İsgəndər Etibar. Sən dənizsən, gülüm



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix31.01.2017
ölçüsü0,72 Mb.
#6969
1   2   3   4   5   6   7   8   9   ...   14

PİR OLAQ, OCAQ OLAQ
Gizlətmə, qız, Allahımız
yanağının qara xalın,
Sənə verib, məndən ötrü.
Dodağının çiçək balın,
Sənə verib, məndən ötrü.
Ömrün min bir sualını,
Mənə verib, səndən ötrü.
Nur yandırıb, gur yandırıb,
Səni yaxşı görə bilim.
Səni gözəl yaradıb ki,
Mən sevinib, gülə bilim.
Cığır açıb, yol göstərib,
76
İsgəndər Etibar

Ay qız, sizə gələ bilim.
Mənə əllər, qollar verib,
Hər gün səni qucaqlayım.
Hədiyyədir şirin dilim,
Dərdi səndən uzaqlayım.
Yurd içində, el yanında
Eşqin ilə üz ağlayım.
İkimizi yaradıb ki, 
Eşqə iki sübut olaq.
Harda ayrı olsaq da biz,
Məhəbbətdə bütün olaq.
Elə sevək, yaşayaq ki,
Bir təzə Büsutun olaq.
Bir gün ölsək, – qəbir deyib
Qapı-qapı açaq yeri.
Gor evimiz olsun eldə,
Saf, müqəddəs ocaq yeri.
Sevənlərin dərdi, qəmi,
Sənin olsun, mənim olsun.
Eşq evini talayana,
Ocağımız qənim olsun.
29.01.2011
QAPI
Nə xoşbəxtsən, ay qapı,
Səni gözəllər açır.
Səni açan gözəllər,
Məni fikrimdən asır.
Ürəyim elə bil ki,
Göyün yeddi qatıdır.
77
Sən dənizsən, gülüm

Bu qapı, ürəyimə
Açılan ilk qapıdır.
Ürəyimdə gəzən qız,
Məni seyrangah bilir.
Baxıb ötən qızlara,
Göz vurub asta gülür.
Nə xoşbəxtəm, bu gün də,
Yenə gözəllərləyəm.
Ürəyimdən eşq suyu
İçib gəzənlərləyəm.
Xırdalan, 26.01.2011
TEZ GİZLƏT ÜRƏYİNDƏ
İslanmışam qəmində,
Ömrün gələn dəmində.
Gözün qara dənizdi,
Mənəm qara gəmin də.
Əzizim, çalxalanma,
Qərq oluram gözündə.
Boğuluram, seyr edir,
Əl uzatmır sözün də.
Kirpiyin çəpər çəkib,
Mən əsirəm gözündə.
Küsmə, elə üşüdür,
Mən əsirəm gözündə.
78
İsgəndər Etibar

Gül, gözün baharlasın,
Tez isinim, günləyim.
Tez gizlət ürəyində,
Gülüm, gözə gəlməyim.
18.01.2011
QIZLAR ÖYƏRLƏR
Sürüşdü ağ köynəyin,
Bir yarpaq can göründü.
Ağlım çıxdı başımdan,
Nə vaxt, haçan göründü!
Fikrim qopdu dünyadan,
Sənə tərəf süründü.
Lüt ürəyim həyadan
Məhəbbətə büründü.
Bircə zərrə çınqıdan,
Alışıb Günəş oldum.
Gözlərdə ulduzladım,
Dodaqda gülüş oldum.
Bir anın hökmünə bax,
Necə döndüm, dəyişdim.
Qoca idim, gəncləşib
Qocalıqla döyüşdüm.
Daha qoca, – deməzlər,
Mənə Uca! – deyərlər.
Qarılar, qocalar yox,
Məni qızlar öyərlər!
23.01.2011
79
Sən dənizsən, gülüm

QOYMUR ÖLƏM
Axşam sönsəm, səhərlər
Yandırır Günəş məni.
Mən də parlayım deyə,
Güldürür gülüş məni.
O, bahar, mən ölü gül,
Dirildir ölən gülü.
Yatan günəm, gözləri,
Oyadır yatan günü.
Ağac idim, kül oldum, 
Qorlayır ocaq, məni.
Yaşadır, qoymur öləm,
Eşqimə qucaq, məni.
16.01.2011
İNARƏ
(Ağır xəstəlik anlarımda mənə hədsiz 
qayğı göstərən gəlinim İnarəyə)
Sən parlayan incisən,
Qadın gözəlliyində.
Ana oldun Səidə,
ana oldun Cavidə,
Qaldın gözəlliyində.
Bütün gözəl qızları,
Sevgilin Cahangirin
Sən saldın gözlərindən.
80
İsgəndər Etibar

Bal arısı kimisən,
Gücün, özündən böyük.
İş vaxtı, elə bil ki
Adamsan bölük-bölük.
Qayğı dolu qədəhsən,
Boşalırsan, dolursan.
Sırtırmış üz görəndə,
Heyrətindən donursan.
Bəxtim məndən küsəndə,
Taleyim yan keçəndə,
Məni, ölümdən aldın.
Əcəlimi küsdürüb,
Pərişan yola saldın.
Zərifsən – dözümlüsən,
İnanmazdım beləsən.
Aqil özünü görmür;
Biz sənin möcüzənik,
Dedim, Sən də biləsən.
Ad günündü, nə verim,
Ürəyin deyən olsun?
Al, qanımla yoğrulan
Şeirim hədiyyən olsun.
10.11.2011
GÖZLƏSƏN MƏNİ
Mən elə yanmışam, sönən deyiləm,
Eşqimdən, andımdan dönən deyiləm.
81
Sən dənizsən, gülüm

Sənə yetməyincə ölən deyiləm,
Gözlə sən məni.
Bahar ağacları çağladacaqdır,
Payız yarpaq-yarpaq ağladacaqdır.
Ümidlər yaramı sağaldacaqdır,
Gözləsən məni.
27.04.2011_BELƏDİR_ÖMRÜM'>27.04.2011
BELƏDİR ÖMRÜM
Gülüm, 
Yenə sevda yolundadır 
ürəyim, fikrim,
Səni tutmaq istəyirəm, 
əlim susur,
Bir söz demək istəyirəm, 
dilim susur.
Qəm-kədər canavar, 
sevincim quzumu?
Sevincimi qəm pusur.
Ömrüm ölümdən yox,
Xəbis adamdan qorxur:
Xəbislər sel kimi kor,
Qaya kimi kar olur.
Nə qanır, nə qandırır,
Ona görə
Yox etmək qanundur.
İçimin dənizi çalxanar,
Olsa ömrümdə qüsur.
Şir başına dolanan 
tülkülər kimi
82
İsgəndər Etibar

Dövrəmdə fırlanır 
erkəkli, dişili cəsus.
İnadımı qıra bilməz,
Nadan, vəzifəlilər.
Sözü ölü yarpaqdı, 
verəcəm yelə.
İstəmirəm beləsi ölə:
İstəyirəm yaşaya,
Olacağı görə.
Başında Toruçelli boşluğu var.
Başına ağıl gələ,
Boşluq dola,
O da adam ola!..
Nə qədər çox olsa adamlarımız,
O qədər qəti olar addımlarımız!
04.04.2011
QIZ
Gözlərin dumduru dənizdi,
Qarası bir qayıqdı.
Gözlərinin işığı
mənə olan qayğıdı.
Səyahətə çıxmışam,
Gözlərinin qayığında.
Ağ yelkənim olacaq 
gözlərinin işığı.
Yüz il ömür sürəcəm,
Gözlərinin içində.
Gözlərində öləcəm,
Bu dünyadan köçəndə.
27.04.2011
83
Sən dənizsən, gülüm

NƏ AD VERİM
Bu gün də qonağımdı Günəş;
Qoymuşam süfrəmə;
Özümü,
Günəşin verdiyi 
tərəvəzi, meyvəni.
Sünbül ətirli çörəyi...
Beş ay əvvəl doğulan,
Quzu mələrtisi ilə yoğrulan
Xörəyi.
Günəş məni yeyir, 
səssiz-səmirsiz.
Xəbəri yox 
yanımda oturan,
yedikcə iştahını artıran
oğlun, gəlinin, nəvələrin!
Nəvələr;
Dalaşa-dalaşa,
Günəşə bulaşa-bulaşa
Deyir-gülür.
Nə günəşdən halidirlər,
Nə də kökləri nənədən, babadan.
Yeyirlər Allahın verdiyindən,
Çıxırlar aradan.
Mən vardım olanlara,
Hamının birgə yaşadığı, 
Onun, onların görüb-duymadıqlarını,
Demədim gəlinlərə, nə də ki oğlanlara.
Nə ad verim olanlara?!
Hamının yaşadığı,
Hamının görmədiyi bu anlara!
02.06.2011
84
İsgəndər Etibar

DÜNYA BİR PƏNCƏRƏDİ
Yaralama, yazığam mən,
Sağaldanım yoxdu, gözəl.
Baxışlarım – acam! – deyər,
Qəlbim, ruhum toxdu, gözəl.
Yer fırlanır, sənə bir an,
Pəncərədən baxdım, gülüm.
Heç nəyim yox, gözlərimi,
Ağ sinənə taxdım, gülüm.
Hələ açıq pəncərədən,
Eşqin ilə məşğulam mən.
Neynim, budur təbiətim,
Bu yaşda da şuluğam mən.
Mən baxdığım bu pəncərə,
Səndən çox-çox qabaqdadır.
Biz yanırıq eşq odunda,
Dünya kefdə-damaqdadır.
Aylar, illər eskalator,
Günləri də pillələrdi.
Arxamızdan səssiz dəyən,
Dəqiqələr–güllələrdi.
Ağlamayaq, gülək deyə,
Bu yol boyu güllər bitir.
Biz göz açıb yumunca, eh,
Sağda, solda kimsə itir.
14.03.2011
85
Sən dənizsən, gülüm

PƏNCƏRƏDƏN DÜŞƏN İŞIQ
Gecə pəncərədən,
Pəncərədən üç dəfə böyük
İşıq düşüb küçəyə,
Elə bil xal qoyulub gecəyə.
İşıqda, nurda çimir
Gecənin bir görümü.
Torpağın bir parçası,
Torpaqdakı cücülər,
Yuxu yatmır bir çimir.
İşıq durub lal-dinməz,
Gecə gecəliyini edir,
Yaşayır səbirlə, təmkinlə
Qorxuzalar, diksinməz.
Arası yoxdu kədərlə, kinlə,
Heç kimlə.
Bu bir para torpaqdakı səadət,
Bağlıdır ev yiyəsinin yuxusuna,
Bu işığın yox olmaq qorxusuna.
Səhər gələnə kimi 
oyansa ev yiyəsi,
Küçənin, gecənin 
işıq xalı sönəcək.
Oyanmasa,
Gecənin, küçənin işıq xalını
Səhər yeyəcək.
12.03.2011
***
Görünməzi görməyə,
İçimdə göz gərəkdir.
86
İsgəndər Etibar

Allahı da eşidən,
Qulaq deyil, ürəkdir.
Eşitməsən, ürəyin,
Qeybə köklənməyibsə,
Əxlaqın Allah ilə,
Yerdə təklənməyibsə.
04.02.2010
AY ALLAHIM
Allahım,
Məni məndə var etmisən,
Yerə, göyə yar etmisən.
Məni məndə qorxutma sən,
Ömrə görə əyri sözü,
Mənə doğru oxutma sən.
Mən ömürdən tez doymuşam,
Doymamışam yaratmaqdan,
El-obanı yarıtmaqdan.
Bu yoluma əngəl olub, 
Göz yaşımı axıtma sən.
Xaqanilik ver mənə də,
Vaxt öldürüb aldatma sən.
Odum çoxdu, mən demərəm,
Od üstünə od atma sən.
Qoy odumla yanım hər gün,
Mənə özgə od qatma sən.
Yandırmışam xəbisləri,
Fəryadına su atma sən!..
23.01.2011
87
Sən dənizsən, gülüm

MƏNƏ GÖRƏ
Anam məni həyata peyğəmbər doğmuşdu,
Məni doğunca
Ölüm onu boğmuşdu.
Mən peyğəmbər olmadım;
Adamları ölümə səsləməyim deyə,
İçimdə şöhrət bəsləməyim deyə,
Uğrumda ölüb-itən olar deyə,
Ömrüm həyatdan itər deyə.
Ağızlarda, dillərdə
Kor-koranə bitər deyə.
Səsimi, nəfəsimi
İnsanlarla bölüm deyə,
Dara çəkib nəfsimi 
Şair olmaq istədim.
Yaxşıya yaxşı dedim,
Pisləri pislədim.
Kim olsa da bu pislər,
Pissən, – dedim,
Cəmiyyətin boğazında
Qurumlayan hissən! – dedim.
Qorxudan 
üzünü cırmaqladı bacım,
Mısmırıq salladı sirdaşım: 
Ağzı-burnu əyildi,
Kirpiklərindən asıldı 
qurğuşun.
Qulaqlarım eşitdi,
Arvadını, uşaqlarını
Rüşvətlə dolandırana
Qohumların qarğışını.
Üzümə qəzəblə baxıb bir qohum,
88
İsgəndər Etibar

– Arvadıma sənə görə 
Vəzifə vermirlər! – dedi.
– Qorxma! – dedim.
– Arvadının vəzifə yolu qarasından keçir,
Bildin harasından keçir? – dedim.
Qızışdı canıma, 
Susadı qanıma.
Elə getdi, 
Bir də gəlmədi yanıma.
Düzünəyəm deyə,
Kimi salam verdi öyə-öyə,
Kimi də saymaz ötdü söyə-söyə.
Həyat təndirdi mənə görə,
Əhlət daşı qara daşdı,
Bir ağ pendirdi mənə görə.
19.04.2011
PİS NƏYİM VAR GİZLƏDİM
Dünyanın səhərləri:
Məni məndən qoparır,
Məndən ömür aparır.
Gecələr ovundurur,
Tikir təzədən məni,
Oyadır tezdən məni.
Buraxır gündüzlərə.
Çağırır gündüz qaya,
Səsləyir gündüz dərə!
Səpilirəm hər yerə,
Cücərəcək izlərim.
Nurdu ömür kitabım,
Pis nəyim var, gizlədim!
08.05.2011
89
Sən dənizsən, gülüm

GÜNDÜZLƏ GECƏ
Qulağımı dəlirdi:
Günəşin son şüasından,
Parlayan buludların,
Uçan evlər kimi gurultusu.
Saatbasaat,
Anbaan
Azalırdı gündüzün parıltısı.
Tökülürdü üfüqdən
Günəşin hırıltısı.
Qatılaşırdı axşam,
Daralırdı üfüq. 
Qaranlıq gizlədirdi dağları,
Udurdu uzaqları.
İtirdi, qarışırdı bir-birinə
Gülləri, çiçəkləri.
Qorxu ələnirdi meşələrə, 
Dağlara.
Vahimə divləşirdi.
Elə bil ki, dağlar 
Nəsə fikirləşirdi.
Qaranlıq qatılaşdı, 
qatılaşdı,
Elə bil dünya evinin 
qapısı bağlanırdı. 
Pəncərəsinə 
qara pərdə çəkilirdi.
Bilmirdim, Yer göyə qalxırdı, 
Göy yerə çökürdü.
Bizə əyilməz görünən
Nəhəng-nəhəng palıdlar
90
İsgəndər Etibar

Gecəyə qatlaşırdı. 
Gecə çıxdı taxtına,
Qanad verdi vaxtına.
Fəth elədi dünyanı,
Başı qarışmışdı 
qurbanlarına.
Unutmuşdu Günəşi,
Bir zərrə işıqdan  
bağrı yarıldı. 
Yerdən, Göydən, 
məndən, səndən ayrıldı,
durdu pusquda....
BƏLKƏ
Qara ürəklilərin 
qara fikridir gecə?
Çirkin fikirlilərin 
çirkidir gecə?
Gəlir pusa-pusa,
Gedir səssiz-səmirsiz.
Eh, biz də,
Gündüzün itib,
Gecənin bitməsini
Faciə bilirik.
Sən demə,
Gündüzlə gecə
“Gizlənpaç” oynayır.
27.05.2011
91
Sən dənizsən, gülüm

TƏBRİZDƏ
Gəzdim Təbrizi doyunca
yorulunca.
Əridi ürəyimin qışında 
bahar həsrəti.
Varmış
Ömrümün saatlarını əritmək,
Gözlərimi “Göy məscid”in 
divarlarında yeritmək qisməti.
Torpaq qınından sıyrılıb
Ucalıb Ərk qalası,
Üzü cadar-cadardı,
Qocalıb Ərk qalası 
dərd əlində.
Payız idi, utanıb
Ağ dumana büründü,
Dərd görüb dərd əhlində.
Təbriz bazarı;
Gəzdirir ürəyində bir azarı 
Bərq vurur 
çeşid-çeşid üzükləri, 
sırğaları, 
silsiləsi.
Burda nə varsa, mənim olsa,
Deyil siləsi 
təbrizli bir hambalın nisgilini  
Tanrı göstərməsin heç kimə
Ömrün belə pis gününü.
Təbriz! Təbriz!
Ürək kimi döyünür,
Küçə-küçə böyüyür.
92
İsgəndər Etibar

Evləri bayraq olur 
yamaclara, dağlara.
Təbriz küçə-küçə damarlarla
Axıdır dünəni, bу günü.
Axıdır insanları,
Əsrin gücünü.
Doğulmuşam Təbrizə 
yeriyən uşaq kimi.
Böyüyürəm anbaan 
Dan yerindən süzülən 
işıq kimi.
Əlirza əlimdən tutub
Küçədən küçəyə keçirdir,
Məhlədən məhləyə köçürdür,
Təbrizi – eşq şərabını 
mənə içirdir.
Doymamışam, doymaram
Təbrizi – eşq badəsini
Əldən yerə qoymaram!..
Təbrizin damar-damar 
küçələrində 
Bircə damla qan idim.
Bu qanda – 
Nəsimi, Sabir eşqi,
Bakı, Qəbələ eşqi,
Hər an qələbə eşqi 
çağlayırdı.
Təbriz! Təbriz! 
bu qanı saxlayırdı,
Eşq odu almaq üçün
Bu qanı çalxayırdı.
Təbriz – Bakı, Yanvar, 2002
93
Sən dənizsən, gülüm

BAKIDA GÜNƏŞƏ BOY ATIR EVLƏR
Çinarları, palıdları qoyub kölgədə
Bakıda günəşə boy atır evlər.
Tısbağa-tısbağa daxma sökülür,
Bakımız Nyu-Yorka, Londona dönür.
Bu torpaqda köklənib
Bu torpaqda bitir evlər.
Zirvələnir, zirvətək
Buludlarda itir evlər.
Sonuncu mərtəbədə yaşayanlar,
Günəşə gör nə qədər yaxındılar.
Çömçə götürüb buludları 
qarışdıra bilərlər 
yağış alınca.
Ayı qonaqlaya bilərlər
Gecələr Bakıda qalınca.
Uşaqlar ulduzlarla 
“Beşdaş” oynaya bilərlər.
Onsuz da həyətləri yox,
Meydanları yox,
“Qaçdı-tutdu”, futbol oynayalar,
Torpaq üstə qaynayalar,
Pişikləri rahat qoymayalar.
Qorxuram, 
Kəndə, dağlara gedəndə
Torpaqdan qorxalar.
Torpağı aş bilib,
Sıxmalayıb yeyələr.
Al-əlvan kəpənəklərə
94
İsgəndər Etibar

“Uçan ulduz” deyələr.
Ulduzlar böyükləri qınaya bilərlər,
Onlara diqqətsiz,
qayğısız olmalarına görə.
Qarılar əllərini qaşına qoyub
İstəyərlər Ayın arxasını görələr.
Sevənlərin seyrangahı olar
Buludların yaratdığı mənzərələr.
07.05.2007
OĞUL NƏVƏM – 
YUNU QIZIL DƏVƏM
(Nəvəm Nuhada)
Qaranlığı soyunub,
İşıqlığı geyindin.
Dünya işıq geyinsin
Sən işıq geyinəntək.
Yer səni gözləyirdi,
Hər anını
Göydə Günəş,
Ulduzlar izləyirdi.
İlk səsindən, hayından,
Göyün bağrı söküldü;
Ulduzlardan,
Aydan, Günəşdən
İşıq payın töküldü.
Yer uçundu,
Bəşər üşündü,
95
Sən dənizsən, gülüm

Və düşündü:
– Bu gələn kimdi?
Hansı dərdə dərmandı?
Yer üzündə nədən ötrü,
Kimdən ötrü fərmandı?
Göy üzünün dərinliyi,
Hələ günəş görməyən
Hansı sözün sərinliyi
Nurlanacaq?
Oturduğun, yatdığın bəsdi,
Zərif, totuğ
Barmaqları qayçıla,
Salxımlanan kədəri üz.
Qudaların 
Pərən düşən ümidini yerinə düz.
Görən kimi gül çöhrəni, 
sevinc məni
Top kimi atıb-tutdu.
Ürəyim
Dərdlərini unutdu.
Sevinc fişənglənib Yer üzünə,
Kor da görür.
Həmişə ağlayan 
Dərdli gülür.
Göz açan körpə,
Sənin səsini
Ulduzlar eşidir,
Yerdə eşitməyənlər
Kardılar.
96
İsgəndər Etibar

Oğul nəvəm, – 
Yunu qızıl dəvəm.
Çağlar damarlarımda
Qızıl qan, nəvəm.
Günəşin balaları
Günəbaxan kimiyəm,
Dənlə məni,
Dinlə məni.
Üfüqlərdə 
Qara bulud dağıldı,
Xəbər gəldi:
– Yer üzünün xilaskarı doğuldu.
Bəlkə, sənsən, körpə nəvəm,
Yunu qızıl dəvəm,
Qədəmlərin mübarək!..
10.01.2006
ŞEİRLİ ANLARIM
Yenə şeir yazdım –
Fikirlərin, xəyalların
yolunda azdım. 
Heç özüm də bilmədim 
Ömrü nə vaxt başladım,
nə vaxt qurtardım.
Bircə onu bildim ki,
ötüb keçən ömrü 
Geri qaytardım; 
Sarıdım əl-ayağını 
misralarımla.
97
Sən dənizsən, gülüm

Qatıb qabağıma 
əbədiyyət bağında 
Otardım.
Daha qorxum yoxdu; 
Gecə-gündüz
arzu daşıyıram,
ömrü yaşayıram, 
dəyirmanın
su çarxı kimi, 
apardığımı qaytarıram.
14.05.2011_***_Saat_on_birdi:_Kim_bilmədi,_kim_bildi._Namərdlərin_gözündə_on,_birdi.__14.05.2011'>14.05.2011
***
Saat on birdi: 
Kim bilmədi, kim bildi. 
Namərdlərin gözündə 
on, birdi.
14.05.2011
GÜNƏŞ, AY, TORPAQ, BİZ               
İşıq-işıq şüalarla           
Günəş söykənib sənə, mənə,
ona, ona. 
Yoxsa Günəş göydən yıxılardı, 
Çoxdan yox olardı. 
Günəş necə də yırtıcıdı; 
Hər gün tumarlaya-tumarlaya,
Qamarlaya-qamarlaya,
üzümüzə gülə-gülə 
Yeyir bizi. 
98
İsgəndər Etibar

Bu, necə ehtiyacdı, 
Bütün hüceyrələrimiz Günəşə acdı, 
Aya möhtacdı. 
Elə ki, qocalırıq,            
Ömrü qurtarırıq,     
Nə almışıq Günəşdən, Aydan,
Qaytarırıq.
Sonra da torpaq
qəbir-qəbir cibinə qoyub 
Günəbaxan toxumu kimi 
Sortlayır,                                 
Çırtlayır bizi.               
Bu, nə Günəşin, nə torpağın,
nə də Ayın eyninə deyil. 
Elə bil Yer kürəsi süfrədi, 
Günəş də, Ay da.
Kimimizi kal ikən, 
Kimimizi yetişdirib yeyir.
Sonra da:
– Bizi sevin,
Bizsiz həyat yoxdur! – deyir. 
– Səsini çıxartma,
biz həmişə haqlıyıq! –
deyir.
Zəhmət ilə böyüdüblər bizi, 
Bu zəhmətin haqqıyıq. 
Halalıq Günəşə, Aya, torpağa
Çalışmayın günah axtarmağa.
Göz qaralır, ağıl başda oynayır, 
Baxdıqca gələn, gedən
insan köçünə. 
99
Sən dənizsən, gülüm

Bunsuz həyat necə keçinə?! 
Hər gün süfrələyirik
Günəşi, Ayı, torpağı, 
hər an arzulayırıq
onları talamağı.
Nə qədər ki, diriyik
Biz, Günəşin, Ayın, Torpağın 
Danışan diliyik!...
14.05.2011
ƏLLƏRİN, ƏLLƏRİM
Əllərim əlinə nağıl deyəcək;
Əllərin fikrimdən,
İdrakımdan dağılan
Söz-söz noğul yeyəcək,
Əllərinin
Bəxtiyarlığı başlayacaq,
Əllərin əllərimdə yaşayacaq.
Əllərim əlinə nağıl deyəcək;
Əllərin bu günü soyunub,
Əllərimdən tökülən
Təptəzə söz geyəcək.
Əllərinə baxan əl
İçindən göynəyəcək.
Əllərin əllərimdə
Ürək kimi döyünəcək. 
Əllərim əlinə nağıl deyəcək; 
Əllərinin barmaq-barmaq balası var, 
100
İsgəndər Etibar

Dözməyəni ağlayacaq, 
Elə barmağın olacaq, 
Sevincdən çağlayacaq.
Əllərin barmaqlar ailəsidir; 
Xoş gəlib əllərimin ailəsinə. 
Əllərimin ürəyi açıqdır, 
Əllərini şərik edəcək
Əllərimin sevincinə. 
Əllərin əllərimdə
Sevgisinə çata bilər, 
Baş qoyub əllərimə
Şirin-şirin yata bilər. 
Nə vaxt küssə, özünü 
Əllərimin zirvəsindən 
Ata bilər.
Hələ uşaqdı əllərin; 
Əllərimi ana bilər, ata bilər...
10.04.2011
***
Fikrim dumanlayır: 
Şimşəkləyəcək, 
Duyğularım, hislərim 
Yenə şimşək yeyəcək. 
Ürəyim ağ kağıza 
Misra-misra yağacaq... 
Misraları sən bir cür, 
Avam bir cür yozacaq, 
Hökmü zaman verəcək!...
13.04.2011
101
Sən dənizsən, gülüm

SƏN, MƏN
Səni Günəş yaşadır, 
Məni eşqim!.. 
Ağac deyiləm, 
Ağac kimi yaşayanı 
necə eşidim?
Ürəyinin sözünü eşitdim, 
Üşündüm, düşündüm: 
Sən məndən ağaclıq umma, 
Mən də səndən adamlıq. 
Bu həyata gələndə 
İkimiz də aldandıq!..
14.04.2011
DÜNYA, AÇIL BAŞIMDAN
Səni sevirəm, dünya, 
Gecənə, gündüzünə 
Ömür sərirəm, dünya. 
Gəlişinə hər səhər 
Bəxti səpirəm, dünya.
Nə dürrü, nə incini 
Dağdan ağır qəmini, 
Bir çimdik sevincini 
Yığdım içimə, dünya, 
Qatdım köçümə, dünya.
Qızılın gözlərimi 
Qamaşdıra bilmədi. 
102
İsgəndər Etibar

Şöhrətin ürəyimi 
Alışdıra bilmədi. 
Nadanların yuxumu 
Qarışdıra bilmədi, 
Məndən incimə, dünya.
Təmizəm suyun kimi, 
Nə lalam, nə də karam, 
Sirliyəm quyun kimi. 
Xəbislər olmasaydı, 
Göydə məskən salardım.
Olmusan bölgə-bölgə; 
Bölgə nadan əlində, 
İşıq nadan əlində, 
Kölgə nadan əlində, 
Aqilə yer tapılmır, 
Məndən incimə, dünya.
Gözləri kor ediblər, 
Qulağı kar ediblər, 
Harayım çatmır Yerə, 
Necə yaşayım belə? 
Məndən incimə, dünya.
Şimşəyini hər zaman
Doğrulara çaxmısan. 
Pozğun qadınlar kimi 
Hər an haqlı çıxmısan.
Hələ uşaq yaşımdan, 
Zirvədən papaq qoyan
Dağların əsgər kimi, 
103
Sən dənizsən, gülüm

Gəlib keçib qarşımdan...
Suları göz yaşımdan, 
Bir dənizəm, batarsan.
19.04.2011
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin