İş №2(105)-2513/2016 azərbaycan respublikasi adindan



Yüklə 41,5 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü41,5 Kb.
#9817

İş № 2(105)-2513/2016

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN



Q Ə T N A M Ə

30 noyabr 2016-cı il

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba

oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli

oğlundan ibarət tərkibdə,

Həsənzadə İslam İskəndər oğlunun katibliyi ilə açıq məhkəmə iclasında,

İddiaçı Bayramov Rafiq Mərdağa oğlunun cavabdehlər Salahov Əbülfət Salah oğluna və

Baranova Oksana Anatolyevnaya qarşı cavabdehlərin qanunsuz sahibliyindən yaşayış evinin geri

qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli,

2(012)-543/2016 saylı qətnaməsindən cavabdeh Salahov Əbülfət Salah oğlu tərəfindən verilmiş

apellyasiya şikayətinə baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Abşeron Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Bayramov Rafiq

Mərdağa oğlunun cavabdehlər Salahov Əbülfət Salah oğluna və Baranova Oksana Anatolyevnaya qarşı

cavabdehlərin qanunsuz sahibliyindən yaşayış evinin geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş,

Salahov Əbülfət Salah oğlu və Baranova Oksana Anatolyevna Abşeron rayonu, Qobu qəsəbəsi Xoşgəldin

yeni yaşayış massivində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq

sahəsinin boşaldılması, iş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumunun əvəzi Salahov Əbülfət Salah

oğlundan və Baranova Oksana Anatolyevnadan müştərək qaydada tutularaq, iddiaçı Bayramov Rafiq

Mərdağa oğluna verilməsi qət edilmişdir. (hakim Sevinc Quliyeva)

Qətnamədən cavabdeh Salahov Əbülfət Salah oğlu apellyasiya şikayəti vermişdir.

İşin halları

İddiaçı Salahov Firdovsi Salah oğlu cavabdehlər Salahov Əbülfət Salah oğluna və

BaranovaOksanaAnatolyevnaya qarşı cavabdehlərin qanunsuz sahibliyindən yaşayış evinin geri

qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Salahov Əbülfət

Salah oğlunun və Baranova Oksana Anatolyevnanın üzərlərinə zəbt edib yaşadıqları Abşeron rayonu

Qobu qəsəbəsindəki Xoşgəldin yeni yaşayış massivində yerləşən 1 nömrəli evin ailə üzvləri ilə

birlikdə boşaldılması və iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaçı daha sonra əsl iddiaçıyla əvəz olunmasına dair ərizə ilə müraciət etməklə, iddiaçı

Bayramov Rafiq Mərdağaoğlunun onunla əvəz edilməsi, cavabdehlər Salahov Əbülfət Salah oğlunun

və BaranovaOksanaAnatolyevnanınüzərlərinə zəbt edib yaşadıqları Abşeron rayonu Qobu

qəsəbəsindəki Xoşgəldin yeni yaşayış massivində yerləşən 1 nömrəli evin ailə üzvləri ilə birlikdə

boşaldılması və iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bayramov Rafiq Mərdağa oğlu Abşeron rayonu

Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin mülkiyyətçisidir. Belə ki, həmin torpaq

sahəsinə iddiaçı Bayramov Rafiq Mərdağa oğlunun mülkiyyət hüququ Abşeron rayonu Qobu

Bələdiyyə Şurasının 02.11.2007-ci il tarixli 21 saylı qərarı ilə yaranmışdır. Həmin qərara əsasən

Bayramov Rafiq Mərdağa oğluna ev tikintisi üçün Abşeron rayonu Qobu Bələdiyyə ərazisində 0,08 ha

torpaq sahəsi satılmaq məqsədilə ayrılmışdır.Bundan sonra iddiaçı Bayramov Rafiq Mərdağa oğlu 43

saylı notariat kontorunda Salahov Firdovsi Salah oğluna verdiyi 179531 saylı 10.04.2012-ci il tarixli

etibarnamə əsasında mülkiyyətində olan Abşeron rayonu Qobu Bələdiyyə ərazisində yerləşən 0,08 ha

torpaq sahəsinə dair hüquqların həyata keçirilməsini etibar etmişdir. Qeyd edilən torpaq sahəsində

iddiaçının nümayəndəsi Salahov Firdovsi Salah oğluna fərdi yaşayış evi inşa etməyə icazə vermişdir.

İş üzrə cavabdeh Salahov Əbülfət Salah oğlu iddiaçının nümayəndəsi Salahov Firdovsi Salah oğlunun


2

doğma qardaşıdır. O, ailəsi ilə birlikdə Rusiya Federasiyasından gələrək iddiaçıya məxsus evdə

məskunlaşmışdır. İddiaçı dəfələrlə cavabdehdən evin boşaldılmasını tələb etsə də, cavabdeh buna

etiraz etmişdir. Hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə Qobu ərazisində iddiaçıya məxsus fərdi

yaşayış evini zəbt etmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəməyə müraciət etmiş və iddia

tələbinin təmin edilməsini xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh Salahov Əbülfət Salah oğlu apellyasiya şikayəti verərək göstərmişdir ki, Abşeron

rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2016-cı il tarixli qətnaməsi qanunun pozulması ilə

qəbul edilmişdir.

Belə ki, iddiaçı Salahov Firdovsi Salah oğlu onun qardaşıdır, o, uzun müddət Vladivostok

şəhərində ailəsi ilə yaşamış, bu müddətdə qardaşı ilə mütəmadi olaraq əlaqə saxlayaraq Bakı şəhərində

onun üçün torpaq sahəsi tapmasını və ev tikməsini ondan xahiş etmiş Qardaşı ona mobil telefon

vasitəsi ilə zəng vuraraq Abşeron rayonu Qobu qəsəbəsində Xoşgəidin yaşayış massivində torpaq

sahəsi olduğunu bildirmişdir. O isə işləri ilə əlaqədar Azərbayacana gələ bilmədiyi üçün arvadı

Baranova Oksana Anatoliyevnanı həmin torpağa baxmasına göndərmiş, video kamerayla həmin

torpağı lentə almışdır. O da öz növbəsində həmin torpağın video lentinə baxmış və xoşuna gəlmişdir.

Qardaşına mobil telefon vasitəsi ilə zəng vurub həmin torpağı onun üçün almasını xahiş etmişdir.

Həmin torpağın alınması üçün birinci dəfə 12 mart 2012-ci il taridə 5000 ABŞ dolları, ikinci dəfə isə

5000 ABŞ dolları bank vasitəsi ilə arvadı Baranova Oksana Anatoliyevnanın adından cəmi 10000 ABŞ

dolları qardaşı Salahov Firdovsi Salah oğluna göndərilmişdir, torpağı isə qardaşı 8000 ABŞ dollarına

almışdır, qalan 2000 ABŞ dolları isə gələcəkdə evin tikilməsinə xərcləmək üçün onda qalmışdır.

Sonradan isə həmin torpağda ev tikilməsi üçün qardaşına dəfələrlə təxminən 30000 ABŞ dolları rəsmi

qaydada bank vasitəsi ilə arvadının adından göndərmişdir. Ev tikilib qurtarandan sonra işləri ilə

əlaqədar olaraq ailəsi ilə birgə vətənə qayıtmış və həmin evdə yaşamışdır.

Lakin qardaşı Salahov Firdovsi Salah oğlu və Bayramov Rafiq Mərdağa oğlu birləşərək onun

və arvadı Baranova va Oksana Anatolyevnaya qarşı cavabdehlərin qanunsuz sahibliyindən yaşayış

evinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək,

cavabdehlər Salahov Əbülfət Salah oğlunun və Baranova Oksana Anatoliyevanm yaşadıqları Abşeron

rayonu Qobu qəsəbəsindəki Xoşgəldin yeni yaşayış massivində yerləşən 1 nömrəli evin ailə üzvləri ilə

birlikdə boşaldılması və iddiaçıya qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

Məhkəmə onların iddia ərizəsini təmin edərək qanunsuz qətnamə çıxarmışdır.

Odur ki, göstərilənləri nəzərə alaraq Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08

aprel 2016-cı il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini

xahiş etmişdir.

Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti

təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Hüquqi məsələlər

Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya

məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında

mahiyyəti üzrə baxır.

Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə

mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət


3

etməsini yoxlayır.

İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli

qətnaməsi ilə iddiaçı Bayramov Rafiq Mərdağa oğlunun cavabdehlər Salahov Əbülfət Salah oğluna və

Baranova Oksana Anatolyevnaya qarşı cavabdehlərin qanunsuz sahibliyindən yaşayış evinin geri

qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Salahov Əbülfət Salah oğlu və Baranova Oksana

Anatolyevna Abşeron rayonu, Qobu qəsəbəsi Xoşgəldin yeni yaşayış massivində 0.08 ha torpaq

sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin boşaldılması qət edilmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün

hüquqi nəticəyə gəlmişdir.

Belə ki, mülki iş materiallarında olan 02 noyabr 2007-ci il tarixli, 21 saylı Abşeron rayonu

Qobu Bələdiyyə Şurasının qərarından görünür ki, Bayramov Rafiq Mərdağa oğluna fərdi ev tikmək

məqsədi ilə Abşeron rayonu Qobu Bələdiyyə ərazisində 0,08 ha torpaq sahəsi 4200 manat dəyəri ilə

satılmışdır.

Mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsinin

Abşeron Rayon Şöbəsi tərəfindən daxil olmuş 30.12.2010-cu il tarixli 3939 nömrəli rəydən müəyyən

olunur ki, Qobu Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 21 saylı qərarı ilə Bayramov RafiqMərdağa

oğluna 800,0 kv.m olmaqla fərdi ev tikmək məqsədi ilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və

DTXK-nin Abşeron Rayon Şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd

verilməsinəetiraz etməmişdir.

Mülki iş materiallarında olan torpaqların alqı-satqısına dair 30.12.2010-cu il tarixli aktdan

müəyyən olunur ki, Bayramov Rafiq Mərdağa oğluna Abşeron rayonu Qobu Bələdiyyəsi ərazisindən

0,08 ha torpaq sahəsinin satılması barədə 02.11.2007-ci il tarixli 21 saylı qərar qəbul edilmiş və bunun

müqabilində 4200 manat haqq ödənilməsi Bayramov Rafiq Mərdağa oğluna həvalə edilmişdir.

Mülki iş materiallarında olan 10.04.2012-ci il tarixli 179531 saylı etibarnamədən müəyyən

olunur ki, Bayramov Rafiq Mərdağa oğlu ona məxsus olan Abşeron rayonu Qobu Bələdiyyəsi

ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsini özəlləşdirməyi,

həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı,

dəyişdirməyi, pulunu almağı, bağlamağı, ipotekaya qoymağı, buna dair müqavilə imzalamağı, bu

tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyiSalahov

Firdovsi Salah oğluna etibar etmişdir.

Mülki iş materiallarında olan Azərbaycan Respublikası “Azərenerji” ASC “Sumqayıt Regional

Elektrik Şəbəkəsi” MMC tərəfindən verilmiş 31.01.2013-cü il tarixli texniki şərtə əsasən Abşeron

rayonu Qobu bələdiyyəsi ərazisində yerləşən fərdi yaşayış evində abonent tərəfindən TM-in 0,4 kV-luq

paylayıcı qurğusunda ayırıcı qoruyucu dəstinin nominal cərəyanı 250 A olan 1 dəst 3103144 kod

nömrəli TM qurğusu quraşdırılmışdır.

Mülki iş materiallarında olan 09.01.2013-cü il tarixli 03-13/119 saylı müqavilə ilə müəyyən

olur ki, sifarişçi Salahov FirdosiSalah oğlu ilə icraçı “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış

Energetika İnstitutu” MMC-nin Tədris və innovasiya məsələləri üzrə direktor müavini H.B.Quliyev

arasında bağlanmış müqaviləyə əsasən icraçı tərəfindən ümumi dəyəri 8.50 (səkkiz) manat əlli qəpik

təşkil edən Abşeron rayonu Qobu Bələdiyyəsi ərazisində Salahov FirdosiSalah oğluna məxsus yaşayış

evinin 7,2 kvt elektrik yükünün hesabatı yerinə yetirilmişdir.

Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, 02 noyabr 2007-ci il tarixli, 21 saylı

Abşeron rayonu Qobu Bələdiyyə Şurasının qərarı ilə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində

yerləşən 0,08 ha torpaq sahəsi iddiaçı Bayramov Rafiq Mərdağa oğluna satılmış və həmin torpaq

sahəsi ona məxsusdur. İddiaçı həmin torpaq sahəsinin koordinatları daxilində fərdi yaşayış evi tikməyi

Salahov Firdovsi Salah oğluna etibar etmiş və Salahov Firdovsi Salah oğlu tərəfindən yaşayış evi

tikilmişdir. İnşa edilmiş fərdi yaşayış evi cavabdehlər Salahov Əbülfət Salah oğlu və Baranova Oksana

Anatolyevna tərəfindən zəbt edilmiş və onlar tərəfindən qanunsuz istifadə edilir.

Cavabdehlər Salahov Əbülfət Salah oğlu və Baranova Oksana Anatolyevnanın apellyasiya

şikayətinin əsas dəlili ondan ibarətdir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi və evin

alınması üçün birinci dəfə 12 mart 2012-ci il tarixdə 5000 ABŞ dolları, ikinci dəfə isə 23 mart 2012-ci



4

il tarixdə 5000 ABŞ dolları, cəmi 10000 ABŞ dolları bank vasitəsi ilə arvadı Baranova Oksana

Anatoliyevnanın adından qardaşı Salahov Firdovsi Salah oğluna göndərilmişdir. Torpaq sahəsi və ev

həmin pula alınmışdır. Cavabdehlər bunu təsdiq edən bank sənədlərini apellyasiya şikayətinə əlavə

etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil qətnamənin ləğvi və iddianın təmini üçün

əsaslı sayıla bilməz.

Belə ki, məhkəməyə təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 20 aprel 2016-cı il

tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə apellyasiya şikayətinin

dəlilində əsas kimi göstərilən 12 və 23 mart 2012-ci il tarixli bank sənədləri ilə Salahov Firdovsi Salah

oğlu tərəfindən qəbul edilmiş 10000 ABŞ dollarının sonuncudan alınaraq Salahov Əbülfət Salah oğlu

və Baranova Oksana Anatolyevnaya verilməsi qət edilmişdir.

Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi

iddianı təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv

edilməsi üçün əsaslar yoxdur.

Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz

tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin

təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı bir

sübutu məhkəməyə təqdim edə bilməmişdir.

Ona görə də apellyasiya şikayəti əsassız sayılaraq təmin olunmamalı, birinci instansiya

məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci

maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin.

İş üzrə Abşeron Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən

saxlanılsın.

Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra

qanuni qüvvəyə minir.

Sədrlik edən:imza var

Hakimlər:imza var

Düzdür

Sumqayıt Apellyasiya



Məhkəməsinin hakimi

Elman Rəhimov



Yüklə 41,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin