İnzibati icraat haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 269,9 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix05.05.2017
ölçüsü269,9 Kb.
#16596
1   2   3   4

inzibati orqandan tələb etmək hüququna malikdir.  

Maddə 27. İnzibati icraatın aparıldığı dil  

27.1. İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi 

əhalisinin əksəriyyətinin dilində aparılır.  

27.2.  İnzibati  icraatda  iştirak  edən  və  icraatın  aparıldığı  dili  bilməyən  şəxslərə 

tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.  

27.3. İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar icraatın aparıldığı 

dildə verilir.  

IV FƏSİL 

İnzibati icraat 

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar  

28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:  

28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;  

28.1.2.  inzibati  orqanın  təşəbbüsü  və  ya  qanunla  nəzərdə  tutulmuş  hallarda  inzibati 

orqanın inzibati aktı qəbul etmək vəzifəsi;  

28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.  

28.2.  Bu  qanunun  28.1.1-ci  və  28.1-3-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

inzibati  icraat  müvafiq  olaraq  ərizənin  və  ya  şikayətin  qeydiyyata  alındığı  andan 

başlanır.  

28.3.  Bu  qanunun  28.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  inzibati  icraat 

maraqlı  şəxsə  icraat  haqqında  məlumat  verildiyi  və  ya  maraqlı  şəxsə  münasibətdə  ilk 

prosessual hərəkətin həyata keçirildiyi andan başlanır;  

28.4.  Bu  qanunun  28.1.1-ci  və  28.1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əsaslar  üzrə 

inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.  

28.5. Bu qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat 

bu  qanunun  VII  fəslində  müəyyən  edilmiş  xüsusiyyətlər  nəzərə  alınmaqla  bu  fəsildə 

müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.  

Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi  


29.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  ərizə  maraqlı  şəxs  tərəfindən  həmin  ərizədə  qaldırılmış  məsələ  ilə 

əlaqədar  inzibati  akt  qəbul  etmək  səlahiyyətinə  malik  olan  müvafiq  inzibati  orqana 

şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.  

29.2.  Maraqlı  şəxs  tərəfindən  vəsatət  müvafiq  inzibati  orqana  bu  qanunun  29.1-ci 

maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.  

Maddə 30. Ərizənin forması və məzmunu  

30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.  

30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:  

30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;  

30.2.2.  ərizəçi  fiziki  şəxs  olduqda  onun  soyadı,  adı,  atasının  adı  və  ünvanı, 

şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;  

30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;  

30.2.4. tələbin qısa məzmunu;  

30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;  

30.2.6.  hüquqi  şəxsin  rəhbərinin  və  ya  nümayəndəsinin  imzası  və  hüquqi  şəxsin 

möhürü;  

30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.  

30.3.  Təqdim  olunması  qanunla  nəzərdə  tutulmuş  bütün  sənədlər  ərizəyə  qoşma 

kimi əlavə olunur.  

30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan 

ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir 

və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.  

Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması  

31.1.  İnzibati  orqan  ərizəçi  tərəfindən  şəxsən  təqdim  olunmuş  və  ya  poçt  rabitəsi 

vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.  

31.2.  İnzibati  orqan  ərizənin  qəbul  edildiyi  gündən  ən  geci  üç  gün  müddətində 

ərizənin  qeydiyyat  tarixi  və  nömrəsi  haqqında  ərizəçiyə  arayış  verməyə  və  ya 

göndərməyə borcludur.  

31.3.  İnzibati  orqan  vəsatəti  qəbul  etməyə  və  icraat  materiallarına  əlavə  etməyə 

borcludur.  

Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması  

32.1.  İnzibati  orqan  üç  gün  müddətində  ərizənin  bu  qanunun  30-cu  maddəsində 

nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.  

32.2. Ərizəçi  qanun  və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və  işin həlli 

üçün  zəruri  olan  sənədləri  və  ya  məlumatları  təqdim  etmədiyi  halda,  inzibati  orqan 

əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.  

32.3.  İnzibati  orqan  ərizəçidən  Azərbaycan  Respublikasının  qanunvericiliyində 

nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.  


32.4.  Qanunda  başqa  müddət  nəzərdə  tutulmamışdırsa,  əlavə  sənədlərin  və  ya 

məlumatların  təqdim  edilməsi  üçün  inzibati  orqan  tərəfindən  təyin  edilən  müddət  15 

gündən  çox  olmamalıdır.  32.5.  Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  bu 

qanunun  32.4-cü  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  əlavə  sənədlər  və  ya 

məlumatlar  inzibati  orqana  təqdim  olunmadıqda,  ərizəyə  baxılması  ilə  bağlı  müddətin 

axımı dayandırılır.  

32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim oldunduğu andan 

müddətin axımı bərpa olunur.  

Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi  

33.1.Ərizəyə  baxılması  və  həmin  ərizə  üzrə  müvafiq  inzibati  aktın  qəbul  edilməsi 

başqa  inzibati  orqanın  səlahiyyətlərinə  aid  olduğu  halda,  ərizəçinin  müraciət  etdiyi 

inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona 

əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.  

33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi 

barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir.  

33.3. 


Azərbaycan 

Respublikasının 

qanunvericiliyində 

birbaşa 


nəzərdə 

tutulmamışdırsa,  ərizəni  müvafiq  səlahiyyətli  orqana  göndərən  inzibati  orqan 

tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.  

33.4.  Bu  qanunun  33.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  ərizə  qanunla 

müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı 

müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.  

Maddə 34. Ərizənin baxılmamış saxlanılması  

34.1.  Ərizə  səlahiyyətli  inzibati  orqan  tərəfindən  aşağıdakı  hallarda  baxılmamış 

saxlanıla bilər:  

34.1.1 Bu qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə 

vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati 

orqan  və  ya  müvafiq  yuxarı  inzibati  orqan  tərəfindən  əvvəllər  qərar  qəbul  olunduğu 

müəyyən edildikdə;  

34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;  

34.1.3. bu qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.  

34.3. Ərizənin baxılmamış saxlanılması  barədə inzibati orqan tərəfindən inzibati akt 

formasında qərar qəbul edilir.  

Maddə  35.  İnzibati  icraatın  təzələnməsi  ilə  bağlı  təkrar  ərizə  ilə  müraciət  etmək 

üçün əsaslar  

35.1.  Maraqlı  şəxs  şikayət  verilə  bilməyən  inzibati  aktın  ləğv  olunması  və  ya 

dəyişdirilməsi  ilə  bağlı  aşağıdakı  hallarda  təkrar  ərizə  ilə  inzibati  orqana  müraciət  edə 

bilər:  


35.1.1.  inzibati  aktın  qəbul  olunması  üçün  əsas  olmuş  faktiki  və  ya  hüquqi  hallar 

maraqlı şəxsin xeyrinə dəyişdikdə.  



35.1.2.  maraqlı  şəxs  üçün  daha  əlverişli  inzibati  aktın  qəbuluna  səbəb  ola  bilən  yeni 

sübutlar aşkar olunduqda;  

35.1.3.  inzibati  aktın  aldatma,  hədə-qorxu  və  ya  digər  qanunsuz  hərəkətlər 

nəticəsində  qəbul  edildiyi  və  ya  inzibati  orqanı  təmsil  edən  şəxsin  icraatın  gedişatında 

cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.  

35.2.  Bu  Qanunun  35.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  inzibati  orqan 

təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.  

35.3.  Ərizə  yalnız  o  halda  qəbul  edilir  ki,  maraqlı  şəxs  icraatı  təzələmək  üçün  bu 

Qanunun  35.1-ci  maddəsində  nəzərdə  tutulmuş  bu  və  ya  digər  əsasın  əvvəlki  icraat 

zamanı  təqdim  edilməsinin  ondan  asılı  olmayan  səbəblərə  görə  mümkün  olmadığını 

əsaslandırsın.  

35.4.  Ərizə  3  ay  müddətində  təqdim  olunmalıdır.  Müddətin  axını  icraatı  təzələmək 

üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.  

35.5.  İnzibati  icraatı  təzələmək  üçün  təkrar  ərizə  ilə  müraciət  etmək  imkanı  verən 

əsaslar  ərizədə  qeyd  olunmalıdır.  Həmin  əsaslar  ərizədə  qeyd  olunmadığı  halda, 

inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.  

Maddə 36. İnzibati icraatda iştirakçılar  

36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:  

36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti 

olan inzibati orqan;  

36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın 

qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;  

36.1.3.  inzibati  orqan  tərəfindən  iştirakçı  kimi  icraata  cəlb  olunmuş  fiziki  və  ya 

hüquqi şəxslər.  

36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə 

müraciət  etmək  və  inzibati  icraatda  digər  prosessual  hərəkətləri  həyata  keçirmək 

hüququna malikdirlər.  

36.3.  Qəbul  olunması  nəzərdə  tutulan  inzibati  aktın  digər  fiziki  və  ya  hüquqi 

şəxslərin  hüquqlarına  və  qanunla  qorunan  maraqlarına  birbaşa  təsir  edəcəyi  güman 

olunduğu  hallarda,  inzibati  orqan  həmin  şəxslərin  üçüncü  (maraqlı)  şəxs  qismində 

icraatda iştirakını təmin etməyə borcludur.  

36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan 

maraqlarına  toxunacağı  halda,  inzibati  orqan  onları  öz  təşəbbüsü  ilə  və  ya  həmin 

şəxslərin vəsaitinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.  

36.5.  İcraata  iştirakçı  kimi  cəlb  olunan  üçüncü  şəxslər  icraat  iştirakçılarının  malik 

olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata 

cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də 

etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.  



36.6.  İnzibati  icraatda  maddi  hüququn  hüquqi  varisliklə  bağlı  müddəaları  tətbiq 

edilir.  İştirakçının  şəxsiyyəti  ilə  birbaşa  bağlı  olan  hüquqların  hüquqi  varislik 

qaydasında keçməsinə yol verilmir.  

Maddə 37. İnzibati icraatda nümayəndəlik  

37.1.  Fiziki  və  ya  hüquqi  (maraqlı)  şəxs  inzibati  icraatda  şəxsən  iştirak  edə  bilər  və 

yaxud nümayəndə vasitəsi ilə təmsil oluna bilər.  

37.2. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil 

olunmaq hüququndan məhrum etmir.  

37.3.  Nümayəndənin  səlahiyyətləri  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun  olaraq  rəsmiləşdirilmiş  etibarnamə  ilə  təsdiq  olunur.  Nümayəndə  təmsil  etdiyi 

şəxsin  adından  icraatla  bağlı  bütün  prosessual  hərəkətləri  yerinə  yetirmək  hüququna 

malikdir.  

37.4. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki 

şəxsləri  inzibati  icraatda  onların  qanuni  nümayəndələri  təmsil  edirlər.  Qanuni 

nümayəndələr  inzibati  orqana  öz  səlahiyyətlərini  təsdiq  edən  sənədi  təqdim 

etməlidirlər.  

37.5.  Qanuni  nümayəndələr  icraatda  iştirak  etməyi  nümayəndə  qismində  seçdikləri 

başqa şəxsə tapşıra bilərlər.  

37.6.  Nümayəndə  təmsil  etdiyi  şəxsin  maraqlarını  vicdanla  müdafiə  etməyə 

borcludur.  

37.7.  İnzibati  orqan  inzibati  icraatda  həmin  orqanın  rəhbəri,  onun  müavini  və  ya 

həmin  orqanın  rəhbəri  tərəfindən  təyin  olunmuş  digər  vəzifəli  şəxs  vasitəsi  ilə  təmsil 

olunur.  

37.8. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla 

bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.  

Maddə  38.  Maraqlı  şəxsin  inzibati  icraatda  vəkil  vasitəsi  ilə  təmsil  olunmaq 

hüququ  

38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından 

istifadə etmək hüququ vardır.  

38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.  

Maddə 39. Xərclər  

39.1.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  inzibati  icraatla  bağlı  xərclər  müvafiq  inzibati  orqanın  hesabına 

ödənilir.  

39.2.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  inzibati  icraatla  bağlı  maraqlı  şəxsin  və  ya  onu  təmsil  edən 

nümayəndənin  çəkdiyi  xərclər,  habelə  nümayəndəlik  haqqı  maraqlı  şəxsin  hesabına 

ödənilir.  


39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati 

orqanın hesabına ödənilir.  

Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi  

40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri 

olmayan  maraqlı  şəxs  inzibati  orqanın  bu  barədə  onu  xəbərdar  etdiyi  gündən  üç  gün 

müddətində  Azərbaycan  Respublikasında  yaşayış  yeri  üzrə  qeydiyyatda  olan  fəaliyyət 

qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq 

üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün 

sənədləri həmin müvəkkilə göndərməyə borcludur.  

40.2.  Şəxs  bu  Qanunun  40.1-ci  maddəsində  nəzərdə  tutulmuş  tələbə  əməl  etmədiyi 

halda,  inzibati  orqan  həmin  şəxs  tərəfindən  sənədlərin  alınmamasına  görə  məsuliyyət 

daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız 

sayılması üçün əsas ola bilməz.  

Maddə 41. Ekspert və ya mütəxəssisin təyin edilməsi  

41.1.  İnzibati  icraat  zamanı  iş  üzrə  faktiki  hallarla  bağlı  sualları  izah  etmək  üçün 

inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.  

41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin 

qərarda  ekspert  rəyinin  tələb  olunduğu  sualların  dairəsini  (ekspert  araşdırmasının 

predmetini) müəyyənləşdirir.  

41.3.  Maraqlı  şəxslər  ekspertiza  zamanı  araşdırılmalı  olan  əlavə  sualları  və  bu 

suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan 

maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.  

41.4.  Ekspertiza  inzibati  orqanın  qərarına  əsasən  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  müvafiq  qurumların  ekspertləri  və  ya 

mütəxəssisləri tərəfindən keçirilir.  

41.5.  Azərbaycan  Respublikasının  qanunvericiliyində  başqa  müddət  nəzərdə 

tutulmamışdırsa,  ekspert  inzibati  orqan  tərəfindən  təyin  olunmuş  müddət  ərzində 

tədqiqat üzrə rəy təqdim etməyə borculudur.  

41.6.  İnzibati  orqanın  və  ya  maraqlı  şəxsin  tələb  etdiyi  hallarda  ekspert  və  ya 

mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur.  

41.7.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  başqa  qayda  nəzərdə 

tutulmamışdırsa,  ekspertizanın  keçirilməsi,  ekspertin  və  ya  mütəxəssisin  haqqının 

ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.  

Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar  

42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:  

42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;  

42.1.2.  işdə  iştirak  edən  maraqlı  şəxs  və  ya  onun  nümayəndəsi  ilə  qohumluq 

əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;  

42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;  


42.1.4.  özü  və  ya  ailə  üzvləri  maraqlı  şəxsə  məxsus  müəssisənin  aksiyaları  və  ya 

nizamnamə kapitalına sahib olduqda;  

42.1.5.  onun  obyektivliyinə  və  ya  qərəzsizliyinə  şübhə  doğuran  yetərli  başa  əsaslar 

olduqda inzibati icraatda iştirak edə bilməz.  

42.2.  Bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda,  vəzifəli 

şəxs özü-özünə etiraz etməyə borcludur.  

42.3.  Maraqlı  şəxs  bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar 

olduqda,  işə  baxan  vəzifəli  şəxsə,  işə  kollegial  qaydada  baxıldıqda  isə  kollegiyanın 

istənilən üzvünə etiraz edə bilər.  

Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar  

43.1.  Bu  Qanunun  42.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda  ekspertin, 

mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.  

43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə 

bilməz:  

43.2.1.  işdə  iştirak edən şəxslərdən və  ya onların nümayəndələrindən xidməti və ya 

sair cəhətdən asılı olduqda;  

43.2.2.  inzibati  icraatın  başlanılması  üçün  əsas  olmuş  materiallar  üzrə  təftiş 

apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.  

Maddə. 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası  

44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında 

ərizə  iş  üzrə  inzibati  akt  qəbul  olunana  qədər  yazılı  formada  verilməli  və 

əsaslandırılmalıdır.  

44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir  gün  müddətində 

baxılmalıdır.  

44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin 

izibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın 

rəhbərinə  etiraz  haqqında  ərizəyə  müvafiq  nəzarət  orqanı  tərəfindən  baxılır  və  qərar 

qəbul edilir.  

44.4.  Kollegial  orqanın  üzvünə  etiraz  haqqında  ərizəyə  etiraz  edilən  vəzifəli  şəxsin 

iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə 

müvafiq qərar qəbul edilir. 44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə 

bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.  

44.6.  Etirazla  bağlı  qərardan  bu  Qanunla  müəyyən  olunmuş  qaydada  şikayət  verilə 

bilər.  


Maddə 45. İnzibati icraatda sübutlar  

45.1.  İnzibati  orqan  işin  faktiki  hallarının  müəyyən  olunması  üçün  yararlı  və  zəruri 

hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.  

45.2.  İnzibati  icraat  zamanı  inzibati  orqan  tərəfindən  aşağıdakı  sübutetmə 

vasitələrindən:  


45.2.1. sənədlərdən;  

45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;  

45.2.3. şahid ifadələrindən;  

45.2.4. müvafiq müayinələrin aparılmasından;  

45.2.5. ekspert rəylərindən;  

45.2.6. hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş 

arayışlardan;  

45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna 

bilər.  

45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.  

Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması  

46.1.  İnzibati  icraatda  iştirak  edən  şəxslər  işin  bütün  faktiki  hallarının  müəyyən 

edilməsinə  kömək  etməyə,  iş  üçün  əhəmiyyət  kəsb  edən  və  onlara  məlum  olan  faktlar 

barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.  

46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, 

o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə 

sübutların iş üçün əhəmiyyətli, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan 

həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.  

46.3. Maraqlı şəxsdən işdə olan sənədin  məzmununun həqiqiliyi barədə sübut tələb 

olunması qadağandır.  

Maddə 47. Sübutların qiymətləndirilməsi  

47.1. İnzibati  orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi 

hallara müvafiq olaraq qiymət verir.  

47.2.  Maraqlı  şəxslərin  arzusu  ilə  inzibati  orqan  qəbul  edəcəyi  inzibati  aktı 

əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın 

qəbulu  üçün  təklif  etdiyi  hüquqi  əsas  barədə  onlara  izahat  və  ya  şərh  verməyə 

borcludur.  

Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması  

48.1.  İnzibati  icraatla  bağlı  hərəkətlər  bu  Qanunla  və  Azərbaycan  Respublikasının 

başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.  

48.2.  Qanunla  müəyyən  olunmuş  müddətin  axını  müddətin  başlanğıcının  təyin 

edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.  

48.3.  Müddətlər  qanunla  müəyyən  edilmədiyi  hallarda,  onlar  inzibati  orqan 

tərəfindən  təyin  edilir.  48.4.  İnzibati  orqan  tərəfindən  təyin  edilmiş  müddətin  axını 

həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  müvafiq  məlumatın 

rəsmi elan olunduğu andan başlanır.  

48.5. Müddətlər təqvim günləri ilə hesablanır.  



48.6.  Müddətin  son  günü  qeyri-iş  gününə  düşərsə,  növbəti  iş  günü  müddətin 

qurtardığı gün hesab olunur.  

Maddə 49. Müddətlərin uzadılması  

49.1.  İnzibati  orqan  tərəfindən  təyin  edilmiş  müddətlər  maraqlı  şəxsin  ərizəsi  üzrə 

həmin orqan tərəfindən uzadıla bilər.  

49.2.  İnzibati  orqan  təyin  edilmiş  müddətə  əməl  olunmamasının  nəticələri  barədə 

maraqlı şəxsləri xəbərdar etməyə borcludur.  

Maddə 50. Müddətlərin bərpası  

50.1.  İnzibati  orqan  qanunla  müəyyən  edilmiş  müddətin  buraxılmasının  səbəbini 

üzürlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.  

50.2.  Maraqlı  şəxs  bu  Qanunun  50.1-ci  maddəsində  göstərilmiş  səbəblər  aradan 


Yüklə 269,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin