İnzibati icraat haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 269,9 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix05.05.2017
ölçüsü269,9 Kb.
#16596
1   2   3   4

etmiş inzibati orqan tərəfindən müəyyən olunur və hə-min şəxsə vurulmuş real ziyanın 

həcminə mütənasib olmalıdır. 

68.7.  Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci 

maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 

Maddə 69. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi 

69.1.  İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 

65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

69.2.  İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edil-məsi həmin aktın 

digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə 

əlaqədar deyildirsə) səbəb olmur. 

Maddə 70. Sənədlərin qaytarılması 

Hər  hansı  hüququ  təsdiq  etmək  və  ya  həyata  keçirmək  üçün  inzibati  akt  əsasında 

verilmiş  sənədlər  və  ya  əşyalar,  həmin  inzibati  akt  etibar-sız  sayıldıqdan  və  ya  ləğv 

edildikdən sonra müvafiq inzibati orqan tərə-findən tələb oluna bilər. Həmin sənədlərə 

və ya əşyalara faktiki sahib olan şəxs onları qaytarmağa borcludur. 

VII fəsil 

İnzibati şikayətlər üzrə icraat 

Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ 

71.1.  Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək 

məqsədilə  inzibati  aktdan  və  ya  inzibati  aktın  qəbul  edilməsindən  imtinadan  şikayət 

vermək hüququna malikdirlər. 

71.2.    Şəxsin  müraciətinin  məqsədi  inzibati  aktın  qəbulu  ilə  bağlı  olmadığı  hallarda 

inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq 

şikayət verilə bilər. 

71.3.    Yalnız  aşağıdakı  hallarla  bağlı  aralıq  inzibati  aktlardan  müstəqil  şəkildə 

subordinasiya  baxımından  yuxarı  inzibati  orqana  və  ya  şikayətə  baxmaq  səlahiyyətinə 

malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 

71.3.1 səlahiyyətlə bağlı; 

71.3.2. etirazla bağlı; 

71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən 

və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 

71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.  

Maddə 72. İnzibati şikayətin verilməsi qaydası 

72.1.    İnzibati  aktdan  şikayət  inzibati  qaydada  və  ya  məhkəmə  qaydasında  verilə 

bilər. 


72.2.    İnzibati  aktdan  eyni  zamanda  həm  inzibati,  həm  də  məhkəmə  qaydasında 

şikayət  (inzibati  iddia)  verildiyi  hallarda,  şikayətə  məhkəmə  qaydasında  baxılır  və 

şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. 

72.3.  İnzibati qaydada şikayət birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan 

vasitəsilə şikayət instansiyasına  təqdim edilir. İnzibati  orqan  3 gün  müddətində həmin 

şikayəti şikayət instansiyasına göndərməyə borcludur. 

72.4. Bu fəslin müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. 

72.5.    İnzibati  aktlardan  məhkəmə  qaydasında  şikayət  (inzibati  iddia)  Azərbaycan 

Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. 

Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 

73.1.  Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə 

mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 

73.2.    İnzibati  aktda  ona  qarşı  mümkün  hüquqi  müdafiə  vasitələri,  bu  hüquqi 

müdafiə  vasitələrindən  istifadə  (şikayət  vermə)  qaydası  və  müddəti  nəzərdə 

tutulmadıqda  və  ya  inzibati  akt  onun  ünvanlanmadığı  digər  maraqlı  şəxslərin  qanuni 

maraqlarına  (ilk  dəfə)  toxunduqda,  həmin  inzibati  aktdan  onun  qüvvəyə  mindiyi 

gündən 6 ay müddətində şikayət verilə bilər. 

73.3.  İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, 

maraqlı  şəxsin  ərizəsinə  əsasən  şikayət  instansiyası  tərəfindən  həmin  müddət  bərpa 

edilir. 


Maddə 74. İnzibati şikayətin forması və məzmunu 

74.1.  İnzibati şikayət yazılı formada tərtib edilir. 

74.2.   İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir: 

74.2.1.  şikayətin verildiyi inzibati orqanın adı və ünvanı; 

74.2.2.  şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer 

(hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti

74.2.3.  barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik); 

74.2.4. şikayəti verən şəxsin tələbi və tələbin əsasları; 

74.2.5.  şikayətin tərtib edildiyi tarix; 

74.2.6.  şikayəti verən şəxsin imzası. 

74.3.  İnzibati  şikayət  bu  maddədə  nəzərdə  tutulmuş  formal  tələblərə  cavab 

vermədikdə,  inzibati  orqan  şikayətin  həmin  tələblərə  uyğun  olaraq  düzəldilməsi  üçün 

qısa  müddət  təyin  edir  və  formal  tələblərə  əməl  olunmasını  hüquqi  nəticələrini 

şikayətçiyə izah edir. 

Maddə 75. İnzibati şikayətin baxılmamış saxlanılmasının əsasları 

75.1. Şikayət instansiyası aşağıdakı hallarda inzibati şikayəti baxılmamış saxlayır: 

75.1.1.      bu  Qanunun  74-cü  maddəsində  nəzərdə  tutulmuş  tələblərə  əməl 

olunmadıqda; 



75.1.2. şikayətin predmeti üzrə digər səlahiyyətli İnzibati orqanın və ya məhkəmənin 

qərarı olduqda; 

75.1.3.      inzibati  şikayətin  verilməsi  üçün  qanunla  müəyyən  olunmuş  müddət 

buraxıldıqda və buraxılmış müddət bərpa edilmədikdə. 

75.2.  Şikayət instansiyası şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. 

Həmin qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər. 

75.3.  Şikayət instansiyası şikayət üzrə qərar qəbul edilənədək şikayəti verilmiş şəxsə 

öz rəyini bildirmək imkanı verməlidir. 

75.4.    Bu  Qanunun  75.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  aradan 

qaldırıldıqdan sonra ümumi qaydada yenidən inzibati şikayət verilə bilər. 

Maddə 76. İnzibati şikayətin verilməsinin hüquqi nəticələri 

76.1 inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır. 

76.2.  İnzibati  şikayətin  verildiyi  hallarda,  şikayət  olunan  inzibati  aktın  icrasının 

dayandırılması  ilə  bağlı  məsələyə  maraqlı  şəxsin  ərizəsinə  əsasən  və  ya  xidməti 

vəzifəsinə  görə  şikayət  instansiyasının  öz  təşəbbüsü  ilə  şikayət  instansiyası  tərəfindən 

dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. 

 76.3.  İnzibati  aktın  icrasının  dayandırılması  ilə  bağlı  qərar  şikayət  instansiyası 

tərəfindən əsaslandırılmalıdır. 

Maddə 77. Məhkəmə qaydasında müvəqqəti xarakterli müdafiə 

77.1.    İnzibati  şikayətin  verilməsindən  asılı  olmayaraq,  maraqlı  şəxs  müvəqqəti 

xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər. 

77.2.    Maraqlı  şəxsin  müvəqqəti  xarakterli  müdafiə  ilə  bağlı  ərizəsinə  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada  və  müddətdə  müvafiq 

məhkəmələr tərəfindən baxılır. 

Maddə 78. İnzibati şikayətə baxılması müddəti 

78.1.  Qanunda  başqa  müddət  nəzərdə  tutulmamışdırsa,  şikayət  instansiyası  daxil 

olduğu  gündən  1  ay  müddətində  inzibati  şikayətə  baxmağa  və  mahiyyəti  üzrə  qərar 

qəbul etməyə borcludur. 

78.2.      Şikayət  instansiyası  tərəfindən  bu  Qanunun  78.1-ci  maddəsində  nəzərdə 

tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən 

qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət yerə bilər. 

Maddə 79. İnzibati şikayətə baxılması qaydası 

79.1.    İnzibati  şikayətlər  üzrə  icraat  bu  fəslin  xüsusiyyətləri  nəzərə  alınmaqla  bu 

Qanunun IV fəslində müəyyən olunmuş qaydada həyata keçirilir. 

79.2.    Şikayət  inzibati  aktı  qəbul  etmiş  inzibati  orqana  təqdim  olunduqda,  həmin 

orqan  şikayəti  və  icraatla  bağlı  materialları  şikayət  instansiyasına  göndərməyə 

borcludur.    Şikayət  maraqlı  şəxs  tərəfindən  birbaşa  şikayət  instansiyasına  təqdim 


olunduqda,  həmin  orqan  şikayət  olunan  inzibati  aktı  qəbul  etmiş  inzibati  orqandan 

icraatla bağlı materialları tələb edə bilər. 

79.3.  Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və 

tam  həcmdə  baxılır,  şikayət  olunan  aktın  qanunauyğunluğu  və  məqsədəuyğunluğu 

araşdırılır. 

79.4.  Şikayət instansiyasının şikayət üzrə qərar həm işdə olan, həm də əlavə təqdim 

olunmuş sübutlara əsaslanmalıdır. 

79.5.  Şikayət  instansiyası  şikayətə  baxılmasını  heç  bir  halda  şikayət  olunan  inzibati 

aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz. 

Maddə 80. İnzibati şikayət üzrə qərar qəbul edilməsi 

80.1.  İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: 

80.1.1.  inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlaya bilər; 

80.1.2.  inzibati  aktı  tamamilə  və  ya  qismən  ləğv  edə  bilər  və  işdə  olan  və  ya  əlavə 

təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edə bilər; 

80.1.3.  inzibati aktı dəyişdirə bilər. 

80.2.  Şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati 

akt  sayılır  və  inzibati  aktlara  dair  bu  Qanunla  müəyyən  edilmiş  tələblərə  uyğun 

olmalıdır. 

 

VII fəsil 



İnzibati aktın icra edilməsi 

 Maddə 81. İnzibati aktların icra edilməsi qaydası 

81.1.        İnzibati    akt    ünvanlandığı    şəxs  (şəxslər)  üçün  məcburi  xarakter  daşıyır  və 

həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. 

81.2.    Qanunda  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  inzibati  akt,  o  cümlədən 

inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra 

edilir. 

81.3.    İnzibati  orqan  inzibati  aktın  icrası  ilə  bağlı  şəxsin  hansı  hərəkətləri  etməli 

olduğunu dəqiq müəyyənləşdirməyə borcludur. 

81.4.    Maraqlı  şəxs  inzibati  aktı  onun  üçün  daha  əlverişli  olan  qanuni  üsul  və 

vasitələrlə icra etməyə haqlıdır. 

81.5.  İnzibati  orqanın  inzibati  aktın  icrası  ilə  bağlı  qanuni  tələbləri  bütün  dövlət  və 

yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. 

Maddə 82. Pul tələblərinin icra edilməsi 

82.1.    Pul  tələblərinin  ödənilməsi  ilə  bağlı  inzibati  aktların  məcburi  qaydada  icrası 

"Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 

məhkəmə icraçıları tərəfindən icra edilir. 


82.2.    İnzibati  aktı  qəbul  etmiş  inzibati  orqan  tələbin  icraya  yönəldilməsi  haqqında 

qərar  qəbul  edir.  Bu  halda  tələbin  icraya  yönəldilməsi  üçün  məhkəmə  qərarının  qəbul 

edilməsi tələb olunmur. 

82.3:  Tələbin  icraya  yönəldilməsi  haqqın-da  qərarın  qəbul  edilməsinin  şərtləri 

aşağıdakılardır: 

82.3.1.  borclu tərəfindən ən azı 5 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə 

tutan inzibati aktın qəbul edilmiş olması; 

82.3.2.   pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 

82.3.3.    inzibati  orqan  tərəfindən  borcluya  edilmiş  xəbərdarlıqdan  sonra, 

xəbərdarlığın  elan  olunduğu  gündən  sonrakı  5  gün  müddətində  borclunun  ödəməni 

həyata keçirməməsi. 

Maddə 83. Borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və 

ya  müəyyən  hərəkətləri  etməkdən  çəkinməyə  məcbur  edən  inzibati  aktların  icra 

edilməsi 

83.1.    Borclunu  müəyyən  hərəkətlər  etməyə,  müəyyən  hərəkətlərə  dözməyə  və  ya 

müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın könüllü qaydada 

icrası üçün maraqlı şəxsə kifayət qədər müddət (ən azı 5 gün) təyin edilməlidir. 

83.2.    Bu  Qanunun  83.1-ci  maddəsinə  uyğun  olaraq  təyin  olunmuş  müddət  ərzində 

könüllü qaydada icra olunmayan inzibati akt məcburi qaydada icra edilir. 

83.3.    Borclunu  müəyyən  hərəkətləri  etməyə,  müəyyən  hərəkətlərə  dözməyə  və 

müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən inzibati aktın məcburi qaydada 

icrası aşağıdakı məcburi icra tədbirləri vasitəsi ilə təmin oluna bilər: 

83.3.1.    inzibati  aktla  nəzərdə  tutulmuş  hərəkətin  borclunun  (maraqlı  şəxsin) 

hesabına başqa şəxs və ya inzibati orqan tərəfindən icra edilməsi

83.3.2.  cərimə; 

83.3.3.  bilavasitə məcbur etmə. 

83.4.    Maraqlı  şəxs  məcburi  icra  tədbirlərinin  tətbiq  olunacağı  barədə  inzibati  orqan 

tərəfindən 

əvvəlcədən 

xəbərdar 

edilməlidir. 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi ilə bir-başa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya 

ictimai  maraqlara  ziyan  vura  biləcək  təhlükənin  qarşısının  alınması  və  ya  aradan 

qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda maraqlı şəxs məcburi icra tədbirlərinin 

tətbiq olunacağı barədə əvvəlcədən xəbər-dar edilməyə bilər. 

83.5.  Xəbərdarlıq  yazılı  formada  olur  və  bu  Qanunla  müəyyən  olunmuş  qaydada 

maraqlı şəxsə rəsmi təqdim olunur. 

83.6.    Xəbərdarlıqda  inzibati  aktın  könüllü  qaydada  icrası  üçün  təyin  olunmuş 

müddət  və  həmin  müddət  başa  çatdıqdan  sonra  tətbiq  olunması  nəzərdə  tutulan 

məcburi  icra  tədbirinin  müvafiq  növü  göstərilir.  Xəbərdarlıqda  yalnız  bir  məcburi  icra 

tədbiri nəzərdə tutula bilər. Əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi 

halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqinə yol verilir. Məcburi icra 



tədbirləri  inzibati  akt  icra  olunana  qədər  təkrarlana,  sərtləşdirilə  və  ya  dəyişdirilə 

bilərlər. 

83.7.    Xəbərdarlıqda  icra  edilməli  inzibati  aktla  istinad  olunmalı  və  məcburi  icra 

tədbirlərinin tətbiqi əsaslan göstərilməlidir. 

83.8.  İnzibati orqan məcburi İcra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinə 

əməl etməyə borcludur. 

83.9.    Şəxs  inzibati  aktı  icra  etdiyi  halda  məcburi  icra  tədbirlərinin  tətbiqi  dərhal 

dayandırılmalıdır. 

Maddə 84. İnzibati aktın borclunun (maraqlı şəxsin) hesabına icra edilməsi 

84.1.    İnzibati  aktla  nəzərdə  tutulmuş  hərəkətin  (hərəkətlərin)  borclu  tərəfindən 

yerinə  yetirilmədiyi  və  həmin  hərəkətin  icrasının  başqa  şəxs  və  ya  orqan  tərəfindən 

mümkün  olduğu  halda,  inzibati  orqan  hərəkətin  borclunun  hesabına  icra  olunmasını 

həmin şəxsə və ya orqana həvalə edə bilər. 

84.2. Bu Qanunun 84.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati aktın icrası 

ilə bağlı xərclər maraqlı şəxsin (borclunun) hesabına ödənilir. 

Maddə 85. İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi 

85.1.    Şəxsi  müəyyən  hərəkətləri  etməyə  və  ya  müəyyən  hərəkətləri  etməkdən 

çəkinməyə  məcbur  edən  İnzibati  aktın  icrasını  təmin  etmək  üçün  inzibati  orqan 

tərəfindən qanunvericiliyə uyğun olaraq cərimə təyin oluna bilər. 

85.2.    Fiziki  şəxslər  şərti  maliyyə  vahidinin  40  mislindən,  hüquqi  şəxslər  isə  şərti 

maliyyə vahidinin 300 mislindən yuxarı miqdarda cərimə oluna bilməzlər. 

85.3. Cərimənin miqdar şərti maliyyə vahidinin 3 mislindən az ola bilməz. 

85.4.  Cərimə dövlət büdcəsinə köçürülür.  

Maddə 86. Bilavasitə məcbur etmə 

86.1.    Bu  Qanunun  84-cü  və  85-ci  maddələrində  nəzərdə  tutulmuş  məcburi  icra 

tədbirləri  vasitəsi  ilə  inzibati  aktın  icrası  mümkün  olmadıqda  və  ya  həmin  tədbirlərin 

tətbiqi  obyektiv  şərait  baxımından  mümkün  olmadıqda,  inzibati  orqan  maraqlı  şəxsi 

müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə bilavasitə 

məcbur edə və ya özü dərhal həmin hərəkəti həyata keçirə bilər. 

86.2.  Bilavasitə  məcbur  etmə  zamanı  "Polis  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu ilə nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə oluna bilər. 

86.3.    Bilavasitə  məcbur  etmə  tədbiri  yalnız  müvafiq  səlahiyyəti  olan  inzibati  orqan 

tərəfin-dən və qanunla müəyyən edilmiş qaydada tətbiq oluna bilər. 

Maddə  87.  Bələdiyyələr  tərəfindən  qəbul  edilmiş  inzibati  aktların  icra  olunması 

qaydası 

Bələdiyyələr  tərəfindən  qəbul  edilmiş  inzibati  aktların  məcburi  qaydada  icrası 

"Məhkəmə  qərarlarının  icrası  haqqında"  Azərbaycan  Respublikası  Qanununa  uyğun 

olaraq məhkəmə icraçıları tərəfindən həyata keçirilir. 



Maddə  88.  Məcburi  icra  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  qərardan  şikayət 

verilməsi 

Maraqlı  şəxs  məcburi  icra  tədbirlərinin  tətbiq  edilməsi  haqqında  inzibati  aktdan  bu 

Qanunun  VII  fəslində  nəzərdə  tutulmuş  qaydada  yu-xarı  inzibati  orqana  və  ya 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada 

məhkəməyə şikayət verə bilər. 

IX fəsil 

Məsuliyyət 

Maddə 89. İnzibati orqanların məsuliyyəti 

89.1  İnzibati  orqanların  qanunsuz  qərarları  (inzibati  aktları)  və  ya  hərəkətləri 

(hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan 

Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət 

daşıyır. 

89.2.  Maraqlı  şəxs  kompensasiyanın  ödənilməsindən  imtina  olunması  haqqında 

inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 

Maddə 90. İnzibati orqanların vəzifəli şəxslərinin məsuliyyəti 

90.1.    İnzibati  orqanların  vəzifəli  şəxsləri  bu  Qanunun  müddəalarının  pozulmasına 

görə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  qaydada 

intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. 

90.2.  Vəzifəli  şəxsin  təqsiri,  yəni  kobud  ehtiyatsızlığı  və  ya  qəsdi  nəticəsində 

vurulmuş  ziyana  görə  maraqlı  şəxsə  kompensasiya  ödənildiyi  hallarda,  həmin  vəzifəli 

şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb 

oluna bilər. 

Maddə 90. Qanunun qüvvəyə minməsi  

Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir. 

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı şəhəri, 21 oktyabr 2005-ci il 



 

 

Yüklə 269,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin