Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması


B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix26.04.2023
ölçüsü0,7 Mb.
#103096
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
7412-3-00190-01 Mechanic, electrical

B. PEŞƏ STANDARTI ÜZRƏ QİYMƏTLƏNDİRMƏ NÜMUNƏSİ 
Gəmidə elektromexanik-mühəndis 
Qiymətləndirməyə dair qısa məlumat 
Elektromexanik üçün qiymətləndirmə nümunəsi elektrik qurğularının, gəmi elektrik stansiyalarının, 
elektrik şəbəkələrinin, bölüşdürücü qurğuların, bütün elektrik ötürücü mexanizm və qurğularlarının 
elektrik hissələrinin, avtomatlaşdırma və nəzarət vastələrinin, telefon rabitəsinin, siqnal sisteminin, 
habelə elektroradionaviqasiya qurğuları təchizat mənbələrinin və elektromexaniki vəsaitlərin etibarlı 
işləməsi, düzgün texniki istismarı və texniki vəziyyəti üçün tələb olunan bilik və bacarıqları müəyyən 
edir və qiymətləndirir.
Hazırkı peşə üçün tövsiyə edilən qiymətləndirmə metodları aşağıdakılardır: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı testlər. Sözügedən peşə üçün qiymətləndirmə proqramının nümunəsi 
aşağıda verilmişdir. 
 
Məşğulluq Təsnifatında (MT) peşənin kodu:
7412 (Elektromexanik) 
MT-də ixtisas (bacarıq) səviyyəsi: 
2 (tövsiyə olunan səviyyə: 3) 
ISCO 08-də işin kodu:
7412 (Mechanic, electrical) 
ISCO 08-də ixtisas (bacarıq) səviyyəsi: 

Test versiyası: 
01 
Hazırlanma tarixi: 
Noyabr, 2012-ci il 
Təsdiq edən qurum: 
... 
Təsdiq tarixi: 
... 
B.1. FƏALİYYƏT MEYARLARI 
Bu meyarlar peşə standartındakı vəzifə və fəaliyyətlərlə birbaşa əlaqəlidir. Onlar ölçülə bilən formada 
müəyyən edilməlidir ki, qiymətləndirmə nümunələri hazırlayanlar üçün qiymətləndirmə maddələrinin 
formalaşdırılması baxımından faydalı olsun. Birinci (V.1) və sonuncu (V.6. ) vəzifələrə uyğun gələn 
fəaliyyət meyarları ilə bağlı nümunə aşağıda göstərilmişdir. 
Fəaliyyət meyarı nümunəsi: 
V.1. İstismar və texniki qulluq işləri: 
F.1.1. Gəmi elektrik avadanlıqlarını və avtomatlaşdırma vasitələrini texniki istismar etmək; 
F.1.2. İstismar zamanı avadanlıqlara qulluq və nəzarət, quraşdırma (montaj) və təmir – bərpa 
üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək; 
F.1.3. Quraşdırılmış, təmir edilmiş və təmir edilən gəmi elektrik avadanlıqlarının və 
avtomatlaşdırma vasitələrinin sınaqlarını keçirmək və işə yararlılığını müəyyən etmək; 
F.1.4. Gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi elektrik avadanlıqlarını və 
avtomatlaşdırma vasitələrini seçmək; 
F.1.5. Gəmi elektrik avadanlıqları və avtomatlaşdırma vasitələrinin qovşaqları, sistemlərinin 
aqreqatlarının detallarının sertifikatlaşdırılması zamanı ekspertizalar və auditlər təşkil 
etmək. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
14 
… 
V.2. Elmi pedaqoji fəaliyyət: 
F.2.1. Gəmidə və ya orta peşə ixtisas, ali peşə ixtisas müəssisələrində təhsil alan gənc 
nəsillərin, gəmidə tabelikdə olan gəmi heyət üzvlərinin texniki təlimlərini təşkil etmək 
və tədris zaman ümumi peşə üzrə dərslər keçmək
F.2.2. Əlavə peşə təhsili proqramları üzrə dərslər keçmək. 
V.0.
B.2. QİYMƏTLƏNDİRMƏ İLƏ BAĞLI RESURSLAR 
a) 
Material və komponentlər: transformatorlar, elektrik açarları, elektrik keçiriciləri
əriyən qoruyucular, məftillər, əl əyiriciləri; elektrik əyiriciləri. 
b) 
Alət və avadanlıqlar: kranlar, sınaq qurğuları, qoruyucu avadanlıqların qazıma drelləri; 
cari sızma sayğacları; rəqəmsal voltmetrlər RVM; izolyator sınaq qurğuları; məftil və ya 
kabel kəsiciləri; əl mişarları. 
c) 
İstehlak malları: izolyasiya lenti. 
B.3. QİYMƏTLƏNDİRMƏ METODLARI 
Fərdin səriştəsini qiymətləndirmək məqsədilə aşağıdakı iki metoddan istifadə olunur: (i) fəaliyyətin 
qiymətləndirilməsi və (ii) yazılı test. 
B.3.1. FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin