Islamın gözəllikləri


Əvvəlki şəriətlər üzərində hakimlik



Yüklə 3,26 Mb.
səhifə2/19
tarix01.05.2017
ölçüsü3,26 Mb.
#16392
1   2   3   4   5   6   7   8   9   ...   19

Əvvəlki şəriətlər üzərində hakimlik:

Bir neçə gerçəkliklər vardır ki, onlarda heç bir şəkk-şübhə yoxdur. O həqiqətlər bunlardır: Allahın dini birdir, bütün rəsullar - Adəmdən (ona Allahın salamı olsun) peyğəmbərlərin sonuncusu Məhəmmədə  qədər hamı bu dini yaymış və davam etdirmişlər. Bu haqda Allah taala buyurur:

{                       } (الشورى:13)



"(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (əş-Şura: 13).

Peyğəmbərlərin və rəsulların dinləri bünövrə baxımından eyni olsa da onların şəriətləri və yolları başqa-baş­qa idi. Bu haqda Allah taala buyurur:

{    } (المائدة:48)

"Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik...." (əl-Maidə: 48).

Səmavi dinlərin əsası eyni, şəriətləri isə insanların hal-əhvalına, vəziyyətlərinə və Allah təbarəkə taalanın bildiyi şeylərə görə müxtəlifdir.

Artıq İslam şəriəti ötən şəriətlərin sonuncusu olaraq gəlmişdir. O, əvvəlki şəriətlərin gözəlliklərini özündə cəm etmiş və onların üzərində hakim olmuşdur. Bu haqda Allah taala buyurur:

{           } (المائدة:48)



"(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik..." (əl-Maidə: 48).

Məhəmməd şəriəti özündən əvvəlki bütün səmavi şəriətləri əhatə etmiş, onlardan kamilliyinə və gözəlliyinə görə üstün olmuşdur.

Bəzi alimlər deyirlər: "Allah yüz dörd kitab nazil edib və onların elmini dörd kitabda cəm etmişdir: Tövrat, İncil, Zəbur və Furqan. Sonra bu dörd kitabın elmlərini Quranda cəm etmişdir".

Digər alimlər isə belə deyirlər: "Quran, özündən əvvəlki kitablarda olan, Allah və axirət günü haqda xəbərləri təsdiq etmiş və açıqlamış, təfsilatını vermiş, onlara olan dəlil və sübutları bəyan etmişdir. Bütün peyğəmbərlərin peyğəmbərliyini və rəsulların şəriətlərini təsdiq etmişdir. Cürbəcür dəlillər və sübutlarla ötən şəriətləri təsdiq etmiş, Allahın onlara nəsib etdiyi aqibəti və kitablara tabe olanlara etdiyi köməkləri açıqlamışdır. Şəriətlərə insanlar tərəfindən edilən artırıb-əskiltməni, kitab əhlinin əvvəlki kitablara etdikləri dəyişiklikləri, bəyan edilməsi əmr olunmuş hökmləri gizli saxladıqlarını bildirib aşkara çıxartmışdır. Həmçinin peyğəmbər­lə­­rin gətirdikləri gözəl şəriətləri və yolları da açıqlamışdır. Beləliklə, Qurani-Kərim ondan əvvəlki kitablardan bir-sıra cəhətlərinə görə üstündür. Məsələn, o, doğru olanları təsdiqləyir, insanlar tərəfindən dəyişdirilən hökmlərə şahidlik edir, Allahın buyurduqlarını təsdiqləyir, nəsx (hökmünü ləğv) etdiyi şəriət qanunlarını ləğv edir və Qurani-Kərim xəbər verilənlərə şahid, əmr olunanlara hakimdir. Ta qədim zamanlardan bu günə qədər insanların dini əsaslar, ilahi elmlər, qiyamət, peyğəmbərlik, əxlaq, siyasət, ibadət, nəfsi kamillik, səadət, nicat və s. haqda dedikləri sözlər, Qurani-Kərimdə buyurulanlara nisbətən, onun çox az bir hissəsini təşkil edir".

Sözün qısası, İslam dini insanlara verilmiş ilahi şəriətlərin axırıncısı, Məhəmməd  isə peyğəmbərlərin sonuncusudur. İslam şəriəti və ona dəvət qiyamət qopana qədər davam edəcəkdir. İslam şəriəti müəyyən bir vaxtla məhdudlaşmayıb. Ona görə də bəşəriyyətin həyatını təkmilləşdirməkdən ötrü onun tətbiqi dondurulmazdır. Əksinə, o, bütün bəşəriyyətə göndərilmiş ümumi və sonuncu şəriətdir. Bu şəriət, insanın fitrətinə və ağlına müraciət edərək gözəl işlərə can yandırmağı artırır, onun üçün qayda-qanun qoyur, getdiyi yolu müəyyən edir və həyatında onun üçün işıq saçır. İnsandan, sadəcə olaraq, İslam şəriətinə riayət etmək tələb olunur. İnsan onunla hər bir çətinliyin həllini, yeniliyin hökmünü, hər kiçik və böyük işdə yönəldilmə və ya əmr tapacaqdır.


  1. İslamın ədalətli şəriət olması:

İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:

{   }(البقرة: 143)



"(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik..." (əl-Bəqərə: 143).

Bəzi alimlər deyirlər: "Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşanlar, nə də qayğısızdırlar, lakin onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, adil işdir".

Ərəb dilində "vəsət" sözü xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” - deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.

Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.

Bu sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. O, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olan Allahdır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətlilikdir.

Bəzi alimlər deyirlər: "Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir".

İslam şəriətinin ədalətli olması müəyyən cəhətə və ya sahəyə xas deyil, onun bütün əhkamlarına aiddir. Ona görə şəriətin ədalətli olmasını çəkiləcək misallar və dəlillərlə əhatə etmək mümkün deyil. Şəriətin ruhla bədən, fərdlə cəmiyyət rəyi arasındakı bərabərliyini misal çəkmək olar:

İslam şəriəti öz hökmlərində ruhla vücud arasında münasibətləri nəzərə almışdır. O, bəzi dinlərdəkindən fərqli olaraq, nə bədəni rədd edib, ruh haqqında təsəvvürlərin dərinliyinə gedən, nə də – batil və təhrif olunmuş dinlərdə olduğundan fərqli olaraq - bədəni və maddiliyi üstün tutaraq ru­hun haqqını inkar edən deyildir. Həqiqətən o, Peyğəmbərin  nişan verdiyi ədalətli şəriətdir:

«والله إني لأخشاكم لله، وأتقاكم له لكني أصوم وأفطر، وأصلي وأرقد، وأتزوج النساء، فمن رغب عن سنتي فليس مني». رواه البخاري في صحيحه ومسلم.

"Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız, ən çox təqvalı olanıyam, buna baxmayaraq mən oruc tutur və iftar açıram, namaz qılıram və yatıram, qadınlarla da evlənirəm. Kim mənim Sünnəmdən (qoyduğum yoldan) üz döndərərsə məndən deyildir"1.

Fərdin və cəmiyyətin münasibətləri arasındakı bərabərlik: İslam dini, müəyyən bir şəxsin və ya toplumun məsləhətinə görə insanları təhqir etməklə, aldatmaqla, hüquqlarını pozmaqla özlərini demokratik adlandıranlardan, yaxud, bir toplumun rəyinə görə fərdin hüquqlarını heç edən kommunistlərdən fərqli olaraq fərdin və ictimaiyyətin maraqlarını ədalətlilik mövqeyindən nümayiş etdirir.

İslam şəriəti iki rəy arasında bərabərlikdir. Şəriətə görə hər kəsin tam xüsusi mülkiyyəti vardır. Əgər o, öz mülkiyyəti xatirinə təcavüz edərək, camaatın haqqına toxunarsa, heç bir təhqir və ya mübaliğə olmadan, olduğu yerdə də dayandırılmalıdır. Bunun əvəzində yer üzünün adamları birləşərək bir adamı öldürərlərsə, onlardan həmin adamın qisası alınmalıdır. Çünki, öldürən kimsələr ölən kimsəylə yaşamaq hüququnda bərabərdirlər.

Xülasə: İslam öz mütəkamil şəriəti ilə icma hüquqlarını təsdiq etdiyi kimi, fərdin hüquqlarını da isbat edir. Onların hər ikisinin arasında müəyyən tənzimləmə, uyğunluq və birlik yaradır, onlara münasib qanunlar buyurur, hər ikisinin əlaqəsini biri-birinə sıx bağlayır. Toplumla fərdin mənfəəti arasında hər hansı ziddiyət olduqda İslam şəriəti cəmiyyətin mənafeyini fərdin mənafeyindən daha üstün tutur.

Eləcə də bütün şəriət hökmlərində orta mövqe tutub, bərabərlik yaradaraq dünya və axirət tələbatlarını tənzimləyir. Dünyanın öz tələbləri, axirətin də öz lazımı müvafiq tələbləri mövcuddur. Şəriətdə hər ikisinin kifayəti vardır. Dünya və axirəti qazanmaq üçün nə ifrata (həddini aşmaq) nə də laqeydliyə yer yoxdur. Əksinə, İslam dininin mövqeyi orta mövqedir. Bunun təfsilatı çox uzundur. Bu müxtəsər kitabçada buna kifayət qədər yer ayırmaq mümkün deyil. Amma qarşıda gələn fəsillərdə İslam şəriətinin qaydalarından çəkiləcək bəzi misallar məsələyə tam aydınlıq gətirəcəkdir.


  1. İslam şəriətinin xeyri (məsləhəti) cəlb etmək və zərəri (məfsədəni) dəf etməyin üzərində qurulması:

İslam, Rəbbani, ümumbəşəri və dünyanın son günlərinə qədər davam edəcək şəriət olduğu üçün, həm şəxsiyyətin və həm də cəmiyyətin dünya və axirətini islah edəcək bütün ehtiyaclarını özündə əhatə etmişdir. Ona görə bu sonuncu şəriət külli əsaslarla, həmişə və hər yerdə diqqət edilən böyük məqsədlər üçün varid olmuşdur. Bu səbəbdən həmin əsasların və məqsədlərin dövrəsində ictihad qapısını açmışdır ki, bəşər övladı onun hökmlərinə əməl etsin, itaət, ibadət və bunları şəriət edənin hakimliyini etiraf edərək savab qazansın.

Bu haqda bəzi alimlər deyiblər: "Şəriətin əsası və binası hikmətlər, bəndələrin yaşayışı və Allaha qayıdışı üçün xeyir, hər şeyi adillik, rəhmət, mənafelər üzərindədir. Ədalətdən zülmə, rəhmətdən onun əksinə, xeyirdən şərə, hikmətdən əbəsə çıxan və çevrilən hər bir iş şəriətdən deyildir. Əgər bir şeyin forması, zahiri görünüşü dəyişdirilib bu şəriətə aid edilərsə həmin əməl gec-tez özünün batilliyini biruzə verəcəkdir. Çünki İslam şəriəti Allahın bəndələri arasında ədaləti, mərhəməti, yerdəki kölgəsi və Onun varlığına dəlalət edən hikmətidir. İslam şəriəti Allahın, Onun Rəsulunun  sadiqliyinə tam və doğru sübutu, bəsirət sahiblərinin gördükləri nuru və hidayət olunanların hidayətidir. O, hər xəstəliyin dərmanı və ona riayət edənlərin doğru və düz yoludur. O, gözlərin işığı, qəlblərin canı, ruhların ləzzətidir. Həyat, qidalanma, dərman, nur, şəfa, sağlamlıq və hər bir xeyir onunla hasil olmuş, ondan götürülmüşdür. Mövcud olan bütün naqisliklərin səbəbi onun tərk edilməsidir. Əgər İslam şəriətinin əsasları qalmasaydı bütün dünya və onun təfərrüatları xarab olardı. O, insanların qorunmasına və dünyanın qalmasına səbəbdir. Allah, göyləri və yeri düşməsin deyə onunla saxlayır. Allah dünyanın və onun incəliklərinin xarab olmasını istədiyi zaman şəriətin orada qalmış əsaslarını götürər. Allahın peyğəmbərlərinə verdiyi şəriət dünyanın dirəyi, dünyadakı və axirətdəki nicat, xoşbəxtlik qütbüdür".

Digər alim belə deyir: "İslam şəriətini və onun kamil bir şəriət olduğunu dərk edən şəxs, ədalətli siyasətin İslamın bir hissəsi və şöbəsi olduğunu anlayar. Kim bu şəriətin məqsədlərini, halını və yerini layiqincə dərk edərək bacarıqlı düşüncə sahibi olarsa, heç vaxt başqa siyasətə ehtiyac duymaz. Çünki bu şəriət bəndələrin dünya və axirəti üçün xeyirli olan bir şəriətdir. O, insanlar arasında hakim olacaq tam ədalətli şəkildə formalaşdırılmışdır. Onun ədalətindən başqa üstün bir ədalət, onun özündə cəm etdiyi xeyirxahlıqdan başqa üstün xeyirxahlıq yoxdur.

İslam alimləri şəriət hökmlərini dərindən öyrəndikdən sonra bu həqiqət barədə yekdil qərara gəlmişlər. Onlardan biri belə deyir: "İslam şəriəti xeyirli olanları toplayıb təkmilləşdirmək, pozğunluqları yox etmək və azaltmaq üçün gəlmişdir".

Başqa bir alim isə buyurur: "İslam şəriəti bütünlükdə xeyir deməkdir. O, ya pozğunluğun qarşısını alır ya da xeyirli olanları özünə cəlb edir. Sən Allah təalanın: "Ey iman gətirənlər!" - sözünü eşitsən diqqətli ol! Çünki bu, ayədə ya səni xeyirə sövq etdirir, ya da şərdən çəkindirir. Ola bilsin ki, bir ayə həm xeyrə sövq etdirsin və həm də şərdən çəkindirsin.

Alimlər ümmətin həyatını möhkəmlətməkdə təsiri olan məsləhətləri (qanunları) üç qismə bölmüşlər: Zəruri, lazımlı, yaxşılaşdırıcı.



Zəruri məsləhətlər: Bu, insanların həyatı üçün mühüm və zəruri sayılan məsləhətlərdir. Bu isə o deməkdir ki, həmin məsləhətlər mövcud olmadıqda pis və qüsurlu qayda-qanun yaranar, özbaşınalıq hökm sürər. Bəzi alimlər zəruri məsləhətlərə belə tərif veriblər: "Zərurət: Din və dünya mənfəətlərini və məqsədlərini həyata keçirmək üçün onun mövcudluğu mütləqdir - deməkdir. Əgər o olmazsa, dünya mənfəət və məqsədləri öz axını ilə deyil, əksinə fitnə-fəsad və özbaşınalıq üzərində cərəyan edər. Beləliklə, axirət xoşbəxtliyi və nemətləri də əldən çıxar".

Şəriətin qorunmasını nəzərdə tutduğu zəruri məsləhətlər beşdir: Din, nəfs, ağıl, mal və nəsəb. Şəriətin bu zərurətləri qoruması iki əsas amillə həyata keçirilir:



Birinci: Onun rüknlərini və əsaslarını möhkəmlətmək və həyata keçirmək. Bu əsaslar, bəndələrdən tələb olunan şəriət hökmlərində vardır. Həmin hökmlər iman və İslamın əsasları və bu əsasları pozan hər bir küfr və mürtədliklə bağlı hökmlər sırasındadır.

İkinci: Nəfsi, yemək, içmək, paltar və məskən ilə baş verə biləcək hər bir çatışmazlıqdan qorumaq; ona zərər verəcək və onu məhv edəcək hər bir təhlükədən: düşmənçilik, qətl və s. pisliklərdən çəkindirməkdir.

Ağılın qorunmasını, onu məcrasından çıxaran sərxoşedici və uyuşdurucu maddələrin haram edilməsi ilə həyata keçirir. Beləcə, İslam şəriətinin bu beş zəruriyyəti iki yöndən: onun mövcudluğu və onu məhv edən amilləri qadağan etməklə - qoruduğunu görürük.



Lazımlı məsləhətlər:

Bu məsələlərin tətbiq olunmaması insanların həyatını tam korlamır, lakin bir sıra çətinliklər yaradır. Buna görə alimlərdən biri belə buyurub: "Lazımlı məsləhətlərin mənası, mətləbə mane olan çətinlikləri aradan qaldırmaq üçündür. Bu məsləhətlər qorunmadıqda insan cəmiyyətində müəyyən çətinliklər meydana çıxır. Lakin buna baxmayaraq bu məsləhətə olan laqeydlikdən irəli gələn korlanma, digər ümumi məsləhətə olan laqeydlikdən nəticələnən fəsad dərəcəsinə yetişmir". Ehtiyaci məsləhət ibadətlər, adətlər, əlaqələr və cinayətlərdə olur və məsələn:



Ibadətlərdə: məşəqqətə görə xəstəyə verilən rüxsət.

Adətlərdə: ovun halal olması, yeyilən, içilən, geyilən, minilən və yaşanılan və s. bu kimi halal nemətlərdən ləzzət almaq.

Əlaqələrdə: Borc vermək, nisyə mal satmaq və s.

Cinayətlərdə isə: zərər verənlərin (cinayətkarların) boynuna düşən cərimələr (diyətlər, qanbahaları).

Yaxşılaşdırıcı məsləhətlər:

Bu haqda alimlərdən biri buyurur: "Bu cür məsləhətlər - gözəl adətlərdən layiqlisini götürmək, sağlam ağılların inkar etdiyi pis işlərdən isə uzaq olmaqdır". Bu bölüm gözəl əxlaq möv­zusuna aiddir.

Bu cür məsləhətlər ibadətlər, adətlər, əlaqələr və cinayətlərdə olur.

Ibadətlərdə: Təharətin bütün növləri, övrət yerlərinin örtülməsi, zinətlərdən (qızıl-gümüş və s.) istifadə, könüllü xeyirxahlıq və sədəqə ilə Allaha yaxınlaşmaq və bunlara bənzəyən digər məsələlərdə olur.

Adətlərdə: Yemək və içməyin ədəbləri, pis yeməklərdən və israfçılıqdan uzaq olmaq və s.

Əlaqələrdə: Qüsurlu, nöqsanlı şeyləri satmağın qadağan olması.

Cinayətlərdə: Azad insanın, qulu öldürdüyünə görə, ölüm cəzasından azad olunması. Yaxud cihad zamanı qadınları, uşaqları və qocaları öldürməyin yasaq olması. Çəkdiyimiz bu misallar, bunlara bənzəyən misalları əvəz edir. Bu dediklərimiz zəruri və ehtiyac üzündən doğan məsləhətlərin əsasına əlavə edilən gözəllik­lər­dir. Bunların olmaması zəruri və ya ehtiyacdan doğan bir məsləhətə xələl gətirmir. Bu cür məsləhətlər yalnız gözəllik rolu oynayır".

Çətinliyin dəf edilməsi və şəriət hökmlərinin yüngülləşdirilməsi:

İslam dini, çətinlikləri dəf etmək və şəriət hökmlərini yüngülləşdirməklə digər şəriətlərdən fərqlənir. Bu dinin hökmləri insanın dəyişən əhvalını, zəifliyini və qüvvətini, səfərdə və qeyri səfərdə olmasını nəzərə almışdır. Xüsusən də bu şəriət ümumiyyətlə və həmişə bütün dinlərin sonuncusudur. Bu şəriət göndərilən elçi: peyğəmbərlərin sonuncusu, Peyğəmbərimiz Məhəmməddir . Həmçinin onun şəriətinin gəlməsi dövrü qiyamətin lap yaxınlaşması deməkdir. Belə ki, Peyğəmbər  buyurub:

«بعثت والساعة كهاتين». رواه البخاري ومسلم في صحيحه.

"Mənim gəlməyim ilə qiyamətin qopması belədir! (deyib, şəhadət barmağı ilə orta barmağını birləşdirərək göstərdi)".

Xitab olunan ümmət bəşəriyyətin son sülaləsi olması, qiyamətdən öncə baş verəcək fitnələr, ömrün qısalığı və s. bu kimi şeylərin olması bu şəriətin hökmlərinin mülayimlik, bağışlanma və lütf üzərində qurulmasına səbəb olmuşdur. Çünki şəriətləri göndərməkdə və ibadətləri əmr etməkdə məqsəd; Allaha olan itaəti yaymaq və bu işi davam etdirməkdir. İbadət tövhidin təsdiqi və onun verdiyi əmrlərin qəbul edilməsidir. Belə ki, tövhid; göylərin və yerin əsası, bəşəriyyətin ondan ötrü yaradıldığı bir haqdır. Şəriət Allahdan bir rəhmətdir və həqiqətən Allah Rəhman və Rəhimdir. Allah təala buyurur:

{     } (الأنبياء:107)

"(Ey Məhəmməd!)Biz səni aləmlərə rəhmət olaraq göndərdik". (əl-Ənbiya: 107)

Allah öz kəramətli Peyğəmbərinə  müraciət edərək buyurur:

{  } (الأعلى:8)

"Səni rahatlığa müyəssər edəcəyik". (əl-Ələ: 8).

Yəni səni ən rahat şəriətə müvəffəq edəcəyik. Bu da səmavi şəriətlərin sonuncusu olan İslam şəriətidir. Peyğəmbərin  ümməti ən sonuncu ümmətdir. Ona görə də bu şəriətin hökmləri rahatlıq, yüngüllük və insanın daşıya biləcəyi təqdirlə gəlmişdir.

Rahatlıq çətinliyin tam əksidir. Çətinlik isə məşəqqət və narahatlıqdır.

Məşəqqət iki qismə bölünür:



  1. Adət edilən məşəqqət. Bu cür məşəqqətlərdə: dini və ya dünyəvi olmasından asılı olmayaraq - çətinlik olur.

  2. Adət edilməyən məşəqqət. Bu cür məşəqqətlər alimlərdən birinin dediyi kimidir: "Adət edilməyən məşəqqət: müəyyən bir müddət əməl etdikdən sonra hamısı və ya bəzisi tərk edilən məşəqqətlərdir. Bu da həmin əməlin sahibində naqisliyin baş verməsi ilə nəticələnir". Bu cür məşəqqətlər adətdən xaricdir.

Şəriətdə çətinliyin aradan qaldırılması ikinci məşəqqətlə bağlıdır. Bunu təkid edərək alimlərdən biri deyir: "Çətinlik mükəlləfdən (həddi-buluğa yetişmiş adamdan) iki səbəbə görə götürülür:

Birinci: yarı yolda dayanmaq və ibadətə nifrət etmək qorxusu.

İkinci: bir kəsin boynuna düşən vəzifənin müxtəlifliyi və çoxluğu. Buna misal olaraq: ailəyə və uşaqlara nəzarət, üzləşəcək hər bir çətinlik və s. demək olar. Ola bilər ki, bir insan bəzi işlərlə dərindən məşğul olsun və digər tərəfdən ibadətdən tamamilə yayınsın. Yaxud bir insan iki çətin işi öz öhdəsinə götürüb onu layiqincə yerinə yetirmək istədikdə, bu çətinliyin qarşısında aciz qalıb hər ikisindən əl çəkər".

İslam şəriətinin asan və məşəqqətsiz olması haqda Quran və Sünnədə (hədislərdə) bir çox dəlillər gəlmişdir.



Qurandan dəlillər: Allah təala buyurur:

â ã߉ƒÌãƒ ª!$# ãNà6Î/ tó¡ãŠø9$# Ÿwur ߉ƒÌãƒ ãNà6Î/ uŽô£ãèø9$# á (البقرة 185)



"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər" (əl-Bəqərə: 185).

وقوله تعالى:{$tB ߉ƒÌãƒ ª!$# Ÿ@yèôfuŠÏ9 Nà6ø‹n=tæ ô`ÏiB 8ltym }(المائدة: 6)



"Allah sizi çətinliyə salmaq istəməz" (əl-Maidə: 6)

â $tBur Ÿ@yèy_ ö/ä3ø‹n=tæ ’Îû ÈûïÏd‰9$# ô`ÏB 8ltym 4 á (الحج 78)



"O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı " (əl-Həcc: 78).

Bu və digər ayələrdən görünür ki, Allah təala Öz şəriətini rahat və asan etmişdir. Bu, Allahın bizə olan rəhməti və ümmətinə göstərdiyi lütfüdür. O, hər şeyi biləndir. O, insanların müxtəlifliyini, güclü və zəif, sağ­lam və xəstə, varlı və kasıb olduqlarını biləndir.

Allah təala buyurur:

{Ÿwr& ãNn=÷ètƒ ô`tB t,n=y{ uqèdur ß#‹Ïܯ=9$# 玍Î7sƒø:$# ÇÊÍÈ }(المُلك:14)



"Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! " (əl-Mulk: 14).

Allah, şəriət qanunlarını endirmiş, bütün əmrlərin və qadağaların təməlini qayğıkeşlik, mərhəmət, asanlıq və mülayimlik prinsipləri ilə qurmuşdur.


Sünnədən dəlillər:

  1. Peyğəmbər buyurub:

«إن الدين يسر، ولن يشاد الدين أحد إلاّ غلبه، فسددوا وقاربوا وأبشروا». رواه البخاري في صحيحه.

"Həqiqətən din asanlıqdır. Kim onu çətinləşdirmək istəyərsə din ona qalib gələr. (İnsanları) Müjdələyin, (onları dinə) yaxınlaşdırın, (şəriət hökmlərini) qoruyun"1.

  1. Peyğəmbər buyurub:

«يسّروا ولا تعسّروا وبشّروا ولا تنفّروا». رواه البخاري في صحيحه.

"Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, ürkütməyin"2.

  1. Peyğəmbər buyurub:

«رفع عن أمتي الخطأ والنسيان وما استكرهوا عليه». رواه ابن ماجة وصححه الألباني في إرواء الغليل.

"Ümmətimə etdikləri xətaya, unutduqları və məcbur edildikləri işlərə görə günah yoxdur"3.

  1. Peyğəmbər buyurub:

«إن الله تعالى يحب أن تؤتى رخصه كما يحب أن تؤتى عزائمه». رواه الإمام أحمد في مسنده وصححه الألباني في إرواء الغليل.

"Allah Onun əzimətlərinə (qətiyyətli əmrlərinə) itaət edilməsini sevdiyi kimi, Onun rüxsətlərinə (insana ixtiyar verilmiş əmrlərinə) də əməl etməyi sevir"4.

Bu və digər hədislərə baxdıqda görürük ki, şəriətin insana əmr etdiyi əməllərdə heç bir məşəqqət və çətinlik yoxdur. İslam şəriətinin əsası rahatlıq üzərində qurulmuşdur. İmkanı olduqda çətin ibadət və itaətlərə baş əyən adam bir vaxt bu əməlləri yerinə yetirməkdə aciz ola bilər. Ona görə də Peyğəmbər  öz əshabələrinə bacardıqları işi etmələrini tövsiyə edib deyərdi: "Allah az, lakin davamlı olan işləri daha çox sevər". İbrət, Allaha ibadətdə, Onun razı qaldığı əməllərdə və bizə rəhmət və şəfqət olaraq verilmiş Peyğəmbərin  sünnəsindədir. Allah təala də Öz Peyğəmbərini  belə vəsf etmiş və buyurmuşdur:

{ô‰s)s9 öNà2uä!%y` Ñ^qߙu‘ ô`ÏiB öNà6Å¡àÿRr& ͕tã Ïmø‹n=tã $tB óOšGÏYtã ëȃ̍ym Nà6ø‹n=tæ šúüÏZÏB÷sßJø9$$Î/ Ô$râäu‘ ÒOŠÏm§‘ ÇÊËÑÈ} (التوبة: 128).

"(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! " (ət-Tövbə: 128).

Alimlərdən biri "Həqiqətən din asanlıqdır" hədisinin şərhində buyurur: "Bu necə də gözəl və əzəmətli bir hədisdir. O, özündə xeyirli və faydalı nəsihətləri cəm etmişdir. Peyğəmbər  hədisin əvvəlində bu əzəmətli əsasın təməlini qoymuş və buyurmuşdur: "Həqiqətən din asanlıqdır" yəni, din öz əqidə, əxlaq və qaydalarında rahatdır. Onun buyurduğu əməl və əxlaq, ən yaxşı əməl və ən kamil əxlaqdır. Bu deyilənlər həyata keçirilərsə, din, dünya və axirət səadəti gerçəkləşər, əks halda isə itirilər. Bu din –Allaha şükürlər olsun- rahat və asandır. Hər bir insan bu dinə riayət etməyin rahat olduğunun şahididir. Bu dinin əqidəsi doğru və sadə olduğundan sağlam ağıl və saf fitrət onu qəbul edir. Onun buyurduğu fərzlər çox asan, digər əmrləri isə ondan da rahatdır... Kim məxluqatın rəhbəri, ən kamil insan Məhəmmədi  özünə nümunə götürmək istəyirsə bu heç də çətin deyil. Belə etmək onun dünya işlərinə maneçilik etmir. Əksinə, o belə etdikdə bütün haqları, Allahın, öz nəfsinin, ailəsinin və dostlarının haqqını, ümumiyyətlə hər bir adamın haqqını rahat və mülayimliklə ödəyə bilər".

İslam şəriətində böyük və mühüm yer tutan bu qaydaya əsaslanaraq alimlər "Asanlaşdırmaq və çətinliyi aradan qaldırmaq" haqda ümumi qaydalar qoymuşlar.


  1. Qayda: Məşəqqət rahatlığı cəlb edir (insana baş verə biləcək hər hansı çətinliyə qarşı asanlaşdırıcı hökmlər, çıxış yolları verilir).

  2. Qayda: Bir məsələ genişləndikdə daralır, daraldıqda isə genişlənir.

  3. Qayda: Zərər aparılmalıdır (Hər hansı işdə zərər olarsa şəriət onu qadağa edir).

  4. Qayda: Zərər özü mislində bir zərər ilə aparılmamalıdır.

  5. Qayda: Zərəri çox olan bir iş, zərəri az olan işlə aparılır.

  6. Qayda: Ümumi və ya xüsusi ehtiyac zərurət mərtəbəsinə endirilir.

  7. Qayda: Zərurət, qadağaları mübah edir.

  8. Qayda: Zərurət öz miqdarında ölçülür.

  9. Qayda: Rahat əməlin hökmü çətin əməl ilə qüvvədən düşmür.

Şəriətdə olan rahatlıq məqamlarını belə bir kitabda sayıb qurtarmaq mümkün deyil.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin