İradə nuriyeva



Yüklə 0.89 Mb.
Pdf просмотр
səhifə1/2
tarix01.01.2017
ölçüsü0.89 Mb.
  1   2

 

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI 

 

 

 

İRADƏ NURİYEVA 

 

 

 

 

AZƏRBAYCAN  

DÖVLƏTLƏRİ  

İNTİBAH DÖVRÜNDƏ 

 

 

Metodiki vəsait

 

 

 

 

Azərbaycan Respublikası 

Təhsil Nazirinin 09.12.14 tarixli 

1221 saylı əmri ilə təsdiq edilmişdir. 

 

 

 

 

 

 

Bakı – «Mütərcim» – 2015 

  

 

 



Redaktor:  

 

İ.B.Cəfərzadə  

ADNA “Ictimai fənlər” kafedrası, f. e. d., 

professor 

 

 



Rəyçilər:  

 

C.M.Mustafayev  

ADNA “Ictimai fənlər” kafedrası, t. e. d.,  

professor 



 

Ş.T.Nuruzadə  

BSU “Beynəlxalq münasibətlər” kafedrası,  

t.e.f.d., dosent 

 

 

 

 

Nuriyeva İradə Tofiq qızı. 

Azərbaycan dövlətləri intibah 

dövründə. Metodiki vəsait.

– Bakı: Mütərcim, 2015. – 32 səh. 



 

Ali məktəblər üçün nəzərdə tutulan metodiki vəsait “Azərbaycan 

tarixi” fənni üzrə bakalavr pilləsi üçün hazırlanmış proqram əsasında tərtib 

edilmişdir. Metodik vəsaitdə  IX-XI  əsrlərdə  Ərəb Xilafətinin zəifləmə-

sindən sonra Azərbaycan torpaqlarında müstəqil dövlət qurumlarının 

yaranması ilə dövlətçilik  ənənələrinin inkişaf etdirilməsi, XII əsrdə 

Azərbaycanda intibah dövrünün çiçəklənməsi kimi mühüm tarixi və siyasi 

proseslər tədris planında mühazirə  və  məşğələ üçün müəyyən olunmuş 

mövzular üzrə ardıcıl olaraq şərh edilmişdir. 

“Azərbaycan dövlətləri intibah dövründə” adlı metodiki vəsait ali 

məktəb müəllimləri, bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə 

təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. 

 

N

026



0505040000

 02-15 


© İ.T.Nuriyeva, 2015.  

 



 



 

 

Azərbaycan dövlətləri intibah dövründə 

 

 

 

Plan: 

 

Giriş. 

1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı. 

2. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı. 

3. Şirvanşahlar və Atabəylər dövlətləri. 

4. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi  

vəziyyət və mədəniyyət. 

Nəticə. 

 

 

 

 

 



 



GİRİŞ 

 

IX  əsrdə Xilafət zəifləmişdi. Feodal münasibətlərinin möh-

kəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əya-

lət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə 

və  işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət 

almışdı. İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər 

yaranırdı. Bunları sərkərdələr - keçmiş ərəb canişinləri idarə edirdi-

lər. Zaman keçdikcə özlərinin  ərəb mənşəyini itirir, yerli xalqlarla 

qarışırdılar. Abbasilər xilafəti dağılırdı. Azərbaycanın ayrı-ayrı 

vilayətlərini müxtəlif feodal sülalələri idarə edirdilər. Ərəb zülmünə 

qarşı mübarizə uğurla başa çatdıqdan sonra, Azərbaycanda bir sıra 

yerli dövlətlər yarandı. 600 ilə  qədər davam edən Sasani və  Ərəb 

əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvanşahlar, Sacilər, 

Rəvvadilər,  Şəddadilər dövlətçilik  ənənələrinin dirçəlişi idi. İslam 

dini bütün Azərbaycan əhalisinin, türk və qeyri-türk etnik qrupların 

vahid qüvvə ilə birləşməsində mütərəqqi rol oynadı. Erməni, gürcü 

və Bizans vahid xristian cəbhəsinin Azərbaycan torpaqlarını  ələ 

keçirmək planı puça çıxdı. Ümumi düşmənlərə qarşı mübarizədə sıx 

birləşməyin zəruriliyi, vahid dinin-islamın qaynayıb-qarışmaya, 

qohumlaşmaya, ümumi adət və  mərasimlərə yol açması ölkədə 

etnik-siyasi birliyi daha da möhkəmləndirdi. Bununla belə, ölkədə 

uzunmüddətli sabitlik yarada bilinməməsi feodal dağınıqlığı və ara 

müharibələrlə nəticələnirdi. Bir-biri ilə düşmənçilik edən Azərbay-

can hakimləri çox vaxt xarici qüvvələri köməyə çağırırdı. Bundan 

istifadə edən yadellilər Azərbaycanda möhkəmlənməyə  və onun 

sərvətlərini çapıb-talamağa çalışırdılar. Belə bir şəraitdə vahid 

Azərbaycan dövlətini yaratmaq nə qədər zəruri olduğu aydın idi. 

“Azərbaycan dövlətləri intibah dövründə” adlı metodiki vəsait 

bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələ-

bələr üçün tövsiyə edilir 


 

 



I. AZƏƏ

 

yaşadığı “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycanın  ən qə-



dim vilayətlərindən biri idi. Şirvanşahlar Dərbənd səddini və şəhə-

rin qala divarlarını təmir etdirib möhkəmləndirdi. Dərbənddən sonra 

Xursan və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıl-

dı. 


Sacilər dövləti.  Sacilər dövlətini türk sülaləsi olan Sacilər 

(879-941) yaratmışlar. Sacilər mənşəcə  Mərkəzi Asiyanın  Əşrusən 

(Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər (3, s. 137). 

Ərəb ordusunun məşhur sərkərdələri-Afşin Heydər ibn Kavus bu 

nəsildən idi. Xilafət - Bizans sərhədlərini möhkəmləndirmək üçün 

Mərkəzi Asiyadan Azərbaycana və  Şərqi Anadoluya çoxlu türk 

tayfaları köçürülürdü. Türklər Xilafət ordusunda mühüm qüvvə 

idilər. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordu-

sunun sərkərdəsi idi. Dövlətə xidmətlərinə görə Azərbaycan mülk 

olaraq Sacilərə verilmişdi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min 

dinar xərac göndərirdi. Onun oğulları Məhhəmməd və Yusif ibn Sac 

da xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyəti dövründə 

(879-941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevril-

mişdi. Hələ  IX  əsrin sonlarında (898-900)  Məhəmməd ibn Əbu 

Sacın adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti 

daha da qüvvətləndi (4, s. 277). 912-ci ildən etibarən Xilafət xəzi-

nəsinə  xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac indiki Er-

mənistan  ərazisini, Tiflis və Kaxetiyanı  ələ keçirdi, Şivanşahlar 

dövlətini də özünə tabe etdirdi. Beləliklə, Azərbaycan Sacilər 

dövləti  X  əsrin  əvvəlləri üçün Zəncandan Dərbəndə  qədər bütün 

Azərbaycan torpaqlarını əhatə edirdi. Dövlətin şərq sərhədləri Xəzər 

dənizi sahillərindən başlanır, qərb sərhədləri  İrəvan yanındakı Ani 

və  Dəbil (Dvin) şəhərinə  qədər uzanıb gedirdi. Yusif ibn Sac 

Dərbənd səddini təmir etdirdi. Onun adına Bərdə, Marağa və 

Ərdəbildə pullar kəsilməsi Sacilər dövlətinin müstəqil bir dövlət 

olduğunu sübut edir. Dövlətin paytaxtı  əvvəllər Marağa, sonra isə 

Ərdəbil  şəhəri idi. IX  əsrin 80-ci illərindən-X  əsrin 40-cı illərə-

dək, yəni yarım  əsrdən çox bir tarixi dövr ərzində bütün Azər-

baycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər 



 

dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və 



mədəni  əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan 

qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşması prose-

sinin sürətlənməsinə müsbət təsir göstərdi. 

Salarilər dövləti.  Feodal qruplar arasındakı  çəkişmədən 

istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd 



941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəlib, ölkə-

nin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-



957) Salarilər (941/942-981) sülaləsindən idi. Paytaxt Ərdəbil 

şəhəri idi. Salarilər dövləti  şimaldan Dərbənd keçidindən başla-

yaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə 

Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə indiki Ermə-

nistan və  Şərqi Gürcüstan da daxil olmaqla geniş  əraziləri  əhatə 

edən bir dövlətə çevrildi. Salarilərin hakimiyyəti dövründə  Xəzər 

dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbay-

canın Yaxın və Orta Şərqdə iqtisadi və  hərbi-siyasi rolu daha da 

artdı. Müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-

qarışması sürətləndi. Lakin, Mərzban ibn Məhəmmədin ölümündən 

sonra onun oğulları ilə qardaşı  Vəhsudan arasında hakimiyyət 

uğrunda gedən ara müharibələri, feodal hərc-mərcliyi, Xəzəryanı 

Azərbaycan vilayətlərinin tez-tez slavyanların basqınlarına məruz 

qalması, xüsusilə  943/944-cü ildə  Bərdənin qarət olunması (1, s. 

364),  şəhər  əhalisinə  dəhşətli divan tutulması Salarilər dövlətinin 

süqutunu daha da sürətləndirdi. 



Rəvvadilər dövləti.  İri Azərbaycan feodallarından biri-Təb-

riz, Marağa və  Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari 

hökmdarı  İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb yeni 

Azərbaycan dövlətinin-Rəvvadilər dövlətinin  əsasını qoydu (4, s. 

284). Bu feodal sülaləsinin soykökü qədim  ərəb-Əzdilər nəslinə 

bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad  əl-Əzdi 

idi. Rəvvadi  əmirliyi zaman-zaman müstəqilləşib, Azərbaycanın 

bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı. Bundan 

başqa, Rəvvadilər Muğan hakimiyyətini də asılı vəziyyətə saldılar. 

1028-ci ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan 


 

oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi 



Azərbaycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) 

icazəsi ilə burada yaşadılar (2, s. 209). Rəvvadilər dövlətinin 

paytaxtını  Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz bütün 

Azərbaycan torpaqlarının iqtisadi, siyasi və  mədəni baxımdan 

birləşdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi. Şərq 

ölkələrini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd 

keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəl-

xalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin 

hakimiyyəti illərində daha da böyüdü və abadlaşdı. 

Şəddadilər dövləti.  Şəddadilər  əvvəl Dəbil (Dvin) ətrafında 

yaşayırdılar. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Mə-

həmməd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini 

yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər 

dövlətinin  əsasını qoydular (1, s. 377-378), Bərdə,  Şəmkir və s. 

Azərbaycan torpaqlarında möhkəmləndilər.  Fəzl ibn Məhəmməd 



(985-1030)  Gəncə  ətrafındakı bütün xırda feodal mülklərini ləğv 

etdi, mərkəzi hakimiyyəti gücləndirdi. Ata-baba mülkləri olan 

Dəbili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər döv-

lətinə bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi 

məqsədlə Araz çayı üzərində salınan  Xudafərin körpüsü (1027) 

Azərbaycanın  şimal və  cənub  əraziləri arasında iqtisadi və mədəni 

rol oynadı (2, s. 209). Şəddadilərlə Şirvanşahlar arasında sıx əlaqə 

yaranmışdı, onların qohumluq münasibətləri var idi. Şəddadilər 

Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə  və Tiflis 

əmiri  Əbül-fəzl Cəfər ibn Əli ilə  də dostluq münasibətləri saxla-

yırdılar. Dəbili  ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına 

oğuz tayfalarının köməyi ilə Şəddadilər ağır zərbə vurdular (1037). 

1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin 

Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal 

iştirakı ilə baş tutmadı.  Şəddadilər dövləti  Əbüləsvar  Şavurun 

(1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun 

müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü 

çarı IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq 


 

10

alanlarla ittifaqa girib, 1062-ci ildə onların Dəryal keçidindən Gür-



cüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Şavur 

Gəncənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və  xən-

dəklər çəkdirdi.  1063-cü ildə  şəhərə  qala qapılarını  dəmirçi  İb-

rahim Osman oğluna hazırlatdı.  Şəddadilər bu zaman erməni 

feodallarına və Bizans imperiyasına qarşı uğurla mübarizə aparırdı. 

Şəddadilərin zərbə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar 

Səlcuq türkləri idi (2, s. 210). 



Slavyanların Azərbaycana basqınları. XI əsrin sonların-

dan başlayaraq slavyanlar-“ruslar” Xəzəryanı vilayətlərə soyğun-

çuluq yürüşləri təşkil etməyə başladılar. O vaxt Kiyev knyazlarının 

hərbi drujinalarının üzvləri “rus” adlanırdı. 909-cu ildə onlar 16 gə-

mi ilə Xəzərə daxil oldular. Dənizin cənubundakı Abaskun adasını 

ələ keçirdilər. Məğlubiyyətə  uğrayan slavyanlar 910-cu ildə 

yenidən basqınlar etdilər, Sarı adasında və sahil məntəqələrində 

yanğınlar, talanlar törətdilər. Sonra İran sahillərinə hücum etdilər. 

Lakin Gilan şahının hərbi qüvvələri onları məğlubiyyətə uğratdılar. 

Geri çəkilərkən  Şirvanşahların qoşunları  tərəfindən darmadağın 

edildilər. 914-cü ildə slavyanlar hər birində 100 döyüşçü olan 500 

gəmi ilə  Xəzərə daxil oldular. Xəzər xaqanlığının  ərazisindən 

keçdikləri üçün onlara ələ keçirdikləri qənimətin yarısını verməyi 

vəd etdilər. Əhali hücum gözləmədiyindən qəflətən 50000 nəfərlik 

hərbi qüvvələrin dəhşətli basqınlarına və talanlarına məruz qaldı. 

Ruslar Bakı sahillərinə  gələrək, sahilə yaxın adalarda düşərgə 

saldılar və buradan basqınlar edirdilər. Uşaqları  və qadınları  əsir 

götürdülər, geri qayıdarkən vəd etdikləri qənimətin bir hissəsini 

Xəzər xaqanına verdilər. Lakin 15000 nəfərlik müsəlman-türk 

qoşunları ilə slavyanlar arasında  şiddətli döyüş baş verdi. 3 gün 

davam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq 5 

minə qədəri qaça bildi. Mənbələrə görə, ruslara qarşı xarəzm, xəzər, 

burtas (mordva) və bulqar türkləri fəal iştirak edirdilər. 30 il sonra-



944-cü ildə slavyan drujinaları yenidən Xəzər sahillərində 

göründülər. Bu zaman onlar Bərdəni ələ keçirmək və Azərbaycanda 

möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945) 


 

11 


gəmiləri Kürün mənsəbinə yetişib, Bərdə yaxınlığında Kür sahilində 

Mübarəki adlı yerdə düşərgə saldılar və buradan Bərdəyə hücum 

etdilər. Salarilər 5600 nəfərlik qüvvəsi ilə onlara müqavimət göstərə 

bilmədilər və  Bərdə slavyanların  əlinə keçdi. Əhali qılıncdan ke-

çirildi və  şəhər talan olundu. Lakin bərdəlilər müqavimət gös-

tərməkdə davam edirdilər. Bərdəni itaətdə saxlamağın mümkün 

olmayacağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzin-

də  şəhərdən çıxıb getsinlər. Çıxmayan  əhali yenidən qılıncdan 

keçirildi, sağ qalanları,  şəhər varlılarını  məscidə toplayıb adamba-

şına 20 dirhəm pul tələb etdilər. Pulu olan canını qurtardı, pulu 

olmayana isə divan tutuldu. Mənbələrə görə, bu zaman Bərdədə 



20000 nəfərə qədər adam öldürüldü. Salari hökmdarı Mərzban ibn 

Məhəmməd 30000 nəfərlik qoşunla  şəhəri mühasirəyə aldı. O, 

düşmənə ağır zərbə vursa da, şəhəri ala bilmədi. Mosul hakimi Əbu 

Məhəmməd Nəsirəddövlənin Azərbaycanın cənub sərhədlərini 

pozaraq Xoy və Salması  ələ keçirməsi xəbərini alan Mərzban ibn 

Məhəmməd özünün əsas hərbi qüvvəsilə  cənuba getdi. Salarilərin 

4000 nəfərlik kiçik bir dəstəsi Bərdənin mühasirəsini davam etdirdi. 

Əhalinin mübarizə  əzmini qıra bilməyən, gündüz döyüşlərində 

şəhərin mühasirəsini yara bilməyən slavyanlar gecə ikən qalanı yan-

dırıb, qənimətlə birlikdə şəhəri tərk etdilər və ölkələrinə qayıtdılar. 



944-cü il basqınlarından sonra Bərdə bir daha özünə gələ bilmədi. 

Yarım ildən çox slavyanların  əlində qalan şəhər dağılmışdı, pul 

kəsilməsi dayandırıldı, məşhur Bərdə bazarı öz əhəmiyyətini itirdi, 

bundan sonra şəhərin bərpasına fikir verilmədi.  944-cü il faciə-



sindən sonra Azərbaycanın  şimal torpaqlarında müstəqil dövlət 

yaradan  Şəddadilərin Gəncəni paytaxt seçməsi Bərdənin süqutunu 

daha da sürətləndirdi. Azərbaycan hakimləri ümumi düşmənə qarşı 

birləşmək  əvəzinə öz aralarındakı ixtilafları  həll etmək üçün rus 

dəstələrini köməyə çağırırdılar.  987-ci ildə  Dərbənd hakimi əmir 

Maymun ibn Əhməd yerli əyanlara qarşı 18 gəmi ilə  Dərbəndə 

hücuma hazırlaşan slavyanlardan kömək istədi.  1030-cu ildə 38 

gəmidə yenidən Xəzər sahillərinə hücum edən slavyan drujinaları 



Bakı yaxınlığında və Kürlə Arazın qovuşduğu yerdə Şirvanşah-

 

12

ların qoşunlarını  məğlub etdilər.  Şəddadi hökmdarı  Fəzl ibn Mə-



həmmədin oğlu Musa Beyləqanda qiyam qaldırmış qardaşı  Əsku-

yəni məğlub etmək üçün slavyanları köməyə çağırdı. Qardaşına 

qalib gəlib, Beyləqan əhalisinə divan tutduqdan sonra o, slavyanlara 

çoxlu hədiyyə verdi. 1031-1033-cü illərdə alanlar, sərirlər 

(Dağıstanda Sərir adlanan bölgədə yaşayan xalq) və ruslar Şir-

vanşahların paytaxtı Yezidiyyə  (Şamaxı)  şəhərini  ələ keçirib, 10 

gün  ərzində qarət etdilər. 10000 nəfərə  qədər adam qılıncdan ke-

çirildi. Lakin xalq düşmənləri Azərbaycandan qovdu. Geri qayıdan 

yadelliləri Dərbənd hakimi əmir Mansur ibn Maymun məğlubiyyətə 

uğratdı.  Əmirdən qisas almaq üçün 1033-cü ildə hücum edən 

alanlar və slavyanlar yenidən məğlubiyyətə uğradılar. 

 


 

13 


 

II. SƏLCUQ TÜRKLƏRİNİN  

AZƏRBAYCANDA HÖKMRANLIĞI 

 

XI  əsrin ortalarında  Mərkəzi Asiyadan Aralıq dənizi 

sahillərinə  və  Dərbənd keçidindən  İran körfəzinə  qədər  əraziləri 

əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan 

Səlcuq türklərinin adı  məşhur türk sərkərdəsi Səlcüğün (qınıq 

tayfası) adından  əmələ  gəlmişdi. Səlcuq türkləri qoşunları  İran və 

Azərbaycan torpaqlarından keçərək, Bizans qoşunlarına qalib 

gəldilər. Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azər-

baycan torpaqları nəzarət altına alındı. Əvvəlcə, Xorasanda məskən 

saldılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti 

meydana gəldi. Səlcuğun nəvəsi  Sultan Toğrulun hakimiyyəti 

illərində  (1040-1063) Səlcuq türkləri daha da qüvvətləndi.  1040-cı 

il mayın 24-də  Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin 

hərbi qüvvələri darmadağın edildi (1, s. 388). 1043-cü ildə dövlətin 

paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Səlcuq qoşunları 3 

istiqamətdə-Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana 

döğru yürüşə başladılar. Həmədan və  İsfahan da daxil olmaqla 

bütün Qərbi  İranı  ələ keçirən Səlcuq qoşunu Dəclə çayının sahil-

lərinə  çıxdı. Gilan istiqamətində  hərəkət edən hissələr Xəzərin 

cənubundakı torpaqları tutdular və Arazı keçib Arrana daxil oldular. 

Şəddadilərin hərbi qüvvələri ilə birləşərək, Bizans, erməni və gürcü 

feodallarının birləşmiş qüvvələrinə  ağır zərbələr vurdular. Azər-

baycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına 

keçdi. Səlcuq - Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-



 Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini 

darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu. 

Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və 

Xarəzm (1038-1044), Qərbi  İran (1042-1051) Səlcuq türklərinin 

hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq 

Səlcuqlara tabe edildi. Abbasilər də onlardan asılı vəziyyətə düşdü. 

Azərbaycan türkləri, o cümlədən oğuz türkləri Səlcuq türklərinin 



 

14

soydaşları idi. 1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri 



Təbrizə yaxınlaşdı (4, s. 285), Rəvvadi hökmdarı Vəhsudan Səlcuq 

sultanına tabe olduğunu bildirdi. Şəddadi hökmdarı  Əbüləsvar 



Şarur da səlcuqlara tabe oldu. Səlcuq sultanı ilə Şəddadi hökmdarı 

arasında bir saziş bağlandı: onlar Bizans imperatoruna və erməni-

gürcü feodallarına qarşı  əlbir hərəkət etsinlər.  1066-cı ildə 

müqavimətə baxmayaraq, Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu 

(1, s. 391). Bununla da Azərbaycan bütünlüklə Böyük Səlcuq 

imperatorluğuna qatılmış oldu. Sasanilər və Ərəb xilafətinin hökm-

ranlıq etdiyi təqribən 600 illik bir tarixi dövrdə bütün türk, habelə 

qeyri-türk tayfalarının vahid xalq halında qaynayıb-qarışması pro-

sesi gedirdi. Sasanilər və  Ərəb xilafətinə qarşı birgə mübarizə bu 

prosesə müsbət təsir göstərmişdi. Nəticədə Azərbaycanda  islam-



türk etnik-siyasi amili daha da qüvvətlənmişdi. Azərbaycan isə 

İslam dünyasında həlledici hərbi-siyasi amilə çevrilən türkçülüyün 

başlıca istinadgahı olmuşdu. Səlcuq axınları  ərəfəsində vahid 

Azərbaycan türk xalqının yaranması prosesi, demək olar ki, başa 

çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul etmiş Oğuz-

Səlcuq türkləri ilə  qədim Azərbaycan türkləri tez bir zamanda 

qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü prosesi 

başa çatdı. Böyük Səlcuq imperatorluğunun yaranması ilə torpaq 

mülkiyyəti və vergi sistemində  də ciddi dəyişikliklər baş verdi. 

Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə 

daxil olan bütün torpaqlar hərbi xidmət  əvəzində  iqta  şəklində 

Səlcuq əmirləri arasında bölüşdürülürdü. Təkcə Sultan Məlik şah 46 

min Səlcuq süvarisinə iqta paylamışdı.  İqtadarlar  əvvəllər onlara 

verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili ida-

rəçiliyə  və  kəndlilərin həyatı ilə  əlaqədar məsələlərə qarışmırdılar, 

zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqlarından 

fərqlənmirdi.  İqta sahibləri müstəqil hakimlərə, mərkəzi haki-

miyyətdən asılı olmayan dövlətlərə çevrildi. Uc torpaqları-sərhəd-

ləri qoruyan Səlcuq sərkərdələrinə paylanmış torpaqlardır. Əhalidən 

əlavə olaraq, Səlcuq döyüşçüləri üçün silah və  şərab tədarük 

edilməyə, onların atlarını nallamaq üçün silah bahası, şərab bahası, 


 

15 


nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə onların hazırla-

dıqları  sənət məhsullarından pay alınmağa başlandı.  XI-XIII 





Поделитесь с Вашими друзьями:
  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə