"İqtisadiyyat" qəzeti yarandığı



Yüklə 9,68 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.01.2017
ölçüsü9,68 Mb.
#7171
1   2   3

mİrzƏ İbraHİmOV ­ 

xalq yazıçısı, akademik

Azərbaycan ədəbiyyatı mənim nəzərimdə 

böyük və rəngarəng gülüstan isə, İlyas 

Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz 

gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb 

edən cazibədar toplu və dolğun bir çiçəklikdir.

İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, 

incəliyə, estetik zərifliyə meyil edən yazıçıdır. 

O, bədii əsər üçün vacib xüsusiyyətlərə, dilin 

ifadəli və obrazlı olmasına, xarakterlərin canlı 

və dolğun çıxmasına, süjet və kompozisiya 

bütövlüyünə ciddi diqqət yetirir, böyük 

əmək sərf edir, bu da nəticəsiz qalmır, onun 

əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək 

edir. Bu əmək və səyin mükafatı isə oxucuların 

məhəbbətidir ki, İlyas onun azlığından şikayət 

edə bilməz.

bƏXtİYar VaHabzadƏ ­ 

xalq şairi, akademik

İlyas Əfəndiyev daima ye -

nilik hissi ilə çırpınan, hər 

təzə əsərində yeni bir söz 

deməyə çalışan, müasir 

gəncliyi düşündürən mə-

sələləri əks etdirən, özünə-

məxsus xətti ilə başqaların-

dan seçilən qələm sahibidir. 

Mən onu hələ mü haribə 

illərində yazdığı lirik-ro man-

tik hekayələri ilə sev mişəm. 

Bu sevgi ildən-ilə artmış, 

heç zaman azalmamışdır. 

Ona görə ki, İlyas adi həyat hadisələrini olduğu kimi, adi 

şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik 

incəliklə, bir sözlə, sənətin ecazkar rəngləri ilə verməyi 

baca ran sənətkardır.



bƏkİr nƏbİYeV ­ 

akademik

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə 

əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika 

tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan 

teatrının repertuarındakı əsərlərin sayı etibarı ilə o, müasir 

dramaturqlarımız arasında birinci yeri tutur... İ.Əfəndiyev 

əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin 

qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə 

həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii 

obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.



sƏİd rÜstƏmOV ­ 

xalq artisti, bəstəkar

Cəsarətlə deyə bilərəm ki, 

böyük dramaturqumuz Cəfər 

Cabbarlıdan sonra teatrımız 

üçün yananlardan biri də 

İ.Əfəndiyev olmuşdur. Onun 

bütün əsərlərində... al-əlvan 

rənglərə, naxışlara rast 

gəlirik... O, zəngin təfəkkürə, 

geniş müşahidə qabiliyyətinə 

malik sənətkarlardandır. 

Həm də, mən deyərdim ki, 

elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki 

müsbət obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik, 

kövrək mahnıları ilə də yadda qalırlar.

İsmaYıl ŞıXlı ­ 

xalq yazıçısı

İlyas Əfəndiyev insan-

ların şüurunda və psixolo-

giyasında baş verən 

təbəd dülatı əks etdirməyə 

çalışan, psixoloji ziddiyyət 

və çarpışmaları əsərlərin 

mərkəzi konfliktinə çevirən 

yazıçıdır. Onun əsərlərində, 

xüsusilə pyeslərində xarici 

toqquşmalar, zahiri ef-

fekt xatirinə düzəldilmiş 

səhnələr yoxdur. O, həmişə 

qəhrəmanların səciyyəsini, 

onların həyata, ictimai 

hadisələrə münasibətini 

psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, 

intim görünən konfliktləri genişləndirib siyasi məna və 

mahiyyətlə zənginləşdirir.


7

190 №-li məktəb 1945-ci ildə indiki 

Bülbül adına Orta İxtisas və Musi-

qi məktəbinin binasında fəaliyyətə 

başlamışdır. Məktəbə direktor Tağı-

yeva Sona Hənifə qızı təyin olun muş-

dur. O zaman məktəbdə 8 sinif, 283 

şagird var idi. İlk buraxılışı 1947-ci 

ildə olmuşdur. İndiki bina 1957-ci 

ildə Aleksandrinsk kilsəsinin yerində 

inşa edilmişdi Məktəbdə vaxtilə 

adlı-sanlı təhsil işçiləri fəaliyyət 

göstərmişlər. Əməkdar müəllimlər: 

Sadıq Məmmədzadə, Hacı Hüsey-

nov, Mərziyyə İbrahimova, Fatma 

İslamova, Ağəli Bədəlov, Şəfiqə 

Əliyeva, Zərifə Rəhmanova, Züley-

xa Quliyeva, SSRİ Ali Sovetinin 

deputatı Ramizə İsmayılova, Sosia-

list Əməyi Qəhrəmanı Zərbəli Sə-

mə dov və b. 1966-cı ildə məktəb 

Qırmızı Əmək Bayrağı ordeninə layiq 

görülmüşdür. Respublikanın əməkdar  

müəllimi, Xalq Maarifi Əlaçısı Sona 

Tağıyeva ömrünün sonuna qədər  59 

il (03.04.2004-cü ilə qədər) məktəbə 

rəhbərlik etmişdir.

2004-cü ilin mayından Respublikanın 

əməkdar müəllimi Bakıxanova Afət 

Allahverdi qızı məktəbə direktor təyin 

edilmişdir. 2009-cu ildə məktəb “Ən 

yaxşı ümumtəhsil məktəbi” mü sa-

bi qəsinin qalibi olmuşdur. 2008-ci 

ilin aprelində Azərbaycanda ilk dəfə 

olaraq məktəbdə Bakı Slavyan Univer-

sitetinin “Ali və Orta Koordinasiyası” 

kafedrası açılmışdır. Məktəb 

2005-ci ildə tam tə mir olun-

muş və hər cür ava danlıqla 

təh ciz edilmişdir. TQDK-nın 

məlumatına görə, məktəb 

hə mişə respublika üzrə 

orta göstəricidən yüksək 

nəticə göstərmişdir. Son 

illərdə mək təbin 4 məzunu 

prezident təqaüdünə layiq 

görülmüşdür. Bu dərs ilində 

(2011/2012-ci ildə) 54 

məzun Azərbaycanda, 6 

məzun isə xarici ölkələrdə ali 

məktəblərə daxil olmuşlar. 

Məktəb həmişə öz məzunları 

ilə fəxr edir. Onlardan 

Azər baycan Milli Elmlər 

Akade miyasının müxbir 

üzvü, Əmək dar Elm Xadimi, yazıçı-

dramaturq, Bakı Slavyan Universi-

tetinin sabiq rektoru Ka mal Abdulla, 

Bakı Dövlət Universitetinin Riyaziyyat 

kafedrasının müdiri, professor Qur-

ban Bağırov, Moskva Dövlət Biznes 

İdarəetmə Akademiyasının prorektoru

professor Ələddin Allahverdiyev, xalq 

yazıçısı Elçin, yazıçı Afaq Məsud, 

Azərbaycan Respublikası Prezident 

Administrasiyasının mətbuat katibi 

Azər Qasımov, “Zerkalo” qəzetinin 

redaktoru Elçin Şıxlı, Azərbaycanın 

Rusiya Federasiyasının Yekaterin-

burq şəhərindəki baş konsulu Soltan 

Qasımov, bəstəkarlar Eldar Mansurov 

və Xanım İsmayılqızı, televiziya 

aparıcılarından Ofelya Sənani, Gülşən 

Ələkbərova, Leyla Əliyeva, Sevinc 

Osmanqızı, Şəfəq Əlibəyli, rejissorlar 

Məhərrəm Bədirzadə, Tofiq İsmayılov, 

xalq artistləri Hacı İsmayılov, Ramiz 

Əzizbəyli, əməkdar artist Mehriban 

Xanlarova, müğənnilər İlqar Xəyal 

və Şəbnəm Tapdıqova, rəssamlar Arif 

Bağırov,  Ceyhun Abdullayev və b. 

Məktəbdə onlarla məzun-müəl lim 

çalışmış və çalışmaqdadır. Onlar dan 

Nailə Haqverdiyeva, Solmaz Həsə-

nova, Kəmalə Nurullayeva, Nuriy-

yə Bağırova, Nazim İsgəndərov, 

Nailə Zalıyeva, Zülfiyyə Muradova, 

Şəfəq Maniyeva, Sevda Nadirova, 

Təranə Yusubova, Günel Aslanova, 

Natavan Məmmədəliyeva, Arzu 

Səfərova, Pərvanə Səfərəliyeva, 

Ley la Ağamirzəyeva, Aynaxanım 

Mana fova, Nərgiz Tahirova, Kəmalə 

Əfəndiyeva, Kəmalə Əhmədova. Son 

5 ildə keçirilən “Ən yaxşı müəl lim” 

müsabiqəsində Qənirə Əmircanova, 

Aygün Həşimova, Pərvanə Xəlilova, 

Reyhan Hacızadə və Sevda İbrahimli 

müsabiqənin qalibi olmuşlar. Hal-

hazırda məktəbdə 4 fəlsəfə doktoru 

işləyir: Nərminə Sey fullayeva, Qənirə 

Əmircanova, Təranə Yusubova və 

Kəmalə Əfəndiyeva. Məktəbin tədris 

işlərinə uzun illər məktəbin məzunları 

Şərqiyyə Mehdiyeva və Svetlana 

Hidayətova rəhbərlik etmişlər.

1995-ci ildə məktəbin 50, 2007-ci ildə 

60 illiyi respublika səviyyəsində qeyd 

olunmuşdur. Məktəb haqqında Əlfi 

Qasımovun “Saçlar ağarsa da”, Əjdər 

Ağayevin “Sona xanım Tağıyeva”, 

Kamal Abdullanın “Tarixsiz gündəlik”, 

A.Bakıxanova və Q.Əmircanovanın 

“Sona xanım” və “60 yaşlı 190”, 

Mirvari Verdiyevanın “Sona məktəbi” 

kitabları yazılmışdır.

2012/2013-cü dərs ilində 2 məzun 

qızıl medalla məktəbi bitirib. Hər ikisi 

600-dən yuxarı balla ali məktəblərə 

daxil olub. Keçən dərs ilində 41 şagird 

respublikamızın ali məktəblərinə, 

10 nəfəri isə xarici ölkələrin 

universitetlərinə daxil olub.

“Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”

*****

“Hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, 

Azərbaycan  xalqı  üçün  gördüyü  iş  bütün  başqa  sahələrdə  fəaliyyət  göstərən  insanların 

hamısının işindən ən gərəklisi ən lazımlısıdır”

Ulu öndər Heydər Əliyev


8

təsisçi:

akademik ziyad səmədzadə

baş redaktor: aytən səmədzadə

dizayner:

lamiyə nəbiyeva

iqtisadiyyat1999@gmail.com

korrektor:

mətanət Hüseynova

“İqtİsadİYYat” qəzetinin kompüter mərkəzində yığılmış 

və  səhifələnmiş, “letter press” mmc nəşriyyat evinin 

mətbəəsində çap olunmuşdur. tiraj: 500

Sənətdə qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri riqqətə 

gətirən, ya qəzəbləndirən də bu əsrarəngiz qüvvədir.

İlyas  Əfəndiyev

İlyas baba, bu gün sənin 100 yaşın 

tamam olur. Düz 70 ildir ki, əsərlərin 

könülləri fəth edir. Düz 70 ildir ki, yaz-

dıq ların əldən-ələ gəzib, səni həmişə 

bö yük bildiyin xalqına, millətinə tanıdıb- 

sevdirir. 70 ildir ki, əsərlərin qəlbi sevgi 

ilə dolu olan insanlara hisslərinin deyil, 

ağıllarının əsiri olmağı öyrədir. Düz 70 

ildir ki, dram ların Azərbaycan qadınını elə 

olduğu ucalıqda da saxlayır. 

Bilirsən, buna XXI əsrdə nə qədər eh-

tiyacımız var?!... Ona görə ki, müasirlik 

və demokratiya adı altında bu millətin 

qanına hopdurulmaq istəyən nə qədər 

çir kablar var... Nə yaxşı ki, yaratdığın 

qəhrəmanlar bizim yol yoldaşlarımız, 

dostlarımızdır. Çətin günümüzdə bizim 

əlimizdən tutub, mənəvi arxamız olmağı 

bacarır. Elinə, torpağına o qədər bağlı 

oldun ki, ata mülkün əlindən alınanda da 

kəndin səfasını unutmadın, cəfasına sinə 

gərdin, sevgini və iztirabını qəlbinin qanı 

ilə yazdın, repressiya dalğaları  içində 

boğulan şəhərə “Kənddən məktublar” 

göndərdin: yaratdığın hekayələrdə  xalqın 

deyim və əfsanələrinə  nə qədər bağlı 

olduğunu göstərdin, sellər və sularda qərq 

olan Saranın (“Apardı sellər Saranı”) 

taleyinə göz yaşı tökdün, zülmü ifşa 

etdin, hayqırdın... “Aydınlıq gecələr”də 

isə... üzünü ulu Tanrıya tutdun, ondan 

nicat istədin, xalqının bu əzablardan qur-

tulmasını dilədin, “İşıqlı yollar” arzuladın. 

“Bahar suları”nın “Tənha iydə ağacı”nı da 

suvardığını söylədin.

“Söyüdlü arx”ların ormanları dolanaraq 

həzin bir nəğməyə çevrilib əks-səda ver-

diyini, mahnıya dönüb “Dağlarda qal-

dı”ğını pıçıldadın. Yazmaqdan, yarat maq-

dan yorulmadın, usanmadın. Xalqının hər 

bir övladını ürəkdən sevdin, bizlər üçün 

yazdın-yaratdın. Dəfələrlə məktəbi mizə 

gəldin. Oğlun Elçinin əlin dən tutub məhz 

190N-li məktəbə üz tut dun. Bu mək təb-

dən o qədər məmnun qaldın ki, nəvən 

Hu mayı da onlara etibar etdin, taleyini 

bu məktəbin müəllimlərinə tapşırdın. 

Se vim li nəvələrinin uğurlarına sevindin, 

on lara dərs deyən müəllimlərə hər zaman 

ehtiramını bildirdin.

Xoşbəxt atasan ki, sənin Elçin, Timu-

çin kimi övladların var. Oğlun Elçin sənin 

yolunun davamçısıdır, xalq yazıçısıdır. 

Sə nin çatdırıb yaza bilmədiklərini O, 

bi tir mək istəyir, ədəbiyyatımızın keşi-

yində durur. ...Ötən bu illər səni bizimlə 

doğmalaşdırdı. Ona görə də Sən bizə daha 

yaxınsan... Elə bizlər də səni öz doğma 

babamız bilir, səninlə fəxr edirik. İlyas 

baba, sən bu gün də, yarın da elə bizim 

olaraq qalacaqsan.



Söhrab,

190 saylı məktəbin məzunu

Yüklə 9,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin