İradə nuriyeva


Cənubi Azərbaycanda 21 Azər hərəkatı



Yüklə 2,42 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix28.04.2017
ölçüsü2,42 Kb.
#16073
1   ...   22   23   24   25   26   27   28   29   30

 
3. Cənubi Azərbaycanda 21 Azər hərəkatı.  
Milli hökumətin yaradılması 
 
1945-ci ilin iyun-sentyabr aylarında silahlı fədai dəstələri ya-
ranmağa başladı. 1945-ci ilin sentyabrda bir qrup demokatlar başda 
Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firqəsinin 
(ADF) yaradılması haqqında bəyanat verdi. Sentyabrın 13-də ADF 
təsisçilərin ilk konfransı keçirildi. Konfrans 11 nəfərdən ibarət Mü-
vəqqəti Komitə seçdi. 1945-ci il oktyabrın 2-4-də ADF I qurultayı 
keçirildi. Qurultay 3 sentyabr tarixli bəyanatın  əsas müddəalarını 
partiyanın proqram və nizamnaməsi kimi qəbul etdi və başda 
S.C.Pişəvəri olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi (58, s. 
92-93). 
Noyabrın 21-də Azərbaycan Xalq Konqresi çağırıldı və özünü 
Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisinin qərarında deyi-

 
285 
lirdi ki, Milli hökumət İran dövlətçiliyi çərçivəsində fəaliyyət gös-
tərərək Azərbaycanın milli-mədəni muxtariyyətini təmin etməlidir. 
Noyabrın 27-dən dekabryn 1-dək Azərbaycanın hər yerində seçkilər 
keçirildi. Dekabrın 12-də toplanmış Milli Məclis Seyid Cəfər Pişə-
vərinin başçılığı ilə Milli hökumət yaratdı. Hökumət 10 nazirlik, ali 
məhkəmə  və baş prokurorluqdan ibarət idi. Bu 21 Azər hərəkatı 
adlanırdı. 1946-cı ilin yanvar-fevral aylarında seçkilər keçirildi və 
müvafiq strukturların yaradılmasına başlandı. 
Milli hökumət 1946-cı ilin fevralında aqrar qanun verdi. Qa-
nuna görə mülkədarların və digər sahibkarların torpaqları kəndlilər 
arasında bölüşdürülürdü. Mayın 12-də  “Əmək haqqında qanun” 
verildi. 1946-cı il yanvarın 6-da Milli Məclis “Dil haqqında” qanun 
qəbul etdi. 1946-cı ilin iyununda Təbriz Universiteti təsis olundu 
(35, s. 44; 12, s. 197). 
Cənubi Azərbaycanda milli-demokratik hərəkatın uğurları 
Tehranın hakim dairələrini təşvişə saldı. Yanvar ayından hökumətə 
başçılıq edən  Əhməd Qəvam  ən  əvvəl xalqı aldatmaq məqsədilə 
Milli Hökumətlə danışıqlara başladı. 1946-cı ilin iyununda Təbrizdə 
onların arasında müqavilə imzalandı. O, ABŞ,  İngiltərə  və SSRİ 
arasındakı ziddiyyətlərdən istifadə edərək “İran məsələsi”nin BMT-
də baxılmasına nail oldu. ABŞ  və  İngiltərənin  İrana siyasi-hərbi 
yardım göstərmələri razılığını aldı. Sovet hökumətinin “bitərəf-
liyini” əldə etmək üçün Əhməd Qəvam Moskvaya gedərək Stalinlə 
görüşdü. 
Bunun ardınca Sovet dövlə

 
286
1946-cı il dekabrın 11-də səhər xalqa “Öldü var, döndü yox” 
deyə müraciət edən Pişəvəri axşamüstü yaxın silahdaşları ilə bir-
likdə zor gücünə Sovet İttifaqına gətirildi. İrana qayıtmaqda israrlı 
olan Pişəvəri 1947-ci il iyulun 12-də Azərbaycanda avtomobil qəza-
sında həlak oldu. 
 
 
II BƏND:  
Azərbaycanda sosial-iqtisad  
və siyasi inkişafında yeni mərhələ 
 
Plan: 
1. XX əsrin 70-80-ci illərində Azərbaycanda sosial-iqtisadi və 
mədəni inkişaf. 
2. Azərbaycan “yenidənqurma” şəraitində. Milli münasibətlərin 
kəskinləşməsi. 
3. Güney Azərbaycanı İran İslam inqilabı və ondan sonrakı dövrdə. 
 
1. XX əsrin 70-80-ci illərində Azərbaycanda  
social-iqtisadi və mədəni inkişaf 
 
Respublikada idarəçiliyin gücləndirilməsi. İqtisadi və sosi-
al yüksəliş.  Azərbaycan SSR-ə  rəhbərlik  1969-cu ilin iyulunda 
Heydər  Əlirza oğlu  Əliyevə tapşırıldı. H.Əliyev 1923-cü ilin ma-
yın 10-da Naxçıvan  şəhərində  fəhlə ailəsində anadan olmuşdu. 
1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissar-
ları Sovetində şöbə müdiri, 1944-cü ildən Dövlət Təhlükəsizlik Ko-
mitəsində işləməyə başlamışdı. 1964-cü ildə Azərbaycan SSR Döv-
lət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə  sədri 
təyin edilmişdir. 1976-cı ildə Sov. İKP MK Siyasi Bürosunun üzv-
lüyünə namizəd seçildi. 
H.Əliyevin 1969-1982-ci illərdə Respublikaya birinci rəhbər-
liyi dövründə 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə 
verildi, 630 min nəfərlik yeni iş yerləri açıldı. H.Əliyev 1975-ci ildə 

 
287 
Bakıda Məişət Kondisionerlər zavodunun tikilməsinə nail oldu. 
1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı 
əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cü ildə  Ağdamdan 
bura dəmiryolu çəkildi. Əsgəran rayonu təşkil olundu. 1977-ci ildə 
Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısı alın-
dı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun 
perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon 
ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haq-
qında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa 
müddətdə canlandırmaqla mərkəzin və erməni millətçilərinin niy-
yətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi. 
60-cı illərdə Azərbaycan Dövlət Universitetinin bir qrup tə-
ləbəsi  Ə.Əliyevin (Elçibəy) rəhbərliyi ilə  gənclər arasında siyasi-
təbliğat işi aparmaqla onlarda milli şüurun oyanmasına xidmət gös-
tərmişdi. 
1978-ci ilin aprelində Azərbaycan SSR-in, mayında isə 
Naxçıvan MSSR-in yeni Konstitusiyası qəbul edildi. Azərbaycan 
SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması öz ək-
sini tapdı. H.Əliyev 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi 
Bürosuna üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini 
təyin edildi və bu imkanlardan da Azərbaycan%

 
288
Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Bakıda “Ulduz” 
elektrik cihazqayırma, “Ozon”, Sumqayıtda məişət kompressorları 
zavodları istifadəyə verildi. 
Bakıda 2 evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə ev-
tikmə zavodları, Sumqayıtda şüşə zavodu, Ələt ağac emalı kombi-
natı  və s. işə düşdü. 1971-ci ildə Naxçıvan MSSR-də Araz, 70-ci 
illərin ortalarında Tərtər, 1981-1984-cü illərdə  Şəmkir su-elektrik 
stansiyaları işə salındı. 
Respublikada kənd təsərrüfatının, pambıqçılığın, tərəvəzçili-
yin, tütünçülüyün, 70-ci illərin sonlarından isə həm də üzümçülüyün 
inkişafına diqqət artırılmışdı. Lakin 80-ci illərin II yarısında Sovet 
imperiyasında alkoqolizmə qarşı mübarizə komponiyası başlanan-
dan sonra 100 min ha çox üzümlük məhv edilmişdi. 
70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki H.Əliyev adına 
Respublika sarayı, “Moskva” mehmanxanası, 80-ci illərdə Gülüstan 
sarayı, yeni zoopark, örtülü idman kompleksi tikilmişdi. 1990-cı 
ildə əhaliyə 18 metro stansiyası xidmət göstərirdi (12, s. 211). 1971-
ci ilin sentyabrında Kür su kəməri işə salınmış, Kür suyu Bakıya 
gətirilmişdi. 1982-ci ildə Sabirabadda iri su təchizatı kompleksi isti-
fadəyə verildi. 1990-cı ildə Respublikada 150-ə qədər telestansiya, 
846 xəstəxana fəaliyyət göstərirdi. 
90-cı iilərin əvvəllərində Azərbaycanda 17 ali, 77 orta ixtisas 
məktəbi var idi. 1970-1982-ci illərdə SSRİ-nin ən mühüm ali mək-
təblərində 17 mindən çox azərbaycanlı mütəxəssis hazırlanmışdı. 
1990-cı ildə 4500-dən artıq ümumtəhsil məktəbi, 182 texniki-peşə 
məktəbi var idi. 1971-ci ildə C.Naxçıvanski adına Respublika orta 
ixtisaslaşdırılmış internat məktəbi açıldı. 
1990-cı ildə respublikada 23 mindən çox elmi işçi çalışırdı. 
1987-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi fə-
aliyyətə başladı. Lakin elmlərin, xüsusən ictimai elmlərin inkişafına 
kommunist ideologiyasının güclü təzyiqi ləngidici təsir göstərirdi. 
1990-cı ildə 168 qəzet, 91 jurnal çap olunurdu. 
 

 
289 
 
2. Azərbaycan “yenidənqurma” şəraitində.  
Milli münasibətlərin kəskinləşməsi 
 
80-ci illərin ortalarında sovet cəmiyyətinin iqtisadi, siyasi və 
mənəvi həyatında böhran qabağı  vəziyyət yaranmışdı. KP ölkəni 
iflasdan qurtarmaq məqsədilə 1985-ci ildə “sürətləndirmə konsep-
siyası” irəli sürdü (42). ‘Yenidənqurma” xətti müəyyən edildi. 
1989-cu ildə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq de-
putatları seçkiləri keçirildi. 
“Yenidənqurma” və “aşkarlıq” Azərbaycanda da demokratik 
hərəkatın inkişafına təkan verdi (43). Bundan ehtiyat edən Sovet 
rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində milli 
münaqişə ocağını alovlandırdı. Daxildən və xaricdən dəstək alan 
ermənilər açıq ərazi iddiaları ilə çıxış etməyə başladılar. Hətta Qa-
zax və  Gədəbəy rayonlarında min hektarlarla torpaq sahəsinin Er-
mənistana verilməsinə razılıq verilmişdi. Bu vaxt yerli əhalinin na-
razılığı qüvvə tətbiq etməklə yatırıldı. 
Ermənistanda dövlət səviyyəsində gizli silahlı  dəstələr yara-
dılır və azərbaycanlıları zorla qovub çıxarmaq istiqamətində iş apa-
rılırdı.  1988-ci il yanvarında Qafan və Mehri rayonlarından  ilk 
qaçqınlar Azərbaycana gəldilər. Fevralın 19-da İrəvanda “Ermə-
nistanı türklərdən təmizləməli!” və b. millətçi  şüarlarla  mitinqlər 
keçirildi. Bundan ruhlanan Dağlıq Qarabağ erməniləri  Stepana-
kertdə (Xankəndi) mitinq və nümayişlərə başladılar. Fevralın 24-
də Əsgəran rayonunda emənilər 2 gənci qətlə yetirdilər və 19 nə-
fəri yaraladılar. Fevralın 28-də Sumqayıtda ilk cinayət hərəkətini 
özünü azərbaycanlı kimi qələmə verən “paşa” ləqəbli erməni E.Qri-
qoryan törətdi. Şəxsən 9 erməni, ümumiyyətlə 32 nəfər (6 azərbay-
canlı) öldürüldü (104, v. 25; 92, s. 4), 200 mənzil qarət edilmiş, 
onlarca ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. Sum-
qayıt hadisələrindən sonra qanlı antitürk hərəkatı daha da geniş-
ləndi. Ermənilər Ermənistanın Quqark rayonunda 14 nəfəri ağaca 
sarıyıb yandırdılar. Leninakan uşaq evində yaşayan  70 nəfər 

 
290
azərbaycanlı  uşağı Spitakda diri-diri borunun içinə doldurub 
ağzını qaynaqladılar. 1988-ci ilin dekabrın 11-də Azərbaycandan 
Ermənistana zəlzələ zonasına köməyə gedən  78 nəfərlik  İL-76 
təyyarəsi ermənilər tərəfindən vuruldu (67). 1991-ci il avqustun 8-
 Ermənistan SSR-də sonuncu azərbaycanlı  kəndi olan Nüvədi 
(Mehri rayonu)  kəndi rus əsgərlərinin köməyi ilə boşaldıldı. 
Ermənistandakı  185 azərbaycanlı  kəndindən 230 min nəfər 
azərbaycanlı qovuldu. 
1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV 
xalq deputatları sovetinin Emənistana birləşmək haqqında qərarına 
razılıq verdi. Sentyabrda  ermənilər  Xocalıda qanlı cinayət törət-
dilər. 1989-cu ilin yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti 
“Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının 
tətbiqi haqqında” qərar verdi. A.Volskinin rəhbərliyi ilə Mos-
kvaya tabe olan Xüsusi İdarə Komitəsi (XİK) yaradıldı (12, s. 237). 
DQMV əməli olaraq Azərbaycana tabeçilikdən çıxarıldı. 
Azərbaycanın demokratik qüvvələrinin tələbi ilə SSRİ Ali So-
veti  1989-cu il noyabrın 28-də  XİK-i ləğv etdi. Ermənistan SSR 
Ali Soveti dekabrın 1-də “Ermənistan SSR və Dağlıq Qarabağı 
birləşdirmək haqqında qərar” qəbul etdi (12, s. 237). 
Ermənistanda yaşayan azərbaycanlının kütləvi şəkildə depor-
tasiyası və Dağlıq Qarabağda separatçılıq meyllərinə mərkəzin xe-
yir-dua verməsi Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb 
oldu. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. 
Xalq Moskvadan asılı olan Ə.Vəzirovdan Ermənistanda və Dağlıq 
Qarabağda baş verən hadisələrə qarşı qəti mövqe tutmağı tələb edir-
di. Lakin Vəzirov xalqın diqqətini yayındırmaq siyasəti yürüdürdü. 
Dağlıq Qarabağda Topxana meşəsində ermənilərin sənaye ob-
yekti tikməsi xəbəri xalqı hərəkətə gətirdi. Noyabrın 15-16-da Ba-
kıda mitinqlər keçirildi. Noyabrın 17-də “Azadlıq” meydanında 
mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Hökumət hə-
rəkatın gedişindən qorxub Bakı, Naxçıvan və  Gəncə  şəhərlərində 
xüsusi vəziyyət və komendant saatı  tətbiq etdi, küçələrə tanklar 
yeritdi. Dekabrın 4-də çoxlu adam həbs edildi. 

 
291 
Belə bir şəraitdə AXC-nin təsis konfransı 1989-cü ilin iyu-
nunda Bakıda keçirildi. Cəbhənin proqram və nizamnaməsi qəbul 
edildi. Elçibəy onun sədri seçildi. Xalq Ə.Vəzirovun istefasını tələb 
edirdi. Xalqın təzyiqi altında  sentyabrın 23-də  Ali Sovetin növ-
bədənkənar sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqın-
da” Konstitusiya Qanununu qəbul etdi. 
Respublikada hakimiyyət böhranı mövcud idi. Dekabrın 31-
 Naxçıvan MSSR-də Araz çayı boyu Sovet-İran sərhəd qurğuları 
dağıdıldı. Yanvarın 12-də 500 nəfər silahlı erməni qulduru Xanlar 
rayonunun Quşçu kəndinə hücum etdi. Belə vəziyyətdə AXC Milli 
Müdafiə Şurası (MMŞ) yaratdı. 
Yanvarın 15-də SSR Ali Soveti Rəyasət Heyəti rəhbərliyinin 
müraciəti  əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti  “DQMV və 
bəzi başqa rayonlarda fövqəladə  vəziyyət elan olunması haq-
qında” fərman verdi (91, s. 37, 40). Bakı və ətraf rayonlara əlavə 
qüvvələr gətirildi. 
Sovet ordusunun dəstəyi ilə erməni hərbi hissələri əvvəl Nax-
çıvanda hücuma keçdilər. Xalqın tələbi ilə  yanvarın 19-da Nax-
çıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSRİ  tərki-
bindən çıxması haqqında qərar qəbul etdi. 
SSRİ Ali Sovetinin Rəyasəti Heyəti yanvarın 20-də saat 00-
dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqın-
da” fərman verdi (91, s. 82). Lakin fərman xalqdan gizlədildi. 
Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20-
 qalmış dövlət televiziyasının enerji bloku partladıldı. Yanvarın 
19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı 
qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 
nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü (58, s. 
303; 60). “Qanlı yanvar”a etiraz olaraq 40 günlük ümummilli tə-
til başlandı. 
H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə 
gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əha-
liyə divan tutulduğunu bütün dünyaya bəyan etdi. 
Gizlincə respublikadan qaçmış  Vəzirovun yerinə Moskva 

 
292
A.Mütəllibovu təyin etdi. Tarixin bu məsuliyyətli dövründə AXC 
artıq xalqa rəhbərlik edə bilmədi. Azərbaycan SSR Ali Sovetinin 
sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi  və A.Mütəl-
libovu bu vəzifəyə seçdi. AXC-nin qeyri-ardıcıl mövqeyini görən 
xalq bu təşkilatdan uzaqlaşmağa başladı. 
H.Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. İqtidar onun 
Bakıda qalmasına imkan vermədi və o, Naxçıvana getdi. Sentyabrda 
H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə de-
putat seçildi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublika 
adından  “Sovet sosialist” sözü götürüldü. Muxtar Respublika Ali 
Soveti Ali Məclis adlandırıldı. Noyabrın 21-də Ali Məclis 20 yan-
var hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi 
(45, s. 86-88). 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti 
sessiyasının qərarı ilə  ölkə  “Azərbaycan Respublikası” adlan-
dırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət 
bayrağı kimi təsdiq olundu. 
SSRİ-nin saxlanılması referenduma çıxarıldığı zaman H.Əli-
yev onun əleyhinə çıxdı. 1991-ci il martın 17-də SSRİ-nin saxla-
nılması ilə əlaqədar referendum keçirildi. Səsvermə saxtalaşdırıldı. 
Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Sentyabrın 8-də 
Respublikada keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə 
çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezident-
liyə namizəd üçün maksimum yaş senzi daxil etdi və bu səbəbdən 
seçkilərdə öz qələbəsini təmin etdi. 
 
3. Güney Azərbaycanı İran İslam inqilabı  
və ondan sonrakı dövrdə 
 
1977-ci ilin payızından etibarən Cənubi Azərbaycanda bir 
sıra çıxışlar başladı. Ən iri tələbə çıxışı Cənubi Azərbaycanda Milli 
hökumətin yaranmasının ildönümü günü münasibətilə olmuşdu. 
1978-ci ilin yanvarında Qum şəhərində Konstitusiya prinsiplərinə, 
qaydalarına riayət olunması,  şahlığın ləğv edilməsi tələbi ilə nü-
mayiş keçirilmişdi. Qumdakı hadisələrin 40-cı günü, fevralın 18-də 

 
293 
Təbriz şəhərinin din başçılarının əhaliyə müraciəti təbrizliləri ayağa 
qaldırdı. 100 min nəfərin iştirak etdiyi çıxış baş verdi. Hökumət 
nümayişçilərin üzərinə nizami ordu hissələri göndərdi. Dinc etiraz 
nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi. Bunu 29 bəhmən 
üsyanı adlandırırlar. Şah fevralın 19-da Təbrizə başqa şəhərlərdən 
əlavə nizami hərbi dəstələr göndərdi. Lakin qüvvələr bərabər 
olmadığından üsyan qəddarlıqla yatırıldı (35, s. 58-59). 
Antişah və antiimperialist hərəkat olan 1978-1979-cu illər 
İran inqilabının sosial-siyasi mahiyyətini  əslində elə  18 fevral 
Təbriz üsyanı müəyyən etmişdi. Təbriz üsyanı  Pəhləvi monarxi-
yasına zərbə vuran ilk xalq çıxışı idi. 
Təbriz üsyanından sonra mart ayının 29-30-da Tehran, İsfa-
han, Məşhəd, Əraq, Qum, Təbriz, Zəncan və b. şəhərlərdə, may 
ayında baş vermiş  çıxışlar  İranın 20-dən çox şəhərini əhatə et-
mişdi. Həmin ilin sentyabrından inqilabın II mərhələsi başlandı. 
İlk çıxışlar sentyabrın 7-də ölkənin 12 şəhərində, o cümlədən Təb-
rizdə kütləvi xarakter aldı. Sentyabrın 8-də, cümə günü hakimiy-
yətin nümayiş  iştirakçılarını gülləbaran etməsi onları öz yolundan 
döndərə bilmədi. “Qanlı cümə günü” adını almış həmin gün əha-
linin şaha qarşı qəzəb və nifrətini daha da artırdı (12, s. 219). 
Neftçilərin  noyabr ayında həftəlik, daha sonra isə  1978-ci 
ilin dekabrından 1979-cu il fevralın əvvəllərinədək davam etmiş 
aramsız  ümumi tətili  şah hakimiyyətinə  ağır zərbə vurdu və inqi-
labın taleyini həll etdi. Şah  1979-cu il yanvarın 16-da  İrandan 
qaçdı. Fevralın 16-da şahpərəstlərin son tör-töküntüləri Təbrizdə və 
Cənubi Azərbaycanın başqa  şəhərlərində  də tamamilə  zərərsizləş-
dirildi, nəzarət xalqın əlinə keçidi. 
Beləliklə,  1979-cu il fevralın 11-də Tehranda  qələbə çalan 
inqilab  fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. 
1978-1979-cu illərin  İran inqilabı dövründə azərbaycanlılar  25 
min nəfərə yaxın qurban verdilər (12, s. 220). 
Antişah və antiimperialist inqilab 1979-cu il fevralın 11-də 
qələbə ilə başa çatdıqdan sonra həmin millətlər milli muxtariyyət 
alacaqlarını gözləyirdilər. Lakin qələbənin ilk günündən hakimiyyət 

 
294
sükanını  ələ alan Ayətullah Xomeyni  tərəfdarları ümumxalq rəy 
sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası (İİR) 
elan etməyə nail oldular. Yeni hökumət torpaq, işsizlik məsələsini 
həll edə bilmədi.  İran  İslam Məclisi  torpaq islahatı haqqında 
qanunu  qəbul etsə  də  (sentyabr 1981), dövlət bu qanunu həyata 
keçirməkdə aciz oldu. Çünki islahata şamil olunan torpaq sahələ-
rinin çoxu varlı ruhanilərin, Məclis vəkillərinin, yüksək vəzifə 
sahiblərinin mülkiyyətində idi. Elə bu səbəbdən  İİR rəhbərliyi 
işsizlik problemini də həll edə bilmədi. Ölkə yavaş-yavaş bu vəziy-
yətdən çıxdı  və  İran-İraq müharibəsinin (1980-1988) vurduğu 
iqtisadi yaraları sağaltmağa başladı. Azərbaycan türkləri üçün ən 
ağrılı məsələ milli dilin statusunu müəyyən edən Əsas Qanunun 
15-ci maddəsi idi. Yerli və etnik dillərin fars dili ilə yanaşı 
mətbuatda, kütləvi informasiya vasitələrində  və  məktəblərdə milli 
ədəbiyyatın tədrisində  işlənməsi azad elan edilsə  də, Azərbaycan 
məktəblərində buna nail olmaq öz həllini tapmadı. Az bir zamanda 
azərbaycanlılar nisbi milli dirçəlişə nail oldular. Cənubi Azər-
baycanda, xüsusən Təbrizdə  və Tehranda Azərbaycan türkcəsində 
qəzet və jurnallar nəşr edilməyə başladı. Cənubi Azərbaycanda və 
Tehranda yaranmış bir sıra mədəniyyət ocaqları vahid Azərbaycan 
mədəniyyəti ideyası istiqamətində fəaliyyət göstərirdilər. Bu cəmiy-
yətlərdə təmsil olunan ziyalılar aşağıdakı tələbləri irəli sürürdülər: 
1) Azərbaycan dilinin bu xalqın rəsmi dili kimi tanınması; 
2) Azərbaycanda tədrisin ana dilində aparılmasını; 
3) Tehranda ikidilli məktəblərin yaradılmasını və s. 
Müxtəlif mədəniyyət ocaqlarının nəşr etdirdikləri qəzet və jur-
nallar İranda azərbaycanlıların milli şüurunun inkişafına təkan ver-
di. Lakin mətbuat azadlığı olsa da, mədəniyyətin ruhanilər tərə-
findən “şeytan əməli” adlandırılan aşıq müsiqisi və teatr sənəti kimi 
sahələri inqilabın ilk dövrlərindən daim müxtəlif növ təqiblərə mə-
ruz qalırdı. Şimali Azərbaycanın dövlət müstəqilliyinin bərpa edil-
məsi Cənubda da milli təfəkkürdə yeni bir canlanma yaratdı. 
 

 
295 
 
XIX FƏSİL 
MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI 
 
I BƏND:  
Dövlət müstəqilliyinin bərpa olunması.  
Azərbaycan müstəqilliyin ilk illərində  
(1991-1993-cü illər) 
 
Plan: 
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın 
ictimai-siyasi durumuna təsiri. 
2. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin 
ilk illərində. 
 
1. Qondarma “Dağlıq Qarabağ” məsələsi  
və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri 
 
Qarabağ  məsələsi iki əsrdir ki, zaman-zaman gündəmə çixir. 
1923-cü ilin iyulunda Azərbaycanın iradəsinə zidd olaraq, Moskva 
mərkəzinin bolşevik havadarlarının dəstəyi ilə ona vilayət statusu 
verilmişdi. Dağlıq Qarabağ Kiçik Qafqazın cənub-şərqində yerləşir, 
ərazisi təqribən 4,4 kv. km-dir. Tərkibinə 5 rayon-Əsgəran, Hadrut, 
Mardakert (Ağdərə), Martuni (Xocavənd) və Şuşa daxildir. 1828-ci 
il Türkmənçay müqaviləsindən sonra İrandan və Türkiyənin  şər-
qindən bura kütləvi  şəkildə ermənilərin köçürülməsi nəticəsində 
əhalinin milli tərkibindəki nisbət ermənilərin xeyrinə  dəyişmişdi. 
1989-cu ildə vilayətdəki  əhalinin 73,4%-i ermənilər, 25,3%-i 
azərbaycanlılar, 1,3%-i isə qeyri millətlər təşkil etmişdi (12, s. 234). 
Sovet  İttifaqının “yenidənqurma”, “aşkarlıq” siyasətindən istifadə 
edən ermənilər yenidən Azərbaycana  ərazi iddialarını qaldırdılar. 
Milli qızışdırmada erməni ziyalılarının, xüsusən P.Qazaryanın, Zori 
Balayanın, Silva Kaputikyanın və b. azərbaycanlılara iftira və  təh-

 
296
qirlə dolu, tarixi saxtalaşdırıcı  “əsərlər”inin də mühüm rolu ol-
muşdu. 1987-ci ilin avqustunda Ermənistan Elmlər Akademiyası 
Moskvaya Dağlıq Qarabağın və  hətta Naxçıvanın Ermənistana 
verilməsi barədə yüz minlərlə erməni imzası ilə xahiş ərizəsi göndə-
rilmişdi. 1987-ci ildə Ulu öndərimiz H.Əliyevin SSRİ  rəhbərli-
yindən kənarlaşdırılmasından istifadə edən “Qarabağ Komitəsi” ok-
tyabrda İravanda ilk açıq mitinq keçirdi. Bu komitə Azərbaycanda, 
xüsusən Dağliq Qarabağda uzun müddət fəaliyyət göstərən yerli 
“Krunk” təşkilatı açıq fəaliyyətə başladı. “Miatsum” hərəkatı ge-
nişləndi. Ona rəhbərlik etmək məqsədi ilə 1988-ci il mayın 2-də 
“55-lər Komitəsi” yaradıldı. Erməni millətçiləri Dağlıq Qarabağın 
Ermənistana verilməsini tələb edərkən Azərbaycanın guya vilayətin 
sosial-iqtisadi və  mədəni inkişafına diqqət vermədiyini  əsas kimi 
götürürdülər. Halbu ki, Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ 
vilayəti Azərbaycanın digər bölgələrinə nisbətən daha yüksək 
templə inkişaf etmişdi. 1988-ci ilin əvvəllərində Ermənistanın dəs-
təyi və  Mərkəzin müşahidəsi və  qızışdırıcı siyasəti ilə Dağlıq Qa-
rabağda ermənilərin separatçı  hərəkatları daha da artdı. 1988-ci il 
fevralın 20-də DQMV Sovetinin sessiyası “DQMV-nin Ermənista-
nın tərkibinə daxil edilməsinə razılıq verməsini təklif etdi. Er-
mənistan SSR Ali Soveti 1988-ci il iyunun 15-də Azərbaycan SSR 
Ali Sovetindən DQMV-in Ermənistanın tərkibinə daxil edilməsinə 
razılıq verməsini təklif etdi. İyunun 21-də Vilayət Xalq Deputatları 
Sovetinin fövqəladə sessiyası SSRİ Ali Sovetinə müraciətlə 
DQMV-nin Ermənistan SSR-ə verilməsini xahiş etdi. İyulun 12-də 
Vilayət Sovetinin sessiyası qeyri-qanuni olaraq DQMV-nin Azər-
baycanın tərkibindən çıxdığı  və Ermənistana birləşdirildiyi barədə 
qeyri-qanuni qərarı elan etdi. Sentyabrın 18-də ermənilər Xocalıya 
hücum etdilər. Sentyabrın 21 və oktyabrın 18-də Xankəndində azər-
baycanlıların və buna cavab olaraq, Şuşada ermənilərin evləri, 
avtomobilləri yandırıldı (87, s. 34). 1989-cu il yanvarın 12-də SSRİ 
Ali Soveti Rəyasət Heyyəti “Azərbaycan SSR-nin DQMV-də 
xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi və birbaşa 
Moskvaya tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Bundan isti-

 
297 
fadə edən ermənilər 1989-cu ilin iyununda Qarabağdakı Azərbaycan 
kəndlərini mühasirəyə aldılar, sovet ordu hissələrinin köməyi ilə 
Xankəndindən bütün azərbaycanlıları (14 min) çıxardılar (12, s. 
236-237). Azərbaycan demokratik qüvvələrinin tələbi ilə 1989-cu il 
noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv olundu. Vilayətin 
idarəçiliyi V.Polyaniçkonun başçılığı ilə Azərbaycan SSR Təşkilat 
Komitəsinə tapşırıldı. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali 
Soveti “DQMV-nin Ermənistana birləşdirmək haqqında” qeyri-
qanuni qərar qəbul etdi (46, s. 23; 66). Xankəndində Ermənistan 
SSR-in bayrağı asıldı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 
11-də Ermənistanla sərhəd boyunca (976 km) fövqəladə  vəziyyət 
elan etdi. 1991-ci ilin mayında bir sıra erməni kəndlərində pasport 
rejimi yoxlanıldı, erməni silahlı dəstələri tərksilah edildilər. Lakin, 
yenə  də ermənilərin Azərbaycan kəndlərinə hücumları davam 
etməkdə idi. Bütün bunlar Azərbaycanın ictimai-siyasi durumuna 
kəskin mənfi təsir göstərirdi. Azərbaycanda  ərazi bütövlüyü və 
suverenlik uğrunda xalq hərəkatı başladı. 1988-ci ilin əvvəllərində 
(fevralın 19) ilk etiraz çıxışları başlandı. Xankəndində bir azərbay-
canlının öldürülməsi xəbərini eşidən ağdamlılar fevralın 24-də 
Xankəndinə yürüş etdilər. Yürüş zamanı Əsgəranda 2 nəfər öldürül-
dü və 19 nəfər yaralandı. 1988-ci il noyabrın 17-də “Topxana” 
meşəsində sənaye obyektinin tikilməsi xəbəri ilə əlaqədar “Azadlıq” 
meydanında xalqın izdihamlı mitinqi oldu. Noyabrın 19-da ilk dəfə 
“Azadlıq” meydanında AXC-nin üçrəngli bayrağı qaldırıldı. Bu 
tariximizə “Milli Dirçəliş” hadisəsi kimi daxil oldu. Mitinq 1988-ci 
il dekabrın 4-də dağıdıldı. 1989-cu ilin martında hərəkata rəhbərlik 
etmək üçün Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi təşkil 
edildi.  Əbülfəz  Əliyev (Elçibəy) AXC-nin sədri seçildi. Sonrakı 
mitinqlər artıq AXC-nin rəhbərliyi ilə idarə olunurdu. Azərbaycan 
SSR Ali Sovetinin 1989-cu il sentyabrın 23-də çağırılmış fövqəladə 
sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya 
qanununu qəbul etdi. 1989-cu il dekabrın 31-də Naxçıvanda Araz 
boyu 137 km Sovet-İran sərhəd qurğuları dağıdıldı. Yanvarın 18-də 
Biləsuvar və  Cəlilabad rayonlarında sərhəd qurğuları  ləğv edildi. 

 
298
Azərbaycanın SSRİ  tərkibindən çıxmaq təhlükəsini görən Mərkəz 
1990-cu ilin əvvəllərində Azərbaycanda müxtəlif qoşun hissələri
cəza dəstələri yerləşdirildi. SSRİ müdafiə naziri D.Yazov Gəncəyə 
gəldi. O, “Tayfun” əməliyyat planına görə AXC-ni dağıtmaq, 
“demokratik hərəkatı” boğmaq üçün tədbirlər görməyə başladı. 
Yanvarın 13-də 1 erməninin 2 azərbaycanlını öldürülməsini təşkil 
etdi (78). Bakıda erməni talanları başladı. Mərkəzin tapşırığı ilə 
milis və digər inzibati orqanlar seyrçi mövqe tutdular. Talanlar 
zamanı 56 nəfər erməni öldürüldü, 112 nəfər xəsarət aldı (46, s. 24). 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciətinə  əsasən 
1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV 
və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə” 
fərman verdi (91, s. 37, 40). Respublika hökuməti iflic vəziyyətində 
idi. Mərkəz Bakı  ətrafına  əlavə qoşun hissələri, ağır texnika 
gətirməyə başladı.  Əhali Bakı  ətrafında barrikadalar qurmağa baş-
ladılar. Hadisılırı nəzarət etmək üçün Moskvadan Bakıya SSRİ Ali 
Soveti İttifaqlar Sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi 
A.Girenko göndərilmişdi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti 
Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan “Bakı  şəhərində föv-
qəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi (91, s. 82), 
gizli saxlanıldı. Yanvarın 19-da saat 19:27-də Azərbaycan Televizi-
yasının enerli bloku partladıldı (124, v. 77). 1990-cı il yanvarın 19-
dan 20-nə keçən gecə sovet qoşunları Bakıda qanlı qırğın törətdilər. 
Əməliyyata SSRİ-nin hərbi naziri D.Yazov başçılıq edirdi. 
Əməliyyat nəticəsində 132 nəfər (116-sı azərbaycanlı) günahsız 
adam qətlə yetiildi. 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 400 
nəfər həbs edildi. Bu, tariximizə “Qanlı yanvar” hadisəsi kimi daxil 
olmuşdu. Bakıda 3 günlük matəm elan edildi. Bakıda fövqəladə və-
ziyyət, kamendant saatı tətbiq edildi. AXC dağıdıldı. Bundan sonra 
suverenlik və azadlıq uğrunda mübarizənin yeni mərhələsi başlandı 
(12, s. 239-241). 

 
299 
 
Yüklə 2,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin