İqtisadi riyazi üsullar


МÜƏSSISƏNIN MALIYYƏ GÖSTƏRICILƏR VƏ NƏTICƏLƏRI



Yüklə 188,5 Kb.
səhifə3/4
tarix28.12.2021
ölçüsü188,5 Kb.
#17161
1   2   3   4

МÜƏSSISƏNIN MALIYYƏ GÖSTƏRICILƏR VƏ NƏTICƏLƏRI

İqtisadi təhlilin metodunun başlıca xarakterik xüsusiyyəti təhlilin predmetinin, onun obyektlərinin öyrənilməsi üsullarının məcmu ilə xarakterizə olunur. Bütün elmlərdə olduğu kimi iqtisadi təhlil elminin də əsas metodu dialektik materialist metoddur. Dialektikaya əsaslanan iqtisadi təhlilin başlıca prinsipi proses və hadisələrin, təhlil və sintezin, deduksiya və induksiyanın vəhdətliyi şəraitində öyrənilməsini təbb edir. Təhlil zamanı bütün proses, hadisə, göstərici, əməliyyat və s. üzrə tədqiqat nəticələrini ümumilədirmək və ümumi nəticə çıxarmaq lazım gəlir. Bu halda tədqiqatın induksiya üsulundan istifadə olunur. Bəzən də proses və hadisələrin öyrənilməsinə dialektik nöqteyi-nəzərcə yanaşdıqda deduksiya tədqiqat üsulundan da istifadə edilir. Bu halda əvvəlcə proses və hadisə, göstərici və iqtisadi kateqoriya bütövlükdə öyrənilir, ümumi nəticə çıxarılır və sonra onlan daha dəqiq öyrənmək üçüncü hissəsi (induksiya) tədqiqat üsuluna keçilir. İqtisadi təhlilin metodu dedikdə, müəssisələrin (birliklərin), idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətini öyrənmək nöqteyi-nəzərdən cna yanaşmaq üsullan başa düşülməlidır.

Təsərrüfat proseslərinin yaranması və inkişafını öyrənilməsində iqtisadi təhlilin metoduna dialektik yanaşma zamanı onun xarakterik xüsusiyyətlərinə ciddi diqqət yetirilməlidir. İqtisadi təhlilin metodunun xarakterik xüsusiyyətlərinə:

- təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən göstəricilər sistemindən istifadəni;

- həmin göstəricilərin dəyişmə səbəblərinin öyrənilməsi;

- sosial-iqtisadi səmərəliliyin yüksəldilməsi məqsədilə həmin göstəricilər arasındakı qarşılıqlı əlaqələrin müəyyən edilməsi və qiymətləndirilməsini aid etmək olar.

İqtisadi təhlilin metodunun ən mühüm elementləri onun üsullarıdır. Onlar aşağıdakı məsələri özündə birbşdirir:

- toplanmış informasiyanın ilkin işlənməsi (yoxlanılması, qruplaşdırılması, sistemləşdirilməsi);

- tədqiq olunan obyektin inkişaf vəziyyətinin və qanunuyğunluqlarının öyrənməyi;

- müəssisənin təsərrüfat fəaliyyətinə təsir göstərən amillərin təsir dərəcəsinin müəyyən edilməsini;

- iqtisadi səmərililiyi yüksəldə bilən isifadə edilməmiş mövcud və perspektiv ehtiyat və imkanlarm hesablanmasnı;

- apanlmış təhlilin nəticələrinin ümumiləşdirilməsi və obyektin fəaliyyətinə kompleks qiymətin verilməsini;

- sosial-iqtisadi inkişaf planlarının və idarəetmə qərarlarının əsaslılığının müəyyən edilməsini və s.

Uçot, hesabat və digər informasiya mənbələrində verilən faktiki göstəriciləri plan göstəriciləri ilə, keçmiş illərin müvafıq və normativ göstəriciləri ilə müqayisə etməklə kənarlaşmaların və bu kənarlaşmalara təsir edən amillərin təsir dərəcəsinin öyrəniliməsi iqtisadi təhlilin metodunun xarakterik xüsusiyyətlərindən biridir.

Biznes-plandan, norma və normativlərdən, keçmiş ilin faktiki göstəricilərindən kənarlaşmalara təsir göstərən obyektiv və subyektiv səbəblərin öyrənilməsi, müəssisənin əsas iqtisadi göstəricilərinə müsbət və ya mənfl təsir edən amillərin təsnifatnın müəyyən edilməsi də iqtisadi təhlilİn metodununun xarakterik xüsusiyyətlərindəndir.

Təsərrüfat fəaliyyətinin təhlili metodunun üçüncü xarakterik xüsusiyyəti subyektlərdə biznes-planın yerinə yetirilməsi prosesində əldə edilən iqtisadi göstəricilərin zaman və məkan etibarı ilə öyrənilməsidir (ay, rüb, il, beşillik, müddət və sex, bölmə, briqada və s.)

Təsərrüfat fəaliyyətinin təhlili metodunun dördüncü və daha çox nəzəri cəlb edən xarakterik xüsusiyyəti müəssisə və birliklərin iqtisadiyyatı, təşkili, işçi qüvvəsi ilə təmin olunması, texnika ilə silahlanması,istehsalın texnoloji xüsusiyyətinin və sairənin müəsisənin istehsal-təsərrüfat fəaliyyətinə təsirini kompleks şəkildə öyrənməkdən və gələcəkdə istehsalın səmərəliliyinin yüksəldilməsinə yönəldilən tədbirlər proqramı hazırlamaqdan ibarətdir.

Təsərrüfat fəaliyyətinin təhlilinin ardıcılhğı və aramsız aparılması onun metodunun əsas xüsusiyyətlərmdən biridir. Buna görə də müəssisə və birliklərin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili bir qayda olaraq aşağıdakı ardıcıllıqla aparıhr;

1. Müəssisənin istehsal-təsarrüfat-maliyyə fəaliyyəti ilə tanışlıq;

2. Məhsul istehsalı vəsatının təhlili;

3. Müəssisənin əmək ehtiyatları, əmək vəsaiti və əmək əşyaları ilə təmin olunması və onlardan istifadənin təhlili;

4. Müəssisənin maddi-texniki-təhcizatın təhlili;

5. Məhsulun maya dəyərini xarakterizə edən göstəricilərin, habelə istehsala əmək, material, yanacaq, elektrik enerjisi və digər məsrəflərin təhlili; məhsulun maya dəyərinih aşağı salmması ehtiyatlarmın ümumiləşdirilməsi;

6. Maliyyə nəticələrinin - mənfəət və zərərlərin, mənfəətin bölüşdürülməsi və ondan istifadə edilməsinin, rentabelliyin təhlili;

7. İqtisadi həvəsləndirmə fondlannm yaradılması və bu fondlardan istifadənin təhlili;

8. Maliyyə vəziyyətinin, maliyyə nəticəbrinin və ma-liyyə sabitliyinin təhlili.

Beləliklə, subyektlərin təsərrüfat-maliyyə-kommersiya fəaliyyəti prosesində daxili ehtiyat mənbəbrinin aşkar edilməsi, biznes-planlarm, sifarişlərin, öhdəliklərin yerinə yetirilməsi və onunla əlaqədar maiiyyə nəticələrinin obyektivcəsinə qiymətləndirmək məqsədi ilə onların təsəfrüfat fəaliyyətinin tam, hərtərəfli, qarşılıqlı əlaqəli surətdə öyrənilməsi üsullarının məcmusu təsərrüfat fəalliyyəti təhtilinin metodunu təşkil edir.

İqtisadi təhlil işlərində ən çox istifadə olunan üsullar aşağıdakılardır:

1. Müqayisə üsulu;

2. Orta kəmiyyətlər üsulu;

3. Nisbi kəmiyyətlər üsulu;

4. İndek üsulu;

5. Zəncirvari yerdəyişmə üsulu;

6. Qruplaşdırma üsülu;

7. Balans əlaqələndirmə üsulu;

İqtisadi təhlildə bir çox müxtəlif üsullardan istifadə edilir. Həmin üsullar iki cür qruplaşdırmaq olar: birincisi ənənəvi üsullar; ikincisi iqtisadi-riyazi üsullar. Ənənəvi üsullara - müqayisə (qrafık, balans, orta və nisbi kəmiyyətlər, analitik

qruplaşma), determinləşmiş amilli təhlil (zəncirvari yerdəyişmə, indeks metodu, mütləq fərq, nisbi fərq, inteqral, mütənasib bölgü) və s. aiddir.

İqtisadi-riyazi üsullara - adi riyazi metod, riyazi analizin klassik metodu, riyazi proqramlaşdırma metodu, iqtisadi kibernetika, evristik metod və s.

Konkret iqtisadi proses və hadisələrin tədqiqində bu üsulların hansının və necə tətbiq olunmasma xüsusi diqqət yetirüməlidir.


Yüklə 188,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin