İradə nuriyeva


əsrlərdə  əhali  xərac, üşr (üşür), cizyə



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix01.01.2017
ölçüsü0,89 Mb.
#4024
1   2

əsrlərdə  əhali  xərac, üşr (üşür), cizyə  və bir çox başqa vergi və 

mükəlləfiyyətlər ödəyirdi. Səlcuq dövləti  XI  əsrin sonlarında-

işğallar ara verdikdə  tənəzzülə başladı.  İqtadarlar daha mərkəzi 

hakimiyyətə tabe olmaq istəmirdilər. Əsarət altına alınmış ölkələrin, 

xalqların azadlıq mübarizəsi genişlənməkdə idi. Bundan başqa  

Səlib yürüşü dövründə (1096-1099)  səlibçilərə qarşı mübarizə, 

Aralıq dənizinin Kiçik Asiya, Suriya və  Fələstin sahillərində çox 

mühüm  ərazilərin itirilməsi də Böyük Səlcuq imperatorluğunun 

tənəzzülünə müəyyən təsir göstərdi. Sonuncu Səlcuq hökmdarı 



Sultan Səncərin (1118-1157) hakimiyyəti illərində imperatorluq 

faktiki olaraq, ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. Bu 

dövlətləri Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri-atabəylər 

idarə edirdilər. 



 

16

 



III. ŞİRVANŞAHLAR  

VƏ ATABƏYLƏR DÖVLƏTLƏRİ 

 

Şirvanşahlar dövləti. Böyük Səlcuq hökmdarı I Məlik şahın 

hakimiyyətinin sonuna yaxın  Şirvanşahlar yenidən qüvvətlənməyə 

başlamışdı. Bu zaman Fəribürz, sonra oğulları II Mənuçöhr və I 

Afridun ölkəni müstəqil idarə edirdilər. Səlcuq türklərinə qarşı 

mübarizədə gürcü çarları  Şirvanşahlarla yaxınlaşmağa çalışırdılar. 

Geniş xarici siyasət planları olan gürcü çarı IV David Bizans 

imperatoru Aleksey Komnin və qıpçaq türklərinin hökmdarı Atrak 

ilə ittifaqa girmişdi. O, Qafqazın  şimalından Gürcüstana 45.000 

nəfərdən çox qıpçaq türk döyüşçüsü köçürtmüşdü. Gürcü və erməni 

feodalları, Bizans imperiyasının vasitəçiliyi ilə, Səlcuq türklərinə 

qarşı  Qərbi Avropa səlibləri ilə  əlaqə yaratmışdılar. Bu tədbirlərlə 

onlar türk-müsəlman amili Qafqazdan sıxışdırıb çıxarmağa, Azər-

baycan torpaqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. 1117-ci 

ildə Demetre Şirvana hücum etdi. 1120-ci ildə isə IV David qüv-

vətli ordu ilə Şirvana basqın etdi. Şirvanşahlar ordusu məğlubiyyətə 

uğradı (1, s. 332). IV David Qəbələni talan etdi. 1121-ci ildə 

Didqori döyüşündə gürcülər, qıpçaq türkləri, osetinlər və  Qərbi 

Avropa səlibçilərinin birləşmiş qüvvələri Səlcuq qoşunlarına qalib 

gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi ləğv edildi. Şirvan-

şah  III Mənuçöhrün (1120-1160) zamanında  Şirvan-Gürcüstan 

münasibətlərinin yaxşılaşmasında Böyük Səlcuq imperatorluğunun 

zəifləməsi ilə yanaşı, III Mənuçöhrün arvadı Tamar və onun gürcü 

əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə ittifaqa bel bağ-

layan III Mənuçöhr Səlcuq türklərindən üz döndərdi. Nəticədə 

Şirvanşahlar Böyük Səlcuq imperatorluğu ilə ittifaqdan çıxdılar və 

40.000 dinar məbləğində illik bac verməkdən imtina etdilər. 1123-



cü ildə Səlcuq hökmdarı Sultan Mahmud Şirvana hücum etdi. Lakin 

birləşmiş qüvvələrə qalib gələ bilməyən Sultan Mahmud çox 

keçmədən  Şirvanı  tərk etdi. IV David Şirvan torpaqlarını Gürcüs-

tana qatmaq qərarına gəldi və  1123-1124-cü illərdə  dəfələrlə 



 

17 


Azərbaycana yürüş etdi. Gürcüstan və Buğurd qalalarını, Şamaxını 

ələ keçirdi, şəhər və qalalarda gürcü qarnizonları qoyub geri döndü. 

Lakin 5 ay sonra IV Davidin ölümündən sonra (1125) onlar Şirvanı 

tərk etməyə  məcbur oldular. Hakimiyyət yenidən III Mənuçöhrə 

keçdi. XII əsrin 30-60-cı illərində Azərbaycan Şirvanşahlar dövləti 

Cənubi Qafqazda ən qüdrətli siyasi amilə çevrilmişdi. 1160-cı ildə 

III Mənuçöhrün ölümündən sonra onun oğulları arasında taxt-tac 

mübarizəsi başlandı. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən 

Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə  qıpçaq turklərinə 

arxalanaraq, Şirvanı Gürcüstanla birləşdirməyə cəhd göstərdi. Lakin 

Eldənizlər dövlətinin hakimi Atabəy  Şəmsəddin Eldənizin qüvvə-

lərinin köməyi ilə III Mənuçöhrün böyük oğlu  I Axsitan (1160-



1196) hakimiyyəti  ələ keçirdi. O, Səlcuq türkləri ilə dostluq 

münasibətlərini bərpa etdi. I Axsitan ömrünün sonunadək ona arxa-

landı. Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam edirdi. 

1173-cü ildə Şirvanşahın hərbi qüvvələri mərkəzi hakimiyyətə qarşı 

qiyamı yatırtmaqda çar III Georgiyə kömək etdi. I Axsitanın haki-

miyyəti dövründə  Dərbənd hakimliyi Şirvanşahlardan asılı 

vəziyyətə salındı. I Axsitan ölkənin  ərazisində çoxlu müdafiə qur-

ğuları-qalalar, qüllələr, sədlər inşa və bərpa edildi. 1175-ci ildə Şir-

vanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı. 73 gəmidən 

ibarət slavyan donanması Azərbaycana hücum etdi, Lənbərana 

qədər hərəkət etdilər. Şimaldan qıpçaq türkləri Dərbəndi və Şabranı 

ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri hər iki hücumu dəf etdi. 

Buna III Georginin gürcü qoşunları kömək etdi. Bizans şahzadəsi 

Andronik Komnin də gürcü qoşunlarının ordugahında idi. 1192-ci 

ildə baş vermiş güclü zəlzələ  nəticəsində  Şamaxı dağıldı.  Şəhər 

əhalisinin xeyli hissəsi (I Axsitanın ailəsi də) tələf oldu. Paytaxt 

Bakıya köçürüldü (4, s. 297). 

Azərbaycan Atabəylər (Eldənizlər) dövləti.  Azərbaycan 

atabəylərinin idarə etdiyi Eldəgizlər dövləti Azərbaycan tarixində 

İldənizlər və ya Eldəgizlər dövləti kimi də tanınır. Bu dövlət əvvəl-

lər  İraq Səlcuq sultanlığının tərkibinə daxil idi. Böyük Səlcuq im-

peratorluğunun parçalanması dövründə meydana gələn İraq Səlcuq 


 

18

sultanlığı  (1118-1194)  İraqı,  İranı  və Kür çayından cənubdakı 

Azərbaycan torpaqları da daxil olmaqla Cənubi Qafqazın bir 

hissəsini əhatə edirdi. Eldənizlər sülaləsinin banisi Atabəy Şəmsəd-

din Eldənizin adı ilə bağlıdır. Sultan II Toğrul (1132-1134) ona 

“əmir” titulu verdi və onu öz oğlu Arslan şahın atabəyi təyin etdi. 



1136-cı ildə o, Arran hakimi təyin olundu və  Bərdəyə göndərildi. 

Bununla müstəqil Azərbaycan Eldənizlər dövlətinin və bu dövləti 

idarə edən  Eldənizlər sülaləsinin  əsası qoyuldu. Şəmsəddin Eldə-

niz bir çox xırda feodal mülklərini aradan qaldıraraq bütün 

Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, sultan sarayından 

iqta aldığı Arranla yanaşı, Azərbaycanın bəzi cənub bölgələrini, 

habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdir-

məyə başladı. Paytaxt əvvəllər Naxçıvan şəhəri idi. Sarayda böyük 

nüfuza malik idi və dövlətin idarə olunmasında yaxından iştirak 

edirdi. 1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğu Arslan 



şahın (1161-1176) sultan elan edilməsinə nail oldu. Bundan sonra 

Şəmsəddin Eldəniz bütün İraq Səlcuq sultanlığını özü idarə etməyə 

başladı. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi 

oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı  təyin 

edildi. Beləliklə,  İraq Səlcuq sultanlığı Azərbaycan sultanlığına 

çevrildi. Kürdən cənubdakı bütün Azərbaycan torpaqları Eldənizlər 

dövlətinin tərkibində yenidən birləşdirildi.  Şirvanşahlar dövləti də 

Eldənizlərdən asılı hala salındı. Azərbaycan Atabəyləri Azərbaycan 

üçün daim təhlükə yaradan gürcü torpaqlarını Eldənizlər dövlətinin 

tərkibinə daxil etmişdilər.  1161-ci ildə gürcü qoşunları o zaman 

Eldənizlər dövlətinin tabeçiliyində olan Dəbil şəhərinə hücum edib 

10 minə  qədər adamı  qılıncdan keçirmiş, qadınları  və  uşaqları 

çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazın-

dan sonra onların paltarları özlərinə qaytarılmışdı.  Şəmsəddin El-

dəniz gürcü qoşunları üzərində bir sıra qələbə qazanmışdı. Gürcü 

çarları bir daha Azərbaycan sərhədini pozmağa cəsarət etmirdilər. 

Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın Eldənizlər 

dövləti Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri-

Azərbaycanı, o cümlədən Arran və  Şirvan,  əl-Cibal ölkəsi,  İraq, 


 

19 


Həmədan, Gilan, Mazandaran, İsfahan və Reyi əhatə edirdi. Hilat, 

Fars, Xuzistan, Mosul, Kirman və  Təbəristan  Şəmsəddin Eldəniz-

dən asılı idilər. Mərkəzi hakimiyyətdən iqta almış  əmirlərin hərbi 

qüvvələrindən başqa, hökmdarın özünün 50 min nəfərlik nizami 

süvari qoşunu vardı. Səlcuq Sultanı  III Toğrulun (1176-1194) 

atabəyi olan Məhəmməd Cahan Pəhləvan  (Şəmsəddinin oğlu) 

hakimiyyətə  gəldikdən sonra (1175-1186) paytaxtı Naxçıvandan 

Həmədana köçürdü (1175), Təbrizi Ağsunqurilərin  əlindən aldı, 

müstəqilliyə can atan iri Səlcuq  əmirlərinin müqavimətini qırdı  və 

mərkəzi hakimiyyəti daha da qüvvətləndirdi. Azərbaycanı onun 

kiçik qardaşı  Qızıl Arslan idarə edirdi. O, həm də qardaşı oğulları 

Əbu Bəkrin və Özbəyin atabəyi idi. İqamətgahı  Təbrizdə idi. 

Məhəmməd Cahan Pəhləvan dövlət vəzifələrinə öz yaxın adamlarını 

təyin etdi, mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi, 50 min 

nəfərlik nizami süvari ordusu var idi. Gürcü feodallarını  dəfələrlə 

məğlub etdi. Hətta Abbasi xəlifələri belə Eldənizlər dövlətinin da-

xili işlərinə qarışa bilmirdilər. Ömrünün sonuna yaxın imperator-

luğu oğulları arasında bölüşdürmüşdü. Hakimiyyətə keçən qardaşı 

Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirməyə cəhd 

edən saray müxalifətinə  və iri feodallara qarşı mübarizə apardı. 

Formal olaraq sultan titulu daşıyan III Toğrul, narazı Səlcuq əmir-

ləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatın, oğlu Qutluq 

İnanc və b. Qızıl Arslana qarşı birləşdilər. III Toğrulla Qızıl Arslan 

arasında dəfələrlə qanlı vuruşmalar olub. O, bu münasibətləri 

sahmana salmaq üçün İnanc Xatınla evləndi, qardaşı oğulları Qutluq 

İnancla və  Əmir  Əmiran Ömərlə barışdı. 1191-ci ildə  Həmədan 

vuruşmasında qələbə qazandı, III Toğrulu oğlu Məlikşahla əsir aldı. 

1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə özünü sultan 

elan etdi. Beləliklə, Azərbaycan atabəyləri formal hakimiyyəti, yəni 

sultan titulunu da ələ keçirdilər. Mərkəzi hakimiyyətin 

qüvvətlənməsindən narazı qalan iri feodallar və  İnanc Xatın onu 

sui-qəsdlə öldürdülər. Azərbaycanda hakimiyyəti Əbu Bəkr (1191-

1210)  ələ keçirdi. Məhəmməd Cahan Pələvanın digər oğulları 

Qutluq İnanc və Əmir Əmiran Ömərin idarə etdikləri İsfahan, Rey 



 

20

vilayətləri və  İraqın bir hissəsi Eldənizlər dövlətindən ayrıldı. 



Bunlar dövlətin tənəzzülünü sürətləndirdi. Vəziyyətdən istifadə 

edən Xarəzmşahlar,  Əyyubilər, Abbasilər,  Şirvanşahlar, gürcü 

çarları  fəallaşdılar.  1192-ci ildə  Sultan III Toğrul həbsdən qaçdı, 

Rey, İsfahan və Həmədanı ələ keçirdi. III Toğrul tərəfindən məğlub 

edilən Qutluq İnanc kömək üçün Xarəzmşah Təkəşə (1172-1200

sığındı. Təkəş Xorasan, Rey və  Həmədanı  ələ keçirdi. III Toğrul 

Təkəş  və Qutluq İnancın birləşmiş qüvvələrinə qarşı vuruşmada 

(1194) öldürüldü. Təkəş Qutluq İnancı aradan götürdü (1196). 

Eldəniz Əbu Bəkr Xarəzmşahların hərbi qüvvələri üzərində bir sıra 

qələbə çalsa da, feodal hərc-mərcliyinin qarşısını almaq mümkün 

olmadı. Şirvanşah I Axsitan Əmir Əmiran Ömərə onun qardaşı Əbu 

Bəkrə qarşı hərbi qüvvə ilə yardım göstərdi. Gürcü çariçası Tamar 

və  Şirvanşahların birləşmiş qoşunları  Şəmkir və Beyləqan 

vuruşmalarında  (1194)  Əbu Bəkri ağır məğlubiyyətə  uğratdılar. 

Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum 

etdilər. Gəncə  əhalisi vətənə  xəyanət edən Eldəniz  şahzadəsinə 

şəhərə kafirlərlə  gəldiyinə görə  təslim olmayacaqlarını bildirdilər. 

Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları 

Gəncəni tərk etdikdən sonra gəncəlilər  Əmir  Əmiran Öməri 

öldürdülər.  Şəhər yenidən  Əbu Bəkrin hakimiyyəti altına keçdi. 

Bundan xəbər tutan gürcü qoşunları Azərbaycan sərhədlərini 

keçdilər.  Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq, 

Naxçıvana, oradan da Təbrizə getdi. Gürcü qoşunları  Gəncəni 

mühasirəyə aldılar. I Axsitan Gəncə yaxınlığına Tamarın görüşünə 

gəldi. 25 günlük mühasirədən sonra Gəncəni ala bilməyən gürcü 

qoşunları  Dəbili qarət etdilər (1203), Qərbi Azərbaycan torpaq-

larının tutulması  təhlükəsi yarandı. Xalq və  Şirvanşahlar dövləti 

Azərbaycanın qərb sərhədlərinin müdafiəsinə qalxdı. Gürcü 

qoşunları  1210-1211-ci illərdə Azərbaycan torpaqlarına dağıdıcı 

basqınlar etdilər. Onlar Naxçıvanı mühasirəyə aldılar, lakin ələ 

keçirə bilmədilər. Sonra Mərəndi talan etdilər, Təbrizi mühasirəyə 

aldılar. Şəhər hakimi Zahidə Xatın (Məhəmməd Cahan Pəhləvanın 

arvadı) çoxlu pul, daş-qaş  və  sənətkarlıq məhsulları verib şəhəri 



 

21 


dağıntıdan qurtardı. Təbrizlilərin, eləcə  də Miyanənin bütün mal-

qarası aparıldı,  ətraf yerlər qarət edildi. Gürcü qoşunları geri 

çəkilərkən miyanəçilər üsyan qaldırıb gürcü qarnizonunu qırdılar. 

Yenidən  şəhərə hücum edən gürcü cəza dəstələri  şəhər hakimini 

ailəsi ilə birlikdə  qılıncdan keçirdilər, dərilərini soyub minarənin 

başından asdılar, sonra isə  şəhəri qarət edib yandırdılar. Zəncan, 

Qəzvin və Abxar əhalisinə  də eyni cür divan tutdular. Üçan şəhə-

rinin,  Ərdəbilin bütün varidatlarını karvanlarla apardılar. 12 min 

ərdəbilli qılıncdan keçirildi. Özbəyin (1210-1225) hakimiyyəti 

illərində Eldənizlər dövlətinin süqutu daha da sürətləndi. Beləliklə, 

monqolların hücumu ərəfəsində Azərbaycan dövlətlərindən heç biri 

- nə Eldənizlər, nə  də  Şirvanşahlar ölkəni xarici təhlükədən qo-

rumağa qadir deyildilər. Monqollara qədərki Azərbaycanın iqtisadi 

vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və mal-pul 

münasibətlərinin genişlənməsi ilə səciyyələnir. XI-XII əsrlərin vergi 

sistemi  əvvəlki dövrlərin qayda-qanunlarının çoxunu mühafizə 

etmişdi. XII-XIII əsrlərdə Azərbaycanda 70-dək iri, orta və kiçik 

şəhərlər vardı. Bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri Gəncə, 

Təbriz, Naxçıvan, Marağa,  Ərdəbil, Dərbənd, Bakı,  Şamaxı  və 

Beyləqan idi. Gəncə  və  Təbrizin 100 mindən çox, Naxçıvanın isə 

təqribən 80-100 min əhalisi vardı. XI əsrdə Gəncə Arranın ən böyük 

şəhərlərindən birinə çevrilərək, ticarət-sənətkarlıq mərkəzi kimi öz 

əvvəlki əhəmiyyətini xeyli itirmiş Bərdəni arxada qoydu. XII əsrin I 

yarısında  Gəncənin  tərəqqi və inkişafı burada baş verən dağıdıcı 



zəlzələlər  (1122, 1139) və gürcülərin “daha dağıdıcı” basqın və 

qarətləri ilə  ləngidildi. Lakin gəncəlilərin səyi və köməyə  gəlmiş 

sultan canişini Qara Sunqurun öz qoşunu ilə etdiyi yardım 

nəticəsində XII əsrin sonu XIII əsrin  əvvəlləri Gəncə yenidən öz 

əvvəlki görkəmini qaytara bildi. Təbrizdə  də  1042-ci ildə baş 

vermiş  zəlzələdə 40-50 min sakinini və gözəl binalarını itirsə  də 

yenidən bərpa edildi. Azərbaycanın kiçik feodal şəhərləri yarı-

maqrar xarakter daşıyırdı. Çoxunun iqtisadiyyatında bağçılıq və 

maldarlıq mühüm yer tuturdu. Bu şəhərlərin sosial tərkibində 

kəndlilər üsütünlük təşkil edir, ticarət-sənətkarlıqla məşğul olanlar 



 

22

isə 2-ci yer tuturdular. XII əsrdə  şəhərlər adətən qalın divarlar və 



müdafiə qurğuları-xəndəklərlə  əhatə olunmuşdular. Dərbəndin, 

Təbrizin, Gəncənin, Bakının və b. yerlərin daşdan və  kərpicdən 

tikilmiş qala divarları çox düşmənin qarşısını almışdır. Bakının bir 

liman kimi əhəmiyyəti böyük idi. XI-XII əsrlərdə karvan ticarət 

yollarının bir-biri ilə  və xarici ölkələrlə birləşdiyi Azərbaycan 

şəhərləri daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə, 

balıq, boyaq, ədviyyat və s. göndərir, Şərq və Qərblə ticarət əlaqə-

ləri saxlayırdı. 

 


 

23 


 

IV. IX-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA  

SOSİAL-İQTİSADİ VƏZİYYƏT VƏ MƏDƏNİYYƏT 

 

Azərbaycanda müstəqil dövlətlərin meydana gəlməsi iqtisadi 

inkişafın sürətlənməsinə səbəb oldu. Mənbələr Azərbaycanda dənli 

bitkilərin bütün növlərinin (buğda, arpa, çəltik, darı və s.), müxtəlif 

texniki bitkilərin (pambıq, boyaqotu, kətan və s.), həmçinin 

cürbəcür bostan bitkilərinin becərilməsi barədə olduqca maraqlı 

məlumatlar verirlər.  Şirvanda və  Dərbənd  ətrafında zəfəran, həm-

çinin kətan becərilirdi. Lənkəran və Şəki bölgələrində müxtəlif çəl-

tik növləri  əkilirdi. Aran, xüsusilə, Bərdə vilayəti qırmızı boyaq 

almaq üçün istifadə olunan qırmızıböcəyi ilə zəngin idi. Kür çayının 

hər 2 sahili başdan-başa taxıl zəmiləri və pambıq tarlalarından ibarət 

idi. Əhalinin təsərrüfat həyatında bostan və tərəvəz bitkiləri əkini də 

mühüm yer tuturdu. Bağçılıq da inkişaf etmişdi. O zaman Təbriz 

bağlarını salmaq üçün 900-dən çox kəhriz qazılmışdı. Lakin bu 

kifayət etmirdi. İbn Havqəlin yazdığına görə, Dərbəndlə Səməndər 

arasındakı üzümlüklərdə 40000-ə qədər tənək vardı. IX-XI əsrlərdə 

Azərbaycanda ipəkçilik yüksək inkişaf etmişdi. Kənd təsərrüfatının 

ən yüksək inkişaf etmiş sahəsi maldarlıq idi. Heyvandarlığın  əsas 

forması yaylaq-qışlaq maldarlığı idi. Xəzər balıqla zəngin idi. Kür 

və Araz çayları boyunca yaşayan  əhali balıqçılıqla da məşğul 

olurdu. Arıçılıq, bal və mum ixracı da Azərbaycanın iqtisadi həya-

tında mühüm rol oynayırdı. Cəmiyyətin  əsas istehsalçısı  kəndlilər 

idi. 2 qismə-uluclara və azad kəndlilərə bölünürdülər. Uluclar asılı 

kəndlilər idilər.  Ərəb işğalları dövründə yaranmışlar. Öz torpaq-

larını itirmək təhlükəsi qarşısında qalan kəndlilərin mühüm bir 

hissəsi ayrı-ayrı  ərəb feodallarının himayəsinə  sığınmağa məcbur 

olurdu. Nəticədə, həmin kəndlilərin torpaqları  ərəb feodallarının 

əlinə keçir və ilcə (yaxud hami) torpaqlar adlanırdı. Uluclar, əsasən, 

əkinçiliyin yüksək inkişaf etmiş düzən rayonlarda yaşayırdılar. 

Dövlətə vergi verirdilər. Azad kəndlilər isə dağ rayonlarında yaşa-

yırdılar. Azərbaycan kəndliləri oturaq həyat sürürdü. Torpaq üzərin-


 

24

də xüsusi mülkiyyət mövcud idi. Süni suvarmaya əsaslanan  əkin-



çiliyin inkişaf etdiyi yerlərdə su üzərində də xüsusi mülkiyyət hökm 

sürürdü. Feodal torpaq mülkiyyətinin bir neçə növü var idi. Mülk 

(və ya əmlak) torpaqlar-irsi idi, mülk sahibləri (malik, məlik, və ya 

mülkədar) torpağı sata və bağışlaya bilərdilər.  Camaat (icma

torpaqları-otlaqlar, örüşlər, meşələr, bataqlıqlar və s., bəzən  əkin 

yerləri olurdu. Camaat torpaqları dövlətin mülkiyyətində idi, döv-

lətə torpaq vergisi-xərac verirdi. Xassə-ayrı-ayrı hökmdarların 

(xəlifələr, sultanlar və b.) və sülalələrin mülkiyyətində geniş torpaq 

sahələri vardı. Dövlətə  məxsus olan, yəni gəliri birbaşa xəzinəyə 

gələn torpaqlara divani,  və ya divan torpaqları deyilirdi. Şərti 

torpaq mülkləri-iqta  sistemi də inkişaf etməkdə idi. İqta dövlətə 

xidmət müqabilində verilirdi. İqta sahibləri-iqtadarlar bilavasitə 

təsərrüfatla və ya təsərrüfatçılıqla məşğul olmur, bir qayda olaraq, 

öz iqtalarını icarəyə verirdilər. Zaman keçdikcə onlar iqtadarların 

xüsusi mülkiyyətinə çevrilirdi. Bu dövrdə  vəqf  torpaqları da ya-

yılmışdı. Bu torpaqlar ayrı-ayrı ruhanilərə, dini və xeyriyyə müəs-

sisələrinə, məscidlərə, mədrəsələrə və s. verilirdi. Kəndlilər vergini 

vəqf sahibinə  və ya dini müəssisəyə verirdilər. Torpaqdan istifadə 

müqabilində  kəndlidən vergi üşr  və ya üşur (1/10), sonralar isə 



xərac adlanırdı. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya 

amil, maliyyə müfəttişləri isə  mütəsərrif  adlanırdı. X-XI əsrlərdə 

xəracın müəyyən bir hissəsini pulla ödəyirdilər. O zaman ərəblər 

Azərbaycandan 4-4,5 milyon dirhəm, Sacilərin hakimiyyəti döv-

ründə 2 milyon, Salari hökmdarı  İbrahimin dövründə  də bu qədər 

xərac alırdılar. Xəracdan başqa, müsəlman əhalisi öz əmlakına görə 

nəzir verirdi ki, buna da zəkat  və  sədəqə  deyilirdi. Müsəlman ol-

mayan  əhalidən  can vergisi-cizyə alınırdı.  Ərəb işğalı dövründə 

mərkəzi hakimiyyət tərəfindən müəyyən olunmuş illik xəracı ödə-

dikdən sonra bu feodallar öz torpaqlarında təkbaşına hakimlik 

edirdilər. 

IX-X  əsrlərdə Azərbaycan dünyanın çoxlu şəhərləri olan 

ölkələrdən birinə çevrildi. Siyasi müstəqillik iqtisadi tərəqqiyə, o 



 

25 


cümlədən sənətkarlıq və ticarətin inkişafına,  şəhərlərin meydana 

gəlməsinə müsbət təsir göstərirdi. 

Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə  səciyyələnən 

XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt 

şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi 

mərkəzlər yaradılmışdı. Şirvanşahların və Eldənizlərin saraylarında 

dövrün  ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiət-

şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və 

fars  ədəbiyyatı  və b. sahələrdə böyük müvəfəqiyyət və  uğurları 

olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi 

tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin  Şirvani 30 il 

astronomiya ilə  məşğul olmuş  və bir neçe ulduz cədvəli tərtib 

etmişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan 

həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşi-

dəddin, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh-

zəbəddin Təbrizi,  Əkmələddin Naxçivani və b. göstərmək olar. 

Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən 

keçirir,  əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haq-

qındakı bütün məlumatları ümumiləşdirmişlər. 

Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu 

xeyli  əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin 

Əbülfəzi  İsmayıl ibn əl-Musanna  ət-Təbrizinin qələmə aldığı 

“Tarixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir. 

“Şərqdə  təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi” 

hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər 

içərisində  İsmayıl ibn əl-Musanna  ət-Təbrizidən başqa, Xətib 

Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini, 

Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-

Urməvini,  Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd  əl-

Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və 

sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar. 

XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün 

Nizami Gəncəvi,  Əbül Üla Gəncəvi,  Əfzələddin Xaqani, Fələki 

Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları 


 

26

ilə  məşhur idi. Bu məktəbdə  ədəbi sənətlə real həyat arasında 



bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və 

b.  şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən 

farsdilli  şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli 

olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu 

yaradildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqa-

ninin  şerinin  əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökm-

ranlıq etdiyi şeir dilinə  şairin doğma azərbaycan-türk sözlərini 

gətirməsidir. Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be 

torki çərxeşan quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi 

fələk onlara türkcə deyər ki, sənsən”) misralı  məşhur beytində 

işlədilmiş “sənsən” sözünü, eləcə  də özünün şeir “Divan”-ında 

işlətdiyi su, Tanrı, vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara 

qız, dağ, xan və s. bu kimi sözləri qeyd etmək olar. 

XII  əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri 

dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri 

artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında 

fəaliyyət göstərən  şairlər Xaqani tərəfindən təməli qoyulan yeni 

üslublu farsdilli Azərbaycan  şerini yüksək sənətkarlıq səviyyəsinə 

çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azər-

baycan poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami 

Gəncəviyə nəsib oldu. 

Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəy-

lərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və 

təkmilləşməsində  məhz Azərbaycan poetik məktəbinin nümayən-

dələrinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəm-

səsi” dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə 

şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa 

düşdüyümüz mənada bədii  ədəbiyyat yaratdı. O, insanı özünün 

qəhrəmanı edib, onun hiss və  həyəcanlarını, duyğu və düşüncələ-

rini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı, 

mahiyyəti, təfəkkür tərzi və  fəlsəfəsi Nizamini düşündürən, onun 

poemalarının  əsas xəttini təşkil edən mövzular idi. Nizami əsər-

lərində  sənətkarlıq, forma və  məzmun vəhdətdə olub bir-birini 


 

27 


tamamlayırdı. Görkəmli söz ustaları  Əmir Xosrov Dəhləvini, Hacı 

Kirmanini,  İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir 

Nəvaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları 

hesab etmək olar. 

Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu 

Azərbaycan  ərazisində elmin sürətli inkişafını, onun müxtəlif 

sahələrinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən döv-

rün elm dili olan ərəb dilində  qələmə alındığını, Azərbaycan 

alimlərinin Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişa-

fında tutduqları  əvəzedilməz və  əhəmiyyətli mövqelərini açıqlayır. 

Elmin, mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin 

və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır. 

XI-XII  əsrlərdə Azərbaycanın  ən böyük iqtisadi, siyasi və 

mədəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan, 

Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr 

inşa edildi. Orta əsr Azərbaycan  memarlığının  inkişafını müəy-

yənləşdirən 3 əsas üslub istiqamətini  əks etdirən  Şirvan-Abşeron, 

Naxçıvan-Marağa və Arran memarlıq məktəbləri də elə bu illərdə 

təşəkkül tapır. Bu ocaqların üslub istiqamətində lokal cəhətlər, o 

cümlədən regionun etnik və sosial quruluşu həlledici rol oynayırdı. 

Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron 

memarlıq məktəbi üçün daha dayanaqlı, sadə  və çox vaxt asim-

metrik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur. 

Daşla kərpicin birgə yanaşı  işlədilməsi ilə tikilən Arran memarlıq 

abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları  və incə 

görkəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi. 

Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti 

dövrünə düşən,  əsasən, bişmiş  kərpicdən tikilən Naxçıvan-Marağa 

məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi 

və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, göv-

dənin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi 

ornamentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın 

rolunun artması və s. xasdır. 


 

28

Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan 



qalası, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin, 

Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar-

daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri 

şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr 

(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif 

ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə  məscidi və 

s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-

1063,  Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920, 

Əlincə qalası, Lerikdə  Oğlanqala, X əsrdə  Ağoğlan çayı sahilində 

tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə  fərqlənirdi. 

XII  əsrdə Naxçıvan memarlıq üslubunda Marağada Göy günbəz, 

Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı. 

XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara 

bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac, 

şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf 

səviyyəsi xeyli yüksəlmişdi. 

Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan 

memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş 

tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari 

türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi 

dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, iki-

minarəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli 

kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir. 

 


 

29 


 

NƏTİCƏ 

 

IX əsrin sonu - X əsrin əvvəli Ərəb xilafətinin ucqarlarındakı 

yerli hakim və canişinlərin separatizminin güclənməsi, mərkəzi 

hakimiyyətdən yarımasılı və ya müstəqil dövlət qurumlarının yaran-

ması ilə əlamətdardır. XI əsrin 70-ci illərinin sonunda Azərbaycan 

torpaqları Orta Asiyadan Aralıq dənizinədək, Qafqazdan İran 

körfəzinədək olan yerləri özündə birləşdirən Böyük Səlcuq impe-

riyasının tərkibinə daxil edildi. Səlcuq dövlətinin tənəzzülü döv-

ründə yeni növ dövlət birləşmələrinin – atadəylərin təşəkkülü üçün 

zəmin yarandı. 1136-cı ildə  Şəmsəddin Eldəniz tərəfindən  əsası 

qoyulan Azərbaycan Atabəylər dövləti dövrün ən qüdrətli və mədə-

ni dövlətlərindən oldu. 

Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə  səciyyələnən 

XII  əsr Azərbaycan intibahı dövrü hesab edilir, məhz, bu dövrdə 

Azərbaycan xalqı dünyaya görkəmli alimlər, şairlər, memarlar bəxş 

edir. 


 

 


 

30

 



ƏDƏBİYYAT 

 

1.

 



Azərbaycan tarixi. 7 cilddə, II c.(III-XIII əsrin I rübü), 

Bakı, “Elm”, 2007, 608 səh.+24 səh. illüstrasiya. 

2.

 

Azərbaycan tarixi. S. Əliyarlının redaktorluğu ilə, Bakı, 



“Azərb.” nəşr., 1996, 872 səh. 

3.

 



Azərbaycan tarixi. İ. Əliyevin redaktorluğu ilə, Bakı, Elm, 

1993, 284 səh. 

4.

 

Azərbaycan tarixi. Dərslik, Z. Bünyadovun redaktorluğu 



ilə, Bakı, Azərnəşr, 1994, 680 səh. 

5.

 



Məmmədov İsmayıl. Azərbaycan tarixi, Bakı, 2005, s. 98-

13 


 

 

31 


 

MÜNDƏRİCAT 

 

 



GİRİŞ .....................................................................................................................5 

I. AZƏRBAYCANIN IX-XI ƏSR FEODAL DÖVLƏTLƏRİ..............................6 

II. SƏLCUQ TÜRKLƏRİNİN AZƏRBAYCANDA HÖKMRANLIĞI .............13 

III. ŞİRVANŞAHLAR VƏ ATABƏYLƏR DÖVLƏTLƏRİ ..............................16 

IV. IX-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA 

SOSİAL-İQTİSADİ VƏZİYYƏT VƏ MƏDƏNİYYƏT.....................................23 

NƏTİCƏ...............................................................................................................29 

ƏDƏBİYYAT......................................................................................................30 

 

 

 



 

 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



*** *** *** 

 

Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 

səhifələnmiş və çap olunmuşdur.  

 

 



Çapa imzalanıb: 06.01.2015. 

Format: 60x84 1/16. Qarnitur: Times. 

Həcmi: 2 ç.v. Tiraj: 500. Sifariş № 02.  

Qiyməti müqavilə ilə. 

 

 

 



 

ТЯРЪЦМЯ 

ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 

МЯРКЯЗИ

Аз 1014, Бакы, Рясул Рза кцч., 125

596 21 44; 497 06 25; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru

 

www.mutercim.az 



 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin