İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix30.12.2021
ölçüsü12,44 Mb.
#1955
1   2   3   4   5   6   7   8   9   ...   33
31 dekabr 2014-ъц ил

http://www.amu.edu.az

3

B

u  günlərdə  Azərbaycan  Tibb  Uni-

versitetinin I Daxili xəstəliklər və 

reanimatologiya  kafedrasının  do-

senti, Tədris Terapevtik Klinikasının kardi-

ologiya şöbəsinin müdiri, tibb eləmləri üzrə 

fəlsəfə  doktoru,  Azərbaycan  Jurnalistlər 

Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı la-

ureatı Nağdəli Zamanovun “Heydər Əliyev 

və Azərbaycan nitq mədəniyyəti” kitabının 

II cildi işıq üzü görmüşdür. 

Kitaba  AMEA-nın  müxbir  üzvü,  filolo-

giya  elmləri  doktoru,  professor  Nizami 

Cəfərov  ön  söz  yazmışdır.  Professor 

N.Cəfərov  Heydər  Əliyevin  fəaliyyətinin, 

xüsusən  XX  əsr  Azərbaycan  siyasi  na-

tiqliyinin  təşəkkül  tapmasında  mühüm 

rolu  olduğunu  qeyd  edir.  O,  bu  sahədə 

bir  sıra    elm  adamlarının  Heydər  Əliyev 

və  Azərbaycan  nitq  mədəniyyətinin  XXI 

əsrdə  hərtərəfli  öyrənilməsinin  əsasını 

qoyduqlarını da göstərir. Nağdəli Zama-

novun  “Heydər  Əliyev  və  Azərbaycan 

nitq  mədəniyyəti”  kitabının  işıq  üzü 

görməsinin də məhz bu elm adamlarının, 

fədakar  insanların  zəhməti  sayəsində 

meydana gəlməsini də qeyd edir.

Kitabın  I  cildində  Azərbaycan  nitq 

mədəniyyətinin  inkişafında,  müdafiə 

olunmasında  ümummilli  lider  Heydər 

Əliyevin  əməyindən  Azərbaycan  dilinin 

danışıq, söz çalarlarından, az qala gənc 

nəsil  tərəfindən  unudulacaq  sözlərin  

yenidən 


həyata 

qaytarılmasından 

bəhs  edən  giriş  və  sonluqlar,  fəlsəfilik, 

səmimiyyət,  qətiyyət,  nikbinlik,  poetizm, 

proqnozlar kimi elementlər və onun fərdi 

üslubu  araşdırılmışdır.  Həmçinin  müəllif 

indiki  dövrdə  Azərbaycan  Respublika-

sının  prezidenti  İlham  Əliyevin  dilimizin 

qorunması  və  inkişafı  ilə  baglı  verdiyi 

sərəncamları  da  xatırlatmaqla  dil  haq-

qında dövlət siyasətini açıqlayıb, həm də 

dövlət və dil dialektik vəhdətini işıqlandı-

rıb. 

İxtisasca  həkim  olsa  da,  Nağdəli  Za-



manovun  apardığı  bu  elmi-tədqiqat 

işləri  dilçi-mütəxəssis  alimlər  tərəfindən 

rəğbətlə  qarşılanmış,  onun  əməyi 

dəyərincə  qiymətləndirilmişdir.  Bunu  ki-

tabın AMEA-nın Mərkəzi Kitabxanasında 

Heydər  Əliyev  irsinin  təbliği  şöbəsində, 

həm  də  Aşıq  Şəmşır  Mədəniyyət  Oca-

ğı  İctimai  Birliyində  təqdimatların 

keçirilməsində alimlərin, çıxış edən şair, 

yazıçı  və  jurnalistlərin  kitab  haqqında 

yüksək və dəyərli fikir söyləmələri də sü-

but edir. 

“Heydər  Əliyev  və  Azərbaycan  nitq 

mədəniyyəti”  kitabının  II  cildi  də  ulu 

öndərin  nitq  və  çıxışlarının  araşdırıl-

masından  bəhs  edir.  Bu  cilddə  də  əsas 

nitq hissələrinin –  say, əvəzlik, fel, zərf 

və köməkçi nitq hissələrinin - ədat, qoş-

ma, bağlayıcı, modal söz kimi üslubiyyat 

yaratmaq  xüsusiyyətləri  Heydər  Əliyev 

nitqlərində dəqiqliklə araşdırılmışdır.

Beləliklə, “Heydər Əliyev və Azərbaycan 

nitq  mədəniyyəti”  kitabının  II  cildi  11 

fəsildən ibarətdir. Bu fəsillər əsasən nitq 

hissələrinin,  köməkçi  nitq  hissələrinin, 

frazeoloji  birləşmələrin,  sinonimlərin, 

əlavələrin,  təkrarların,  riotorik  sualların, 

mürəkkəb  cümlələrin,  neologizmlərin 

və  antroponomik  müqayisələrin  dilçi-

lik  elm  tarixində  gələcək  nəsillər  üçün 

mühüm  əhəmiyyət  kəsb  edəcək    elmi-

tədqiqat  əsəri  kimi  Azərbaycan  dilinin  

nitq mədəniyyətinin inkişafında böyük rol 

oynayacaq.




Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin