İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil


Azərbaycan RespublikasınınDövlət qoruqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix14.04.2017
ölçüsü5,01 Kb.
#14108
1   ...   8   9   10   11   12   13   14   15   16

                        Azərbaycan RespublikasınınDövlət qoruqları 
    Dövlət Təbiət Qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və 
obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və 
hadisələrinin gedişini öyrənmək məqsədi ilə yaradılan təbiəti mühafizə və elmi 
tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət qoruqlarının 
torpaqlarından, habelə onun hüdudlarında olan sulardan, bitki və heyvanlar 
aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.  
    Göy-Göl dövlət təbiət qoruğu - 1925-ci ildə Azərbaycanda yaranan ilk 
qoruqlardan biridir. Qoruq statusu bir neçə dəfə ləğv edilmiş və 1965-ci ildə 
yenidən yaradılmışdır. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz 
silsiləsinin şimal ətəklərinin subalp qurşaqlarında təbiət komplekslərinin qorunub 
saxlanılmasıdır. Ümumi sahəsi 6739 hektar olan qoruğun əsas hissəsi meşə örtüklü 
ərazidir. Qoruğun heyvanlar aləmi müxtəlif heyvan və quş növləri ilə zəngindir. 
Heyvanlardan - nəcib Qafqaz maralı, qonurayı, cüyür, vaşaq, quşlardan 
toğlugötürən, qara quzğun, dağ kəkliyi, Xəzər iları və s. göstərmək olar. Su 
hövzələrində forel balığı vardır. 420-dən artıq bitki növləri vardır, onlardan 20-si 
endemikdir.  
    Qızılağac dövlət təbiət qoruğu - 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin 
cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının 
qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Qoruq YUNESKO-
nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-
bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasın Siyahısına daxil edilmişdir. 
Respublikanın "Qırmızı kitabı"na düşən quşların əksər növləri qoruqda və sərhəd 
ərazildərdə müşahidə olunur. Burada 248 növ quşlara rast gəlmək olar. Qoruqda 
çöl donuzu, canavar, qamış pişiyi, porsuq, su samuru, tülkü və s. məməlilər 
məskunlaşmışdır. Qoruğun su hövzəsində 54 növ balıq vardır  
    Zaqatala dövlət təbiət qoruğu - Qoruq Baş Qafqaz sıra dağlarının cənub 
ətəklərinin orta hissəsində Zaqatala və Balakən rayonlarının ərazisində 1929-cu 
ildə 25,2 hektar ərazidə yaradılmışdır. Qoruğun ərazisi dəfələrlə dəyişmiş və 
hazırda 23,8 min hektardır. Qoruğun yaranmasının əsas məqsədi Böyük Qafqazın 
cənub yamaclarının subalp bitkilərinin, alp və nival qurşaqlarının təbiət 
komplekslərinin qorunmasıdır. Qoruqda qədim növlərdən rododendron, fıstıq, 

107 
 
dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun 
faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl 
donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s. 
məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək 
biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.  
    Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin 
qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması 
məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu 
yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5 
hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan 
palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş, 
20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.  
    Pirqulu dövlət təbiət qoruğu - Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-
meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını 
qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın 
tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun 
florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq, 
gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə 
2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.  
    Şirvan dövlət təbiət qoruğu - 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının 
bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və 
artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. 
Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli 
köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli 
Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. 
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində 
Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar 
qalmışdır.  
    Qarayazı dövlət təbiət qoruğu - Kür sahili tuqay meşələrinin qorunması və 
bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan 
obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay 
ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq, 
palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Dırnaqlı heyvanlardan çöl 
donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast 
gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi 
4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.  
    Bəsitçay dövlət təbiət qoruğu - Nadir Şərq çinarının qorunub saxlanılması 
məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan 

108 
 
rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini 
əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta 
yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 
m-ə qədər olan ağaclara da rast gəlmək olar. Bəsitçay dövlət təbiət qoruğu işğal 
altındadır və qoruq rejimi məhv edilmişdir.  
    İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq 
hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə 
5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96 
min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır. 
Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də 
ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid 
şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na daxil 
edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13 
dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi, 
vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.  
    Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş 
dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin 
qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar, 
yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 
68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel 
balığı buraxılmışdır. Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi 
məhv edilmişdir.  
    İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük 
Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək 
təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki 
vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq 
məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını 
endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s. 
heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun 
ərazisi 17381,6 hektara çatdırılmışdır.  
    Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 
Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat 
ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını 
dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik, 
enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.  
    Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin 
2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 
1686 hektarında yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd nadir və 

109 
 
endemik növ olan Eldar şamının və ardıc ağaclarının qorunub saxlanılmasıdır. 
Eldar Şamı ərazisi (392 ha) 1967-ci ildən Göy-göl dövlət təbiət qoruğunun filialı 
kimi fəaliyyət göstərmişdir. 
 
         Mövzu 9:Elmi-texniki tərəqqi və qlobal ekoloji problemlər
 
   XX  əsrin  ikinci  yarısından  başlayaraq    bəşəriyyət  qarşısında  bir  sıra  ekoloji 
problemlər  baş  qaldırmışdır  ki,bunlar  da  istər  Afrikada,Avropada  və  ya 
Amerikada,şəhərdə və ya kənddə yaşamasından asılı olmayaraq hamımıza toxunan 
çətinliklərdir.Bu çətinliklərdən qaçmaq isə heç kəsə müəssər deyil.Bu problemləri 
həll  etmək  üçün  bütün  insanlarln  öz  intellektual  və  mənəvi  qüvvəsini  səfərbər 
etməsi vacibdir.Bütün insanlığın gələcəyi məhz bundan asılıdır. 
    Planetimiz öz tarrixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşdur.Yalnız 
kollektiv  zəka,şüur  və  iradə  ortaya  qoymaqla  qəza  və  təhlükələri  dəf  edərək 
sivilizasiyanın gələcək inkişafına yol açmaq olar. 
    Şətinliklərdən,bədbəxtliklərdən,fəlakətlərdən 
və 
mümkün 
qəzalardan 
danışmaqda  məqsədimiz  insanlarda  dəhşət    hissi  yaratmaq  deyil,tamamilə 
əksinə,müasir elmin və insan zəkasının imkanlarını Sizlərə göstərməkdir. 
    İnsan  qarşısına  çıxan    təhlükədən  qaçmaq  üçün  onun  barəsində  əvvəlcədən 
xəbərdar  olmalıdır  ki,çıxış  yolu  axtarsın.Məhz  əvvəlcədən;məhz  “vaxt  amili” 
burada  həlledici  rol  oynayır.Nə  qədər  tez    ağıllı  fəaliyyət  üsulu  taparıqsa,bir  o 
qədər  də  az  insan  öz  gələcəyi  üçün  narahatlıq  keçirər.İstərsə  başa 
düşməzlikdən,dərk  etmədən,istərsə  də  digər  səbəblərdən  yeni  yollar  axtarışında 
ləngimələr bütün insanlar üçün həqiqi“faciəyə”səbəb ola bilər.Ona görə də,istərdik 
ki,insanlarda zəkanın gücünə inamla bərabər,eyni zamanda da gələcəyimiz naminə 
həyacan hissi də olsun. 
    Hər  zaman  yadda  saxlamaq  lazımdır  ki,imkanlar  hələ  reallıq  demək 
deyil.Ümumi  məqsədini  dərk  etmək,ümumilik  hissinə  yiyələnmək,düşüncə  tərzini 
dəyişmək  və  Yer  planetində  insanların  həyatının  yeni  mənəvi  əsaslarını  yaratmaq 
üçün  insanlıq  çox  çətin  və  uzun  bir  yol  keçməlidir.Bütün  bunlar  isə  yalnız  və 
yalnız  fərziyyə  deyil,elə  bir  reallıqdır  ki,ona  məhəl  qoymamaq  olduqca 
təhlükəlidir.Bu 
reallıq 
qarşısında 
bütün 
millətlərarası,dövlətlərarası 
ziddiyyətlər,lokal maraqlar və şəxsi məqsədlər geri çəkilməlidir.Belə düşüncə tərzi 
isə  yalnız  alimlərdə  və  dövlət  xadimlərində  deyil,eyni  zamanda  planetdə  yaşayan 
milyardlarla  insanlarda  formalaşmalıdır.Yalnız,bu  halda  insanlar  və  planetimiz 
yeni inkişaf yoluna qədəm qoya bilər. 
    Elmi-txniki inqilab termini artıq uzun illərdir ki,leksikonumuza daxil olmuşdur.   
Lakin,bir  çox hallarda  bu söz birləşməsinin hansı  ağır  yükü daşıdığına  əhəmiyyət 
belə  vermirik.Son  illərdə,daha  doğrusu,ikinci  Dünya  müharibəsinin  başa 
çatmasından  keçən  az  bir  müddət  ərzində  elm  və  texnika  planetimizin  həyatında 

110 
 
elə  təəccüblü  dəyişikliklər  etmişdir  ki,(nüvə  enerjisinin  əldə  edilməsi,kosmosa 
şıxış,kompüter  texnikası  və  s.)  onlardan  hər  biri  sivilizasiya  tarixində  bütöv  bir 
mərhələ təşkil edə bilərdi. 
     Adətən,biz  sakit  bir  inkişaf  rejimindən  digər  sakit  inkişaf  rejiminə  sıçrayışla 
keşidi  inqilab  adlandırırıq.Lakin,başlanmış  hər  bir  inqilab  müəyyən  zaman 
kəsiyindən  sonar  başa  çatır.Elm,texnika,texnologiya  və  məhsuldar  qüvvələr 
sferasında  isə  fərqli  bir  vəziyyət  yaranmışdır.Sivilizasiyamızın  texnoloji 
əsaslarında baş verən sürətli inkişaf 60 ildən artıq bir dövrdür ki,səngimək bilmir 
və  ETİ  termini  də  bu  inkişaf  sürətini  tam  əks  etdirmir.Ona  görə  də,məişətimizə 
elmi-texniki  tərəqqi(ETT)  termini  daxil  olmuşdur.Müasir  sivilizasiyanın  gücü 
günbəgün  artmaqdadır.Artıq,biz  öz  həyatımızı  elm  və  texnikanın  bəxş  etdiyi 
möcüzələrsiz  təsəvvür  edə  bilmirik.Demək  olar  ki,insan  heç  vaxt  indiki  qədər 
maddi-mənəvi  sərvətlər,xidmətlər  və  rahatlıqlarla  təmin  olunmamışdır.Doğrudur, 
bu  sərvətlərin  qeyri-bərabər  paylanması,milyonlarla  evsizlərin  və  acların  olması 
faktını  da  danmaq  olmaz.”Roma”klubunun  sifarişi  ilə  yerinə  yetirilmiş  elmi 
işlərdən  birində  qeyd  olunur  ki,adam  başına  maksimum  istehlak  XX  əsrin  60-cı 
illərinin  sonu,70-ci  illərinin  əvvəlində  olmuşdur.Bundan  sonrakı  illərdə  adam 
başına  düşən  maddi  sərvətlərdə  azalma  olmuşdur.Lakin,  bu  faktın  kifayət  dədər 
dəqiq analizi yoxdur. 
    Lakin,nəzərə  almaq  lazımdır  ki,sivilizasiyanın  nəhəng  gücü  insanların  firavan  
həyatını  təmin  etməklə  bərabər,həm  də  bütün  insanlıq  üçün  ölüm  təhlükəsi 
mənbəyi  rolunu  oynayır.İnsanlar  bunu  ilk  dəfə  Naqasaki  və  Xirosimadakı  nüvə 
partlayışlarından  sonra  dərk  etməyə  başladılar.Gözlənilmədən  dərk  edildi  ki,bir 
“düyməyə”  basmaqla  bir  adam  bütün  canlı  məxluqatı  Yer  üzündən  silə 
bilər.Tədricən insanlar təsəvvür etməyə başladılar ki,onlarla təbiət arasında elə bir 
“qadağa zonası,sərhəddi” var ki,onu aşmaq olmaz.Ancaq,nüvə müharibəsi müasir 
sivilizasiyanın insanlığı fəlakət qarşısında qoya biləcək gücünün yeganə təzahürü 
deyil.İnsanları  narahat  edən  digər  elə  fəlakətlər  də  mövcuddur  ki,planetimizdə 
həyat  şəraitini  dəyişməklə  sivilizasiyamızın  gələcək  mövcudluğunu  imkansız  edə 
bilər.Məsələn,demoqrafik  “partlayış”,əkin  sahələrinin  azalması  və  aclıq,energetik 
böhran,”istixana effekti”,turş  yağışlar,ozon qatının pozulması və                                           
                                   1.1.Demoqrafik “partlayış” 
    İnsan tarixinin çox böyük dövrü ərzində Yer kürəsi əhalisinin sayının artımı bir 
o  dədər  də  əhəmiyyətli  dərəcədə  hiss  olunmamışdır.Bu  artım  XIX  əsrdə  yavaş-
yavaş  hiss  olunmağa  başlamış  və  XX  əsrin  ikinci  yarısında  daha  kəskin  təzahür 
etməyə  başlamışdır.10000  il  bundan  öncə(neolit  inqilabının  başlanğıcında) 
planetimizdə cəmi 10mln.insan yaşamışdır.İlk dəfə öz sayını ikiqat artırmaq üçün 
insanlara 2500 il vaxt lazım gəlmişdir.Sonrakı ikiqat artım -2000 ilə,üçüncü-1500 
ilə,dördüncü-1000  ilə  başa  çatmışdır.Sonuncudan  əvvəlki,yəni  səkkizinci  ikiqat 

111 
 
artım  üçün  100  il  (  1850-ci  ildə  1.25mlrd.;  1950-ci  ildə  2,5  mlrd.  adam)  kifayət 
etmişdir.Bu  sistemdə  Dünya  əhalisinin  doqquzuncu  ikiqat  artımı  isə  1987-ci  ildə 
başa  çatmışdır  və  buna  cəmi  37  il  lazım  olmuşdur.Deməli,Dünya    əhalisinin 
sayının  3mlrd.-a  çatmasına  1  mln.  Il  (1960-cı  ildə)  tələb  olunmuşdursa,bu  sayı 
ikiqat artırmaq üçün,yəni,6 mlrd.-a  çatmaq üçün 30 il vaxt kifayət etmişdir.Dünya 
əhalisinin sayı hər gün 250 min,hər həftə 1mln.750min,hər ay 7,5mln. və il ərzində 
90mln.  nəfər  artır.Hazırda,Dünya  əhalisinin  sayı  6mlrd.  nəfəri  ötmüşdür.Bu  isə 
demoqrafik  “partlayış”  haqqında  danışmağa  əsas  verir.Yer  kürəsi  əhalisinin 
demoqrafik  hədd  hesab  edilən  6mlrd.-ı  keçməsi  hətta  peşəkar  demoqraflar  üçün 
təsəvvüredilməz  olmuşdur.Belə  ki,XX  əsrin  ortalarında  əhalinin  sayının  artımı 
haqqında  verilən  proqnozlardan  heç  biri  dəqiq  olmamışdır.Yəni  əhalinin  sayının 
real  artımı  verilən  bütün  proqnozlardan  yüksək  olmuşdur.Bu  faktın  sübutu 
kimi,aşağıdakı əyrilərə nəzər salmaq kifayətdir (Şək.1.1.) 
 
 
 
 
                                                                                                                                   
                  
 
 
 
 
 
 
 
 
   Bir vaxtlar,Ş.Furye hesab edirdi ki,5mlrd. insan yer kürəsinin ekoloji tutumunun 
son həddidir.Lakin,son yüzillikdə insanın sayı beş dəfə artmaqla bərabər,məhsuldar 
qüvvələrin energetik potensialı 1000 dəfə,biosferə olan antropogen yüklənmələrin 
səviyyəsi  isə  10  dəfələrlə  artmışdır.  Bu  fikirlər  “Roma”  klubunun  yaradıcısı 
A.Peççiyə aiddir. 
    Məşhur amerika mütəxəssisi C.Forresterin fikrinə görə isə: “İnsanlığın qızıl əsri 
arxada qalmışdır.İnsanlığın qarşısında yalnız iki yol qalmışdır-ya rifahımızın 
sonrakı yüksəlişi ümidindən vaz keçməli,ya da bizi ekoloji fəlakət gözləyir.” 
    İlk dəfə olaraq D.Medouzun “Artımın həddi” adlı məşhur əsərində əsaslı şəkildə  
göstərilmişdir  ki,inkişafın  hazırki  ənənəsi  davam  edərsə,artıq  XXI  əsrdə  Yer 
kürəsinin ekoloji tutumu tükənəcəkdir. 




  
1900   1910    1920    1930     1940   1950   1960   1970    1980  1990   2000   İl  
7
6
5
4
3
2

Ə
HA
L
İN
İN
  S
A
Y
I  
(M
lrd
.n
əf
ərl 
ə)
 
  Şək.1.1.
Yer kürəsi əhalisinin artım dinamikası(proqnozlar)
 
               
 
1-Dünya əhalisinin sayının real artımı;
 
2-Ş.Rişenin
   
 
                   
1893-cü il proqnozu;
 
3- R.Pirlin 1939-cu il proqnozu;                                                                                                                                                                                                     
 
                   4-U.Notesteynin 1945-ci il proqnozu;
 
5-BMT-nin                                                                                                                                                                                         
 
                   
1951-ci il proqnozu;
6-BMT-nin 1966-cı il proqnozu: 
 



112 
 
    BMT-nin  verdiyi  məlumata  əsasən  əhali  artımının  əsas  hissəsi  inkişaf  etməkdə 
olan  dövlətlərin  payına  düşür.Yer  kürəsində  əhalinin  sıxlığa  görə  paylanması 
qeyri-bərabərdir ki, bunun da əsas səbəbi əhalinin şəhərlərdə toplanmasıdır.İnkişaf 
etməkdə olan ölkələrdə əhalinin sayının sürətli artımı ekoloji və sosial problemləri 
daha  da  kəskinləşdirmişdir.Bu  ölkələrin  əhalisi  planet  əhalisinin  75%-ə  qədərini 
təşkil  etməsinə  baxmayaraq,ümumdünya  məhsullarının  üçdən  birini  istehlak  edir 
və bir nəfərə düşən istehlak payları arasındakı fərq artmaqda davam edir. 
    Populyar  amerika  nəşrlərindən  biri  belə  bir  hesablama  aparmışdır:Əgər  Yerin 
bütün  əhalisinin  ölçülərini  100  nəfər  əhalisi  olan  bir  kənd  qədər”sıxışdırıb”  və 
insanlığın bütün mövcud nisbətlərini əvvəlki kimi saxlamaq mümkün olsa idi,belə 
bir mənzərə alınardı: 
-bu kəndə 57 asiyalı, 21 avropalı,8 afrikalı və 14 nəfər Şimali,Mərkəzi və Cənubi 
Amerikanın nümayəndəsi yaşayardı; 
-100 nəfərdən 70 nəfəri “rənglilər” olardı; 
-bütün sərvətlərin 50%-i 6 nəfər ABŞ vətəndaşlarının əlində toplanardı; 
-80 nəfər yaşayış üçün yararsız mənzillərdə yerləşərdi; 
-50 nəfər yarıac olardı; 
-70 nəfər tamamilə savadsız olardı; 
-yalnız bir nəfərin universitet təhsili olardı. 
    İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  əhali  artımının  aşağı  olmasını  qlobal 
miqyasda müsbət hal hesab etmək olar.Lakin bu da arzuolunmaz nəticələrə səbəb 
ola  bilər.Bu  ölkələrdə  tədricən  cəmiyyətin  yaş  sturukturu  dəyişir.Uşaqların  və 
gəclərin  sayı  azalır,yaşlıların  sayı  isə  artır.Təqaüdçülərin  sayının  hədsiz  artması 
iqtisadiyyat  üçün  böyük  yükə  çevrilir.Yaxın  keçmişə  dədər  gənc  nəslin  sayı  yaşlı 
nəslin sayından çox olurdu.Gənclər qocaların qayğısına qalırdılar və təqaüdçülərin 
saxlanması  üçün ağırlıq tam olaraq sosial-təminat sisteminin üzərinə düçmürdü.  
    Əhalinin  qocalması  daha  bir  problem  də  doğurur.Yaşlı  nəsildə  dinamikanın  az 
olması gənc nəsillə ictimai-mədəni məsələlərdə də fikir ayrılığına gətirib çıxarır və 
nəticədə cəmiyyət daha konservativ olur.  
Növlərin  fərdlərinin  sayının  artım  sürətinin  həndəsi  silsilə  üzrə  baş  verməsi 
haqqında Maltus nəzəriyyəsini biloji bir növ kimi insana da şamil etmək olar.Bu 
nöqteyi-nəzərdən  “maltusçuluq”  ciddi  bir  elmi  təlimdir.Lakin,  bu  nəzəriyyənin 
Maltus tərəfindən antihumanist traktovkası  mənfi  münasibət  doğurur.Maltus qeyd 
edir  ki,  “....biz    ardıcıl  olaraq  təbiətin  ölüm  törədən  təsirlərinə  yardım 
göstərməliyik.Kasıblar  arasında  təmizliyə  rəayət  olunmasını  deyil,bunun  əksini 
təbliğ  etməliyik.Taun  epidemiyasının  təkrarına  şərait  yaratmalıyıq.Ölümcül 
xəstələrin müalicəsi üçün dərman yaradanları məhkum etməliyik.......və s.” 
    Müasir  cəmiyyətdə  doğumları  məhdudlaşdırmaq  üçün  Maltusun  antihumanist 
təkliflərini  deyil,tam  humanist,sivil  vasitələr  və  tədbirlər  həyata  keçirmək 

113 
 
mümkündür.Bunun  üçün  əhali  arasında  maarifləndirmə  işlərini  həyata 
keçirmək,ailə planlaşdırma mərkəzləri yaratmaq və s.vacibdir. 
    Əgər, insan özü öz artımını dayandırmasa,nizamlamasa,onda,bunu təbiət qəti və  
kəskin  şəkildə  edəcəkdir.Çünki,demoqrafik  “partlayış”  problemi  öz  növbəsində 
aclıq,enerji  böhranı  və  s.  kimi  qlobal  ekoloji  problemlərin  yaranmasına  və 
inkişafına şərait yaradır.  
 
Dünya dövlətlərinin əhalisinin sayı                                                      Cədvəl...... 
 
 
1.2.Əkin sahələrinin azalması və aclıq 
    İnsanlıq  qarşısında  yaranan  ən kəskin problemlərdən biri aclıqdır.İnsanlar üçün 
əsas  qida  mənbəyi  kənd  təsərrüfatıdır.Əkinçiliyin  əsas  istehsal  qüvvəsi  isə 
məhsuldar torpaqlardır.Dünyada ümumi əkin sahəsi 1mlrd.356mln.hektardır.Bütün 
insanları  tam  qida  ilə  təmin  etmək  üçün  isə  6mlrd.600mln.ha  yüksək  məhsuldar 
əkin sahəsi tələb olunur. 
    İnsanın bütün tarixi ərzində əhalinin artımı “oykum”-enin genişlənməsi,yəni,  
yeni-yeni  ərazilərin  məskunlaşması  ilə  müşahidə  olunmuşdur.Bu  zaman  kənd 
təsərrüfatı üçün daha əlverişli və münbit torpaqlar mənimsənilmişdir. 
    Müasir  dövrdə,  oykumen  demək  olar  ki,son  həddə  çatmışdır.Ehtiyatda  yalnız 
ekstremal təbii şəraitə  malik ərazilər qalmışdır.İnsan daim artan təlabatını torpağın  
hesabına  təmin  etmişdirş.Lakin,bir  publisistin  yazdığı  kimi,”torpaqdan  hər  şeyi 
sıxıb çıxartmaq” çağırışı cinayətdir. Minlərlə insan nəslini qidalandıran və bundan 
sonra  da  milyonları  qidalandıracaq  yerdən  hər  şeyi  necə  sıxıb  çıxarmaq 
olar.Hamısını  çıxarmaq  gələcək  nəsillərə  heç  nə  saxlamamaq  deməkdir.Bu  isə 
“Bizdən sonra Dünyanı lap su bassın” fəlsəfəsinə bənzəyir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin