İradə bayramova biblioqrafiyaşünaslıq kafedrasının müəllimi



Yüklə 42,92 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü42,92 Kb.
#14324

 

İRADƏ BAYRAMOVA 

Biblioqrafiyaşünaslıq kafedrasının  

    müəllimi 

 

YENİ BİBLİOQRAFİK GÖSTƏRİCİ 

 Müstəqil  Azərbaycan  Respublikasında  biblioqrafik  fəaliyyətin  inkişaf  istiqamətləri, 

biblioqrafik  mənbələrin  yaradılması  texnologiyası  ayrı-ayrı  alimlərin  yaradıcılığında  xüsusi 

tədqiqat obyekti hesab olunur (1,2,3,4,5,6).   

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanası  ölkəmizin  informasiya 

məkaninda  mühüm  yer  tutur.  Kitabxananın  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  də,  elmin, 

texnikanın,  iqtisadiyyatın  inkişaf  etməsi  ilə  əlaqədar  cəmiyyət  üzvlərinin  informasiya  təlabatını 

ödəməkdən ibarətdir. Bu baxımdan kitabxananın müxtəlif məqsəd və oxucu istiqamətli biblioqrafik 

göstəricilər nəşr etdirməsi diqqətləlayiqdir.  

 Belə  biblioqrafik  göstəricilərdən  biri  də  2007-ci  ildə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası 

tərəfindən  “Nurlar”  nəşriyyatında  çapdan  çıxmış  “Teymur  Əhmədov”  biblioqrafik  məlumat 

toplusudur (7). 224 səhifədən ibarət olan şəxsi biblioqrafik göstərici İsmət Səfərov tərəfindən tərtib 

olunmuşdur. Biblioqrafik göstəricinin redaktoru filologiya elmləri namizədi Nərgiz Rüstəmlidir.  

 Bu  biblioqrafik  məlumat  kitabı  milli  ədəbi  mühitimizin  görkəmli  nümayəndəsi,  tanınmış 

ədəbiyyatşünas alim, publisist, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat 

İnstitutunun    Cənubi  Azərbaycan  ədəbiyyatı  şöbəsinin  müdiri,  Rusiya  Təbiət  Elmlər 

Akademiyasının  həqiqi  üzvü,  filologiya  elmləri  doktoru,  professor  Teymur  Əkbər  oğlu 

Əhmədovun həyatı, yaradıcılığı, ədəbi-ictimai fikrin inkişafındakı rolunu hərtərəfli əhatə etdiyinə 

görə qiymətli vəsait hesab olunur. Alimin geniş elmi potensialı, Respublikamızda, eləcə də ondan 

kənarda  böyük  elmi  nüfuzu,  onun  bir  alim  kimi  Azərbaycanın  görkəmli  elm  xadimləri  sırasında 

çox  önəmli  yerlərdən  birini  tutması  biblioqrafik  məlumat  toplusu  ilə  tanışlıq  zamanı  daha  çox 

diqqəti cəlb edir.  

 Biblioqrafik  məlumat  toplusundan  aydın  olur  ki,  göstərici  ilk  dəfə    2005-ci  ildə  184  səhifə 

həcmində  çap  olunmuşdur.  Göstəricinin  ilk  variantı  alimin  yaradıcılığını  və  haqqında  yazılmış 

məqalələrin 2005-ci  ilə  qədərki  dövrünü əhatə  edir. Daha əhatəli ən  yeni  materialları özündə əks 

etdirən  biblioqrafik  göstəriciyə  ehtiyac  yaranmışdı.  Ona  görə  də  bu  biblioqrafik  göstəricinin 

yenidən işlənərək çap olunması təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir.  

Biblioqrafik məlumat toplusu sahə oxucuları üçün nəzərdə tutulmuşdur.  Göstəricini vəsaitdə 

verilmiş materialların tərtibatına görə şərti olaraq iki hissəyə bölmək olar: 

  1.Bioqrafik hissə; 2.Biblioqrafik hissə; 

 Göstərici “Tərtibçidən” adlı bölmə ilə  azərbaycan və  rus dillərində qısa  məlumat verilməklə 

başlayır.  


“Həyatı, elmi-publisistik və ictimai fəaliyyətinin əsas tarixləri” adlı bölmədə alimin həyatı və 

yaradıcılığının  əsas  tarixləri  xronoloji  ardıcıllıqla  həm  azərbaycan,  həm  də  rus  dillərində 

verilmişdir.  

 “Teymur  Əhmədov”  biblioqrafik  məlumat    toplusunda  alimin  ilk  qələm  təcrübəsindən 

başlayaraq, (1954-2007-ci  illər)  indiyə  kimi bu bütün  yaradıcılıq  yolu biblioqrafik baxımdan  əks 

olunmuş  onun  əsərləri,  məqalələri  və  haqqında  yazılmış  bütün  materiallar  xronoloji  ardıcıllıqla 

təqdim olunmuşdur.     

 Akademik Bəkir Nəbiyevin “Görkəmli ədəbiyyatşünas alim”, şair, ədəbiyyatşünas-alim Qasım 

Qasımzadənin  “İztirablı-bəhrəli  ömür”,  filologiya  elmləri  doktoru,  professor  Yaşar  Qarayevin 

“Zəhmətkeş alim, xeyirxah insan” adlı məqalələrində, Teymur Əhmədov, həm bir alim kimi, həm 

də qəlbi Vətən məhəbbəti ilə dolu olan əsl vətəndaş kimi gözlərimiz önündə canlanır (7.S.24-54). 

 “Elm və Mədəniyyət Xadimləri Teymur Əhmədov haqqında” adlı bölmədə  görkəmli alimlər, 

yazıçılar,  şairlər  Teymur  Əhmədov  haqqında  çox  dəyərli  fikirlər  söyləmiş,  onun  şərəfli  ömür 

yolunu, ictimai-siyasi fəaliyyətini, elmi potensialını çox yüksək qiymətləndirmişlər (7.S.55-73).  

 Akademik  Mirzə  İbrahimov,  akademik  Firudin  Köçərli,  akademik  Məmməd    Cəfər  Cəfərov, 

şair  Mirvarid  Dilbazi,  xalq  yazıçısı  Qılman  İlkin  və  başqalarının  söyləmiş  olduqları  fikirlər  

göstəricidə  öz  əksini    tapmışdır.  Burada  Teymur  Əhmədovun  yüksək  intellekti,  güclü  məntiqi, 

geniş  erudisiyası  haqqında  yazıçı  əlibala  Hacızadənin  təbirincə  desək,  bu  zəhmətkeş  “qələm 

fəhləsi”nin yuxusuz gecələri, əzablı axtarışları haqqında ətraflı məlumat ala bilərik.  

 Biblioqrafik məlumat toplusunun II hissəsi 9 bölmədən ibarətdir.  

 I bölmə “Kitabları” adlanır. Bu bölmədən aydın olur ki, alimin ilk kitabı 1960-cı ildə işıq üzü 

görmüşdür.  Bu  bölmədə  alimin  1960-2006-cı  illərdə  yazdığı  44    kitabın  biblioqrafik  təsviri 

verilmişdir.  Bu  kitablar  xronoloji  qaydada  təsvir  olunaraq,  onların  bəzilərinə  qısa,  yığcam 

annatasiyalar yazılmışdır.  

 Teymur  Əhmədovun  yaradıcılığında  görkəmli  ictimai-siyasi  xadim  “Nəriman  Nərimanov” 

mövzusu  xüsusi  yer  tutur-desək  yanılmarıq.  Çünki  T.Əhmədov  “Nəriman    Nərimanovun 

dramaturgiyası”  mövzusunda  namizədlik,  “Nəriman  Nərimanovun  yaradıcılıq  yolu”  mövzusunda 

isə  doktorluq  dissertasiyalarını  uğurla  müdafiə  edərək  alimlik  dərəcəsinə  yüksəlmişdir.  Nəriman 

Nərimanov haqqında cəmiyyətdə formalaşmış yanlış təsəvvürləri əsl ziyalı, alim təəssübkeşliyi ilə 

alt-üst  edən,  ona  layiq  olduğu  qiymətin  verilməsinə  nail  olan  alim,  o  vaxtkı  Sovet  hakimiyyəti 

illərində çox əziyyətlər hesabına bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir, (7.S.74-83). 

Görkəmli alim, akdemik Bəkir Nəbiyevin dediyi kimi Nəriman Nərimanova “möhtəşəm elmi 

abidə” ucaltmışdır! 

“Nəriman  Nərimanov:  Azərbaycanın  görkəmli  adamları”  kitabının  tərcümə  olunaraq  rus, 

ingilis, alman, fransız, ərəb dillərində çap edilməsi də göstəricidə öz əksini tapmışdır (7.S.76).   

2001-ci  ildə  çap  olunmuş  “Erməni  xəyanəti  və  ya  Andranik  Ozanyanın  qanlı  əməlləri”  adlı 

kitabının 2006-cı ildə Təbrizdə Azərbaycan dilində dərc olunması da təsvir olunmuşdur. (7.S.82). 

Kitabda  zəngin  arxiv  materiallarından,  dövri  mətbuat  mənbələrindən  istifadə  edərək  üzdəniraq 



qonşularımızın  əsl  simasını,  xalqımıza  qarşı  həyata  keçirdikləri  soyqırım  siyasətini  ustalıqla  açıb 

göstərən alimin çoxillik axtarışlarının bəhrəsi özünü göstərmişdir. Bu kitab Türkiyədə də maraqla 

qarşılanmış,  türk  mətbuatı  kitabı  hissə-hissə  dərc  etmişdir.  Istanbulda  çıxan  “Kuvayi  milliyə” 

jurnalında nəşr olunan kitab bu günkü prizmadan  baxanda çox aktual mövzunu əks etdirdiyindən    

dəfələrlə müxtəlif dillərdə çap olunmuşdur. (7.S.170). 

Teymur  Əhmədov  2006-cı  ildə  Səməd  Vurğunun  100  illik  yubileyi    münasibəti  ilə  “Səməd 

Vurğun”    adlı  kitab  yazmışdır.  Burada  “  Azərbaycan  poeziyasının  korifeyi”  adlı  material  da 

verilmişdir. Bunlar da göstəricidə geniş şəkildə əks olunmuşdur.        

II  bölmə  “Elmi,  ədəbi-tənqidi,  publisistik  əsərləri”  adlanır.  1954-2007-ci  illərdə  müxtəlif  

dövri mətbuat səhifələrində nəşr olunan  293 əsərin biblioqrafik təsviri verilməklə, onların bəziləri 

haqqında  qısa  anatasiyalar    verilməsi,  onun  konkret  oxucu  kütləsi  tərəfindən  istifadəsinə  maraq 

oyatmaqla yanaşı bu mənbələrin müəyyən qədər məzmununun açılmasına da xidmət edir. 

Ədəbiyyatşünas  alimin  püxtələşmiş  qələmindən  çıxan,  daha  sanballı,  geniş  mövzuları  əhatə 

edən  əsərlərini,  öz  dövrünə  uyğun  olaraq,  zamanın  nəbzini  tutmaq  baxımından  yüksək 

qiymətləndirmək lazımdır. Bu baxımdan Nəriman Nərimanov, Səməd Vurğun, Mir Cəlal Paşayev, 

Mirzə İbrahimov, Xəlil Rza və başqaları haqqında yazılmış əsərləri diqqəti cəlb edir.    

Biblioqrafik  məlumat  toplusu  ilə  tanışlıq  göstərir  ki,  Teymur  Əhmədovun  yaradıcılığında 

Cənubi Azərbaycan ədəbiyyatı mövzusu da xüsusi yer tutur. 1988-ci ildə Balaş Azər oğlu, əbülfəzl 

Hüseyni (Həsrət), Fəthi Xoşginabi, Hökumə Billuri, Mədinə Gülgün, Söhrab Tahir və s. haqqında  

yazmış olduğu əsərlərində bunu görə bilərik.  

Alimin  “Heydər  əliyev  və  mətbuat”  adlı  məqaləsinin  Heydər  əliyevin  müsahibələri, 

bəyanatları,  müracitələri,  çıxışları  və  təbrikləri  toplanmış  4  cildlik  eyni  adlı  kitablardan  bəhs 

olunduğunu da göstərmək olar (7.S.84-123).   

III bölmə “Bədii əsərləri” adlanır ki, alimin 1956-cı ildən 2005-ci ilə qədər yazmış olduğu 12 

bədii əsərinin biblioqrafik təsviri öz əksini tapmışdır. Burada alimin şerləri, hekayələri, bayatıları, 

oçerkləri yer almışdır.   

IV bölmə “Tərtib etdiyi əsərlər” adlanır. Bu bölmədə 1973-2007-ci illəri əhatə edən 27 əsərin 

biblioqrafik təsviri verilmişdir. 

“Nəriman  Nərimanov”,  “Süleyman  Rüstəm”,  “Cənubi  Azərbaycan  ədəbiyyatı  antologiyası”, 

“XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı”, “Mir Cəlal”, “Heydər əliyev”,   “Heydər əliyev və 

mətbuat” 4 cilddə  “Azərbaycan Respublikası regionlarını sosial-iqtisadi inkişafı. Dövlət Proqramı 

(2004-2008-ci  illər)”  “Prezident  İlham  əliyev”,  “Heydər  əliyev  və  mədəniyəyt”  2  cilddə  və  s. 

kitablarının    xronoloji  ardıcıllıqla  verilməsi  alimin  yaradıcılığının  bu  istiqaməti  haqqında  dolğun 

təsəvvür yaradır (7.S.126-132).  

V bölmə “Redakte etdiyi əsərlər” adlanır ki, burada Teymur Əhmədovun 1970-2007-ci illərdə 

redaktə etdiyi 54 əsərin biblioqrafik təsviri verilmişdir. 

  VI bölmə “Elmi rəhbərliyi ilə yazılmış dissertasiyalar”. VII bölmə “Rəsmi opponentlik etdiyi 

dissertasiyalar” adlanır. Burada alimin  1977-2006-cı ilə qədər rəhbərlik etdiyi 14 dissertasiyanın, 



1984-2006-cı  illərdə  isə  rəsmi  opponentlik  etdiyi  13  dissertasiyanın  biblioqrafik  təsvirinin 

verilməsini görürük.  

 VIII  bölmə  “Rəy  verdiyi  kitablar”  adlanır.  Bu  bölmədə  alimin  2002-2006-cı  illərdə  4  kitaba 

rəy verməsi təsvir olunub.  

Bibliorqafik  məlumat  toplusundan  da  göründüyü  kimi  burada  görkəmli  alimin  cəmi  461 

əsərinin biblioqrafik təsviri verilmişdir.  

  IX  bölmə  “Elmi-ictimai  və  publisistik  fəaliyyəti  haqqında  ədəbiyyat”  adlanır.  1957-2007-ci 

illərdə alim haqqında yazılmış 314 əsərin biblioqrafik təsviri verilməklə toplanmış bütün mənbələr 

burada  öz  əksini  tapmışdır.  Teymur  Əhmədov  haqqında  Kamal  Talıbzadənin  “Zəngin  həyat 

səhifələri”,  Budaq  Budaqovun  “Çətin  yolun  yolçusu”,  Qulu  Xəlilovun  “Xalq  üçün  yanan  ürək”, 

Nihad  Hacızadənin  “Zəhmətlə  qanadlanan  ömür”    və  s.  əsərlərdə  alim  haqqında  geniş  məlumat 

verilir. (7.S.145-202).      

 Teymur  Əhmədov”  biblioqrafik  məlumat  toplusundan  istifadəni  asanlaşdırmaq  üçün  kitabın 

sonunda  verilmiş “əsərlərinin əlifba  göstəricisi”, “Haqqında  yazan  müəlliflərin  əlifba  göstəricisi” 

köməkçi  aparatlarından  istifadə  olunmuşdur.  Köməkçi  aparatdan  istifadə  etməklə,    xronoloji 

qaydada verilmiş mənbələrin əlifba sırası ilə tez  və asan tapılmasına nail olmaq mümkündür.  

Ümumiyyətlə,  göstərəici  görkəmli  alim  haqqında  geniş  məlumat  tutumu,  yaradıcılığının 

hərtərəfli  tədqiq  edilməsi  və  araşdırılması  baxımından,  onun  ictimai,  elmi  fəaliyyətini 

dəyərləndirmək  üçün çox böyük əhəmiyyət daşıyır.  

Yüksək poliqrafik tərtibatla, nəfis şəkildə çap olunmuş kitab alimin 53 illik elmi fəaliyyətinin 

araşdırılması baxımından çox qiymətli vəsaitdir.  

Teymur  Əhmədov  milli  mətbuatımızın  inkişafında  xüsusi  xidmətləri  olan  elm  fədaisi  kimi 

diqqətdən  kənarda qalmamışdır. Dövlətimiz alimin fəaliyyətini    yüksək  qiymətləndirmiş, onu bir 

çox mükafatlarla, medallarla təltif etmişdir.       

Hazırda ömrünün 78-ci baharını yaşayan Teymur Əhmədov, milli mətbuatımızın inkişafı üçün, 

gənc  kadrların  yetişməsi  üçün  yorulmadan  çalışır.  Respublikamızın  hər  yerində  onun    yüzlərlə 

yetirməsi var. Alimə yaşadığı bu şərəfli ömür yolunda və yaradıcılığında can sağlığı arzulayırıq!  

 

Ədəbiyyat 



1.Əliyev Z.N. Ümumi biblioqrafiyaşünaslıq: Dərs vəsaiti.-B.:Bakı Universiteti nəşriyyatı, 

2001.-145 s. 

2. Əsgərli əlizadə: Görkəmli ədəbiyyatşünas alimlə bağlı yaddaş sözü://Elm.-2006.-31 yanvar. 

3.Xələfov A.A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanaların 

vəzifələri://Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri və metodiki jurnal.-2005. ¹2.-s 5-17. 

4.İsmayılov N.İ: Azərbaycan biblioqrafiyasının biblioqrafiyası: (biblioqrafik vəsaitlərin  

göstəricisi).-Bakı: Mütərcim, 2003.-112 s. 

5.İsmayılov N.İ.: Yeni biblioqrafik məlumat kitabı:// Azərbaycan.-2007.-3 fevral 

 6. Şükürov Ağahüseyn: Biblioqrafik məlumat toplusu//Elm.-2006.31 yanvar 

7.Teymur Əhmədov: Biblioqrafik məlumat oplusu/ /Tərtibçi; İsmət Səfərov; Redaktoru: 

filologiya elmləri namizədi Nərgiz Rüstəmli.-Bakı:Nurlar, 2007.-224 s. 

 

 

  Ирада Байрамова 



Новый библиографический указатель 

Р Е З Ю М Е 

В  статье  анализирован  персональный  библиографический  указатель  посвященный 

известному  литературоведу  Теймур  Ахмедову.  Значение  этого  указателя,  его  структура, 

также методика составления  были изучены на уровни современного библиографоведения 

 

 

 

 

İrada Bayramova 

New bibliographic reference. 

SUMMARY  

İn the paper there is given analysis of a private bibliographic reference dedicated to the 

cutstamding scientist literary critic Teymur Ahmadov. İt is importance, structure and methods of 

it's marking are studied on the level of modern bibliography science. 

 

Yüklə 42,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin