İqtisadiyyat və Humanitar kollec İxtisas: Bank işi Fənn



Yüklə 16,73 Kb.
tarix24.11.2022
ölçüsü16,73 Kb.
#70389
Windows 10 əməliyyat sistemi


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
İqtisadiyyat və Humanitar kollec

İxtisas: Bank işi
Fənn: İKT – baza kompüter bilikləri

Sərbəst iş - 3

Mövzu: Windows 10 əməliyyat sistemi


Şöbə: İqtisadiyyat
Qrup: 386
Kurs: 3
Tələbə: Həsənova Aysel
Müəllim: Əliyeva İlahə

BAKI – 2022
Windows 10 — Microsoft korporasiyası tərəfindən Windows NT ailəsi çərçivəsində fərdi kompüterlər üçün hazırlanmış əməliyyat sistemidir.
Windows 8-dən sonra sistem, 9-cu nömrəni buraxaraq, 10-cu nömrəli adlandırıldı. Sistem fərdi kompüterlər, planşetlər, smartfonlar, Xbox One və s. kimi müxtəlif qurğular üçün vahiddir. Hazırlanan vahid platforma və universal proqramların vahid mağazası bütün dəstəklənən qurğulara uyğun əlçatandır. Windows 10 dəstəklədiyi qurğuya yenilənmə buraxılışı vasitəsilə xidmət kimi verilir. Windows 10-un masaüstü versiyasının istifadəçiləri bir neçə iş masası yaratmaq və onlar arasında keçid etmək imkanı verilir. Həmçinin kompüterlər və planşetlər üçün Cortana səs köməkçisi istifadəyə veriləcək. Start menyusu Windows 8-dən əvvəlki versiyalardakı formaya salınmışdır. Windows 10 Windows-un son qutu versiyasdır, bundan sonrakı bütün versiyalar rəqəmsal üsul ilə xüsusi olaraq yayılacaq.
Microsoft şirkəti 2015-ci il yanvarın 15-də keçirdiyi təqdimatda növbəti Windows 10 əməliyyat sistemi haqqında, habelə bir sıra texnoloji yeniliklər barədə məlumat verdi.
Windows 10-nun açıq satışa çıxdığı gündən başlayaraq Microsoft şirkəti həmin yeni əməliyyat sistemini Windows 7, 8 və 8.1 istifadəçilərinə bir il ərzində pulsuz təqdim etməyi qərara alıb. Beləliklə, şirkət indiyədək heç vaxt etmədiyini həyata keçirməyə hazırlaşır: Windows əməliyyat sisteminin son üç versiyasını lisenziya ilə əldə edən bütün istifadəçilər yeni versiyanı öz kompüterlərinə heç bir şey ödəmədən yükləyə biləcəklər.
Microsoft rəsmiləri bəyan ediblər ki, kompüter, noutbuk, planşet və smartfonlara yüklənən Windows 10 satışa çıxdıqdan sonra artıq məhsul kimi deyil, servis kimi qəbul olunmalıdır. Bu isə Windows əməliyyat sisteminin həmin qurğularda onların texniki ömrü boyunca pulsuz yenilənməsi deməkdir. Həmin müddətin necə müəyyənləşdiriləcəyi barədə şirkət hələ ki məlumat verməyib. Microsoft qarşısına belə bir məqsəd qoyub ki, Windows əməliyyat sistemindən istifadə edənlər həmin sistemin yeni çıxan versiyalarının əldə edilməsi və yüklənməsi zəhmətindən azad olsunlar. Windows 10 sistemini bu üsul ilə təbliğ etməyə qərar verən Microsoft əlbəttə ki, gəlirinin bir hissəsini itirəcək, amma əvəzində Google əməliyyat sistemi qarşısında öz mövqeini möhkəmlədəcək.
Windows 10 virtual köməkçi Cortana-nın da dəstəyini alacaq. Əvvəllər Cortana-nın funksiyalarından yalnız Windows Phones əsaslı mobil qurğu sahibləri faydalana bilirdilər.
Windows 10 əməliyyat sisteminin masaüstü versiyasında Cortana virtual köməkçisi axtarış forması kimi «Start» düyməsinin yanında yerləşdirilib.Bu formanın köməyi ilə həm lokal kompüterdə, həm də Internetdə axtarış aparmaq olar. Axtarışın nəticələri həmin formanın üstündə çıxacaq. Axtarışla yanaşı Cortana başqa məqsədlərlə də istifadə oluna bilər. Misal üçün, virtual köməkçi təyyarə uçuş reysləri barədə məlumat verə biləcək. Bundan əlavə o, elektron ismarıc mətnlərinin diktə edilib göndərilməsini təmin edəcək, musiqi fayllarını çaldıracaq, tətbiqləri işə salacaq, eləcə də xatırlatmaları monitorda əks etdirəcək.
Windows əməliyyat sistemi əsasında işləyən bütün qurğular üçün universal olan yeni brauzerin şərti «Project Spartan» adı bu dəfə təsdiqlənib rəsmi olaraq səsləndirildi. Internet Explorer kimi Project Spartan da Trident platforması üzərində qurulub.
Microsoft HoloLens: Windows 10 üçün geyilən holoqrafik display
Microsoft şirkəti gözə geyilən qurğu haqqında çoxdandır ortalarda dolaşan müxtəlif şayə və xəbərlərə son qoydu. Softver nəhəngi Windows 10 sisteminə holoqrafik displey dəstəyini də əlavə etdi, odur ki, redmondçuların bu cür displey yaratmaqları heç də təəccüb doğurmadı. Buyurun, tanış olun: Microsoft HoloLens — real və virtual dünyalarınızı birləşdirəcək holoqrafik eynək-displey!
Microsoft şirkəti HoloLensi «indiyədək dünyada görülmüş ən qabaqcıl holoqrafik kompüter» kimi təqdim edir. Qurğunun tərkibinə sensorlar dəsti, təmiz və aydın şəkil təmin edən xüsusi holoqrafik prosessor (HPU), habelə təbii səs təmin edən audio alt sistemi daxildir.
HoloLens layihəsi hələ ki öz inkişaf yolunun başındadır. Əsas hədəf kütləyə gəlincə, Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadellanın sözlərinə görə bu qurğu həm korporativ, həm də fərdi istifadəçilər üçün nəzərdə tutulub. HoloLens qurğusunun üstünlüklərinin nümayişi kompüter istifadəsinin olduqca iddialı gələcəyini əks etdirir. Blokları otaqdakı mebel əşyalarının üstündə yerləşdirib Minecraft oynamaq, Marsda şahanə təəssüratlar dolu unudulmaz virtual tur atmaq, müştərilərə yaratdığınız son memarlıq şedevrinizi nümayiş etdirmək: bütün bunlar Hololens eynəkləri ilə mümkün olacaq. HoloLens eynəyinin başlıca üstünlüklərindən biri onun avtonom olmasıdır. Nə kabel, nə də kompüterə, ya da smartfona qoşulmağa ehtiyac yoxdur.
Windows 8-dən sonra sistemə, 9-cu nömrəni buraxaraq, 10-cu nömrə verildi. Microsoft korporasiyasının Windows üzrə rəhbər marketoloqu Toni Profet (ing. Tony Prophet), doqquzuncu nömrəli buraxılışın Windows əməliyyat sisteminin adına uyğun olmadığını bildirmişdir. 

ƏDƏBİYYAT

  1. http://nazimrustamov.narod.ru

  2. http://wikipedia.org

  3. https://www.magistrol.com/2021/02/windows-10-mliyyat-sistemi-drs-izah.html

  4. https://az.wikipedia.org/wiki/Windows_10

Yüklə 16,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin