseslərinin araşdırılmasına bilavasitə həsr olunmuş tədqiqatlar, hələ ki, kifayət deyildir. Doğrudur, Azərbaycanın iqtisadçı alimləri tərəfindən aqrar istehsal-kommersiya fəaliyyətinin müxtəlif aspektləri tədqiq olunmuş, mühüm elmi-təcrübi əhəmiyyətli nəticələr əldə edilmişdir. Bununla belə, həmin alimlər məhz aqrar sahədə biznes proseslərinin kompleks tədqiqini qarşılarına məqsəd qoymamışlar. Postsovet məkanına aid digər ölkələrdə də, cüzi istisnalarla anoloji vəziyyət müşahidə edilir. Aqrobiznesin nəzəri əsaslarının təşəkkülü prosesi üçün, xüsusilə postsovet məkanında ziddiyyətlilik və tədricilik xarakterikdir. Rusiya Kənd Təsərrüfatı Elmlər akademiyasının akademiki Y. S. Stroyevin fikrincə “aqrobiznes geniş və kompleks anlayış olub, təkcə əkmək, biçmək və hətta sərfəli şərtlərlə satmaq bacarığı deyil, eyni zamanda perspektivi görmək, bazarların vəziyyətini bilmək, onların tərəddüdlərinə operativ reaksiya vermək, qabaqcıl texnologiyalar əsasında və müasir texnikadan istifadə etməklə istehsalı təşkil etmək, emalçılarla və ticarətçilərlə əlverişli əlaqələr yaratmaq qabiliyyətidir” (2).

Aqrobiznes anlayışı ötən əsrin ortalarında elmi dövriyyəyə daxil olmuşdur. Həmin anlayışın ilk ciddi şərhinə C. Devis və R.Qoldberqin əsərlərində rast gəlinir. Klassik mənada kənd təsərrüfatından aqrobiznesə doğru dəyişmələrin müstəqil tədqiqat istiqamətinə çevrilməsində C.Devisin “Kənd təsərrüfatından aqrobiznesə doğru” məqaləsinin (3, s. 107-115) əhəmiyyəti xüsusi qeyd edilməlidir. C.Devisə görə aqrobiznes fermer təsərrüfatlarının təminatı üçün zəruri olan məhsulların istehsalı və bölgüsü əməliyyatlarının məcmusu, həmçinin kənd təsərrüfatı məhsullarının daşınması, saxlanması, emalı və bölgüsünü həyata keçirən sahələrin məcmusudur. “Aqrobiznesə iqtisadi və idarəetmə aspektlərində yanaşmalar mövcuddur və bunların hər biri məhsuldar hesab edilir. Aqrobiznes iqtisadiyyatı iştirakçılar arasında şaquli və üfüqi əlaqələrin koordinasiyasını, aqrobiznes menecment isə aqrar sahənin alternativ strukturları çərçivəsində qərar qəbulu proseslərinin tədqiqi məsələlərini önə çəkir” (4, s. 3).

Aqrobiznesin sektorları və onların xarakteristikalarına dair fərqli mövqelər vardır. Harvard biznes məktəbi nümayəndələrinin fikirlərini ümumiləşdirməyə cəhd etsək deyə bilərik ki, aqrobiznesin aşağıdakı sektorları sistem əmələ gətirmə qabiliyyətinə malikdir: təklif, tələb, marketinq və xarici mühit sektorları. Müasir dövrdə şaquli inteqrasiyanın təcəssümü olan aqrobiznesin tələbatın formalaşdırılması və satışın həvəsləndirilməsində rolu artır. Odur ki, kənd təsərrüfatı istehsalı və emalı məhsullarına tələbatın formalaşdırılması və satışın həvəsləndirilməsi sektoru “müəssisənin (firmanın, şirkətin və s.) hansı növ məhsul (məmulat, xidmət) istehsal etməsindən və öz tərəf-müqabillərinə (alıcılara, müştərilərə, istehlakçılara) təklif etməsindən asılı olmayaraq, bütöv marketinqin təşkilati strukturunun mühüm və ayrılmaz tərkib elementidir” (5, s. 339). Belə struktur variantında bazarın müvafiq seqmentlərinin səmərəli təşkili məsələləri aktuallaşır. Yuxarıda qeyd olunan mənbələrdə, bu və ya digər dərəcədə “struktur-davranış-nəticə” paradiqmasının “resurs-texnologiya-məhsul” ardıcıllığında əyaniləşməsinin vacibliyi və mümkünlüyü qeyd olunur. Zənnimizcə, aqrobiznes mühitində müvafiq bazar seqmentlərinin strukturunun formalaşdırılmasının sistem əmələ gətirən elementləri arasında əlaqələr kifayət qədər sıxdır (şəkil 1).

Nəticə

Davranış

Struktur




Resurs

Texnologiya

Məhsul


Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin