istiqamətində işlərin təşəbbüslərin artırılmasına ehtiyac var;
Yüklərin vaxtında çatdırılması üçün dünya təcrübəsində geniş tətbiq olunn liman icma
sisteminin (port community system) tətbiqi zəruridir;
Özəl logistika şirkətlərinin nəqliyyat və logistika xidmətlərində iştirakı artırılmalı, onların
xidmət səviyyəsinin keyfiyyətinin yüksəldilməli, xərclərinin azaldılması üçün zəruri təşviq
mexanizmləri hazırlanmalıdır;
Logistika şirkətlərinin rəqabət qabiliyyətini artımaq və onların dəyər zəncirində aktiv
iştirakını təşkil etmək üçün informasiya idarəetmə texnologiyaları, bulud, yüklərin
izlənilməsi sistemlərinin yaradılması, kadrların peşəkarlıq qabiliyyətinin artırılması,
nəqliyyat parkının yenilənməsi istiqamətləri üzrə təşviqedici tədbirlər görülməsinə ehtiyac
var;
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində yaradılmış logistika xidmətlərini, eləcə
də Azərbaycan Dəmir Yolları QSC tərkibində yaradılmış dəmir yolu daşıma xidmətlərini
dünya təcrübəsində olduğu kimi özəl şirkətlərə ötürülməsi daha məqədəuyğundur;
Azərbaycan hökuməti ölkənin logistika potensialının dövri qiymətləndirilməsi, bu sahədə
problemlərin aşkarlanması, beynəlxalq bençmarkinqin təmin edilməsi üçün Dünya
Bankının logistik perfomans indeksində (LPI) iştirak etməlidir;
Azərbaycanın logistik potensialının artımı həm də onun dünya iqtisadiyyatına sürətli
inteqrasiyasından, həmçinin birbaşa xarici sərmayə cəlb etmək imkanınından aslıdır ki,
bunun üçün Dünya Ticarət Təşkilatına üzvülük başa çatdırılmalıdır;
Şərq-Qərb marştrutu üzərində yerləşən ölkələrin tranzit yüklərlə əlaqəli gömrük
prosedurlarının daha da sürətləndirilməsi prosesini təmin etmək üçün bütün mümkün
Dostları ilə paylaş: |